Тег: mehkeme


Masallıda bacısının sevgilisini öldürən şəxs yenidən məhkəmə qarşısında

VuVu Uma - 10 месяцы тому назад
Masallı rayonunda qısqanclıq zəminində qətl törətməkdə təqsirli bilinən Arzuman Abdinov yenidən məhkəmə qarşısına çıxarılır.

Oxu.Az xəbər verir ki, o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Şikayət hakim Şahin Yusifovun icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Arzuman Abdinov 2014-cü ilin iyul ayının əvvəllərində Rusiyadan Masallı rayonunun Ərkivan qəsəbəsinə qayıdıb. O, geri döndükdə qonşusu Pünhan Şiriyevin bacısı Nargilə ilə mütəmadi telefonla danışıb, münasibət saxladığını öyrənib.

31 iyul 2014-cü il tarixdə saat 20 radələrində Arzuman qardaşı Mülayimin ailə üzvləri və Nargilə ilə birlikdə Masallı rayonunun İstisu istirahət zonasında yerləşən “Cənnət bağı” restoranına gəlib. Arzuman və qardaşı sərxoş olduqdan sonra Pünhan Şiriyev yeməkxanaya gəlib. Pünhan onlarla bir masaya oturduqda Arzuman çağırılmamış qonağın bacısı ilə görüşmək üçün gəldiyini düşünüb. Bu hərəkətdən qəzəblənərək Pünhanı öldürməyi qərara alıb.

Arzuman gecə saat 1 radələrində Ərkivan qəsəbəsinə - evə qayıtdıqdan sonra Pünhanın bacısı ilə münasibətləri barədə Mülayim Abdinova məlumat verib, onu öldürmək niyyətini bildirib. İki qardaş qətli razılaşdırıblar.

Abdinov qardaşları söhbət etmək bəhanəsi ilə Pünhanın idarə etdiyi “VAZ-2106” markalı avtomobilə əyləşiblər. Onlar Pünhandan Ərkivan qəsəbəsində yerləşən Su-Kanal İdarəsinin yanına sürməyi tələb ediblər. Yolda avtomaşında yaranmış mübahisə zamanı Mülayim bir neçə dəfə yumruqla Punhanın sifətindən vuraraq, onu avtomaşını idarə etməkdən kənarlaşdırıb.
Bundan sonra sükan arxasına keçən Arzuman maşını Su-Kanal İdarəsinin yanına sürüb. Orada Pünhanı avtomobildən düşürüblər. Qardaşlar Pünhanı qəddarcasına döyüblər, yumruq və təpiklə onun başına və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbə vurublar. Pünhanın huşsuz vəziyyətə düşdüyünü görüb, öldüyünü düşünüblər.

Daha sonra Abdinov qardaşları Pünhanı huşsuz vəziyyətdə avtomobilin arxa oturacağına ataraq hadisə yerindən uzaqlaşıblar. Pünhanı avtomobilin arxa oturacağında oradan keçənlər tapıb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkmişi xəstəxanaya aparıblar. Xəstəxanada tibbi yardım göstərilsə də, Pünhanın həyatını xilas etmək mümkün olmayıb. O, avqustun 10-da xəstəxanada vəfat edib.

Arzuman və Mülayim Abbdinov qardaşlarına Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham verilib.

Azərbaycanda idmançını öldürən biznesmenin oğlu məhkəməyə müraciət etdi

VuVu Uma - 11 месяцы тому назад
Göygöldə qara kəmər ustasını qətlə yetirməkdə ittiham olunan Urfan Rzayevin barəsində çıxarılmış hökmdən kassasiya şikayəti verilib.

Oxu.Az xəbər verir ki, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət hakim İnqilab Nəsirovun icraatında araşdırılacaq.

Qeyd edək ki, hadisə 2014-cü il sentyabr ayının 4-də Göygöl rayonunun Quşqara kəndi ərazisində baş verib. Urfan Rzayev Quşqara çayının kənarında şəxsi münasibətlər zəminində 1985-ci il təvəllüdlü Kamal Rüstəmovla dalaşıb. Hadisə zamanı Urfan Rzayev bıçaqla Kamal Rüstəmovun qarın və sinə nahiyəsindən iki zərbə vurub. Qarşıdurma nəticəsində Urfan Rzayev özü də müxtəlif bədən xəsarətləri alıb.

Hər iki şəxs Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, Kamal Rüstəmov burada dünyasını dəyişib. Urfan Rzayev isə reanimasiya şöbəsinə yerləşdirilib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, 2007-ci ildə Kamal Rüstəmov uzaq qohumu Urfan Rzayevin bacısı Yaqutla ailə qurub. Urfanın atası Tapdıq Rzayevin həm Azərbaycanda, həm də Rusiyada böyük biznesi olub. Həmçinin Gəncə şəhərində və Göygöl rayonu ərazisində şərab və araq istehsalı ilə məşğul olub. K.Rüstəmov da həmin müəssisənin satış üzrə meneceri işləyib, Bakı şəhərindəki şadlıq evlərinə içkilərin - arağın, şərabın, şampan şərabının paylanması ilə məşğul olub.

2014-cü ildə qayınata ilə kürəkən arasında müəyyən narazılıq yaranıb. Bu soyuqluğun nəticəsi olaraq, bir müddət sonra Kamalla Yaqut ayrılıblar. K.Rüstəmov evi sataraq pulun yarısını həyat yoldaşına verib. Bundan sonra Kamal Rüstəmov Göygöl rayonunun Quşqara kəndində limonad sexi açıb. Biznes qurmaq üçün ailəsinə məxsus evi satıb, banklardan kredit götürüb. Yeni içki biznesi keçmiş qayınatası Kamalın biznesinə mane olmağa başlayıb. K.Rüstəmov limonadları ayrı-ayrı dükanlara 40 qəpiyə təklif edirmiş. Qayınatasının adamları isə həmin limonadı 25-30 qəpiyə təklif edirmişlər. Rzayevlər dükan sahiblərinə tapşırırmışlar ki, heç kim Kamaldan mal almasın. Urfan və atası Tapdıq Rzayev Kamalı hədələyirmişlər ki, "biz varıq, sən buradan xeyir götürə bilməzsən".

Qətlə yetirilən gün Ürfan Kamala zəng vurub və bildirib ki, sənin bizim şirkətdə işlədiyin dövrdən 330 manat borcun qalıb, onu hökmən bu gün ödəməlisən. Kamal da etiraz edib ki, mənim işlədiyim dövrdən heç bir borcum qalmayıb. Ürfan 4 sentyabr 2014-cü il tarixində "Mercedes 600 SLK" markalı avtomobillə gəlib və sənədi Kamala göstərib ki, borc budur. Kamal da sənədə baxaraq deyib ki, borc onun işlədiyi dövrə aid deyil. Bundan sonra Ürfan gedib və həmin gün təxminən saat 17 radələrində yenidən Kamalın limonad sexinə qayıdıb, onunla mübahisə edib. Mübahisə qansız ötüşməyib. Yaralı vəziyyətdə olan Kamalı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Törətdiyi cinayət əməlinə görə Urfan Rzayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2016-cı il tarixli hökmü ilə Urfan Rzayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən prokurorluq və zərərçəkmiş tərəf apellyasiya şikayəti verib.

Lamiyə Quliyevanın keçmiş nişanlısı həbsxana rəhbərliyini məhkəməyə verib

VuVu Uma - 11 месяцы тому назад
Şəmkirin keçmiş icra başçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş mərhum Aslan Aslanovun oğlunun qətlində ittiham olunan Vüqar Əliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan həbsxanasının rəhbərliyini məhkəməyə verib.

Oxu.Az xəbər verir ki, o, barəsində çıxarılan qərarın ləğv edilməsini istəyir.

Qərarın nədən ibarət olduğu açıqlanmayıb. Lakin məhkəmə iddianı mümkünsüz hesab edib.

Qərardaddan narazı qalan V.Əliyev Bakı Apelyasiya Məhkəməsinə müraciət ünvanlayıb. İş hazırda həmin məhkəmədə araşdırılır.

Qeyd edək ki, Şəmkirin keçmiş icra başçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş A.Aslanovun oğlunun qətlinə görə, V.Əliyev və Lamiyə Quliyeva həbs olunublar.

Xatırladaq ki, L.Quliyeva və V.Əliyev nişanlı olublar. Onlar 2003-cü ildə Şəmkirin o dövrdə icra başçısı olmuş A.Aslanovun oğlu Ruslan Aslanovun qətlində ittiham ediliblər. İddialara görə, Ruslan Lamiyəni zorladığına görə qətlə yetirilib.

Lamiyənin qətllə bağlı həbs müddəti 2013-cü ildə başa çatsa da, iki il əvvəl CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə onun cəzası 5 il 6 ay müddətinə artırılıb. Daha sonra o, azadlığa buraxılıb.

L.Quliyeva rəsmi nikahı olmadığı halda cəzaçəkmə müəsisəsində 2014-cü il oktyabrın 16-da uşaq dünyaya gətirib.

Lamiyənin eks-nişanlısı Vüqar isə həbsxanada başqa qadınla ailə qurub. O, Qobustandakı cəzaçəkmə müəssisəsində ömürlük cəza çəkir.

Суд Великобритании отменил ордера на арест недвижимости семьи Назарбаевых на $100 млн

VuVu Uma - 11 месяцы тому назад
Высокий суд Лондона отменил «ордера на богатство неустановленного происхождения» в отношении трех объектов недвижимости, принадлежащих родственникам первого президента Казахстана Нурсултана Назарбаева. Правоохранительные органы Великобритании требовали объяснить происхождение средств, на которые эта недвижимость была приобретена.

Как отмечает «Настоящее Время», речь идет о «хорошо охраняемом особняке с подземным бассейном и кинотеатром на одной из самых дорогих улиц страны Бишопс-авеню, доме в престижном районе Хайгейт и огромной квартире в Челси».

Эта недвижимость в Лондоне была арестована по запросу британских правоохранительных органов весной 2019 года, однако имена собственников суд раскрыл только в марте 2020 года. По данным правоохранительных органов Великобритании, элитной недвижимостью владеет дочь Нурсултана Назарбаева, спикер сената Казахстана Дарига Назарбаева, а также ее старший сын Нурали Алиев и его жена Аида. Два особняка и квартира на сумму более $100 млн оформлены на три офшора, сейчас их стоимость может быть намного выше, отмечало ВВС.

Национальное агентство по борьбе с преступностью Великобритании стремилось доказать, что два особняка и квартира в Лондоне были приобретены на «незаконно полученные средства» покойного Рахата Алиева, отца Нурали и бывшего мужа Дариги Назарбаевой. Однако Высокий суд Лондона отменил все три ордера. Судья Ланг сочла «недостоверной» озвученную на суде информацию, что именно Рахат Алиев являлся основателем офшорных компаний, владеющих недвижимостью. Согласно решению суда, недвижимость могла приобрести «экономически независимая» Дарига Назарбаева.

Национальное агентство по борьбе с преступностью намерено подавать апелляцию. Как сообщил представитель агентства Грэм Биггар, которого цитируют британские СМИ, его ведомство будет проявлять упорство: «Мы очень четко даем понять, что используем все законодательство в нашем распоряжении для преследования незаконного капитала».

Агентство добилось ордеров и временной заморозки недвижимости, принадлежащей семье Назарбаевых, в мае прошлого года. Британское законодательство о «богатстве неустановленного происхождения» тогда было применено во второй раз в истории. Первое дело касалось бывшего азербайджанского банкира Джахангира Хаджиева, осужденного за хищения, и его жены Замиры Хаджиевой.

Azərbaycanda məhkəməyə basqın: Sədr və baş məsləhətçiyə güc tətbiq edildi

VuVu Uma - 12 месяцы тому назад
Azərbaycanda məhkəməyə basqın edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Tərtər rayon Məhkəməsinin inzibati binasında baş verib.

Tərtər rayon sakini Məmmədov Fərhad Əli oğlu rayon məhkəməsinin inzibati binasına basqın edib. O, Tərtər rayon Məhkəməsinin sədri vəzifəsini icra edən hakim Elşad Bayramovun xidməti otağına daxil olub.Fərhad Məmmədov hakimə və məhkəmənin baş məsləhətçisi Elşad Abdullayevə güc tətbiq edib.

Fərhad Məmmədov hakim və baş məsləhətçiyə qarşı zorakılıq edərək, yaxın qohumlarından birinin işinə ədalətli baxılmasını istəyib. O, bu hərəkətləri ilə məhkəmənin işini pozub, hakim və baş məsləhətçiyə qarşı qanunsuz hərəkətlər edib.

Baş verən olayla bağlı Tərtər rayon Prokurorluğuna müraciət olunub. Müraciət əsasında Fərhad Məmmədovun barəsində araşdırma aparılıb, onun cinayət hadisəsi törətdiyi sübuta yetirilib.

İstintaq orqanı tərəfindən Fərhad Məmmədovun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmək) və 288.1-ci (işin və ya müvafiq materialların məhkəmədə baxılması ilə əlaqədar hakimi, habelə onun yaxın qohumlarını öldürməklə, onların sağlamlıqlarına zərər vurmaqla, əmlakını məhv etməklə və ya əmlakını zədələməklə hədələmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi ilkin mərhələdə baxılması üçün Tərtər rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclasında prosesə sədrlik edən hakim Elşad Bayramov özü-özünə etiraz verib.

Hakim etirazı onunla əsaslandırıb ki, həm özü, həm də məhkəmənin baş məsləhətçisi Elşad Abdullayev cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

Hakimin etirazı araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Teyyub Muxtarovun sədrliyi ilə baş tutan iclasda Tərtər rayon Məhkəməsinin sədri vəzifəsini icra edən hakim Elşad Bayramovun etirazı təmin olunub.

Cinayət işi baxılması üçün başqa instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib. Qərar icra olunması üçün Gəncə Apelyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudova təqdim edilib. Sədr işin baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilməsi barədə qərar verib.

Fərhad Məmmədovun barəsində olan cinayət işi baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilib.

В Нидерландах начался суд по делу о крушении Boeing MH17

VuVu Uma - 12 месяцы тому назад
АМСТЕРДАМ, 9 мар - РИА Новости. В Нидерландах начался судебный процесс по делу о крушении в июле 2014 года на востоке Украины пассажирского Boeing Малайзийских авиалиний, следовавшего рейсом MH17 из Амстердама в Куала-Лумпур, слушания проходят в особо охраняемом судебном комплексе Схипхол, передает корреспондент РИА Новости.
Заседание началось в 10.00 по местному времени (12.00 мск). На мероприятие аккредитовались более 400 журналистов из разных стран.В судебном процессе значатся четыре фигуранта, которым Национальная прокуратура Нидерландов ранее предъявила обвинения – это россияне Игорь Гиркин (Стрелков), Сергей Дубинский и Олег Пулатов и украинец Леонид Харченко. Пулатова защищает группа из двух голландских и российского адвокатов. Никто из подозреваемых не будет присутствовать на суде.
Малайзийский Boeing, летевший из Амстердама в Куала-Лумпур рейсом MH17, потерпел крушение 17 июля 2014 года под Донецком. На борту находились 298 человек, все они погибли. Киев обвинил в катастрофе ополченцев, те заявили, что не располагают средствами, которые позволили бы сбить воздушное судно на такой высоте.Совместная следственная группа (ССГ), которая под руководством генпрокуратуры Нидерландов без участия РФ проводит расследование обстоятельств крушения, позже представила промежуточные итоги. Следствие утверждает, что Boeing был сбит из зенитного ракетного комплекса "Бук", принадлежавшего 53-й зенитно-ракетной бригаде ВС РФ из Курска. Как заявлял РИА Новости заместитель генпрокурора России Николай Винниченко, российская сторона передала Нидерландам не только данные российских радаров, но и документацию, свидетельствующую о том, что ракета ЗРК "Бук", поразившая Boeing, принадлежала Украине, однако эту информацию следователи проигнорировали.
МИД РФ заявил, что обвинения ССГ в причастности России к крушению малайзийского Boeing голословны и вызывают сожаление, расследование является предвзятым и однобоким. Позже президент Владимир Путин отметил, что Россию не допускают к расследованию катастрофы лайнера на востоке Украины, а Москва может признать результаты следствия, если будет принимать в нем полноценное участие.

Ali Məhkəmənin sədrindən boşanan ailələrin uşaqları ilə bağlı yeni QƏRAR

VuVu Uma - 12 месяцы тому назад
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərara dəyişiklik edilib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Ali Məhkəmənin Plenumu qərar çıxarıb.

Qərarı Ali Məhkəmənin sədri Ramiz Rzayev imzalayıb. Qərarla sənədin 7.4-cü bəndinin sonuna yeni məzmunda cümlə əlavə edilib.

Həmin bənddə yazılırdı ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır.

Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq, maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək hüququna malikdir.

Habelə, uşağa məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququ da verilir.

Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.

Əlavə edilən hissədə isə qeyd olunur ki, məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

Qərarda göstərilir ki, “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyil.

Konstitusiya Məhkəməsi seçkilərə görə digər məhkəmələrdən məlumatlar tələb edəcək

VuVu Uma - 1 год тому назад
Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması prosesində apellyasiya instansiyası məhkəmələrindən və Ali Məhkəmədən məlumatlar tələb edəcək.

Oxu.Az-ın xəbərinə görə, həmin məlumatlar seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə baxılmış ərizələr haqqında olmalıdır.

Bu prosedur “Konstitusiya Məhkəməsi haqqında” qanunun tələbləri çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

Fevralın 25-də isə Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərə yekun vurub.

MSK-nın qərarları ilə 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd, 80 saylı İmişli-Beyləqan Seçki dairələrinin nəticələri etibarsız sayılıb.

Eyni zamanda, 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub. 87 seçki məntəqəsi isə buraxılıb.

MSK parlament seçkilərinin nəticələrinin yekunlarının yoxlanılması və təsdiqlənməsi üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.

Konstitusiya Məhkəməsi Plenumunun seçkilərlə bağlı iclası quruma materiallar daxil olduğu gündən ən geci 10 gün keçənədək başlanmalıdır.

Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Milli Məclisə seçkilər üzrə MSK sədri və üzvləri iştirak edirlər.

Konstitusiya Məhkəməsi eyni zamanda digər şəxsləri – müvafiq mütəxəssisləri də prosesə cəlb edir.

Dairə Seçki Komissiyalarının protokolları Seçki Məcəlləsinin tələblərinə cavab verdikdə, Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения