Тег: politika


Müavininə nəzarət edə bilməyən general – Ona sərhədi etibar etmək olarmı?

VuVu Uma - 4 месяцы тому назад
Ən azı 15-20 il əvvəlin söhbətidir. Gənc yazarlardan biri “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qarşısını kəsib, giley-güzara başlayır: “Bəy, mən sizi demokrat kimi tanıyırdım. Sizin partokratlardan heç bir fərqiniz yoxmuş”.

Təbiət etibarıyla sakit adam olan Qənimət Zahid halını pozmur: “Nə olub, bəy? Nədən narazısan?”

Postmodernist ədəbi cərəyanı ilə yenicə tanış olan gənc dərhal izahat verir: “Sizə tənqidi məqalə göndərmişdim. Amma çap etmədiniz. “Azadlıq” qəzeti azad fikri boğur”.

Bu söhbəti mənə Qənimət Zahidin özü danışdığı üçün ən xırda detal da yadımdadır. Həmin yazar “Azadlıq” qəzetini tənqid etməyə başlayanda, baş redaktor ondan hansı mövzuda yazdığını soruşur.

Oğlanın cavabı özünü çox gözlətmir: “Məhəmməd peyğəmbərin əleyhinə məqalə yazmışdım. Amma siz çap eləmədiniz. Siz necə demokratsınız?” Qənimət bəy oğlana belə məsləhət verir: “A bala, sən Ramil Usubovun əleyhinə yaz, birinci səhifədə çap edəcəm”.

Oğlan gözünü döyə-döyə soruşur: “Ramil Usubovdan niyə?”

Sən demə, həmin vaxt bir neçə gənc yazar “Azadlığ”ın redaksiyasına Məhəmməd peyğəmbərin əleyhinə məqalə təqdim edibmiş. Onların əlindən boğaza yığılan baş redaktor bu dəfə səsini qaldırmalı olur: “A bala, bir dəfə də topu-tüfəngi olan adamdan yazın. Min dörd yüz əvvəl dünyadan köçmüş insanla nə işiniz var? Belə cəsarətlisinizsə, bir dəfə də polisdən, prokurordan yazın, bir generalın adını çəkin”.

Aleksey Fenenko: Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu - MÜSAHİBƏ

VuVu Uma - 4 месяцы тому назад
Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı keçirərək, bir çox açıqlamalar verib. Onun ən maraqlı açıqlaması Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə aid idi. Ermənistan liderinin sözlərinə görə, inqilabdan sonra (söhbət 2018-ci ilin yaz hadisələrindən gedir - red.) Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni sənədlər yoxdur, “köhnə sənədlərin hamısı isə rədd edilib, çünki onlar bizim üçün qəbuledilməzdir”.

Nikol Paşinyan məhz bu şəkildə bir neçə həftə əvvəl danışıqlar masasında mərhələli həll planı ilə bağlı sənədin olduğunu bildirən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Qarabağ nizamlanması ilə bağlı açıqlamasına münasibət bildirib.

Tanınmış rusiyalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert, Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının mütəxəssisi, Moskva Dövlət Universitetinin Dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko Media.Az-ın bu məsələlərlə bağlı suallarını cavablandırıb.- Baş nazir Nikol Paşinyan böyük mətbuat konfransı keçirdi və Ermənistanın Qarabağ tənzimlənməsi ilə bağlı bütün “köhnə sənədləri” rədd etdiyini bildirdi. Beləliklə, o, Rusiya Xarici İşlər nazirinin danışıqlar masasında bir planın olması barədə açıqlamasına münasibət bildirdi...

- Bunu dərhal Rusiyanın mövqelərinə zərbə adlandırmaq olar. Rusiya Federasiyası Qarabağ məsələsində vasitəçi olub və hələ də bu missiyanı davam etdirir. 2016-cı ildə məhz Rusiyanın vasitəçiliyi ilə Qarabağ tənzimlənməsinin yeni mərhələli planı barədə Sankt-Peterburq və Vyana sazişləri imzalanıb.

İndi məlum olur ki, Ermənistan rəsmi şəkildə Rusiyanın vasitəçiliyindən imtina edib. Bununla da Rusiya diplomatiyasını ciddi şəkildə pis vəziyyətdə qoyub. Bəli, Nikol Paşinyan əvvəllər də razılaşmanı hər şəkildə pozurdu, imtina edirdi, uzadırdı. Ancaq bu vaxta qədər Ermənistanın razılaşmalardan imtina etdiyini eşitməmişdik, bunu vurğulayıram. İndi bu baş verdi. Ermənistan Rusiyanın vasitəçiliyi ilə əldə olunan bütün razılaşmaların üstündən xətt çəkir.

Deputatdan bəzi məmurlara xəbərdarlıq: “Sərt cəza tədbirləri görüləcək”

VuVu Uma - 4 месяцы тому назад
Milli Məclisin deputatı Vüqar İsgəndərovun Oxu.Az-a müsahibəsi:

- Vüqar müəllim, biz parlament jurnalistləri deputatların səlahiyyətləri, statusları barədə az-çox bilgiyə malikik. Bizim sezə bilmədiyimiz hansısa məqamlar varmı ki, onlar deputat məsuliyyətini birə beş artırır?

- Ümumiyyətlə, deputat seçilən hər bir şəxsin üzərinə böyük məsuliyyət düşür. Yəni, parlamentdə təmsil olunmaq hüququ qazanan şəxs həm seçildiyi dairənin seçicilərinin hüquqlarının müdafiəsi, onların problemlərinin həlli istiqamətində fəallıq göstərməli, həm də ölkənin qanunvericilik bazasının daha da təkmilləşdirilməsi istiqamətində üzərinə düşən işin öhdəsindən layiqincə gəlmək üçün var gücü ilə çalışmalıdır. Deputat daim axtarışda olmalıdır. Təbii ki, hər bir deputat ölkə qanunları ilə yanaşı, beynəlxalq qanunvericiliyə də yaxından bələd olmalıdır. Hesab edirəm ki, bir millət vəkili ölkə daxilində seçicilərinin təmsilçisi olduğu kimi, beynəlxalq təşkilatlarda da dövlətinin nümayəndəsi kimi müsbət mənada fərqlənmək üçün daim üzərində işləməlidir. Mən bunu təsadüfən demədim. Çünki millət vəkillərimizdən bəziləri müxtəlif beynəlxalq qurumlarda dövlətimizin nümayəndə heyətinin, bəziləri isə Azərbaycanla müxtəlif ölkələr arasında yaradılan parlamentlərarası dostluq qruplarının üzvü kimi də fəaliyyət göstərirlər. Onlar yeri gələndə həm də diplomat kimi fəallıq göstərməli olurlar.

- Xaricdə ölkəmizin təmsilçiliyindən söz düşmüşkən, Azərbaycan-Argentina parlamentlərarası dostluq qrupunun rəhbərisiniz. Argentina ilə münasibətlərin gələcək inkişafı baxımından hansı addımların atılmasını planlaşdırırsınız?

- Əvvəlcə, mənə göstərilən bu yüksək etimada görə parlamentin rəhbərliyinə minnətdaram. Görməli olduğumuz işlərə gəlincə, məlum olduğu kimi Argentina Latın Amerikasının inkişaf etmiş böyük ölkələrindən biridir. Mənə Argentinadakı səfirimizi şəxsən tanımağım çox xoşdur. Karantin rejimi olduğu üçün bəzi görüş və tədbirlər təxirə salınıb. Amma ilk imkan olan kimi Argentinanın ölkəmizdəki səfirliyini ziyarət edərək, cənab səfirlə yaxından tanış olacağıq. Ümumiyyətlə, iki ölkənin əlaqələrinin daha da inkişafı istiqamətində parlamentlərarası dostluq qrupunun üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün həm Azərbaycanın Argentinadakı, həm də Argentinanın Azərbaycandakı səfirləri ilə sıx və səmərəli əməkdaşlıq edəcəyik.

- 113 saylı Şəki Şəhər Seçki Dairəsindən deputat seçilmisiniz. Bu seçki dairəsinin əhatə etdiyi ərazinin xarakterik problemlərini araşdırmısınız?

- Şəki kimi qədim şəhəri parlamentdə təmsil etmək həm şərəfli, həm də məsuliyyətli işdir. Konkret sualınıza gəlincə deyim ki, uzun müddət Şəkidə vəzifədə işləmiş biri kimi o bölgənin xarakterik problemlərini yaxşı bilirəm. Mən insanlarla daim ünsiyyətdə olmuşam, öz şəhərimin vurğunu kimi tarixini, mədəni irsini və s. öyrənməyə çalışmışam. İndi də həm birbaşa, həm də köməkçim və könüllülər vasitəsi ilə problemləri operativ öyrənib, analiz edərək həll olunmasına çalışıram.

- Deputat seçildikdən sonra seçicilərinizlə görüşləriniz olub?

- Ümumiyyətlə, fəaliyyətim boyunca hesabatlı olmuşam və bundan sonra da belə olacaq. İlk gündən demişəm ki, millət vəkili kimi bütün vədlərə əməl edəcək, həmişə seçicinin yanında olacağam. Millət vəkili kimi gördüyüm işlərlə bağlı hər üç aydan bir “Vuqarisgenderov.com” saytında hesabatla çıxış edəcəyəm. Hazırda hər bir seçicinin birbaşa mənimlə əlaqə saxlamaq imkanı var. Millət vəkili kimi fəaliyyət göstərdiyim qısa müddət ərzində seçicilərimlə daim maraqlanmışam. Bilirsiniz ki, pandemiya ilə əlaqədar insanların kütləvi şəkildə iştirakı ilə hər hansı tədbirin, o cümlədən seçicilərlə toplu halında görüşlərin keçirilməsi mümkünsüzdür. Lakin mən bu müddət ərzində rayondakı köməkçim vasitəsilə hər gün seçicilərimlə əlaqə saxlamışam, onlara lazım olan dəstəyin göstərilməsinə çalışmışam. Eyni zamanda, hər hansı məsələ ilə bağlı elektron poçtuma daxil olan müraciətlərə görə, müvafiq addımlar atmışıq və bu istiqamətdə fəaliyyətimiz davam edir. Müraciətlərin hamısına diqqətlə yanaşıram, imkan daxilində köməklik göstərirəm, həlli bizdən asılı olmayan məsələlər barəsində də aidiyyəti orqanlara müraciət edirik. Şəki şəhərinin rəhbərliyi sağ olsun, bu və digər seçici problemi ilə bağlı müraciətlərimizə dərhal reaksiya verilir və məsələlərin həllinə yardım göstərilir. Onu da deyim ki, karantin rejimi dövründə təmsil olunduğum dairədə yaşayan aztəminatlı ailələrə, yüzdən çox seçiciyə yardımlar etmişik.- Parlamentin iclaslarında aktivsiniz, çıxışlar edirsiniz. Eyni zamanda, iclasdankənar birbaşa Milli Məclis rəhbərliyi ilə ünsiyyət qurmaq imkanınız olur. Mətbuatda dərc olunmayan elə bir məsələ olubmu ki, parlament rəhbərliyi qarşısında qaldırasınız?

- Təbii ki, parlamentin işində aktiv iştirak edirəm, üzvü olduğum iki komitədə tez-tez iclaslarımız olur. Komitə iclaslarında çıxış etmişəm, təkliflər vermişəm. Plenar iclaslarda da həmçinin... Qeyd edim ki, yeni sədarət çox demokratik, ünsiyyət və müzakirəyə açıq insanlardır. Bu da çox sevindirici haldır.

- Vüqar müəllim, həm də hüquqşünassınız. Azərbaycanda hüquq sahəsində hansı təkmilləşmələrə ehtiyac duyursunuz?

- Bildiyiniz kimi, Prezident İlham Əliyevin ötən il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmana uyğun olaraq, ölkəmizdə məhkəmə-hüquq sistemində də əsaslı islahatlar həyata keçirilir. Xatırladım ki, bu fərmanda vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarının daha da artırılması, sahibkarlıq fəaliyyəti subyektlərinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və mübahisələrin məhkəmədənkənar həlli mexanizmlərinin təşviqi, hakimlərin sayının artırılması və s. məsələlər əsas hədəf kimi götürülüb. Yəni, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən çoxsahəli islahatlar məhkəmə-hüquq sistemini də əhatə edir. Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bu məqama diqqət çəkdi. Dedi ki, biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və Azərbaycanın gələcək dayanıqlı inkişafını şərtləndiririk.

Prezident “Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq” dedi. Yəni, göründüyü kimi Azərbaycanda hüquq sahəsində təkmilləşmələr və islahatların aparılması davamlı xarakter daşıyır.

- Son zamanlar Azərbaycanda məmurların korrupsiya əməliyyatları ilə bağlı həbsi barədə nə deyə bilərsiniz?

- Prezident İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən islahatlar çərçivəsində prokurorluq orqanlarının qarşısında qoyduğu mühüm vəzifələrdən birini xatırlatdı. Dövlət başçısı bildirdi ki, indiki şəraitdə ölkəmizdə şəffaflığın artırılması, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi qarşıda duran vəzifələrdəndir. Bu, heç də təsadüfi deyil. Çünki Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin sistemli xarakter daşıması və bu sahədə müxtəlif dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi bütövlükdə bu məsələdə daha səmərəli nəticələr əldə olunmasını şərtləndirib.

Onlar deputat seçildiklərinə görə vəzifələri ilə “vidalaşdılar” - ADLAR

VuVu Uma - 7 месяцы тому назад
Prezident İlham Əliyevin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vəzifəsindən azad edilib.

Oxu.Az-ın məlumatına görə, ölkə başçısının digər sərəncamları ilə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov və İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov vəzifəsindən çıxarılıb.

Hər üç şəxs 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə deputat seçiliblər.H.Hüseynovanın 41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən, A.Məmmədovun 123 saylı Kəlbəcər Seçki Dairəsindən, İlahiyyat İnstitutunun rektoru C.Məmmədovun isə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığı təsdiqlənib.

Qeyd edək ki, Konstitusiyanın 85-ci maddəsinə əsasən, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən şəxslər deputat seçilə bilməzlər.

Onu da əlavə edək ki, Suraxanı İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova da deputat seçildiyinə görə işdən çıxıb.

Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əliabbas Salahzadə də işdən çıxmaq barədə ərizə verib.

A.Həsənova 32 saylı Suraxanı Üçüncü, Ə.Salahov 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deputat seçiliblər.

Yeni icra başçıları nə qədər maaş alacaq?

VuVu Uma - 7 месяцы тому назад
Prezident İlham Əliyevin martın 5-də imzaladığı sərəncamla Mirhəsən Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Ölkə başçısının digər sərəncamı ilə Nahid Bağırov İsmayıllının icra başçısı postuna gətirilib.

Oxu.Az Mirhəsən Seyidov və Nahid Bağırovla bağlı sosial şəbəkələrdə aparılan müzakirələrin aktuallığını nəzərə alıb, onların aylıq nə qədər maaş alacağı ilə bağlı kiçik araşdırma aparıb.

Qeyd edək ki, icra başçılarının maaşları Prezident İlham Əliyevin 2018-ci ilin 13 martında imzaladığı sərəncamla müəyyən olunur.

Şəhər və rayonlar üzrə icra başçılarının maaşları əhali sayına uyğun olaraq təyin edilir.

Əhalisi 50 min-100 min nəfər olan ərazinin icra başçısı 990 manat maaş alır.

Ən son məlumatlara görə, Neftçalanın əhalisi 88 min nəfərdən çoxdur. Deməli, Mirhəsən Seyidovun aylıq əmək haqqı 990 manat olacaq.

İsmayıllı rayonunun əhalisi isə 86 min nəfərdən çoxdur. Bu baxımdan Nahid Bağırovun da maaşı 990 manat olacaq.

Onu da əlavə edək ki, icra başçısının Bakı şəhəri üzrə maaşı 1925 manat məbləğində müəyyən olunub.

Gəncə və Sumqayıt şəhərləri üzrə isə bu rəqəm 1280 manat təşkil edir.

İcra başçısı əhalisi 100 min nəfərdən çox olan əraziyə rəhbərlik edirsə, onun maaşı 1045 manatdır.

Prezident nazir Ramin Quluzadəyə yeni vəzifə verdi

VuVu Uma - 7 месяцы тому назад
Azərbaycanla Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın tərkibində dəyişiklik edilib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncamla Prezidentin 2009-cu il 10 avqust tarixli, 438 nömrəli sərəncamında dəyişiklik edilib.Ölkə başçısının sərəncamı ilə sənədin 1-ci hissəsi ilə təsdiqlənmiş Komissiyanın tərkibi yeni redaksiyada verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Komissiyanın həmsədri təyin olunub.

Komissiyanın üzvləri isə aşağıdakı şəxslərdir:

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası Təhsil nazirinin müavini

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

Komitə sədri, icra başçısı üçün vaxt daralır

VuVu Uma - 7 месяцы тому назад
Konstitusiya Məhkəməsi Plenumunun fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və təsdiqlənməsi üzrə iclası martın 5-də keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, nəticələr təsdiqləndikdən sonra yeni seçilmiş deputatların qeydə alınması prosesi başlayır.

Bu proses Seçki Məcəlləsinin 173-cü maddəsi ilə tənzimlənir.Belə ki, dairə seçki komissiyası seçkilərin yekunları haqqında protokolu imzaladıqdan sonra deputat seçilmiş namizədə dərhal bu barədə məlumat verir.

Qeyd edək ki, Milli Məclisə fevralın 9-da keçirilmiş növbədənkənar seçkilərdə lider namizəd statusu qazanmış bəzi şəxslər mərkəzi icra hakimiyyəti orqanlarının təmsilçiləridir.

Milli Məclisə deputat seçilənlərdən bir nəfəri mərkəzi icra hakimiyyəti orqanının, digəri isə yerli icra hakimiyyəti orqanının başçısıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 41 saylı Sumqayıt Birinci Seçki Dairəsinin lider namizədidir.

123 saylı Kəlbəcər Seçki Dairəsinin favoriti Aqil Məmmədov isə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısıdır.

İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov isə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsinin lider namizədidir.

2015-ci ilin noyabrında 5-ci çağırış Milli Məclisə seçkilərdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə deputat mandatı qazanan rektorlar vəzifələrindən azad edilmişdi.

Konstitusiyanın 85-ci maddəsinə əsasən, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən şəxslər deputat seçilə bilməzlər.

Əgər hakimiyyətin icraedici və məhkəmə qanadını təmsil edən şəxslər deputatlığa namizədliyini irəli sürürsə və deputat seçilirsə bu zaman vəzifələri ilə vidalaşmalıdırlar.

Deputat seçilmiş namizədlər ən geci 60 gün müddətində deputat statusu ilə uyğunlaşmayan vəzifədən azad olunduqları barədə əmrin surətini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edirlər.

Onlar bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini də verməlidirlər.

Həmin namizədlər fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni də Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilərlər.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения