Тег: telebe


Kasıb tələbələrin təhsil haqqını dövlət ödəyəcək - QƏRAR

VuVu Uma - 8 месяцы тому назад
Kasıb tələbələrin təhsil haqqını dövlət ödəyəcək - QƏRAR
13
apr
19:21
Kasıb tələbələrin təhsil haqqını dövlət ödəyəcək - QƏRAR
31
AA
Nazirlər Kabineti “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar verib.

BAKU.WS-in məlumatına görə, qərarda qeyd edilir ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin:

- ünvanlı dövlət sosial yardımı alanlar;

- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

- I və II dərəcə əlilliyi olan şəxslər;

- işsiz kimi qeydiyyatda olanlar;

- yaşa görə əmək pensiyaçıları;

-yaşa görə sosial müavinət alanlar.

Qeyd olunan tədris semestrləri (yarımillikləri) üçün dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulan təhsil haqqı xərci ali təhsil müəssisələrində Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin, orta ixtisas və peşə təhsili müəssisələrində isə illik təhsil haqqının 50 faizi miqdarında müəyyən edilir. Təhsil Nazirliyi təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə müəyyən edərək, bu Qərarın icrasını təmin etməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və ali, orta ixtisas və peşə təhsili müəssisələri 20 gün müddətində bu Qərarın icrası üçün zəruri informasiya sistemlərinin və ehtiyatlarının “Elektron hökumət” portalı üzərindən Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sorğularının cavablandırılması qaydasında inteqrasiyası üçün müvafiq tədbirləri həyata keçirməlidir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bir ay müddətində “Elektron hökumət” portalı vasitəsilə bu Qərarda nəzərdə tutulmuş dövlət orqanlarının və qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyasını təmin etməlidir.

Hansı tələbələrin təhsil haqqının dövlət tərəfindən ödəniləcəyi ilə bağlı RƏSMİ AÇIQLAMA

VuVu Uma - 8 месяцы тому назад
Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci ildə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planına əsasən, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon AZN məbləğində kompensasiya nəzərdə tutulub.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.

Onun sözlərinə görə, bu istiqamət üzrə icraçı qurumlar Təhsil və Maliyyə Nazirlikləri, icra müddəti isə 2020-ci il müəyyən edilib:“Təbii olaraq, bu tədbirin konkret olaraq hansı ailələrin üzvü olan tələbələrə aid olmasına və təhsil haqqının hansı şərtlərlə ödənilməsinə dair hazırda sosial mediada çoxsaylı suallar verilir, rəy və mülahizələr irəli sürülür.

Bəzi hallarda verilən suallara şərhlərdə konkret cavablar da verilir (bu sizə aiddir/aid deyil, artıq ödənilmiş məbləğ nəzərə alınacaq/alınmayacaq, yalnız ali təhsilə aiddir və sair)”.

“Xahiş edirəm, nəzərə alasınız ki, hazırda sərəncamdan irəli gələn məsələlər müzakirə olunur və qərar layihəsi üzərində iş gedir.

Tələbənin ölümündə cavabdeh kimdir? - Məhkəmə ekspertizasının rəyi məlum oldu

VuVu Uma - 9 месяцы тому назад
Nəhayət ki, hadisədən dörd ay sonra BDU tələbəsi, 1999-cu il təvəllüdlü Şəkər Xasmətovanın ölümünün səbəbi məlum olub. Martın 18-də tələbənin atası Faiq Xasmətov Bakı şəhər prokurorluğuna dəvət olunub, orada məhkəmə tibbi ekspertizanın hesabatı ilə tanış edilib: “...Ş.Xasmətova divardakı çatdan daxil olan dəm qazından zəhərlənmə nəticəsində ölüb”.

Bu barədə F.Xasmətov Oxu.Az-a məlumat verib. O, qızının, həmçinin zəhərlənmiş, lakin sağ qalan digər tələbələrin cinayətkar səhlənkarlığın qurbanı olduğunu vurğulayıb.

Ekspert rəyi BDU-nun Mətbuat prospektində yerləşən yataqxanasında 20-21 noyabr tarixlərində baş verən hadisəyə nəinki aydınlıq gətirdi, eyni zamanda bir sıra dövlət qurumlarının fəaliyyətində ciddi nöqsanların olduğunu aşkarladı.

Xatırladaq ki, noyabrın 21-də universitetin Yasamal rayonu, Mətbuat prospektində yerləşən yataqxanasında tələbələr Şəkər Xasmətova (1999-cu il təvəllüdlü), Dilrubə Quliyeva və Həmidə İbadova (1998-ci il təvəllüdlü) zəhərlənib. Həkimlər Ş.Xasmətovanın yataqxanada öldüyünü müəyyən ediblər, digər iki qız isə ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib, bir neçə gündən sonra evə buraxılıblar.

Hüquq-mühafizə orqanları əvvəlcə tələbənin qida zəhərlənməsi nəticəsində öldüyünü ehtimal etdi. Lakin cəsədin patoloqanatomlar tərəfindən müayinəsindən sonra faktla bağlı yaradılan əməliyyat-istintaq qrupu qızların naməlum toksik maddə ilə zəhərləndiyi qənaətinə gəldi.

Dekabrın 4-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu barədə jurnalistlərə açıqlama verib.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İndi isə zəhərlənmənin dəqiq səbəbi məlum olub – dəm qazı. Ümid edirik ki, faktın araşdırılması obyektiv olacaq, günahkarların hərəkətləri düzgün qiymətləndiriləcək. Əks təqdirdə, faciə yenidən baş verə bilər...

“Hamı bilir ki, 20 noyabr axşamı tələbələr özlərini pis hiss edib və təcili yardım həkimlərini çağırıblar. Gələn həkimlər qızlara “dimedrol” iynəsi vurublar (bu sonradan qanda müəyyən edilmişdi) və onlara xəstəxanaya getməyi sadəcə təklif ediblər. Tələbələr inyeksiyadan sonra vəziyyətlərinin yaxşılaşacağını düşünərək, xəstəxanaya getməkdən imtina ediblər. Həkimlər isə onları xəstəxanaya aparmaq üçün israr etməyiblər, halbuki zəhərlənmənin səbəbini bilmirdilər. Növbəti səhər saat 11:00-da yenidən təcili yardım çağırılıb. Amma bu vaxt qızım artıq ölmüşdü”, - deyə ata bildirib.

Ekspertizanın rəyinə görə, “dimedrol” zəhərlənmənin klinik əlamətlərinin inkişafını sürətləndirib, bunun nəticəsində Ş.Xasmətova ölüb.

Məlum olub ki, Ş.Xasmətovanın yatağı qazın sızdığı çatın yaxınlığında imiş.

“Ancaq düşünürəm ki, təkcə 20 noyabrda çağırışa gələn həkimlər deyil, həmçinin yataqxana administrasiyası, BDU rəhbərliyi, Yasamal rayonunun Qaz İdarəsi, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin ərazi üzrə bölməsi məsuliyyət daşımalıdır. Belə görünür ki, universitet rəhbərliyi heç vaxt bu yataqxanaya baş çəkməyib, əks halda, dəhşətə gələrdi. Tələbələrin yaşadığı yataqxananın şəraiti, yumşaq desək, dəhşətlidir. Burada kasıb ailələrdən olan tələbələr yaşayır. Şərait acınacaqlıdır, illərdir bu divarlar hətta yüngül təmir belə görməyib”, - deyə mərhumun atası qəzəblə bildirib.

Qeyd edək ki, binalarda qaz cihazlarının təhlükəsizliyi ayda bir dəfə müvafiq xidmətlər tərəfindən yoxlanılmalıdır.

Qızın ölümündə yataqxananın rəhbərliyinin də az təqsiri yoxdur. O, tələbələr üçün bütün təhlükəsizlik tədbirlərini görməli idi. Digər tələbələrin belə bir vəziyyətdə necə sağ qaldığı təəccüblüdür.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения