Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırılır
VuVu Uma -
11 месяцы тому назад
Ukraynanın Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə martın 17-si saat 00:01-dən etibarən, bütün beynəlxalq sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi məlumat yayıb.
Bildirilir ki, Bakıdan 21 mart tarixindən 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarı və tərkibində hərəkət edən Bakı-Dnepr birbaşa vaqonunun hərəkəti xüsusi göstərişədək dayandırılır.