Тег: rossiya


Dərslər mayın 1-dək təxirə salınır? - YENİLƏNİB + RƏSMİ AÇIQLAMA

VuVu Uma - 30 дней тому назад
“Nazirlər Kabinetininin operativ Qərargahı adından Təhsil Nazirliyinin saytında guya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat doğru deyil, yanlışdır”.

Oxu.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

“Belə xəbərləri yayanları cinayət məsuliyyəti gözləyir. Xahiş edirik, rəsmi xəbərlərə istinad edin”, - deyə o bildirib.16:37

“Koronavirus təhlükəsi ilə əlaqədar təhsil müəssisələrində tədris, təlim və tərbiyə prosesinin dayandırılması müddətinin mayın 1-dək uzadılması barədə yayılan xəbər həqiqəti əks etdirmir”.

Bunu APA-ya açıqlamasında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov deyib ki, bu, tamamilə yanlış xəbərdir.

İ.Məmmədov xatırladıb ki, dünən Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınıb:

В Китае спасателям удалось спасти 50 человек из-под завалов рухнувшего отеля

VuVu Uma - 30 дней тому назад
Спасатели извлекли 50 человек из-под завалов отеля, который накануне обрушился в провинции Фуцзянь. Двое из найденных уже не подавали признаков жизни, сообщает CGTN.

- Владелец отеля проводил его реконструкцию, когда случилась трагедия. сейчас он находится под контролем полиции, - сказано в сообщении.

Сайт kp.ru ранее сообщал, что в городе Цюаньчжоу провинции Фуцзянь на востоке Китая обрушилось шестиэтажное здание гостиницы. Происшествие произошло в субботу, 7 марта, в 19:30 по местному времени (14:30 мск).

Отель использовался для карантина контактировавших с заражёнными коронавирусом. Большинство из постояльцев были жителями эпидемиологически небезопасных районов Китая - провинции Хубэй и города Вэньчжоу в провинции Чжэцзян, ставших эпицентрами распространения коронавируса нового типа.

Onları yatarkən öpmək qadağandır

VuVu Uma - 30 дней тому назад
Kulis.az 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınlar haqda maraqlı faktları təqdim edib.

Bayramınız mübarək!

Qadın gəzərkən qarşısına günəşdən qızmış çınqıl çıxarsa, o, çınqılın üzərindən barmaqlarının ucunda keçəcək. Kişi isə bu halda dabanlarını yerə basardı. Qadın əsnəyəndə ağzını ovucu ilə, kişi isə yumruğu ilə tutur.

Qadını kimsə çağıranda, o yalnız başını çevirir. Kişi isə gövdəsini də döndərir, çünki kişilərin boynu daha yoğundur və xoşagəlməz halla üzləşə bilər.

Qadınlar xarici dil öyrənməyə meyllidirlər, daha doğrusu, bu onlara daha asan müyəssər olur. Ümumiyyətlə, statistikaya görə, qadınlar daha savadlı və sürətli danışırlar.

Qadın heç vaxt köynəyini kürəyindən yapışıb soyunmur.

Qadın heç vaxt boynunun ardını qaşımır, çünki çaşqınlığını nümayiş etdirmək istəmir və üstəlik, bu onun saç düzümünü poza bilər.

Qadından əllərini göstərməyi xahiş etsən, yəqin ki, o, qüsursuz manikürünü göstərmək üçün ovuclarını aşağı əyəcək. Kişilər isə bu halda açıq ovuclarını irəli uzadırlar.

Statistikaya görə, qadınlar kişilərdən 5 il çox yaşayır.

Təcrübə göstərir ki, qadınlar daha yaxşı sürücüdürlər. Əlbəttə, onlar da qəzaya düşürlər, amma bu qəzalar o qədər də ağır olmur. Kişilər isə sürəti sevirlər və yol qaydalarını daha tez-tez pozurlar.

Qadınlar güclü ağrılara kişilərdən daha dözümlüdürlər.

Əgər qadın təsadüfən barmağını çəkiclə əzirsə, kişilərdən fərqli olaraq, senzuradan kənar sözlər işlətmir.

Alimlər bu qənaətə gəliblər ki, qadınlar daha səbirli və diqqətlidirlər, illər keçdikcə bu keyfiyyətlərini itirmirlər.

Ən yüksək IQ göstəricisi olan qadın (196-dır) Merlin Maç Vos Svantdır.

Maraqlıdır ki, qadınların 24 faizi “dünyaya kişi kimi gəlmək istəyərdim” deyir.

İspaniyalı 67 yaşlı qadın əkiz uşaq doğmaqla Ginnesin Rekordlar Kitabına düşüb.

Müntəzəm olaraq dodaq boyasından istifadə edən qadınlar ömür boyu 2 kiloqram dodaq boyası yeyirlər.

Qadın geyinərkən birinci köynəyi seçir, kişilər isə, geyinməyə əvvəlcə şalvardan başlayırlar.

Əgər qadın yumruq vurmağa cəhd göstərirsə, bir qayda olaraq, böyük barmağı irəli çıxır.

Əgər yaş paltarı sıxmaq lazım gəlirsə, qadın bunun üçün ovuclarını yuxarı qaldırır, kişi isə əksinə, ovuclarını aşağı açır.

Hər insan “qadınlar haqqında hər şeyi bilirəm” deyə bilməz. Bu fikri söyləyəcək insan heç mövcud da deyil. Qadınları tanımaq üçün bir həyat kifayət etmir.

Amerikanın Kolorado ştatında qadını yatanda öpmək qadağandır.

Əllə salamlaşarkən qadınlar praktiki olaraq əl sıxmırlar.

Honkonqda əri tərəfindən aldadılan qadına ərini öldürmək icazəsi verilir. Qadın, ərini öldürərkən heç bir silahdan, bıçaqdan istifadə edə bilməz. O, yalnız çılpaq əliylə öldürə bilər.

Siqaret çəkərkən qadınlar siqareti dişləmirlər və ya ağızda tutmurlar. Onlar siqareti əllərində saxlayırlar.

Dünyanın ilk proqramçısı qadın olub — Ada Lavleyst.

XII əsrdə Almaniyada müharibə zamanı III Konrad qadınlara dağılmış şəhəri tərk etmək, həmçinin özləri ilə istədiyi şeyi götürməyi icazə vermişdir. Nəticədə qadınlar ərlərini çiyinlərində aparıblar.

Qadınların ürəyi, kişilərin ürəyindən 20 faiz balacadır.

Əgər siz qadının etibarını qazanmaq istəyirsinizsə, onu 20 saniyə qucaqlamanız kifayətdir.

Araşdırmalara görə, 35 faiz qadın ərindən çox pul qazanır, bu göstərici ABŞ-da 30 faiz, bütün Avropada isə 59 faizdir.

Qadınların əksəriyyəti heç cür sirr saxlaya bilmir, alış-verişi isə hədsiz çox sevirlər.

Statistikaya görə danışıqlar zamanı qadınlar kişilərdən daha müvəffəqiyyətlidirlər.

Bakıda qaynanasını öldürən gəlin: “ÇİMİRDİ, PİS İY GƏLİRDİ…”

VuVu Uma - 1 месяц тому назад
Gəlini tərəfindən öldürülən 70 yaşlı Valentinanın taleyi əvvəldən gətirməyib. Oğlu Aliki təkbaşına böyüdüb. Kasıbçılıq onu elə səviyyəyə çatdırıb ki, ahıl yaşlarında belə zibillikdən tapdığı əşyaları evə daşıyıb. Oğlu və gəlini ilə araları da bu üzdən pozulub. Qaynana-gəlin münasibətləri getdikcə daha kəskin şəkil alıb. Qreçnevlərin mənzilindən gələn səs-küy və spesifik qoxu qonşuları da bezdirib. Gəlini ilə heç cür dil tapa bilməyən Valentina oğlundan onu boşamasını tələb edib. Elə əcəl də yaşlı qadını gəlininin əli ilə haqlayıb…

Bakı Ağır Cinayətlər Məhkəməsində qaynanasını qətlə yetirməkdə ttiham olunan Bakı şəhər sakini 36 yaşlı Mədinə Qreçnevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hadisə ötən il sentyabrın 18-də paytaxtın Xətai rayonu Telnov küçəsi 3, mənzil 91 ünvanında baş verib.

70 yaşlı Valentina Qreçnevanın oğlu Alik Qreçnev işdən evə qayıdan zaman anasının qan içində olduğunu görüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yaşlı qadının baş nahiyyəsində bir neçə xəsarət aşkar ediblər. Keçirilən əməliyyat-istintaq tədbirləri zamanı ailənin gəlini Mədinə Qreçneva şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirmə zamanı M.Qreçneva cinayəti etiraf edib.

M.Qreçneva barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cü (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Mədinə Qreçneva ifadəsində həyat yoldaşı Aliklə bilyard zalında işləyən zaman tanış olduqlarını göstərib. Bilyard zalına müştəri kimi gəlib-gedən Alik özü isə hotellərdə və idman mərkəzlərində təmizləyici işləyib. Tanışlıqdan təxminən səkkiz ay sonra ailə həyatı qurublar. İlk gündən qayınanasının gözü Mədinəni tutmayıb. Belə ki, oğlunun rus millətindən deyil, başqa millətdən olan qızla ailə qurmasına etiraz edib. Digər tərəfdən isə Mədinənin zob xəstəliyindən əziyyət çəkməsini, bu səbəbdən də sağlam uşaq dünyaya gətirə bilməyəcəyini deyərək oğlundan onu boşamasını tələb edib.

"Alikin razılığı ilə məcbur olub hamiləliyimi qaynanamdan gizlətmişdim. Hamiləliyimin yeddinci ayında xəbər tutdu, bir söz demədi. 2017-ci ildə oğlum dünyaya gəldi. Uşağa tək baxa bilmədiyimə görə bir ilə yaxın anamgildə qaldım. Valentinanın yaşı çoxaldıqca natəmizlik edir, küçədən evə zibil gətirir, çimmir, soyuducuda köhnə, iylənmiş yeməklər saxlayırdı. Buna görə də evdən pis iy gılirdi. Oğlumun sağlamlığına görə tez-tez qaynanamla mübahisəmiz düşürdü. Alik özü də buna görə anası ilə mübahisə edirdi”,-qaynanasını qətlə yetirməkdə ittiham olunan qadın belə deyib.

M.Qreçnevanın ifadəsinə görə, maddi sıxıntı çəksələr də həyat yoldaşı onun işləməsinə razı olmayıb. Ailədaxili mübahisələr sonda ər evini tərk etməyə gətirib çıxarıb. Oğlunu da götürüb anasıgilə üz tutan Mədinəni çox keçməyib ki əri yenidən geri qaytara bilib: "Barışdım, yenidən evə qayıtdım. Alik yaşadığımız otağı təmir etmişdi. Otağın açarı da ayrı idi. Qaynanamla ümumi hamamdan istifadə edirdik. Rastlaşan kimi məni söyürdü. Oğlumun atasının Alik olmadığını deyir, bir sözlə məni gəlin kimi qəbul etmirdi”.

M.Qreçneva deyir ki, bir yandan ailədaxilində baş verənlər, digər yandan isə dözülməz həddə olan natəmizlik onu yenidən anasıgilə qayıtmağa məcbur edib. Amma Aliklə münasibətini kəsməyib. Mütəmadi olaraq əlaqə saxlayıblar. Hətta gündüzlər qayınanası evdə olmayanda Alikin yanına gəlib ona yemək bişirib, qulluq edib. Mədinənin yenidən evə ayaq açdığını biləndə isə Valentina aləmi bir-birinə qatıb, hətta mənzilin kilidini də dəyişdirib. Buna baxmayaraq Alik yenə də açarın birini arvadına verib.

Ötən il sentyabrın 18-də növbəti dəfə ərinin yaşadığı ünvana gələn Mədinə öz açarı ilə qapını açaraq evə daxil olub. Qayınanasını onu görüncə yenə də mübahisə düşüb. Valentina otağındakı kilsəyə aid olan dini əşyaları Mədinəyə göstərərək Allaha inandığını deyib, onun evindən tez biz zamanda çıxıb getməsini tələb edib: "Mübahisə zamanı bir əlində bıçaq, digər əlində dixlofosla üstümə gəldi. Masanın üstündəki araq şüşəsini götürüb başına vurdum. Qaynar çayniki üstümə tökmək istədikdə yenə də butulka ilə onu vurdum. Başından qan sıçradı, arxası üstə yerə yıxıldı. Üst-başımın qanını yuyub qapıdan çıxdım”.

Zərərçəkmiş Alik Qreçnov ifadəsində göstərib ki, arvadı Mədinə tez-tez küsərək anasigilə gedib. Axırıncı dəfə ötən ilin aprelində Mədinə oğlunu və gətirdiyi cehizləri yığaraq evi tərk edib. Hadisə baş verən gün işdən evə qayıdan Alik anasının qana bələnmiş meyitini dəhlizdə tapıb. Dərhal qonşuları köməyə çağırıb, polisə zəng vurmalarını xahiş edib. Hadisə yerinə gələn polis əməkdaşları Aliki özləri ilə polis bölməsinə aparıblar.

…Gecə saat 02:00 radələrində polis əməkdaşları Aliklə birgə Mədinin anasıgilə gəliblər. Mədinəni özləri ilə polis bölməsinə aparıblar. İlkin dindirmə zamanı M.Qreçneva hadisədən xəbərsiz olduğunu desə də, sonradan hər şeyi olduğu kimi etiuraf edib.

Ordumuzdan ermənilərə AĞIR ZƏRBƏ: Şəhidimizin qisasını almaq üçün yaxın saatlarda...

VuVu Uma - 1 месяц тому назад
“Ermənistan tərəfinin həyasızlığı, beynəlxalq normalara əhəmiyyət verməməsi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu kimi təxribatlara adekvat münasibət bildirməməsi düşməni şirnikləndirir”.

Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli deyib.

Hərbi ekspert ötən il Qazax istiqamətində bəzi postların Milli Ordudan alınaraq Sərhəd Qoşunlarına verilməsini xatırladıb: "Bu, ölkə rəhbərliyinin siyasi qərarı idi. Dövlət Sərhəd Xidməti də həmin mövqeləri Müdafiə Nazirliyindən təhvil alandan sonra orada müəyyən işlər apardı. Həmin istiqamətdə bizim Qazax Əlahiddə Diviziyamız var. Sərhəd diviziyamız həm Azərbaycan-Gürcüstan, həm də Azərbaycan-Ermənistan sərhədində qarşıya qoyulan tapşırıqları yerinə yetirir. Bizim Sərhəd Xidmətimizin əsgər və zabitləri bu müddət ərzində çox böyük işlər görüb. Bir müddət bundan əvvəl Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin dəvəti ilə ictimaiyyət və mətbuat nümayəndələri işğaldan uzun müddət əziyyət çəkən əraziləri bizimlə tanış etdi. Texnikanın işləyə bilməyəcəyi bir yerdə əsgərlərimiz mühəndis istehkam qurğuları vasitəsilə mövqelər qurub”.

Üzeyir Cəfərli son 2 gündür Azərbaycan əsgərlərinə qarşı törədilən təxribatın cavabsız qalmayacağını deyib: “Cəlilabaddan və Bərdədən hərbi xidmətə çağırılan əsgərlərimizin şəhid olması xəbəri bizim üçün ağır və üzücü haldır. Ancaq belə hallar müharibə vəziyyətində olan ordularda gündəlik rast gəlinə bilən hadisədir. Burada Ermənistan tərəfinin həyasızlığı, beynəlxalq normalara əhəmiyyət verməməsi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu kimi təxribatlara adekvat münasibət bildirməməsi düşməni şirnikləndirir. Azərbaycan əsgərləri - həm Dövlət Sərhəd Xidməti, həm də Müdafiə Nazirliyi düşmənə yetərincə zərbələr vurublar. Hərbiçilər özbaşına deyil. Onlar əmrə tabe insanlardır. Ali Baş Komandan qərar verdikdən sonra nəsə demək olar. Düşmənin hansı zərbələr alması ilə bağlı biz xırda detalları açıqlayırıq. Ermənistanm tərəfi təxribatlarına qarşı layiqincə cavabını alıb. Yanvar 1-dən bu günə qədər düşmən 20-dən artıq əsgərini itirib. Düşmən onların 9-nu rəsmi olaraq paylaşsa da, digərlərini gizlədib, başqa adla təqdim edir.

Düşünürəm ki, bu təxribatın düşmən üçün hansı ağır fəsadları verəcəyini yaxın saatlarda və ya yaxın bir neçə gündə şahidi olacağıq”.

İradə İbrahimova: “Ötən il meşə yanğınlarına səbəb olan 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib”

VuVu Uma - 1 месяц тому назад
Bu gün saat 14:00-da Oğuz rayonunun Xaçmaz kəndi ərazisində vətəndaşlara məxsus torpaq sahəsində baş verən yanğın yaxınlıqdakı meşə sahəsinə keçib. Yanğın Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.

Bu barədə Oxu.Az-a Ekologiya və Təbi Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, yanğın ani ehtiyatsızlıq səbəbindən baş verib:

“Sözügedən ərazidə baş verən yanğın 50 sot sahədə quru ot örtüyünün yanmasına səbəb olsa da, meşə təsərrüfatına ziyan dəyməyib. Araşdırma zamanı yanğının kənd sakinləri Vidadi Umarov və Mikayıl Cabbarovun qaydalara əməl etməməsi səbəbindən baş verdiyi məlum olub. Belə ki, onlar əkinə hazırladıqları torpaq sahəsinə od vuraraq yandırıblar. Yanğın külək nəticəsində meşə ərazisinə keçib.

Operativ şəkildə yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və meşə təsərrüfatına ziyan dəyməsinə yol verilməyib. Qaydalara əməl etməyərək yanğın törətmiş şəxslər barəsində qanununamüvafiq tədbir görülüb. Həmin şəxslərə yol verdikləri nöqsanın cinayət məsuliyyəti yaratdığı barədə xəbərdarlıq edilib”.

İ.İbrahimova məsələ ilə bağlı ETSN adından torpaq istifadəçilərini, fermerləri və kənd təsərrüfatı ilə məşğul olan bütün vətəndaşları diqqətli olmağa çağırıb:

“Nazirlik adından fermerlərdən, kənd təsərrüfatı sahəsində çalışan vətəndaşlarımızdan xahiş edirik ki, əkin sahələrinə, torpaqlara od vurmasınlar. Bu, meşə üçün təhlükəlidir. Unutmayaq ki, bir nəfərin ani ehtiyatsız davranışı, qaydalara əməl etməməsi yüzlərlə hektar meşə sahəsinin, təbii mühitin məhv olmasına, eləcə də insanların, canlıların həyatına təhlükə yaratmaqla böyük fəlakətlərə yol aça bilər. Nazirlik torpaq istifadəçilərinə bir daha xəbərdarlıq edir ki, meşə sahələrində yanğına səbəb olma və yanğına səbəb olan hərəkətlərə yol vermək cinayət məsuliyyəti yaradır.

Ali Məhkəmənin sədrindən boşanan ailələrin uşaqları ilə bağlı yeni QƏRAR

VuVu Uma - 1 месяц тому назад
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərara dəyişiklik edilib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Ali Məhkəmənin Plenumu qərar çıxarıb.

Qərarı Ali Məhkəmənin sədri Ramiz Rzayev imzalayıb. Qərarla sənədin 7.4-cü bəndinin sonuna yeni məzmunda cümlə əlavə edilib.

Həmin bənddə yazılırdı ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır.

Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq, maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək hüququna malikdir.

Habelə, uşağa məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququ da verilir.

Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.

Əlavə edilən hissədə isə qeyd olunur ki, məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

Qərarda göstərilir ki, “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyil.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения