Тег: neft


Azərbaycan gündəlik neft hasilatını azaldacaq

VuVu Uma - 8 месяцы тому назад
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən üç mərhələ ilə azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi” qəbul edilib.

Videokonfransa “OPEC+” ölkələri ilə yanaşı, ilk dəfə olaraq Kanada, Norveç, Argentina, Braziliya, Kolumbiya, İndoneziya, Misir, Çad, Trinidad və Tobaqo kimi ölkələr də qatılıb.

İclasda “OPEC+” ölkələri gündəlik neft hasilatının müxtəlif müddətlər və həcmlərdə azalması ilə bağlı razılıq əldə ediblər.

Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, “OPEC+” ölkələri may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla, 10 mln. barel həcmində azaldacaqlar.

Hasilat öhdəlikləri OPEC ölkələri üçün sutkada 6,085 mln. barel, qeyri-OPEC ölkələri üçün isə 3,915 mln. barel müəyyən edilib. Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxildir. Budəfəki öhdəliklərdə kondensat həcmləri nəzərə alınmayıb.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaldacaq.

Beləliklə, mayın 1-dən iyulun 1-dək Azərbaycanda gündəlik neft istehsalı razılaşdırılmış kvotaya uyğun tənzimlənəcək. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

2020-ci ilin iyul-dekabr aylarında isə “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 18% olmaqla 8 mln. barel azaldılması razılaşdırılıb. Bu zaman kvotalar OPEC üzrə gündəlik 4,868 mln, qeyri-OPEC üzrə isə 3,132 mln. barel müəyyənləşdirilib.

Azərbaycan bu dövrdə gündəlik istehsalını 131 min barel azaltmaqla 587 min barel səviyyəsində saxlamalı olacaq.

2021-ci ildən 2022-ci ilin aprelinədək “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 14% olmaqla 6 mln. barel azaldılması planlaşdırılır. Bu müddətdə hasilat öhdəlikləri OPEC üçün 3,651 mln barel, qeyri-OPEC üzrə 2,349 mln barel nəzərdə tutulub. Azərbaycan isə həmin dövrdə 98 min barel azalma ilə hasilatı 620 min barel həcmində saxlamaq öhdəliyini götürməli olacaq.

Putin ərəblərə "təslim oldu", neftin qiyməti kəskin artdı - Son durum

VuVu Uma - 8 месяцы тому назад
Neftin bir barrelinin qiyməti son 18 ildə ən aşağı səviyyəyə düşəndən sonra kəskin artım yer alıb. Qiymət artımına səbəb Səudiyyə Ərəbistanı ilə Rusiya arasında gözlənilən razılaşmadır.Putin ərəblərə "təslim oldu", neftin qiyməti kəskin artdı - Son durum
4 aprel, 2020 [21:06]
Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salman bin Abduləziz Əl Saud
Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salman bin Abduləziz Əl Saud - Foto: Reuters
Neftin bir barrelinin qiyməti son 18 ildə ən aşağı səviyyəyə düşəndən sonra kəskin artım yer alıb. Qiymət artımına səbəb Səudiyyə Ərəbistanı ilə Rusiya arasında gözlənilən razılaşmadır.
Xatırladaq ki, mart ayının əvvəllərində neft nəhəngi olan Səudiyyə Ərəbistanı Kremlə üz tutaraq hasilatı azaltmağa çağırmışdı. Çağırışa əsasən, həm OPEK, həm də Rusiya neft hasilatını azaltmalı idi ki, bazarlarda neftin qiyməti bir qədər qalxsın və bütün bazar iştirakçıları üçün əlverişli həddə yer alsın.Amma Moskva ərəblərin bu təklifini rədd etmişdi. Ardınca Səudiyyə Rusiyanın acığına neft hasilatını əhəmiyyətli dərəcədə artıracağını və qiymətləri daha da aşağı salacağını bildirmişdi. Elə də oldu. Səudiyyə neft hasilatını artırdı, ardınca dünyada yaşanan qlobal iqtisadi durğunluq neftin qiymətinin son 18 ildə ən aşağı səviyyəyə - bir barrel üçün 19.29 dollara qədər enməsini şərtləndirdi.Bizimyol.info xəbər verir ki, nəhayət, bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı azaltmaq barədə razılığa gələcəklərini xəbər verəndən sonra neftin qiyməti sürətlə artmağa başladı. Amma tərəflər arasında razılaşmanın baş tutmayacağı ilə bağlı ehtiyatlanma neftin qiymətini cilovlamağa davam edirdi.

Son olaraq Rusiya prezidenti Vladimir Putin hasilatı azaltmağa hazır olduqlarını bildirib. Xatırladaq ki, ötən ayın sonlarında Kreml açıqlama verərək bildirmişdi ki, biz belə iqtisadi savaşlara çoxdan hazırlaşırdıq və geri çəkilməyəcəyik. "Bu oyunda gözünü ilk qırpan tərəf Rusiya olmayacaq",- deyə Moskva Səudiyyəyə qarşı psixoloji hücuma keçmişdi. Amma Səudiyyənin inadından əl çəkmədiyini görüncə, nəhayət, Rusiya "gözünü qırpmağa" məcbur oldu. "Hasilatı 10 milyon barrel - bir az yuxarı-aşağı olmaqla azaltmağa hazırıq",- deyə Putin bildirdi. Bu açıqlamanın ardından neftin qiyməti bir daha yuxarıya doğru sıçrayış etdi və bir barrel üçün qiymət 34,11 dollara qədər yüksəldi.

Neftin ucuzlaşması nə dərəcədə təhlükəlidir?

VuVu Uma - 9 месяцы тому назад
Dünya iqtisadiyyatında yaranmış vəziyyət, xüsusən də neftin qlobal bazarlarda satış qiymətinin 40 ABŞ dollarından aşağı düşməsi, yəni "qırmızı xətti" keçməsi artıq yeni böhranın başlandığı deməkdir. Hansı ki, mən də daxil, əksər iqtisadçılar tərəfindən bir az əvvəl belə bir vəziyyətin yaranacağı inkar edilirdi.

Neftin qiymətləri ilin əvvəlindən ucuzlaşmağa doğru start götürəndə qeyd etmişdim ki, bu davamlı ola bilməz. Çünki birincisi, bu OPEC+ ölkələri üçün sərfəli deyil. İkincisi də, Çin iqtisadiyyatında koronavirus amili bir azdan səngiyəcək.

Odur ki, mövcud atmosfer tezliklə sovuşub gedəcək və “qara bulud kütləsi” yoxa çıxacaq, başqa sözlə, koronavirusla bağlı neftin dünya bazar qiymətləri üçün yaranmış təhdid aradan qalxacaq - deyə, yazmışdım. Digər tərəfdən, Çin iqtisadiyyatının “əbədi tənəzzülü” onunla rəqabətdə olan, başda ABŞ olmaqla, nə Avropa Birliyi (Aİ), nə Böyük Britaniya, nə də bir çox digər ölkələr üçün sərfəli və məqsədəuyğun deyil.

Ancaq "sən saydığını say, gör fələk nə sayır" deyiblər.

OPEC+ ölkələri içərisində Səudiyyə Ərəbistanı ilə Rusiyanın arasında fikir ayrılığı və mövqelərdə ziddiyyətin ortaya çıxacağı əsla gözlənilmirdi.

Sual olunur, niyə?

Əvvəla, neftin dünya bazarlarında bundan əvvəl, 2014-2016-cı illər arasında ucuzlaşmasının qarşısı məhz OPEC+ ölkələri, xüsusən də Səudiyyə Ərəbistanı ilə Rusiya arasında hasilatı azaltmaq haqda anlaşma ilə alınmışdı. Belə ki, Ər-Riyad ABŞ-ın müttəfiqi olsa da, 5-6 il öncəki qiymət enişində Moskvanın mövqeyindən çıxış etməklə və birgə hərəkət etməklə öz iqtisadi mənafeyi naminə müttəfiqi əleyhinə olsa belə, birgə mövqe nümayiş etdirmək iqtidarında olduğunu göstərdi.

İstər 2018-ci il ərzində, istərsə də 2019-cu ildə ABŞ prezidenti Donald Tramp buna görə Səudiyyə Ərəbistanını dəfələrlə tənqid etmişdi. Başqa sözlə, neft baha olduğuna görə Ər-Riyad günahkar sayılırdı. Səudiyyə isə ötən müddət ərzində mövqeyindən bir addım da olsa geri çəkilmədi.

İkincisi, 60 dollar bütün neft hasil edən ölkələr üçün sərfəli qiymət səviyyəsi idi. OPEC+ ölkələrinin hasilatı azaltmaq haqda qərarlarından sonra 2017-2019-cu illər ərzində qiymətlər məhz bu rəqəm ətrafında sabitləşmişdi ki, bu və ya digər siyasi hadisə, proseslərin nəticəsində arada 60 dollardan aşağı və yuxarıya doğru hərəkət etsə də, heç bir halda bundan uzağa getməmişdi.

Yəni qiymətlər əslində onsuz da baha deyildi.

Üçüncüsü, Çində koronavirus məsələsi ortaya çıxmasa idi, neft əksinə, bahalaşmağa meyl edirdi. Belə ki, ortada heç bir iqtisadi səbəb mövcud olmasa da, Yaxın Şərqdə, Venesuela ilə Liviyada baş verən siyasi proseslər neftin qiymətinə onu yüksəlməyə sövq etmək yönündə təsir göstərməkdə idi.

Dördüncüsü isə, qlobal iqtisadiyyatda böhranın yenə də ABŞ iqtisadiyyatında başlayacağı proqnoz edilir və gözlənilirdi. Xüsusən də, bunun daha çox ABŞ-Çin, ABŞ-Aİ arasında ticarət anlaşılmazlığı, başqa sözlə, Vaşinqtonun başladığı proteksionist siyasətin nəticəsində meydana çıxacağı bildirilirdi.

Xatırladıram ki, ABŞ sonuncu dəfə 2008-2009-cu illərdə böhranla üzləşmişdi və bu dünyaya yayılmışdı. Həmin böhrandan sonra ABŞ iqtisadiyyatı inkişaf etməyə başladı və yüksək iqtisadi artım müşahidə olundu. Bir ara dollar buna görə sürətlə bahalaşırdı. Məhz sözügedən iqtisadi artıma görə Amerikanın mərkəzi bankı sayılan FES uçot dərəcəsini artırırdı. Halbuki, böhran illərində o təqribən 0 faiz həddində idi.

Eyni zamanda, Avropa İttifaqı ölkələrində, xüsusən onun lokomotivi sayılan Almaniyada iqtisadi inkişaf templəri yaxşı idi. O cümlədən, Çin iqtisadiyyatı da bir müddətdir durğun vəziyyətdən çıxmış kimi görünürdü.

Bütün bunlarla rəğmən, rəqabət şəraiti getdikcə kəskinləşirdi ki, məlum olduğu kimi, ABŞ iqtisadiyyatında artım sürəti titrəməyə başlamış, FES isə uçot dərəcəsini artırmaq siyasətini artıq dayandırmışdı.

Ümumiyyətlə, dünya iqtisadiyyatının, o cümlədən aparıcı ölkələrin hər birinin iqtisadi inkişaf tarixinə diqqət yetirsək, müəyyən dövrdən bir böhranlı vəziyyətin ortaya çıxdığının adi hal olduğunu görürük. Bunun səbəbini sadəcə olaraq, qabaqcadan proqnozlaşdırmaq və vaxtını bilmək çətindir.

Sözüm bunda deyil. Bəli, dünya iqtisadiyyatında böhran başlayıb və özü də gözlənilməyən bir şəraitdə... O cümlədən sürətlə, həmçinin daha ağır şəkildə... Budəfəki böhranın əlamətləri 2008-2009-cu illərdə ABŞ-da ipotekadan başlanan böhrandan daha kəskin və daha təsirli görünür. 2014-2016-cı illər arasında belə neft birdən-birə bu sürətlə və bu səviyyədə ucuzlaşmamışdı...

Bizə gəlincə, Azərbaycan ərazicə kiçik ölkədir. Qlobal böhranın bizi dərhal vura bilməsi mümkün deyil, amma dalğanın təsiri həmişə özünü göstərib və vəziyyət belə davam edərsə, indi də göstərəcək. Yəni bundan qaçmaq qeyri-mümkündür. Ona görə ki, bizim üçün indiyədək əsas tələb bu olub və indi də bundan ibarətdir ki, ölkəmizin gəlir mənbələrinin sayı artsın, bu sahədə şaxələndirilmiş vəziyyətə nail olaq. Buna isə müvafiq işlər və tələb olunan tədbirlər nə qədər sürətlə həyata keçirilsə də, hələ tam nail ola bilməmişik. Çünki bu qısa müddətdə nail olunası məsələ deyil.

Təkrar edirəm, neftin dünya bazar qiyməti 50 dollara enənədək təhlükə yox idi. Qiymət 50 dollardan aşağı düşərsə, ölkəmizdə mövcud makroiqtisadi göstəricilər və valyuta bazarındakı vəziyyət üçün bunun "qırmızı işığ"ın yanması, 40 dollara düşdükdə və bundan da aşağı həddə keçdikdə isə manatın məzənnəsi üzərində nəzarətin çətinləşəcəyi demək olduğunu yazmışdım.

2014-2016-cı illəri xatırlatmaq istəyirəm: həmin illərdə heç də qlobal böhran yox idi. Sadəcə olaraq, neftin qiyməti 40 dollara və ondan da aşağı düşməklə, makroiqtisadi dayanıqlığımız titrədi. Bu vəziyyətdən tam sığortalı deyilik. Və bu gün də bizim üçün əsas problem dünyada qlobal maliyyə və iqtisadi böhranın özü yox, onun məhz neftin qiymətini hansı həddədək ucuzlaşdıracağı məsələsidir!

Ancaq bir məsələ var ki, neftin qiymətləri bizdə dövlət büdcəsinə birbaşa təsir etmir. Ortada Dövlət Neft Fondu (ARDNF), yəni "təhlükəsizlik yastığı" var. Neftin qiymətinin təsirini ilk olaraq məhz adı çəkilən bu qurum üzərinə götürür ki, 2020-ci ilin dövlət büdcəsi gəlirlərinin 11350,0 milyon manatını və ya 47,0 faizini ARDNF-dən transfert təşkil edir. Bu məbləğin köçürülməsi neftin dünya bazar qiymətlərinin səviyyəsindən asılı olmayaraq həyata keçiriləcək. Yəni hər il olduğu kimi. Beləliklə də, dövlət büdcəsinin icrasında heç bir qeyri-sabitlik ortaya çıxmayacaq və çıxmaq iqtidarında da olmayacaq.

Bunu 2015-2016-cı illərdəki təcrübə də sübut etmişdi. Belə ki, həmin illərdə neftin dünya bazar qiymətləri hətta 40 dollardan aşağı düşdüsə də, ölkəmizdə dövlət büdcəsinin icrasında heç nə yarımçıq saxlanılmadı və qayçılanmadı. Dalğa ancaq valyuta bazarını, manatın məzənnəsini vurdu.

Bundan əlavə, bu il Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 55 ABŞ dolları götürülüb, keçən il isə 60 dollar idi. Bu ilin dövlət büdcəsində neftin dünya bazar qiymətinin 55 dollar götürülməsi müsbət addım idi, o mənada ki, bu ötənilkindən 5 dollar aşağıdır. Keçən il dünya bazarlarında qiymət faktiki 60 dollardan həmişə yuxarı oldu və 2020-ci ildə qiymətin bundan aşağı olmayacağı gözlənilirdi. Demək istədiyim budur ki, bu vəziyyətdə hökumət özü üçün riski artırmadı, əksinə, azaltdı.

Amma hazırda qiymət 40 ABŞ dolları həddinə qədər ucuzlaşıb. Ölkəmizin isə 52 milyard dollardan yuxarı xarici valyuta ehtiyatları var.

Neftçalanın sabiq icra başçısı apellyasiya şikayəti verməkdən imtina etdi

VuVu Uma - 9 месяцы тому назад
Neftçalanın həbs edilən sabiq icra başçısı İsmayıl Vəliyev barəsində seçilən həbs qətimkan tədbirindən apellyasiya şikayəti verməyib.

İ.Vəliyevin vəkili Əyyub Ələkbərov Oxu.Az-a açıqlamasında bildirib ki, həbs olunan şəxslərdən yalnız rayonun Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev barəsində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verib.

Digər saxlanılan şəxslər isə bu hüquqlarından istifadə etməyiblər.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb.

Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyənləşib.

İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyənləşib.

Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilib.

Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения