Тег: usag


Bakıda körpələr evi və uşaq bağçasında uşaqlar antisanitar şəraitdə saxlanılır?

VuVu Uma - 4 месяцы тому назад
Xətai rayonunda fəaliyyət göstərən 232 saylı Körpələr evi və Uşaq bağçasının acınacaqlı vəziyyətdə olması ilə bağlı məlumatlar yayılıb.

Oxu.Az xəbər verir ki, bu vəziyyəti əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Paylaşım edən şəxs iddia edir ki, fotolar paytaxtın Xətai rayonu 232 saylı Körpələr evi və Uşaq bağçasında çəkilib. Vətəndaşın sözlərinə görə, uşaqlar antisanitar şəraitdə saxlanılır.

İddialar arasında valideynlərdən uşaqların bağçaya qəbulu üçün 100 manat, əlavə olaraq hər ay isə 20 manat məbləğində pul tələb edilməsi də var.

Məsələ ilə bağlı isə cavabsız qalan suallar çoxdur. Sözügedən bina niyə təmir edilmir? Uşaqların antisanitar şəraitdə saxlanılması ilə bağlı məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi məsələ ilə əlaqədar Oxu.Az-ın sorğusunu cavablandırıb.

İdarədən sorğumuza cavab olaraq, 232 saylı Körpələr evi və Uşaq bağçasının həqiqətən də pis vəziyyətdə olduğu bildirilib.

“Xətai rayonu 232 saylı Körpələr evi və Uşaq bağçası 1982-ci ildən fəaliyyət göstərir. Uşaq bağçasının 12 qrupu var. Onlardan səkkizində məcburi köçkünlər məskunlaşır. Digər dörd qrupunda isə uşaqların təlim-tərbiyəsi aparılır. Bağçada bu günə qədər əsaslı təmir işləri aparılmayıb. Sosial şəbəkələrdə paylaşılan fotolar binanın məcburi köçkünlərin yaşadığı hissəsində çəkilib. Lakin uşaq bağçası kimi fəaliyyətini davam edən dörd qrupda təmir işləri aparılıb. Otaqlara istilik sistemləri çəkilib, sanitariya normaları gözlənilir.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (“Qaçqınkom”) müraciət edilib. Qurumdan bildirilib ki, ərazidə məskunlaşan məcburi köçkünlərin müvafiq qaydada köçürülməsi işləri davam edir. Onlar ərazidən köçürüldükdən sonra binanın əsaslı şəkildə təmir edilməsi gözlənilir”.

Azərbaycanda hər 100 doğulan qıza 114 oğlan düşür

VuVu Uma - 4 месяцы тому назад
Azərbaycanda gender-əsaslı cins seçimi ilə mübarizə sahəsində tədbirlər planı qüvvəyə minib.

Ölkədə doğulanların gender-əsaslı cins seçiminin qarşısının alınması sahəsində əlamətdar hadisə baş verib.

Nazirlər Kabineti tərəfindən “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Baş Nazirin müvafiq sərəncamı ilə qüvvəyə minən tədbirlər planı növbəti 5 ildə aidiyyəti hökumət qurumları tərəfindən əlaqəli şəkildə həyata keçiriləcək bir sıra mühüm tədbir və fəaliyyətləri ehtiva edir.

Sözügedən tədbirlər planının əhəmiyyəti əhalinin cins strukturunda müşahidə olunan müəyyən meyillərin gedişatı ilə şərtlənir. Belə ki, son illər aparılan demoqrafik proseslərin təhlili nəticəsində ölkədə doğulan uşaqların cins strukturunda oğlanların payının və artım tempinin daha yüksək olduğu müəyyən edilib. Bioloji normaya uyğun olaraq, yeni doğulmuşların cins nisbətinin hər 100 qıza 105-107 oğlan təşkil etdiyi halda, hazırda Azərbaycanda hər 100 doğulan qıza 114 oğlan düşür.

Eyni zamanda müşahidələr göstərir ki, ananın yaşı artdıqca doğulanların strukturunda oğlan uşaqlarının payı daha da artır. Belə vəziyyət ilk növbədə, doğulacaq övladın cinsinin seçimi ilə bağlı valideynlər tərəfindən verilən qərarlarla, o cümlədən selektiv abortların artması ilə izah olunur.

Qeyd etmək lazımdır ki, doğulan uşaqlar arasında cins nisbətinin pozulması meyilləri aşağı gəlirli ailələr arasında daha yüksəkdir. Ölkədə dünyaya gələn uşaqların cins seçimi əsasən kənd yerlərində və nisbətən aztəminatlı ailələrdə müşahidə olunur.

Qeyd olunan tədbirlər planı əhalinin cins strukturundakı bu uyğunsuzluqların aradan qaldırılması baxımından müstəsna əhəmiyyət daşıyır. Sənəd doğulan uşaqların cins nisbəti üzrə etibarlı və əlçatan məlumatların və göstəricilərin əldə edilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, gender ayrı-seçkiliyini və bərabərsizliyini aradan qaldırmaq məqsədilə qızlara və qadınlara dəstək tədbirlərinin genişləndirilməsi, gender stereotiplərinin aradan qaldırılması istiqamətində təbliğatın və maarifləndirmə tədbirlərinin gücləndirilməsi, eləcə də qurumlararası əlaqələrin və əməkdaşlığın gücləndirilməsi kimi əsas istiqamətlər üzrə kompleks fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.

Tədbirlər planının hazırlanmasında BMT-nin Əhali Fondu Azərbaycan hökumətinə əsaslı dəstək verib. Fond tərəfindən yaradılmış beynəlxalq və yerli ekspertlərdən ibarət heyət hökumətlə sıx əməkdaşlıq çərçivəsində sözügedən sənədin hazırlanmasında iştirak edib.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения