Тег: maska


Bakıda maskalıların hücum etdiyi şəxs bazarın sahibi imiş - MÜƏMMALI FAKTLAR

VuVu Uma - 3 месяцы тому назад
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları 28 aprel saat 20:00 radələrində Bakıxanov qəsəbəsində iş adamına hücum etməkdə şübhəli bilinən şəxslərin izinə düşərək, onların şəxsiyyətini müəyyənləşdiriblər.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.

Xatırladaq ki, cinayət hadisəsi Yavər Əliyev küçəsində törədilib. İlkin olaraq bildirilirdi ki, qara maskalı iki naməlum şəxs “Renault” markalı avtomobilini evinin qarşısında park etməyə çalışan Cəfər Səfərova (1972-ci il təvəllüdlü) hücum edib. Cinayətkarlar iş adamının avtomobilinə əyləşərək, onun sol ayağını bıçaqla yaralayıb və üzərində gəzdirdiyi pulları onlara verməsini tələb ediblər. C.Səfərovun üzərində olan 10 min ABŞ dolları məbləğində (17 min manat) pulu ələ keçirən şəxslər dərhal hadisə yerini tərk ediblər.

Lakin hadisənin araşdırılması zamanı maraqlı faktlar ortaya çıxıb.

Ondan başlayaq ki, soyğuna məruz qalan şəxs “8-ci kilometr bazarı”nın sahibi Səfərov Cəfər Qüdrət oğlu olub.

Mənbədən əldə edilən məlumata görə, hadisənin soyğunçuluq faktı olması şübhə altındadır.

Məlum olub ki, hücuma məruz qalan vaxt C.Səfərovun üzərində şikayət ərizəsində qeyd etdiyi kimi 10 min dollar yox (17 min manat), 47 min manat olub. Əgər bu, soyğunçuluq olsaydı, cinayətkarlar bütün pulları ələ keçirərdilər.

Əldə edilən məlumata görə, maskalı şəxslər C.Səfərovu izləmək üçün təyin olunublar. Eyni zamanda, C.Səfərovu izləmək haqda göstəriş verən şəxs və onun məqsədi də məlumdur, lakin informasiya hələ tam təsdiqini tapmadığından, bu haqda məlumat vermək tez olardı.

“Məsələ qaranlıqdır, lakin biz ona aydınlıq gətirəcəyik”, - deyə polisdən bildirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları istisna etmir ki, hadisə C.Səfərovun iş fəaliyyəti ilə əlaqədardır.

Qeyd edək ki, C.Səfərovun üç qardaşı var: Səfər, Süleyman və Qəhrəman. 2000-ci ildə Səfərov qardaşları “8-ci kilometr bazarı”nın sahibi olublar.

Əvvəl onlara məxsus “ООО Maral-Veqa” şirkəti Çingiz Əsədovun obyektinin yarısını, 2002-ci ildə isə qalan 50 faizini əldə edib. Bazar C.Səfərovun adına rəsmiləşdirilib. Lakin 2005-ci ildə bazar ələ keçirilib. Obyekt ləğv edilmiş milli təhlükəsizlik nazirliyində müavin vəzifəsində işləmiş Hilal Əsədovun və eyni nazirliyin Enerji və Nəqliyyat Baş İdarəsinin keçmiş rəisi işləmiş Akif Çovdarovun əlinə keçib. Akif Çovdarov 6 aprel 2020-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə əfv edilib.

A.Çovdarov bir sıra ağır cinayətlər törətdiyinə görə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Ələ keçirilən bazar səhmlərinin yarısı H.Əsədovun həyat yoldaşı Nüşab Əsədovanın adına, digər 50 faizi isə A.Çovdarovun qızı Aida Qasımovanın adına rəsmiləşdirilib.

Yerli kütləvi informasiya vasitələrində dəfələrlə 16 dekabr 2005-ci ildə “OOO Maral-Veqa” şirkətinin ofisinə daxil olan xüsusi xidmət orqanlarının C.Səfərovun qardaşı Qəhrəman Səfərovu, bazarın baş mühasibi Akif Əzimovu və direktor Əyyub Novruzovu saxlayaraq, ləğv edilmiş milli təhlükəsizlik nazirliyinin istintaq təcridxanasına aparılması haqda xəbərlər dərc olunub.

Bu vasitə ilə C.Səfərova təzyiq göstərilib. Sahibkar mülkiyyətindən imtina etmək məcburiyyətində qalıb.

Маску в тон платья назвали новым уровнем коронавирусной моды

VuVu Uma - 4 месяцы тому назад
Маску в тон платья назвали новым уровнем коронавирусной моды после того, как президента Словакии Зузану Чапутову заметили в таком образе. На сочетание обратил внимание Telegram-канал, посвященный моде и стилю, Good morning, Karl!

21 марта члены нового правительства Словакии принесли присягу в медицинских масках и перчатках. Ситуация с коронавирусом вынудила принять меры предосторожности всех участников встречи: как новых министров европейской страны, так и президента Зузану Чапутову. При этом Чапутова подобрала маску в тон платья цвета маджента.

В этот же день лидер Словакии была замечена еще в одном платье, но уже винного цвета. Причем президент не нарушила ею же введенную модную традицию — она снова подобрала маску в тон. Некоторые пользователи Twitter похвалили образ главы Словакии, подчеркнув, что не стоит забывать о стиле во времена борьбы с вирусной инфекцией.

Tibbi maskaya alternativlər açıqlandı

VuVu Uma - 5 месяцы тому назад
Koronavirusdan müdafiə üçün maskalara alternativlər açıqlanıb.

“Sputnik”in məlumatına görə, bu barədə Rusiyanın Virus infeksiyalarının qarşısının alınması və müalicəsi üzrə Araşdırma Mərkəzinin direktoru, immunoloq-infeksionist, allerqoloq Qeorqi Vikulov danışıb.

Vikulovun sözlərinə görə, maska dördqatlı olmalıdır:

“Maskanı özünüz tənzif və ya bintdən hazırlaya bilərsiniz. Bu cür müdafiə vasitələri, adətən, hərbi-səhra şəraitində birdəfəlik maska çatışmazlığı zamanı hazırlanır. Bunlar da iki saatdan bir dəyişdirilməlidir”.

İmmunoloq qeyd edib ki, maskalar artıq xəstəliyi təsdiqlənmiş və ya onlara qulluq edənlər üçün nəzərdə tutulub. Bundan başqa, risk qrupunda olan insanlar tərəfindən də istifadə olunmalıdır.

İnfeksionistin sözlərinə görə, yanınızda asqıran və öskürən insanlar varsa, şərflə də ağzı örtmək olar.Vikulov maskalara efir yağları, propolis damcılatmaq barədə deyilənləri də şərh edib:

“Bu, vacib deyil. Virus infeksiyalarından qorunmaq üçün antiseptiklərlə hopdurulmaqdansa, mexaniki maneə vacibdir. Bundan başqa, bəzi insanların bu komponentlərə qarşı allergiyaları ola bilər”.İnfeksionist hava-damcı infeksiyalarından gözləri də qorumağın zəruriliyindən danışıb:

“COVID-19 infeksiyası selikli qişalardan keçə bilər, buna görə də tibbi və ya “sıfır” eynəklər taxıla bilər.

Azərbaycanda süni tibbi maska qıtlığı yaradan “işbazlar” ələ keçdi

VuVu Uma - 5 месяцы тому назад
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib.

Bu barədə Oxu.Az-a DİN mətbuat xidmətindən məlumat verilib.

Tədbir zamanı yaranmış vəziyyətdən sui-istifadə edərək qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, içərilərində xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb.

Belə ki, əməliyyat zamanı İran İslam Respublikasının vətəndaşları Bahadur Davud, Moenifard Seyidməhəmməd, Saviz Amiryusif külli miqdarda tibbi maskaları satmaq istəyən zaman tutulublar. Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Çin Xalq Respublikasının vətəndaşları Yang Kun və Yiming Liunun ölkədən qaçaqmalçılıq yolu ilə öz vətənlərinə göndərmək məqsədilə tədarük etdikləri külli miqdarda tibbi maskalar onların Bakı şəhəri Yasamal rayonunda kirayədə yaşadıqları mənzildən aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Çin vətəndaşlarını külli miqdarda tibbi maska ilə təmin etməkdə şübhəli bilinən paytaxt sakini Arif İsmayılov da müəyyən edilərək saxlanılıb.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Xaçmaz rayon sakini Elvin Balamətov, Bakı şəhər sakini Elşən Ələkbərov, eləcə də paytaxt sakinləri Aslan Musayev, Şahin Fərzəliyev və Vaqif Mehbalıyev tibbi maska satarkən saxlanılıblar. Qeyd edək ki, bu şəxslər tibbi maskaları real dəyərindən dəfələrlə baha qiymətə satışa təqdim etdikləri üçün ifşa ediliblər.

Əczaçı: “Maska tapsanız, bizə də gətirin” - APTEKLƏRDƏ QITLIQ

VuVu Uma - 5 месяцы тому назад
Koronavirus epidemiyası paytaxt sakinlərini kifayət qədər narahat edir. Apteklərə üz tutan sakinlər tibbi maskalar və spirt tapa bilmədiklərini deyirlər.

Oxu.Az məsələ ilə bağlı Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib.

Nazirlikdən müraciətimizə cavab olaraq bildiriblər ki, apteklər özəl müəssisələrdir: “Dərman satışı ilə məşğul olan bu qurumlar Səhiyyə Nazirliyinin tabeliyində deyil”.

TƏBİB-dən isə bildiriblər ki, onlar yalnız dövlət tibb müəssisələrinin tibbi ləvazimatlarla təmin edilməsinə cavabdehdirlər.

Redaksiyamıza ünvanlanan şikayətləri nəzərə alaraq, məsələ ilə bağlı kiçik araşdırma apardıq. Bir neçə aptekə daxil olaraq, tibbi maska almağa çalışdıq.

Qeyd edək ki, apteklərdə tibbi maskaların qıtlığı ilə bağlı məlumat doğrudur. Dörd aptekə daxil olduq, yalnız birində maska tapa bildik.Tibbi maskanın qiymətinin bahalaşmasının və satışının məhdudlaşdırılmasının doğru olub-olmadığını aydınlaşdırmaq üçün bir neçə maska aldıq. Maskalar əvvəlki qiymətindən 0,20 manat baha satılır. Maskaların qiyməti qalınlığından və rəngindən asılı olaraq, 0,50 manata qədər bahalaşır.

Birinci daxil olduğumuz aptekin satıcısı depoların artıq bir neçə gündür tibbi maska ilə bağlı sifariş götürmədiklərini deyib:

“Vətəndaşlar ən çox spirt və maskalarla bağlı müraciət edirlər. Təəssüf ki, bir neçə gündür digər apteklərlə yanaşı, bizdə də tibbi maskalar qalmayıb. Sifariş etsək də, gətirmirlər. Depolar deyir ki, tibbi maska yoxdur. Hamısı başqa ölkəyə göndərilib. Əvvəl tibbi maskanı 10 qəpiyə satırdıq, amma son dövrlərdə qiymətlər 25-50 qəpik arası dəyişir”.

Digər aptekdən də oxşar cavab aldıq. Xanım satıcı bizə hətta məsləhət verdi ki, boşuna tibbi maska axtarmayaq:“Şəhərin mərkəzində heç bir aptekdə maska tapa bilməyəcəksiniz. Biz bir-birimizlə əlaqə saxlayırıq. Onsuz da maska çatışmazlığı olduğundan satanda da limitlə satırdıq. Artıq heç o da yoxdur. Ağ, göy, qırmızı rəngli maskalar 30 qəpik, qara maska isə 50 qəpik idi. Maska tapsanız, bizə də gətirin”.

Növbəti iki aptekdən də analoji cavab aldıq. Nəhayət, apteklərin birində tibbi maska tapa bildik. Satıcı deyir ki, bu günün “şanslı” adamı bizik, satışda sonuncu maskalar qalıb.

Yanımızda bir başqa müştəri də maska istədiyini dedi. Elə bu an maska üstündə vətəndaşlar arasında mübahisə yaşandı. Satıcı məcbur qalıb 30 ədəd maskanı iki müştəri arasında bölərək onları razı salmağa çalışdı.“Nə üçün maska yoxdur” sualımıza isə əczaçı xanım belə cavab verdi:“Dünən axşamdan maska yoxdur. Əvvəl şirkət üçün alırıq deyib, çox sayda istəyirdilər. Daha sonra tibbi maska qıtlığı yarandı. Müdir dedi ki, ədədlə satılsın. Bundan sonra müştərilər arasında mübahisə yaranmağa başladı. Bizlik bir şey yoxdur. Aptekləri maska ilə təmin edən depolardır, orada da maska yoxdur”.Sonuncu qalan maskalardan böyüklər üçün olanları müştərilərə bir ədədi 30 qəpikdən satıldı. Qara maskaların bir ədədinin qiyməti isə 50 qəpik idi.

Uşaqlar üçün olan maskaların da bir ədədi 50 qəpiyə satılırdı. Göründüyü kimi, bu gün tibbi maskaların satış sayında kifayət qədər məhdudiyyət var. Vətəndaşlar ya maska tapa bilmir, ya da istədikləri sayda ala bilmirlər.

Əczaçının sözlərinə görə, bir neçə həftə ərzində ən çox satılan məhsullar spirt və maska olub. Artıq demək olar ki, spirt tapmaq da çətinləşib. Əczaçı deyib ki, bu gün səhər saat 9-dan indiyə qədər 100 ədəd tibbi maska, 30 ədəd sprey spirt və 40 ədəd sadə spirt satılıb.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения