Тег: nazir


Baş nazirdən qərar – Bu texnikalar ƏDV-dən azad edildi

VuVu Uma - 2 дней тому назад
“Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin siyahısı” təsdiqlənib.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla ƏDV-dən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin siyahısı müəyyənləşib.

Kənd təsərrüfatında istifadə olunan suvarma qurğularının, traktorlara qoşulmaq, traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayanların, digər tozpaylayanların, maye və toz halında zəhərli kimyəvi maddələr üçün daşınan çiləyici və səpələyənlərin, traktorlara qoşulmaq, traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş çiləyici və səpələyənlərin və ya digər çiləyici və səpələyənlərin hissələri ƏDV-dən azad edilib.

Kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş səpələnən materiallar üçün qaldırıcıların və konveyerlərin, traktorlara qoşulmaq üçün işlənmiş yükləyici qurğuların, digər yükləyici qurğuların hissələri də siyahıya daxil edilib.

Torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınlarının hissələri də ƏDV-dən azad edilib. Lakin qazon və idman meydançaları üçün katokların hissələri istisna təşkil edir, yəni onlar bu siyahıda yer almır.

Nazirlər Kabinetindən əhaliyə ÇAĞIRIŞ

VuVu Uma - 4 дней тому назад
Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Bildirilir ki, hazırda əksər dövlətlər və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən görülən tədbirlərə və birgə səylərə baxmayaraq, koronavirus (COVID-19) infeksiyasının dünyada yayılmasının qarşısını almaq mümkün olmayıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bugünədək dünyada 787 469 nəfər COVID-19 infeksiyasına yoluxmuş, 37 846 nəfər isə bu xəstəlikdən vəfat edib.

Azərbaycan hökuməti tərəfindən görülən preventiv tədbirlərə baxmayaraq xəstəliyin ölkə ərazisində yayılması müşahidə edilir. Hazırda Azərbaycanda virusa yoluxma dinamikası gündəlik artmaqdadır.

Təəssüflə bildiririk ki, xəstəliyin bu artım dinamikasına virusun aqressiv və yoluxma sürətinin yüksək olması ilə yanaşı, əhalinin əksər hissənin xüsusu rejim qaydalarının tələblərinə əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları, ictimai nəqliyyatda karantin dövrünün tələblərinə tabe olmamaları və digər mövcud qaydalara əməl etməmələri səbəb olub.

İnsanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədi ilə ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən aprelin 20-dək gücləndirilib, insanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də, xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə icazə verilib.

Əhalidən xahiş olunur ki, evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi, fəaliyyətinə icazə verilmiş sahələrdə işləyən şəxslər xidməti vəsiqələrini və ya iş yerindən bu faktı təsdiqləyən rəsmi arayışı, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını özləri ilə götürsünlər.

Ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmək, insanlarla təmas zamanı iki metrlik ara məsafəsini gözləmək tövsiyə edilir.

Bildiririk ki, bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət etdi

VuVu Uma - 7 дней тому назад
Bu günlər koronavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir.

Bununla bağlı Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mədəniyyət naziri Əbülfəs Qarayev martın 23-də ölkə əhalisinə müraciətində bu istiqamətdə reallaşan və nəzərdə tutulan addımlar barədə ətraflı söz açıb:

“Yaranmış şəraitdə mədəniyyət və incəsənətimizin bütün zənginliyinin müasir informasiya texnologiyaları vasitəsilə, eləcə də, televiziya və radio efirindən əhaliyə dolğun şəkildə çatdırılması üçün tədbirlər görülür.

Bu istiqamətdə daha bir addım olaraq, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə martın 27-dən etibarən ölkəmizin bütün televiziya kanallarında “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bədii filmlərin nümayiş etdirilməsinə şərait yaradılıb.

Xatırladaq ki, kinofilmlərin telekanallar vasitəsilə nümayişi müvafiq icazəni nəzərdə tutan normativ qaydalarla tənzimlənir. Sözügedən təşəbbüslə telekanallara milli filmləri artıq sərbəst şəkildə nümayiş etdirmək imkanı verilir. Bütün televiziya kanalları “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyinə müraciət edərək, ödənişsiz olaraq filmləri yayımlama imkanı qazana bilərlər.

Mədəniyyətimiz hər zaman bizim ruh qaynağımız olub. Həqiqətən, bu günlər hər nə qədər çox zamanı evimizdə, ailəmizlə birlikdə keçirsək – özümüzü, yaxınlarımızı və bütövlükdə xalqımızı bəladan daha çox qorumuş olarıq.

Mədəniyyətimizin zəngin qolu olan Azərbaycan kinosunun müxtəlif janr və mövzularda çəkilmiş dəyərli nümunələri, hər zaman sevərək izlədiyimiz ekran əsərləri indi hər gün televiziya kanallarında evlərimizə qonaq gələcək.

Baş nazirdən bu xidmətlərlə bağlı MÜHÜM QƏRAR

VuVu Uma - 10 дней тому назад
Nazirlər Kabineti “Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə”nin Nümunəvi forması”nın təsdiq edib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Müqavilə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi məqsədilə tibb müəssisəsi ilə İcbari tibbi sığorta üzrə dövlət agentliyi arasında münasibətləri tənzimləyir.

Müqaviləyə əsasən, tibb müəssisəsi Qanunun və Müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərməyi, Agentlik isə Qanunla müəyyən olunmuş qaydada sığorta ödənişini həyata keçirməyi öz öhdəsinə götürür.

Agentliyin hüquqları aşağıdakılardır:

- Müqavilənin sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin (bundan sonra - tibbi xidmətlər) göstərilməsi şərtlərinə riayət edilməsinə nəzarət etmək məqsədilə tibb müəssisəsində göstərilən tibbi xidmətlərin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri barədə məlumatları almaq, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlarla bağlı həkim sirri təşkil edən məlumatların qorunmasını tələb etmək;

- Qanunda və Müqavilədə nəzərdə tutulmuş qaydada vəzifələrin tibb müəssisəsi tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi təqdirdə, göstərilmiş tibbi xidmətlərin dəyərini ödəməmək, qismən ödəmək və ya tibb müəssisəsindən ödənilmiş vəsaitlərin geri qaytarılmasını tələb etmək;

- tibb müəssisəsinin təqsiri üzündən sığortaolunana vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək;

- Qanunda nəzərdə tutulmuş qaydada və müddətdə tibb müəssisəsində göstərilən tibbi xidmətlər barədə hesabatı tələb etmək.

Agentliyin vəzifələri aşağıdakılardır:

- tibbi xidmətlərə görə tibb müəssisəsinə Müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə sığorta ödənişini həyata keçirmək;

- sığortaolunanların səhhətinə dair məlumatların, həmçinin həkim sirri təşkil edən məlumatların mühafizəsini və məxfiliyini təmin etmək;

- sığortaolunanların icbari tibbi sığorta ilə bağlı hüquq və mənafelərini qorumaq;

- tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarət etmək.

Tibb müəssisəsinin aşağıdakı hüquqları vardır:

- göstərilmiş tibbi xidmətə görə Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə sığorta ödənişini Agentlikdən tələb etmək;

- Agentliyin Qanunda nəzərdə tutulmuş qaydada apardığı ekspertizanın nəticələrini mübahisələndirmək;

- kütləvi informasiya vasitələrinə qanunvericiliklə qadağan olunmayan məlumatları təqdim etmək.

Tibb müəssisəsinin aşağıdakı vəzifələri vardır:

- Qanunun və Müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara tibbi xidmətlər göstərmək;

- bu Müqavilənin şərtlərinə uyğun olaraq göstərilən tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə təminat vermək;

- sığortaolunanlara göstərilən tibbi xidmətlərin uçotunu aparmaq;

- sığortaolunanlara göstərilmiş tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarətin həyata keçirilməsi məqsədilə sığortaolunanlar, onlara göstərilən tibbi xidmətlərin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri barədə məlumatları, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlarla bağlı həkim sirri təşkil edən məlumatları Agentliyə vermək;

- sığortaolunanlara göstərilən tibbi xidmətlər barədə hesabatları Qanunda nəzərdə tutulmuş qaydada və müddətdə Agentliyə təqdim etmək;

- ixtisaslaşdırılmış tibbi yardım xidmətinin göstərilməsi mümkün olmadıqda, təcili və təxirəsalınmaz hallarda sığortaolunanı bu xidməti göstərən digər tibb müəssisəsinə göndərmək;

- həyata keçirilmiş sığorta əməliyyatlarına dair sənədləri, habelə belə əməliyyatlar üzrə elektron daşıyıcılarda olan məlumatları müvafiq hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı 5 (beş) il müddətində saxlamaq.

Qərarda qeyd olunub ki, tibb müəssisəsi tərəfindən göstərilən tibbi xidmətlərə görə sığorta ödənişləri Qanunun tələblərinə uyğun olaraq həyata keçirilir.

Xidmətlər zərfində nəzərdə tutulmuş ilkin səhiyyə xidməti üzrə sığorta ödənişi Qanunun 15-15.2-ci maddəsinə əsasən ilkin səhiyyə xidməti göstərən tibb müəssisəsinə təhkim olunmuş şəxslərin sayına uyğun ödənilir.

Təcili və təxirəsalınmaz tibbi xidmət göstərən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə sığorta ödənişinin verilməsi qaydası Müqaviləyə əlavələr edilmək yolu ilə Tərəflər arasında razılaşdırılır. Şəxsə təcili və təxirəsalınmaz hallarda tibb müəssisəsi tərəfindən göstərilən tibbi yardım “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən həyata keçirilir.

Tibb müəssisələri Agentlik tərəfindən sığorta ödənişinin həyata keçirilməsi üzrə göstərilmiş tibbi xidmətlər barədə bu Müqavilənin 4.6-cı bəndində nəzərdə tutulmuş qaydada Agentliyə elektron hesabat təqdim edirlər.

Elektron hesabat tibb müəssisəsi rəhbərinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.

Elektron hesabat Agentliyə təqdim edildikdən sonra 20 (iyirmi) gün müddətində Agentlik tərəfindən Qanunun 15-26-cı maddələrinə uyğun olaraq tibbi xidmətin tibbi-iqtisadi ekspertizası aparılır.

Ekspertiza nəticəsində aşkar olunmuş uyğunsuzluqlar və nöqsanlar aradan qaldırıldıqdan sonra tibb müəssisəsi tərəfindən yekun hesabat hazırlanır və tibb müəssisəsi rəhbərinin gücləndirilmiş elektron imzası ilə yenidən təsdiq olunur. Yekun elektron hesabat üzrə tibb müəssisəsi tərəfindən sığorta ödənişinin həyata keçirilməsi üçün akt hazırlanaraq Agentliyə təqdim edilir.

Aktın Agentliyə təqdim edildiyi gündən etibarən 5 (beş) iş günü müddətində sığorta ödənişi Agentlik tərəfindən həyata keçirilir.

Elektron hesabatın və aktın forması və təqdim edilməsi müddətləri Müqaviləyə əlavələr edilməsi yolu ilə Tərəflər arasında razılaşdırılır.

İlkin səhiyyə xidmətləri göstərən tibb müəssisəsi tərəfindən göstərilən tibbi xidmətlərə görə sığorta ödənişi tibb müəssisəsinə təhkim olunmuş əhali sayına əsasən hər ayın ilk 5 (beş) iş günü müddətində bank hesabına köçürülməklə həyata keçirilir.

Müqavilə hər iki Tərəf tərəfindən imzalandığı gündən qüvvəyə minir.

Müqaviləyə aşağıdakı hallarda xitam verilir:

Agentliyin Müqavilənin pozulmasına səbəb ola biləcək çatışmazlıqlar haqqında yazılı bildirişinə baxmayaraq, tibb müəssisəsinin təqdim edilmiş sənəd əsasında 30 (otuz) gün müddətində tədbir görməməsi;

- Tərəflərdən biri ləğv edildikdə;

- Tərəflərdən birinin təşəbbüsü ilə 1 (bir) ay əvvəl yazılı şəkildə məlumatlandırmaq şərtilə;

- tibb müəssisəsi tərəfindən öhdəliklərin Müqavilə üzrə 1 (bir) il ərzində beş dəfə tam və ya lazımi qaydada icra etmədikdə.

Bu halda Tərəflər ləğv edilməyə qədər yaranan bütün öhdəlikləri lazımi qaydada yerinə yetirir və göstərilmiş xidmətlər üzrə ödəniş tibb müəssisəsinin göstərdiyi xidmətə dair təqdim etdiyi təhviltəslim aktlarına uyğun surətdə həyata keçirilir. Müqavilənin müddəti Tərəflər arasında razılaşdırılır.

Tərəflər bu Müqavilə üzrə öhdəliklərinin tam və ya lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar.

Tibb müəssisəsinin təqsiri nəticəsində sığortaolunanın səhhətinə ziyan dəydikdə və ya ölümünə səbəb olduqda, Agentlik Qanuna müvafiq olaraq öz təşəbbüsü ilə və ya subroqasiya hüququna əsaslanaraq Agentliyə dəyən maddi ziyanın kompеnsasiyası iddiası ilə məhkəməyə müraciət edə bilər.

Müqavilə üzrə öhdəliklərin tam və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tibb müəssisəsinə tətbiq olunan dəbbə pulunun məbləği dəymiş zərərdən az olduqda, dəbbə pulundan artıq zərər tam məbləğdə ödənilir.

Müqaviləyə xitam verilməsi Tərəfləri Müqavilənin şərtlərinin pozulması ilə bağlı məsuliyyətdən azad etmir.

Müqavilənin müddəalarının şərhi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq aparılmalıdır.

Müqavilə üzrə aparılan tədqiqatların nəticələri, hesabatlar və tibb müəssisəsi tərəfindən hazırlanan digər sənədlər Agentliyin mülkiyyəti hesab olunur və onun sərəncamında qalır. Tibb müəssisəsi bu sənədlərin surətini özündə saxlaya bilər.

Tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olaraq bütün vergilərin, rüsumların və qanunvericiliklə müəyyən edilmiş digər ödənişlərin aparılmasına məsuliyyət daşıyırlar.

Müqavilə Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur.

Bu Müqavilə eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edilməklə, 1 (bir) nüsxəsi tibb müəssisəsində, digər nüsxəsi isə Agentlikdə saxlanılır.

Bu Müqavilə ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr danışıqlar yolu ilə həll edilir. Mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, onlar məhkəmə qaydasında həll edilir.

Baş nazirin bahalı kreditlərlə bağlı qoyduğu vaxt başa çatır

VuVu Uma - 11 дней тому назад
Baş nazir Əli Əsədovun bəzi dövlət qurumları qarşısında iqtisadi vəziyyətin təhlil edilməsi ilə bağlı qoyduğu vaxt martın sonunda başa çatır.

Oxu.Az-ın məlumatına görə, Maliyyə və İqtisadiyyat nazirlikləri 2020-ci ilin aprelinə qədər xarici borcun tərkibini təhlil etməlidir.

Buraya xarici borcun səviyyəsinin azaldılması, restrukturizasiyası, o cümlədən, bahalı kreditlərin nisbətən aşağı faizli kreditlərlə əvəz edilməsi daxildir.

Həmçinin, Dövlət Neft Fondu, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank 2020-ci ilin aprelinədək “Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın və investisiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin təqdim edilməsini tamamlamalıdır.

Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi 2020-ci ilin sonunadək bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlər görməlidir.

İqtisadiyyat Nazirliyi 2020-ci ilin aprelinə qədər dövlət investisiya proqramı çərçivəsində həyata keçirilən layihələrin, o cümlədən, infrastruktur layihələrinin real sektora olan təsirinin qiymətləndirilməsinin nəticələrini təqdim etməlidir.

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilin aprel ayınadək mal sənayesinin inkişafı, o cümlədən, kənd təsərrüfatı məhsullarının emalı istiqamətində təklifləri təqdim etməlidir.

Dövlət Turizm Agentliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AZAL turizmin inkişafı sahəsində mövcud vəziyyətin hərtərəfli təhlil olunması və turist axınının artırılması üçün kompleks tədbirlərin görülməsinə dair təklifləri hazırlamalıdır.

Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti gömrük sərhəd-keçid məntəqələri üzrə infrastrukturun yaxşılaşdırılmasına dair təkliflər verməlidir.

Qeyd edək ki, yanvarın 16-da “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı” təsdiqlənib.

Nazir müavini: “Bank güzəştlərinin edilməsi, kredit şərtlərinin yumşaldılması istisna deyil”

VuVu Uma - 13 дней тому назад
Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycanın iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. Bu məqsədlə bir milyard manat vəsait ayrılıb.

Ayrılan vəsaitin daha çox hansı sahələrə sərf ediləcəyi və digər məsələlər barədə Oxu.Az-ın suallarını İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov cavablandırıb:

– Bir neçə gün öncə Prezident İlham Əliyev bir milyard vəsait ayrılması barədə sərəncam imzaladı. Həmin vəsaitin haraya xərclənəcəyi barədə konkret yol xəritələri varmı?– Bildiyiniz kimi, koronavirus pandemiyasından irəli gələrək, dünya enerji və səhm bazarında kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, o cümlədən, makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərini azaltmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən növbəti tarixi sərəncam imzalandı.Bu sərəncamla ölkə Prezidenti bir daha Azərbaycan vətəndaşının, sahibkarların yanında olduğunu təsdiq etdi. Sərəncamla 2020-ci ilin dövlət büdcəsindən bir milyard manat vəsait ayrıldı. İşçi Qruplarının yaradılması ilə bağlı Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Mərkəzi Banka konkret tapşırıqlar verildi. Artıq İqtisadiyyat Nazirliyində konkret tədbirlər planının hazırlanması istiqamətində işə başlanılıb. Qısa müddət ərzində təkliflərimizi Nazirlər Kabinetinə təqdim edəcəyik.

İqtisadiyyat Nazirliyinə verilən tapşırıqlardan biri koronavirus pandemiyasının təsirindən zərər çəkmək ehtimalı olan iqtisadi fəaliyyət sahələrin siyahısının, eyni zamanda, bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan olmayan fiziki şəxslərin siyahısının hazırlanması üçün meyarın hazırlanıb təsdiqlənməsidir.

Bundan başqa, nazirliyə pandemiyanın yaxın və orta müddətdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması, iqtisadi artımın dayanıqlılığının artırılması məqsədilə təkliflərin hazırlanıb Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılıb. Eyni zamanda Nazirlik mütəmadi olaraq, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğını müəyyən edib Nazirlər Kabinetinə məlumat verəcək.

Yeri gəlmişkən xüsusilə qeyd edim ki, vergi güzəştləti və tətilləri, kredit şərtlərinin yumşaldılması və digər dəstək mexanizmləri yalnız işini şəffaf quran, vergi öhdəliklərini vaxtında yerinə yetirən sahibkarlara şamil olunacaq.

– İşçi qrupları yaradılıb. Onların fəaliyyət istiqamətləri necə olacaq? Sənədlərin Nazirlər Kabinetinə təqdim olunması üçün nə qədər müddət verilib?

– İqtisadiyyat Nazirliyində mütəxəssislər təkliflərin hazırlanması istiqamətində işlər aparır. Müxtəlif iqtisadi fəaliyyət sahələrində çalışan sahibkarlarla görüşlər keçirilir. Təkliflər toplanır və təhlil olunur. Qısa müddət ərzində bu təkliflər Nazirlər Kabinetinə göndəriləcək. Nəticədə, hazırlanan təkliflər ümumi tədbirlər planı ilə təsdiq olunacaq və icrasına başlanılacaq.

Vurğulayım ki, Cənab Prezidentin Sərəncamı xarici iqtisadi şokla mübarizədə Azərbaycan hökumətinin növbəti qabaqlayıcı tədbiri, xarici şokun ölkə vətəndaşına təsirinin minimallaşdırılmasını təmin edəcək.

Təbii ki, Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyatın bir parçasıdır. Dünyada baş verən istənilən mənfi tendensiya ölkə iqtisadiyyatından da yan keçmir. Həyata keçirilən tədbirlər xarici şoklara reaksiya verilməsində, konkret tədbirlərin görülməsində vacib rol oynayır.

Bunun üçün Azərbaycanda artıq xarici iqtisadi şokların ticarət və tədiyyə balansına təsiri araşdırılıb və müxtəlif proqnoz ssenarilər hazırlanıb. Zərurət olduqca sabitləşdirici paket reallaşdırılacaq.

– İlkin araşdırmalarda bu təsirlərin hansı sahələrdə daha çox olduğunu müəyyənləşdilib?

– Koronavirus pandemiyasının ilkin olaraq ticarət, iaşə obyektləri, turizm və nəqliyyat sahələrinə təsiri gözlənilir. Digər sahələrə də təsiri ilə bağlı araşdırmalar davam etdirilir. Hazırda kifayət qədər geniş şəkildə təhlil aparılır.Təsir ehtimalı olan sahələr üzrə güzəştlərin edilməsi istisna deyil. Vergi ödənişləri və kredit şərtlərinin yumşadılması ola bilər. Bu məsələlər hazırda müzakirə predmetidir və bu istiqamətdə iş gedir. Qısa müddət ərzində tədbirlər planı çərçivəsində öz həllini tapacaq.

– Koronavirusla Mübarizəyə Dəstək Fonduna daxil olan vəsaitlər hansı sahəyə yönəldiləcək? Yalnız tibb, yoxsa?

– Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq iyirmi milyon manat ayrılıb. Bu prosesə artıq özəl sektor da qoşulub və maliyyə dəstəyi göstərir.

Sərəncamda qeyd edilib ki, bu, səhiyyə sahəsində görülən işlərə dəstəkdir. Eyni zamanda, bu sahəyə cəlb olunmuş səhiyyə işçilərinin mükafatlandırılması məsələləri diqqətdə saxlanılıb. Sərəncamla ayrılan vəsait də bütövlükdə bu virusla mübarizə və pandemiyanın təsirlərinin minimuma endirilməsi məqsədi daşıyır.

– Bir neçə gün əvvəl sosial şəbəkələrdə marketlərdə məhsulların tükənməsi ilə bağlı kütləvi paylaşımlar yer aldı. Əhali arasında panika yarandı...

– Hökumətin həyata keçirdiyi siyasət ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması üçün zəmin yaradıb. Bu gün kifayət qədər özünü təminetmə səviyyəsi yüksək olan məhsullarımız istehsal olunur.

İxrac potensialımız da formalaşıb. Bu gün biz “Made in Azerbaijan” brendi ilə xaricə kənd təsərrüfatı, sənaye, İKT və s məhsullar ixrac edirik.

Bəzi psixoloji amillərin nəticəsidir ki, vətəndaşlarımız marketlərdən müəyyən qədər artıq məhsul tədarük edirdilər. Bu proses səngidi. Çünki vətəndaşlar gördülər ki, marketlərdə, onların anbarlarında kifayət qədər ərzaq var. Anbarlar monitorinq olunur. İstehsal da, idxal da var. Tam əminliklə deyə bilərik ki, bu barədə panikaya düşmək üçün heç bir əsas yoxdur.

– Sahib müəllim, bəs valyuta ehtiyatımız barədə nə deyərdiniz?

– Bu gün bizim kifayət qədər strateji valyuta ehtiyatlarımız var. Bu, qlobal və regional risklərin ölkə iqtisadiyyatına neqativ təsirlərini neytrallaşdırmaq imkanı yaradır. Eyni zamanda, maliyyə risklərinin qabaqlayıcı rejimdə idarə olunması üçün zəmin yaradır.

Strateji valyuta ehtiyatlarımız dövriyyədə olan manat kütləsinin həcmindən beş dəfə, nağd manat kütləsinin həcmindən isə doqquz dəfə çoxdur. Bu, o deməkdir ki, valyuta bazarının tarazlığının təmin olunması, makroiqtisadi sabitliyin qorunması üçün fundamental şərtlərdəndir.Ölkəmizin iqtisadiyyatı dünyada baş verən xarici şoklara qarşı maliyyə immunitetinə, təhlükəsizlik “yastığına” malikdir. Bu, həyata keçirilən islahatlar nəticəsində formalaşmış potensialdır.

– Sosial şəbəkə istifadəçiləri və bəzi iqtisadi ekspertlər pandemiya fonunda ölkə iqtisadiyyatında geriləmələr barədə narahatlıqlarını ifadə edirlər. Sizcə, buna əsas varmı?

– Bu proses daxildə həyata keçirilən sosial-iqtisadi proseslə bağlı deyil. Qeyri-peşəkarların yaydığı dezinformasiyalardır.

Bəli, Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyatın bir parçasıdır. Deyə bilmərik ki, bunun bizim iqtisadiyyata təsiri olmayacaq. Hazırda Azərbaycan iqtisadiyyatına təsiri ehtimal olunan iki amil var: biri pandemiyanın neqativ təsirləri, digəri neftin qiymətinin ucuzlaşmasıdır.Hazırda bu təsirləri minimallaşdırmaq üçün kompleks tədbirlər həyata keçirilir. Əksər ölkələrlə müqayisədə, Azərbaycan bu virusun yayılmasının qarşısını almaq üçün ilk günlərdən daha ciddi reaksiya verdi. Çevik qərarlar qəbul olundu ki, ehtimal olunan itkilər minumuma ensin.

Baş nazirin enerji və spirtli içkilərlə bağlı qərarı sabahdan qüvvəyə minir

VuVu Uma - 17 дней тому назад
Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 17 fevral 2020-ci il tarixli qərarı martın 19-dan qüvvəyə minir.

Oxu.Az xəbər verir ki, qərarla ölkəyə idxal edilən tütün məmulatları, enerji və spirtli içkilər üçün aksiz dərəcələri artırılıb.

Qərara əsasən, aksiz dərəcəsi tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların 1 000 ədədi üçün 20 manatdan 31 manata qaldırılıb.

Aksiz dərəcəsi tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədədi üçün isə 28 manatdan 39 manata qaldırılıb.

Enerji içkilərinin aksiz dərəcələri hər litr üçün 3 manatdan 3,1 manata, səməni pivəsinin hər litri üçün 1,7 manatdan 1,9 manata qaldırılıb.

Tərkibində spirtin miqdarı 9,0 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün aksiz dərəcəsi isə 1,9 manat müəyyənləşib.

Viskilər, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan məhsullar, cin və ardıc tinkturası, araq və likörlərin bir litri üçün nəzərdə tutulan məbləğ 10 manatdan 11.2 manata qaldırılıb.

Azərbaycanda nazirlik rəsmisinin rəhbərlik etdiyi mütəşəkkil dəstə zərərsizləşdirildi - FOTO

VuVu Uma - 21 дней тому назад
Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı kompleks tədbirlər hazırlanaraq həyata keçirilib.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Hər iki dövlət qurumuna vətəndaşlardan Oğuz, Qəbələ rayonları ərazilərində yerləşən meşə sahələrində qiymətli ağac növlərinin meşələrin mühafizəsinə məsul olan idarənin əməkdaşları tərəfindən qanunsuz olaraq kəsilməsi barədə çoxsaylı müraciətlər daxil olub.Qeyd olunan xüsusatların hərtərəfli və obyektiv araşdırılması məqsədilə adıçəkilən rayonların meşə zonaları və meşə təsərrüfatının mühafizəsinə məsul olan şəxslər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat nəzarətinə götürülüb.

Yüksək peşəkarlıqla həyata keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Oğuz və Qəbələ rayonları ərazisində yerləşən meşələrdə ağacları kəsərək emal müəssisələrinə satışı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə tərəfindən həyata keçirilir.

Həmin şəxslərin cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat-nəzarət tədbirləri görülüb, onların cinayət əməlləri qeydə alınaraq dəstə rəhbəri və üzvlərinin qanunsuz fəaliyyətləri hərtərəfli öyrənilib. Vəzifəsi meşə sahələrinin qorunması və inkişaf etdirilməsi olan mərkəzin direktoru İlqar Qəribovun və qeyrilərinin cinayət əməlləri təkzibedilməz sübutlarla təsdiq edilib.

Araşdırmalarla məlum olub ki, dəstə üzvləri öz qulluq mövqelərindən sui-istifadə edərək uzun müddət Qəbələ, Oğuz rayonlarında meşə sahələrində ağacların qanunsuz kəsilərək satışı ilə məşğul olublar.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin saxlanması təmin olunub.

Direktor İlqar Qəribovun üzərinə və xidməti iş otağına baxış zamanı onun qanunsuz ağac kəsimindən əldə etdiyi külli miqdarda pul vəsaitləri və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Dəstə üzvlərinin qanunsuz olaraq ağac emalı sexlərinə satdıqları çoxlu sayda ağacın və onların oduncaqlarının yeri də müəyyən edilib.

Ekspertlərin verdiyi rəyə əsasən dəstə üzvləri tərəfindən ağacların yaş halda kəsildiyi, hətta məhv edilən ağaclardan bəzilərinin yaşının 200-250 il olduğu da məlum olub.

Nazir müavini: “Müxtəlif qüvvələr proqrama kölgə salmaq istəyirdilər” - MÜSAHİBƏ

VuVu Uma - 1 месяц тому назад
Ötən iki il ərzində sosial müdafiə və təminat sahəsində olduqca ciddi islahatlar aparılıb.

Bu islahatlar və digər məsələlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Oxu.Az-ın suallarını cavablandırıb.

- 2019-cu ilin sonunda ikinci DOST mərkəzinin açılışı baş tutdu. 2020-ci ildə yeni mərkəzlər hansı ərazilərdə açılacaq?

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb.
Ötən ilin may ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər. Ötən ilin dekabr ayında isə Xəzər rayonunda ikinci DOST mərkəzinin açılışı oldu. Bu mərkəz Xəzər və Pirallahı rayonlarının sakinlərinə xidmət göstərir.

Mərkəzlərin açılmasında məqsəd nazirliyin xətti ilə həssas qruplardan olan şəxslərə pensiya, sosial müavinət, məşğulluq və digər sahələrdə dövlət sosial xidmətlərinin bir pəncərə sistemi ilə göstərilməsidir. Mərkəzlərin yaradılması mürəkkəb bir prosesdir. Burada ilk növbədə yer seçilir və ora DOST-un tələblərinə uyğunlaşdırılır.

Prosesin əsas tərəflərindən biri də mərkəzlərin kadrlarla komplektləşdirilməsidir. Mərkəzlərə mütəxəssisləri cəlb etmək üçün tərəfimizdən ciddi iş aparılır. Sözsüz ki, nazirliyin strukturlarında çalışan işçilərin potensialından istifadə edirik. - Ölkə üzrə neçə mərkəzin fəaliyyət göstərməsi hədəflənir?

- Nazirliyin DOST-la bağlı hazırladığı xüsusi bir strategiya sənədi var. 2019-2025-ci illərdə ölkədə 31 belə mərkəzin açılması nəzərdə tutulub.

Bu sahədə hədəflərimiz genişdir. 2020-ci ildə müxtəlif rayonlarda daha səkkiz mərkəzin açılması üçün işlər aparılır. 31 mərkəzin beşi Bakıda, 26-sı isə regionlarda fəaliyyət göstərəcək. Bu il Abşeron və Qubada da mərkəzlərin açılmasını planlaşdırmışıq.

- Bu rayonlar necə müəyyən edilir? DOST xidmətlərindən bu günədək olan məmnunluq hansı səviyyədədir?

- Rayonlar müəyyən olunarkən oradakı əhalinin, eləcə də, sosial müdafiəyə ehtiyacı olan şəxslərin sayı nəzərə alınır. Böyük rayonlar və ona qonşu olan rayonların əhalisinə də həmin xidmətin göstərilməsi diqqətdə saxlanılır. Amma bu o demək deyil ki, ölkədə yalnız 31 DOST mərkəzi olacaq. Sonrakı mərhələdə bütün rayonlarımızda belə mərkəzlərin açılmasını təmin edəcəyik.

Statistikaya baxanda görürük ki, bu sistem özünü doğruldur. DOST mərkəzlərindən istifadə edən vətəndaşların məmnunluq səviyyəsi 95 faizin üzərindədir. Bu, böyük göstəricidir. Biz çalışacağıq ki, daim bu göstərici yüksək səviyyədə olsun, heç vaxt aşağı düşməsin.

- Özünüməşğulluq proqramı barədə danışmağınızı istərdik. Proqrama ötən il neçə nəfər cəlb olunub? Bu il müvafiq göstərici necə olacaq?

- Bu proqramın icrasına dövlət başçısının 7 aprel 2016-cı il tarixli sərəncamı ilə başlanılıb. Əsas hədəf işsiz vətəndaşlarımızın aktiv məşğulluğa, həmçinin ünvanlı sosial yardım alan şəxslərin bu proqrama cəlb olunmasıdır. 2018-ci ildə proqram təxminən 6,5 dəfə genişləndirildi. 7267 nəfər bu proqrama cəlb edilərək, onlara verilmiş aktivlər hesabına ailə təsərrüfatı yaradıldı.
2019-cu ildə isə bu göstərici daha da artdı.

Ötən il özünüməşğulluq proqramına 10 354 nəfər cəlb edildi və müvafiq təlimləri başa vuraraq, öz biznes planlarını uğurla müdafiə etdikdən sonra onlara mal və materiallar formasında aktivlər verildi. Bu aktivlər hesabına kiçik ailə təsərrüfatları yaradıldı.

Onu da qeyd edim ki, özünüməşğulluq proqramında həssas əhali qruplarına üstünlük verilir. Məsələn, 2019-cu ildə də proqrama cəlb edilənlərdən 2400-ü əlilliyi olan şəxslər, 1860-ı məcburi köçkünlər, 500-ü ünvanlı sosial yardım alanlar, 260-ı şəhid ailəsi üzvləri və başqaları olub.

2020-ci ildə də bu proqramla bağlı hədəflərimiz var. Belə ki, 2020-ci ildə azı 10 min şəxsin bu proqrama cəlb olunması planlaşdırılır. Eyni zamanda, bu proqrama dəstək olaraq, BMT İnkişaf Proqramı ilə birgə “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi icra edilir. Layihə 500 əlilliyi olan şəxsə kiçik biznesə çıxış imkanı qazandıracaq.

Həmçinin, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə icra olunan “Sosial Bağlar” layihəsi özünüməşğulluq proqramının genişlənməsinə mühüm dəstəkdir. Layihə çərçivəsində ölkənin müxtəlif rayonlarında 2018-ci ildə 125 ailə, 2019-cu ildə isə layihənin növbəti mərhələsi kimi 250 ailə üçün intensiv meyvə bağları salınıb. Ümumilikdə, layihə çərçivəsində son iki ildə 375 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb.

Onu da bildirim ki, özünüməşğulluq proqramı beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Dünyanın mötəbər təşkilatlarından biri olan Beynəlxalq Sosial Təminat Assosiasiyası 2019-cu ilin may ayında özünüməşğulluq proqramını “Yaxşı Təcrübə” xüsusi mükafatına layiq görüb.

- Özünüməşğulluq proqramına cəlb olunma proseduru necə həyata keçirilir?

- Bu proqrama cəlb olunan şəxslər yerli məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınmalıdırlar. Onların aktiv məşğulluqla bağlı kiçik ailə təsərrüfatı qurmaq, bizneslə məşğul olmaq potensialları qiymətləndirildikdən sonra kiçik biznes qurmaq üçün bacarığını və istəyini müəyyən edirik, daha sonra onları bu proqrama cəlb edirik.

Bu şəxslərə təlimlər keçirilir və onlar seçdikləri iqtisadi fəaliyyət növü üzrə biznes planlarını müdafiə edirlər. Hazırda 50-yə yaxın iqtisadi fəaliyyət növü üzrə bu tədbirlərə təşviq edirik, 50-yə yaxın da fərdi layihəmiz var ki, şəxslər özləri həmin layihələri seçiblər və layihələr üzrə proqrama cəlb olunmalarını xahiş ediblər.

Tərtib olunmuş biznes planlar qiymətləndirildikdən sonra biznes-planlarını müdafiə etmiş şəxslər aktivlərlə təmin olunur. Sonrakı mərhələdə iki il ərzində monitorinq aparılır: Proqram iştirakçıları müdafiə etdikləri biznes plan üzrə fəaliyyət göstərirlərsə, verilmiş aktivlər pulsuz olaraq onların mülkiyyətinə keçirilir.

- Ötən il vətəndaşlara verilən mal-qaraların şəkilləri yayıldı və müzakirələrə səbəb oldu. Problemli aktivlər geri qaytarılırmı?

- 2018-ci ildə bununla bağlı bəzi saytlarda söz-söhbətlər çox oldu. Bizim qurum dəfələrlə bu məsələ barədə məlumat yaydı. Məsələyə yenidən qayıtmaq istəmirəm. Həmin dövrdə müxtəlif qüvvələr proqrama kölgə salmaq istəyirdilər.

Sözsüz ki, proqramda iştirak edən vətəndaşların məmnunluğu çox vacib şərtdir. Proqram iştirakçısına seçim imkanı verilir, verilən aktivlərlə bağlı onun rəyi, məmnunluğu mütləq şəkildə nəzərə alınır. Təqdim olunan mal və materiallardan proqram iştirakçısı məmnun olduğu halda həmin aktı imzalayaraq qəbul edir.

Bəzən vətəndaş verilən aktivlərdən razı qalmır, bu halda biz ona daha münasib aktiv təklif edirik. Onu da bildirim ki, biz 2019-cu ildə proqramla bağlı şəffaflığı tam təmin etmək üçün “Məşğulluq” altsistemində xüsusi bir bölmə də yaratdıq. Proqrama cəlb olunan şəxslər haqqında bütün məlumatlar həmin bölməyə daxil edilir.

Proqram iştirakçıları ilə bağlanmış müqavilə, təhvil-təslim aktı, alınan malların keyfiyyətini təsdiq edən arayışlar, verilmiş aktivlərin identifikasiya nömrəsi, sayı və sair. Aktda iştirakçının təhvil aldığı aktivlərin kəmiyyəti və keyfiyyəti ilə bağlı razılıq qeydləri, müqavilədə isə onun verilən aktivləri biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə edəcəyinə təminat verməsinə dair yazılı iltizamı da əksini tapır.

Həmçinin, proqram iştirakçılarına aktivlərin təqdim edilməsi zamanı öz razılığı və iştirakı ilə çəkilmiş, aktivlərin keyfiyyətini də əks etdirən video və fotomateriallar təqdim edilir. Ötən il proqram kifayət qədər təkmilləşdirildi və nəticədə bu proqrama ləkə gətirmək istəyənlərin qarşısı alındı. - Şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi proqramının icra səviyyəsi nə yerdədir?

- 2018-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilir.

Notariat orqanları tərəfindən vərəsələrdən qəbul edilən sənədlər elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir və həmin sənədlərə baxılaraq, ödəmələrin verilməsinə dair qərarlar qəbul edilir. Şəhid hərbi qulluqçulardan və daxili işlər orqanlarının şəhid olmuş əməkdaşlarından ibarət olmaqla, 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib.

Onlardan artıq 12 minədək şəhidin 18 minədək vərəsəsinin nazirlik tərəfindən birdəfəlik ödəmə ilə təminatı işləri aparılıb. Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramının icra səviyyəsi artıq 98 faizə çatıb. Yəni hansı vərəsələr tərəfindən notarial qaydada sənədlər nazirliyə təqdim edilirsə, onlar birdəfəlik ödəmə ilə təmin olunurlar.

- Ötən il iki mühüm sosial paket icra olundu. Qarşıdakı dövrdə bu istiqamətdə hansı gözləntilər var?

- Prezident İlham Əliyevin təşəbbüsü ilə 2018-ci ildən başlayaraq, sosial müdafiə və sosial təminat sahəsində olduqca ciddi islahatlara start verildi. Son iki il ərzində qəbul olunmuş iki ciddi sosial paket və bu sahədə görülən işlər nəticəsində vətəndaşların sosial təminatı yaxşılaşdırılır. Bütün sahələrdə islahatlar aparılıb.

İki paketi inqilabi adlandırırıq. Çünki islahatlar paketi 4,2 milyon vətəndaşımızı əhatə etdi və 2019-cu ildə bu islahatlar üçün nəzərdə tutulan vəsait 2,3 milyard manata çatdı. Eyni zamanda, 2020-ci ildə bu xərclər üç milyard manatdan artıq çoxdur.

Qeyd edim ki, ilk dəfədir ki, dövlət büdcəsində sosial müdafiə sahəsinə ayrılan vəsait 10 milyardı aşıb. Bu da təxminən büdcənin 40 faizini əhatə edir. Bu paketlər çərçivəsində minimum əməkhaqları iki dəfə artdı. Minimum pensiyaların məbləğində 72,4 faiz artım oldu.

Biz MBD ölkələri üzrə alıcılıq qabiliyyəti indeksi ilə bağlı təhlil apardıq. Görürük ki, Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi (PPP) üzrə MDB ölkələri və Gürcüstan üzrə birinci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksi üzrə isə ikinci yerə yüksəlib.

Sosial müavinətlərlə bağlı böyük işlər görüldü və iki dəfə artırıldı. Problemli kreditlərin həlli ilə bağlı məsələni xüsusi olaraq qeyd etmək istərdim. Bütün bu məsələlər ölkə başçısı tərəfindən dəstəkləndi və əhəmiyyətli qərarlar qəbul olundu. Bu məsələlərin mərkəzində vətəndaşların sosial müdafiəsi, gəlirlərin artırılması dayanır.

Bu islahatlar ölkəmizin ümumi inkişafına xidmət edir. Artımlar iqtisadiyyatımızı da stimullaşdırır. Eyni zamanda fikirlər vardı ki, sosial ödənişlərin belə artımı ciddi inflyasiya riskinə səbəb ola bilər, lakin bu baş vermədi, yəni 2019-cu ilin nümunəsində gördük ki, bizim inflyasiya göstəricimiz cəmi 2,6 faiz oldu. - Observatoriya hansı işlərlə məşğul olacaq? İnzibati binası varmı? İşçilərinin sayı nə qədər olacaq?

- Observatoriyanın fəaliyyəti bilavasitə məşğulluqla bağlıdır. “Məşğulluq” altsisteminin yaradılmasını xüsusi olaraq qeyd etməliyik. Sistem bu gün işsiz və iş axtaran insanlar üçün geniş imkanlar yaradır. Məşğulluq Strategiyasının tədbirlər planı təsdiq olundu. Plan beş istiqaməti özündə cəmləşdirir. Bu istiqamətlərdən biri də ölkədə məşğulluqla bağlı proqnozlaşdırma sisteminin yaradılmasından ibarətdir.

Əmək bazarı üzrə yaradılmış Observatoriya məhz əmək bazarının təhlilini aparmaqla, tələb və təklifin öyrənilməsindən ibarətdir. Regionlar üzrə xüsusi tədqiqatlar aparılacaq, sorğular keçiriləcək.

Məqsəd ondan ibarətdir ki, biz işəgötürənlərin hansı işçilərin onlara lazım olduğunu öyrənəcəyik və bunun əsasında təhsil, peşə təhsili və digər hansı peşələrə tələbat varsa, o istiqamətdə də işlərimizi gücləndirəcəyik.

Hazırda observatoriya ilə bağlı nizamnaməni hazırlamışıq, Nazirlər Kabinetinə təhvil vermişik və təsdiqi gözlənilir. Sonra isə bu qurum 70 nəfərlik işçi ilə fəaliyyətə başlayacaq. Qurumun fəaliyyəti ilə əmək bazarını təkmilləşdirəcəyik.

MDB məkanında ilk ölkəyik ki, bu məsələyə belə peşəkar yanaşırıq. Qurumun binasında Bakı Məşğulluq İdarəsinin balansında olan təlim mərkəzi də var. Hələlik orada fəaliyyət göstərəcəklər, daha sonra isə qurumun başqa binaya köçürülməsi planlaşdırılır.

- DOST İŞ mərkəzinin ödənişli ictimai işləri ilə təmin edilmək üçün vətəndaş hara müraciət etməlidir? Bu sahədə şəffaflığın təmin edilməsi üçün hansı işlər aparılır?

- Ödənişli ictimai işlər 2016-cı ildən proqram şəklində davam etdirilir. Proqramın təkmilləşdirilməsi barədə 2018-ci ildə Prezident İlham Əliyevin xüsusi tapşırığı olmuşdu. Sui-istifadə hallarının qarşısının alınması məqsədilə DOST Agentliyinin nəzdində DOST İŞ mərkəzində ödənişli ictimai işlərə cəlb olunan vətəndaşlarla müqavilə bağlandı.

Prosesə ötən ilin yanvarında başladıq. Artıq DOST İŞ mərkəzində 38 min iş yeri yaradılıb. Mərkəz vasitəsilə həmin vətəndaşlar yerlərdə işləri təşkil edən icraçı təşkilatlarda çalışır və həmin şəxslərin əməkhaqları bank kartlarına köçürülür. İctimai açıqlığın və ictimai nəzarətin təşkili məqsədilə onların siyahısı nazirliyin saytında yerləşdirilib.

Hər ay bu məlumatlar yenilənir. Ötən ilin nəticəsinə baxdıqda bu mexanizmin özünü doğrultduğunun şahidi oluruq. Həmçinin, bu sahədə şəffaflığa daim ciddi nəzarət olunur, 40-dan çox İcra Hakimiyyətlərində monitorinqlər apardıq. Bunun nəticəsində 25 milyondan çox vəsaitə qənaət etdik. İctimai işlər proqramı bu il də davam edir.

- Nazirliyin tabeliyində dörd publik hüquqi şəxsin yaradılması işləri də aparılır...

- Prezident İlham Əliyevin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli fərmanı ilə aparılan bu islahatları əhaliyə göstərilən xidmətlərlə bağlı nazirlik tərəfindən başlanmış DOST konsepsiyasının növbəti mərhələsi kimi qiymətləndirmək olar.

Nazirliyin tabeliyində publik hüquqi şəxslərin yaradılması məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində optimal və effektiv, müasir tələblərə uyğun idarəçiliyin formalaşdırılması, bu sahələrdə əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədinə doğru böyük struktur islahatlarının uğurlu davamıdır.- Peşə təlimlərinə cəlb olunan vətəndaşlara hansı peşələr öyrədilir? Səhv etmirəmsə, peşə tədrisinə gələnlərə yol pulu dövlət tərəfindən ödənilir. Bu barədə məlumat verərdiniz.

- Əmək bazarında tələb olunan peşələr üzrə kurslar təşkil edirik. Bu kurslarda işsiz vətəndaşlara yeni peşələr öyrədilir. Eyni zamanda, aktuallığını itirmiş və əmək bazarında artıq tələbat olmayan peşələr var ki, həmin peşə sahiblərinə biz onların istək və seçiminə uyğun digər peşələrlə bağlı kurs keçirik və onları yenidən əmək bazarına qazandırırıq. Bu sahədə ciddi islahatlarımız var.

Ölkə üzrə bu istiqamətdə 10 peşə mərkəzinin yaradılması nəzərədə tutulur. Hazırda Bakı, Gəncə və Göyçay rayonunda bu cür peşə məktəbləri fəaliyyət göstərir. Bu il yeni peşə məktəbləri də istifadəyə veriləcək.

Təsdiq olunmuş qaydalara əsasən, peşə hazırlığına cəlb olunmaq hüququ əldə edən şəxslərə peşə təlimi müddətində aylıq 250 manat təqaüd də ödənilir. Eyni zamanda, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara görə, yaşayış yeri peşə hazırlığı olan yerdən kənardadırsa, onun nəqliyyat xərcləri də İşsizlikdən Sığorta Fondu tərəfindən ödənilir.

Baş nazirdən dərsliklərlə bağlı QƏRAR

VuVu Uma - 1 месяц тому назад
Nazirlər Kabineti “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nı təsdiqləyib.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Bu Qayda “Ümumi təhsil haqqında” qanunun 4.0.12-ci maddəsinə uyğun olaraq hazırlanıb.

Qayda ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin, digər tədris-metodik vasitələrin hazırlanması, təsdiqlənməsi və nəşri qaydasını müəyyənləşdirir.

Qanunun adıçəkilən maddəsinə görə, ümumi təhsil müəssisələri üçün dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydalar əsasında hazırlanır.Qərarda dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi məsələləri də öz əksini tapıb.

Bu vasitələrin tərtibi fiziki və hüquqi şəxsin təşəbbüsü ilə həyata keçirilə bilər.

Qaydada müvafiq vasitələrin tərtibi zamanı ümumi tələblərin nəzərə alınmasının vacibliyi də vurğulanıb.

Belə ki, materialların elmi etibarlılığı, dəqiqliyi, inkişaf yönümlülüyü, dəyər yönümlülüyü, tərbiyə yönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu nəzərə alınmalıdır.

Həmçinin, pedaqoji və metodiki yanaşmalar qabaqcıl nəzəriyyələrə uyğunlaşdırılmalıdır.Dizayn və tərtibat məntiqli, estetik, müasir olmalıdır.

Təhsil Nazirliyi bütün fənlər üzrə açıq tədris-metodik vasitələri kimi dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibini sifariş edir.

Qaydada ümumi təhsil müəssisələrində dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin təsdiqlənməsi məsələləri də öz əksini tapıb.

Dərsliyə qrif verilməsi ümumi təhsil müəssisəsinin müraciəti və ya Təhsil Nazirliyinin təşəbbüsü əsasında həyata keçirilir.

Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə Nazirlik tərəfindən müvafiq sahədə 10 ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı üç mütəxəssis cəlb edilir.Bu mümkün olmadıqda, dərsliyin qiymətləndirilməsinə daha az sayda mütəxəssis cəlb edilə bilər.

Dərsliyə qrif verilməsi üçün müraciətə iki ay ərzində baxılır.

Nazirlər Kabinetinin qərarında müvafiq vasitələrin nəşri ilə bağlı maddələr də var.

Bildirilir ki, özəl ümumi təhsil müəssisələri üçün vasitələrin nəşri həmin təhsil müəssisələrinin öz vəsaitləri hesabına həyata keçirilir.

Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün isə dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına müəyyənləşir.

Baş Nazirdən iki nazirliyə tapşırıq

VuVu Uma - 1 месяц тому назад
Baş Nazir Əli Əsədov “2015-ci il 24 noyabr tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında Dövlətlərarası Şuranın Azərbaycanda saxlanılması üçün maliyyə yardımı göstərilməsi haqqında Protokol”da dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 12 fevral tarixli 931 nömrəli fərmanının icrasını təmin etmək üçün sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla iki nazirliyə müvafiq tapşırıqlar verilib.Belə ki, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər orqanlar 2019-cu il dekabrın 20-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli 931 nömrəli fərmanı ilə təsdiq edilmiş “2015-ci il 24 noyabr tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında Dövlətlərarası Şuranın Azərbaycan Respublikasında saxlanılması üçün maliyyə yardımı göstərilməsi haqqında Protokol”da dəyişikliklər edilməsi barədə Protokol”un müddəalarının bu Protokol qüvvəyə mindikdən sonra həyata keçirilməsi üçün aidiyyəti üzrə tədbirlər görməlidir.

Bu nazirlikdə işçilər kütləvi ixtisar olunur? - Nazir müavini aydınlıq gətirdi

VuVu Uma - 1 месяц тому назад
“Bütün rayonlarda Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzləri olacaq və nazirliyin tabeliyində olan dövlət xidmətlərinin yerli qurumları regional prinsiplər əsasında çalışacaqlar”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Oxu.Az-a müsahibəsində bildirib.

O qeyd edib ki, DOST konsepsiyasının əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, mərkəzlər “ön” ofis rolunu oynayacaq:

“Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə ünsiyyəti bu mərkəzlər vasitəsilə olacaq. Amma bizim qurumun tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Xidməti, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Dövlət Əmək Müfəttişliyi Xidməti fəaliyyət göstərir.

Bu qurumların xidmətlərini DOST-da cəmləşdirmişik. Bu qurumların yerli bölmələrinin regional prinsiplər arasında fəaliyyət göstərməsini planlaşdırmışıq. Bu, həm də nazirliyin strukturunun təkmilləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 2019-cu ilin dekabr ayında imzaladığı fərmanda öz əksini tapıb.

Planımız belədir ki, bütün rayonlarda DOST mərkəzləri olacaq və nazirliyin tabeliyində olan dövlət xidmətlərinin yerli qurumları regional prinsiplər əsasında çalışacaqlar”.

“Ölkədə iqtisadi regionların sayı 10-dur. Növbəti mərhələlərdə biz regional bölmələrimizin sayını da 10-a çatdıracağıq. Biz DOST mərkəzlərini komplektləşdirəndə ilk növbədə yerli qurumların kadr potensialından istifadə edirik.

Orada olan mütəxəssisləri DOST-a cəlb edirik. Yerdə qalanlar isə - bölmələr “arxa” ofis kimi birləşəndə, həmin işçilər də o idarədə çalışacaqlar. Burada ixtisardan söhbət gedə bilməz”, - deyə A.Əliyev qeyd edib.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения