Тег: kuce


Azərbaycanda yalnız bu şəxslər küçəyə sərbəst çıxa biləcək - SİYAHI

VuVu Uma - 7 месяцы тому назад
Sabahdan Azərbaycanda hərəkət məhdudlaşdırılır.

Aprelin 20-dək aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;

Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;
mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları;

dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları;

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları;

dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli əlavə);

dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;

hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

kütləvi informasiya vasitələrinin əməkdaşları;

Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:

dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli əlavə);

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;

fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.

Küçəyə çıxma qadağası bu ölkədə boşanmaların sayını artırdı

VuVu Uma - 7 месяцы тому назад
Çində koronavirus pandemiyası fonunda bir çox şəhərlərdə tətbiq edilən karantinlə əlaqədar ailələrin evdə qapalı vəziyyətdə qalması boşanmaların sayını artırıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, Çinin mərkəzində Sian və Sıçuan əyalətindəki Dazou şəhərində mart ayında boşanma iddiası ilə rekord həddə müraciət olub. Mütəxəssislər bunu normal həyatda rast gəlinən kiçik problemlərin böyüdülməsi və ünsiyyət çatışmazlığı ilə əlaqələndiriblər.

Şanxayda yaşayan və “Bloomberg”ə danışan vəkil Stiv Li bildirib ki, vəkillik etdiyi boşanma hadisələrində 25 faiz artım olub.

Onun sözlərinə görə, cütlüklər bir arada daha çox vaxt keçirdikləri üçün bir-birindən nifrət etməyə başlayıblar:

“İnsanların özlərinə aid məkanları olmalıdır. Bu, yalnız cütlüklərə deyil, hər kəsə aiddir”.

Bundan başqa, ailədaxili şiddət hadisələri də artıb. Belə ki, fevral hesabatlarına görə, epidemiyanın başladığı Uhan yaxınlığındakı Hubey bölgəsində şiddət hadisələri ötən ilə nisbətdə üç dəfə artıb.

Pekində “Bərabərlik” adlı qurumun yaradıcılarından olan Fenq Yuan şiddət səbəbindən yardım istəyənlərin sayında artım olduğunu bildirərək, evdə qalmağın daha əvvəl mövcud olan gizli şiddət meyillərinin ortaya çıxmasına səbəb olduğunu vurğulayıb.

İnsanların küçəyə çıxmamasına nəzarət edən polis qüvvələrinin də həmin dövrdə şiddətə məruz qalan qadınların yardım tələblərinə cavab verə bilmədiyi qeyd edilib.

Statistikaya görə, Çində boşanma üçün müraciət edənlərin dörddə üç hissəsi qadınlardır.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения