Bakıdan rayonlara sərnişinlərin gedişi təmin olunur - RƏSMİ
VuVu Uma -
10 месяцы тому назад
“Mart ayının 19-20-21 tarixlərində Bakı Avtovağzal Kompleksindən həm region qeydiyyatı, həm də Bakı, Sumqayıt, Abşeron şəhərlərində qeydiyyatda olan sərnişinlərin regionlara gedişi təmin olunacaq”.
Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Oxu.Az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Bakı Avtovağzal Kompleksi qeyd olunan tarixlərdə adi iş rejimində çalışacaq:
“Bu, bayram günlərində regionlara gedən, region qeydiyyatında olan sərnişinlərə şamil olunur və onlar ayın 29-dan tez paytaxt ərazisinə qayıda bilməyəcəklər.
Mart ayının 27-28-də isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bütün personalı region avtovağzallarına təhkim olunacaq. Həmin tarixlərdə regionlardan sərnişindaşıma avtobusları ilə paytaxta yalnız Bakı, Sumqayıt, Abşeron qeydiyyatında olan sərnişinlər gələ biləcək.
Əməkdaşlar tərəfindən bir-bir sərnişinlərin şəxsiyyət vəsiqələri yoxlanacaq. Region qeydiyyatı olan sərnişinlərin avtovağzallarda ajiotaj yaratmaması xahiş olunur.