Тег: pul


Azərbaycanda vəzifəli şəxslər 8,5 milyon manat mənimsədi, cinayət işi açıldı - RƏSMİ

VuVu Uma - 9 месяцы тому назад
Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə müvafiq olaraq, ölkə iqtisadiyyatının uğurlu inkişafının, qeyri-neft sektorunun rəqabət qabiliyyətliliyinin, kiçik və orta biznesin stimullaşdırılmasının təmin edilməsi üçün dövlət büdcəsindən sahibkarlara güzəştli kreditlər verilir.

Baş Prokurorluqdan verilən məlumata görə, bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin icra edilməsi məqsədilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən iqtisadiyyatın inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərlə mübarizə, o cümlədən, əhalini narahat edən müxtəlif sahələrdə korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Ləğv edilmiş “RoyalBank” ASC-nin Müşahidə Şurasının sədri Əli Cam və onun oğlu, bankın kredit departamentinin direktoru, İdarə Heyətinin sədr müavini və baş direktor vəzifələrində işləmiş Fuad Cam tərəfindən vətəndaşların adlarına saxta kredit müqavilələri rəsmiləşdirilməklə pul vəsaitlərinin talanması və digər xüsusatlar üzrə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq tamamlanıb.

İstintaqla Əli Cam və Fuad Camın qabaqcadan əlbir olaraq öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı kreditlərinin verilməsi üçün “RoyalBank” ASC-nin hesabına köçürülmüş pul vəsaitlərini 2007-2012-ci illər ərzində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə 31 müxtəlif hüquqi və fiziki şəxsin adına sənədləşdirməklə krediti həmin şəxslərə verməyərək, onlara etibar edilmiş 8,5 milyon manat məbləğində pul vəsaitlərini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Kommunal xərclərlə bağlı yenilik – Adambaşına düşən limit artırılır

VuVu Uma - 10 месяцы тому назад
“Ünvanlı dövlət sosial yardımına görə müraciət zamanı kommunal xərclərin payı ilə bağlı müəyyənləşdirilən limitlərin artırılması məqsədəuyğun olardı. Bu daha çox sayda aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımına müraciət etmək imkanı yarada bilər. Hazırda adambaşına düşən kommunal xərc yaşayış minimumunun 10 faizindən çox olduğu halda ailə ünvanlı sosial yardıma görə müraciət edə bilmir. Yəni, ünvanlı sosial yardıma müraciət etmək üçün ailədə adambaşına düşən kommunal xərcin məbləği aylıq 19 manatdan çox olmamalıdır”.

Oxu.Az-ın məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov belə təkliflə çıxış edib.

O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kommunal xərclərin payının artırılması ilə bağlı danışıqlar aparılır.“Dəyişikliklər qəbul olunduqdan sonra bu limit adambaşı 19 manatdan 27 manata çatdırılacaq. Bu o deməkdir ki, dörd nəfərlik ailədə kommunal xərc limiti 76 manatdan 108 manata çatdırılacaq. Müvafiq olaraq, daha çox aztəminatlı ailə üçün ünvanlı sosial yardımın müəyyənləşdirilməsinə imkan yaradacaq”, - deyə V.Bayramov məlumat verib.

Ünvanlı sosial yardımın müəyyənləşdirildiyi müddət bir ildir. Deputat isə bu müddətin iki ilə qədər uzadılmasını təklif edib:

“Yəni, aztəminatlı ailəyə bir illik sosial yardım müəyyənləşir. Həmin il ərzində ailənin gəlirləri dəyişmədiyi halda zaman uzadılsın və ailə üçün avtomatik ikinci il üçün də sosial yardım təyin olunsun”.

Bu şəxslərə 1500 manat pul verildi - RƏSMİ

VuVu Uma - 10 месяцы тому назад
İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir.

İkinci Dünya müharibəsi əlilləri ilə yanaşı, həmin müharibənin digər iştirakçılarına Prezidentin aylıq təqaüdü ödənilir ki, bu təqaüdün məbləği də ötən ilin aprelindən 150 manata çatdırılıb.

Aylıq təqaüdlə yanaşı, bütün İkinci Dünya müharibəsi veteranları əmək pensiyası ilə təmin edilirlər və onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb.Hər il 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamları imzalanmaqla, İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə və b. birdəfəlik maddi yardım verilir.

Cari ildə də Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli Sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarının - 256 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Sərəncama əsasən, həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən və b. ibarət 7126 nəfərin hər birinə 750 manat məbləğində birdəfəlik maddi yardım verilib. Yəni ümumilikdə 7382 nəfər birdəfəlik maddi yardımla təmin edilib.

Qeyd edilən birdəfəlik maddi yardımın məbləği mütəmadi artırılır. Növbəti artım kimi, ötən ilki ilə müqayisədə bu il həmin birdəfəlik yardımın məbləği 50 faiz artırılıb.

Bu şəxslərə birdəfəlik yardım ödənildi

VuVu Uma - 10 месяцы тому назад
İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, digər müvafiq şəxslərə birdəfəlik maddi yardımların ödənişi həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli Sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin müharibənin iştirakçılarının - 256 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardımın maliyyələşdirilməsi artıq təmin olunub.

Sərəncama əsasən, həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən və İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərindən, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərdən, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 7 126 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik maddi yardım ödənişi həyata keçirilib.

Bu şəxslər pulsuz internetlə təmin oluna bilər - RƏSMİ AÇIQLAMA

VuVu Uma - 10 месяцы тому назад
Dünyanı koronavirus pandemiyasının cənginə aldığı bir dövrdə onlayn xidmətlər geniş vüsət almağa başlayıb. Əlbəttə ki, xidmətlərlə təminat internetsiz mümkün deyil. Elə bunu nəzərə alan dünya ölkələri bir çox sferalarında, eləcə də, təhsil sahəsində əlçatanlığın təmin olunması üçün pulsuz internet xidmətləri təklif edib.

Şagird və tələbələrin pulsuz internetlə təminatı məsələsi də günümüzün ən aktual problemidir. Bir çox ölkələr, eləcə də, qonşu Türkiyədə onlayn təhsilin əlçatanlığı məqsədilə bütün tələbələr pulsuz internetlə təmin olunub.

Bəs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu məsələnin köklü həlli üçün hansı işlər görür? İnternetin pulsuz verilməsi üçün hər hansı addım atılması planlaşdırılırmı? Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələnin həlli məqsədilə mobil rabitə operatorlarına müraciət edib:

“Təhsil Nazirliyinin quruma müraciəti əsasında ümumi təhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarının genişləndirilməsinə dəstək məqsədilə müəyyən güzəştlərin tətbiq olunması ilə əlaqədar mobil rabitə operatorlarına müraciət olunub”.

Məlumatda qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən bu məqsədlə yaradılmış “Virtual məktəb” layihəsinə dəstək çağırışına artıq “Azercell” qoşulub:

Qurumlara cərimələrdən gedən pulun məbləği azaldılır - YENİLİK

VuVu Uma - 11 месяцы тому назад
“İşsizlikdən sığorta haqqında” qanunun pozulmasına görə tətbiq edilən cərimələrin məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi quruma ayrılan hissəsi azaldılacaq.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı qanunun 23-cü maddəsinə dəyişiklik təklif edilir.

Qanunun 23-cü maddəsi “Müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən ayırmalar” adlanır.

Layihəyə görə, maddənin adının “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən ayırmalar” olması təklif olunur.

Bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür.

Qanun layihəsində isə göstərilir ki, toplanan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (yalnız bir qurumdan söhbət gedir) hesabına, yeddi faizi isə dövlət büdcəsinə köçürülsün.

“Məşğulluq haqqında” qanuna da analoji dəyişiklik təklif edilir. 33.2-ci maddəyə təklif olunan dəyişikliyə əsasən, qanunun pozulmasına görə tətbiq edilən cərimələrdən toplanılan vəsaitin 18 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcək.

Qanunun hazırkı mətninə əsasən, bu rəqəm 25 faizdir, üstəgəl bu vəsaitin bir yox, bir neçə qurumun hesablarına köçürülməsi qeyd olunub.

Nazirlik rəsmisindən 190 manat birdəfəlik ödənişlə bağlı AÇIQLAMA

VuVu Uma - 11 месяцы тому назад
2020-ci ilin 1 aprel tarixinə qədər işsiz kimi qeydiyyata alınanlarla yanaşı, xüsusi karantin rejiminin davam etdiyi dövrdə işsiz kimi qeydiyyata alınan şəxslər də birdəfəlik ödəmələr alacaqlar.

Oxu.Az xəbər verir ki, son günlər işsiz şəxslərin birdəfəlik ödəmə almaq üçün hansı şəkildə müraciət etmələrinə dair məlumatlar paylaşılır. Lakin buna baxmayaraq, bəzi vətəndaşlar qeydiyyatla bağlı çətinlik yaşadıqlarını deyirlər.

Məsələ ilə bağlı redaksiyamıza müraciət edən şəxslər bildirirlər ki, nə etibarlılıq müddəti bitən, nə də bitməyən şəxsiyyəti təsdiq edən sənədin nömrəsi sistem tərəfindən tanınmır.Məsələyə münasibət bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Oxu.Az-a açıqlamasında deyib ki, bununla bağlı problem yaşanmamalıdır:

“Şəxsiyyət vəsiqəsinin müddəti bitmiş şəxslər üçün də xüsusi karantin rejimi dövrünə müraciət imkanı yaradılıb. Belə ki, onların şəxsiyyət vəsiqəsinin müddəti xüsusi karantin rejiminin sonunadək uzadılıb. Bu barədə KİV-də və sosial şəbəkələrdə geniş məlumat verilib.

İşsiz kimi qeydiyyata alınmaq üçün müraciət edilməsində çətinliklərin olması barədə deyilənlərə gəldikdə isə, bildirmək istərdim ki, müraciət üçün vətəndaşlara üç üsul təqdim edilib. Bununla bağlı məlumatlandırıcı videoçarx hazırlanıb və media vasitəsilə ictimaiyyətə təqdim olunub. Göründüyü kimi, işsiz şəxslərin heç bir çətinlik çəkmədən qeydiyyatdan keçmələri üçün müraciət imkanları var”.

Birdəfəlik ödəmə ilə bağlı müraciət aşağıdakı qaydada aparılmalıdır:

1. e-sosial.az portalında “e-xidmətlər” bölməsinə daxil olaraq, “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” linkinə daxil olaraq. Bunun üçün “ASAN imza” və ya elektron imza tələb olunur.

2. Daha rahat yolu: e-sosial.az portalında “onlayn müraciət” bölməsindən istifadə etməklə hər hansı bir qeydiyyat proseduru tələb olunmadan işsiz və ya işaxtaran kimi uçota alınmaqla. Bu zaman müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçmək lazımdır.

3. İnternetə çıxış imkanları olmayan işsizlər isə qeydiyyata alınmaq üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzlərinin telefon nömrələrinə (Telefon nömrələri: http://sosial.gov.az/laq-nomrlri) zəng edə bilərlər.

Xatırladaq ki, aprelin 9-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 55 min işsiz üçün birdəfəlik ödənişin aidiyyəti üzrə köçürülməsi təmin edilib.

Krediti vaxtında ödəməsəniz... - Borcu olanların NƏZƏRİNƏ

VuVu Uma - 11 месяцы тому назад
Krediti vaxtında ödəməsəniz... - Borcu olanların NƏZƏRİNƏ
10
apr
17:24
Krediti vaxtında ödəməsəniz... - Borcu olanların NƏZƏRİNƏ
219
AA
"Kredit tarixçələrinə "ləkə" düşə bilər”.

BAKU.WS “pravda”ya istinadən xəbər verir ki, bunu iqtisadçı Azər Mehtiyev deyib.

A.Mehtiyev xatırladıb ki, məlum olduğu kimi, uzunmüddətli istifadə üçün nəzərdə tutulan istehlak mallarını (mebel, məişət avadanlığı, elektronika və s.) kreditə verən firmalar karantin rejimi ilə bağlı kreditlərin ödənilməsində ləngimələrə görə faizin hesablanmasını aprel ayı üzrə dayandırdıqlarını bəyan ediblər.

Onun sözlərinə görə, belə firmalardan birindən bu gün zəng gəlib ki, krediti ödəməmisiniz: "Sonra özlərinin məlum bəyanatlarını xatırlatdılar.

Və dərhal xəbərdarlıq etdilər ki, firmanın cərimə faizlərinin hesablanmasını dayandırmasına baxmayaraq, kreditin vaxtında ödənilməməsinə görə sizin kredit ödənişiniz gecikmiş kimi qeydə düşəcək.

Sən demə, bu, məhz Mərkəzi Bankın hərəkətsizliyi üzündən baş verəcək: firmanın qərarına baxmayaraq Mərkəzi Bank hələ müvafiq sistemlərdə heç bir dəyişiklik etmədiyindən mövcud vəziyyət səbəbindən kredit ödənişlərində baş verən "icazəli" ləngimələr sistemdə məhz "kreditin vaxtında ödənilmədiyi" kimi qeydə alınacaq

Hansı tələbələrin təhsil haqqının dövlət tərəfindən ödəniləcəyi ilə bağlı RƏSMİ AÇIQLAMA

VuVu Uma - 11 месяцы тому назад
Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci ildə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planına əsasən, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon AZN məbləğində kompensasiya nəzərdə tutulub.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.

Onun sözlərinə görə, bu istiqamət üzrə icraçı qurumlar Təhsil və Maliyyə Nazirlikləri, icra müddəti isə 2020-ci il müəyyən edilib:“Təbii olaraq, bu tədbirin konkret olaraq hansı ailələrin üzvü olan tələbələrə aid olmasına və təhsil haqqının hansı şərtlərlə ödənilməsinə dair hazırda sosial mediada çoxsaylı suallar verilir, rəy və mülahizələr irəli sürülür.

Bəzi hallarda verilən suallara şərhlərdə konkret cavablar da verilir (bu sizə aiddir/aid deyil, artıq ödənilmiş məbləğ nəzərə alınacaq/alınmayacaq, yalnız ali təhsilə aiddir və sair)”.

“Xahiş edirəm, nəzərə alasınız ki, hazırda sərəncamdan irəli gələn məsələlər müzakirə olunur və qərar layihəsi üzərində iş gedir.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения