“Olimpiada mərkəzinin yaradılması ilə təhsilalanların RFO-ya hazırlaşdırılması” layihəsinin açılışı olub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan “Olimpiada mərkəzinin yaradılması ilə təhsilalanların RFO-ya hazırlaşdırılması” layihəsinin açılış mərasimi keçirilib.

Mərasim Şəki şəhəri 18 nömrəli tam orta məktəbdə baş tutub. Tədbirdə layihə rəhbəri Məmməd Mahmudov, məktəb direktorları, layihənin idarə heyəti üzvləri, müəllimlər və valideynlər iştirak edib.

Öncə çıxış edən layihə rəhbəri M.Mahmudov layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd Şəki şəhəri üzrə olimpiada mərkəzinin yaradılması ilə sistemli və davamlı şəkildə təhsilalanların fənn olimpiadalarına hazırlaşdırılması üçün hazırlıq qruplarının təşkilindən ibarətdir. Qeyd olunub ki, Şəki şəhəri üzrə 20 nəfər müəllimin seçiləcək, seçilmiş müəllimlərə olimpiada sahəsi üzrə təlimlər keçiriləcəkdir. Həmçinin şagirdlərin diaqnostik (seçim) və yekun qiymətləndirilməsi təşkil ediləcəkdir. Daha sonra təhsilalanlarla 3 ay ərzində intensiv olimpiada hazırlıqları təşkil olunacaq.

Tədbirdə çıxış edənlər digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar arzulayıblar.

Paylaş:
Yuxarı