Тег: isiq


Deputat elektrik enerjisinin aylıq istehlak limitinin artırılmasını şərh etdi

VuVu Uma - 1 месяц тому назад
“Elektrik enerjisinin aylıq istehlak limitinin artırılması dövlət tərəfindən hər bir vətəndaşa göstərilən dəstəyin tərkib hissəsidir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, koronavirusla əlaqədar tətbiq edilən xüsusi karantin rejimində insanların bir qismi gündəlik gəlirindən məhrum olub və elektrik enerjisinin sərfiyyatı artır.“Buna görə də dövlət xüsusi karantin rejimi dövründə elektrik enerjisinin aylıq limitinin artırılması barədə qərar qəbul etdi”, - deyə A.Mirzəzadə söyləyib.

Deputat qeyd edib ki, bütün bunlar dövlətin sosial siyasətinin axırıncı addımları deyil:

“Dövlətin növbəti dəstək proqramları ilə bağlı yeni qərarlar qəbul edəcəyi gözləniləndir”.

Xatırladaq ki, aprelin 13-də Baş nazir Əli Əsədov əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi ilə bağlı tədbirlər haqqında qərar imzalayıb.

Qərara əsasən, əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən ardıcıl iki hesabat ayı müddətində 100 kilovat-saat artırılaraq, 400 kilovat-saat müəyyən edilib.

Bu qərar bütün əhali istehlakçılarının aprel ayında sayğac oxunduğu gündən sonrakı iki hesabat ayı üçün istehlak etdikləri elektrik enerjisinə şamil edilir.

“Bakcell” abunəçiləri “Azərişığ”ın “Elektron bildiriş” xidmətindən istifadə edə bilmir?

VuVu Uma - 1 месяц тому назад
“Qarşıdakı günlərdə “Bakcell” mobil nömrəsi olan “Azərişıq” ASC-nin istehlakçıları da qurumun istifadəyə verdiyi “Elektron bildiriş” xidmətindən istifadə edə biləcəklər”.

Oxu.Az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi Qalib Həmidov adıçəkilən mobil operatorun abunəçilərinin yeni yaradılan xidmətdən istifadə edə bilməməsi ilə bağlı yaranan suallara aydınlıq gətirərkən deyib.

Q.Həmidov bildirib ki, hazırda bu istiqamətdə təmsil etdiyi qurum tərəfindən müvafiq işlər aparılır:

“Elektron bildiriş” sistemindən istifadə etmək üçün mobil nömrəni qeyd etmək lazımdır. Hazırda yalnız “Azercell” və “Nar” abunəçiləri bu xidmətdən yararlana bilir. Tezliklə “Bakcell” abunəçiləri də sistemə qoşula biləcək. İstehlakçılarımızın əksəriyyətinin hər üç və ya minimum iki mobil operatora məxsus nömrəsi olduğu üçün bu onlara elə də böyük problem yaratmır”.

Xatırladaq ki, Azərbaycan Prezidentinin "Dövlət orqanlarının Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" fərmanına əsasən, bu ayın əvvəlindən istifadə edilən elektrik enerjisi ilə bağlı "Azərişıq" ASC tərəfindən istehlakçılara verilən bildirişlər və ödənişlər elektron formada həyata keçirilir.

İstehlakçılar pandemiya dövründə bildirişləri sistem vasitəsilə risksiz əldə ediblər. Habelə, ödənişləri onlayn qaydada, evdən çıxmadan bir toxunuşla həyata keçirmək imkanı qazanıblar. Elektron bildirişlər və enerji sərfiyyatına görə, yaranan borclar elektron poçt və SMS vasitəsilə göndəriləcək. Sistem göndərdiyi məlumatları və bütün digər əməliyyatları insan amili olmadan avtomatik həyata keçirəcək.

İstifadə olunan elektrik enerjisi sərfiyyatı və mövcud enerji borcu barədə bildirişi alaraq elektron ödəniş edə bilməyiniz üçün "Azərişıq" ASC-nin veb-saytında “Bildiriş” bölməsinə daxil olaraq 15 rəqəmli abunəçi kodunuzu yazmağınız kifayətdir.

Açılan pəncərədə şəxsi məlumatlarınız, cari sərfiyyatınız və borcunuz barədə məlumatları görə bilərsiniz.

Bundan sonra mobil operatorunuzu, mobil nömrənizi və elektron poçt ünvanınızı daxil edərək “Yadda saxla” düyməsini seçib, elektron bildiriş profilinizi yaratmış olursunuz. “Elektron bildiriş al” düyməsini seçərək, "Azərişıq" ASC-dən enerji borcunuz barədə bildiriş alaraq, enerji borcunuzu “Azərişıq” ASC-nin mobil tətbiqi vasitəsilə elektron qaydada həyata keçirə bilərsiniz. Bununla yanaşı, hər ayın enerji sərfiyyatı haqqında məlumat mobil nömrənizə SMS ilə göndəriləcək. SMS-in sonunda qeyd olunan linkin üzərinə basaraq ödənişinizi asanlıqla həyata keçirə bilərsiniz.

Eyni zamanda, azerishiq.az saytında istənilən şəxs qeydiyyatdan keçmədən bildiriş alaraq elektron ödəniş etmək imkanına malikdir.

“Azərişığ”ın əməkdaşı yaşlı sakinin kommunal xərcini ödədi

VuVu Uma - 2 месяцы тому назад
“Azərişıq” ASC ölkə başçısının və Operativ Qərargahın tapşırıq və qərarlarını rəhbər tutaraq sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır”.

Bunu Oxu.Az-a açıqlamasında son günlər “Azərişıq” əməkdaşlarının vətəndaşlara yardım etməsi ilə bağlı sosial mediada yayılan görüntüləri şərh edən qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, bu günlər təmsil etdiyi qurum gücləndirilmiş iş rejimində çalışır:“Bildiyiniz kimi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan olunub. Bu səbəbdən də müxtəlif qurumlar həmin yaş qrupundan olan vətəndaşlarımız üçün sosial xidmətlər həyata keçirir. Vətəndaşlarımızın sağlamlığına önəm verən “Azərişıq” olaraq biz də bu təşəbbüsdən kənarda qala bilməzdik. Ona görə də hazırda gücləndirilmiş iş rejimində çalışırıq ki, insanlarımızın artan tələbatını qarşılayaq”.

“Azərişıq” rəsmisi son günlər edilən müraciətlərin bir çoxunun qurumun fəaliyyəti ilə bağlı olmadığını da açıqlayıb:

“Son günlər vətəndaşlarımızın müraciətləri artıb. Bəzən də bu bizim fəaliyyətimizə aid olmayan məsələlərlə bağlı olur. Son günlər yayılan görüntülərdə də bunun şahidi olmaq mümkündür. Bəzi müraciətlər vətəndaşların mənzildaxili elektrik enerjisi təchizatı ilə bağlıdır ki, bunlar da “Azərişığ”ın görməli olduğu işlərə aid olmasa da biz insanlarımızı anlayıb onlara dəstək oluruq. Biz onların evdə qalması üçün çalışırıq. Ona görə də istehlakçılarımıza tövsiyyə edirik ki, sağlıqlarını qorumaq üçün aidiyyəti qurumların #evdəqal tələbinə əməl etsinlər və zərurət olmadıqda çölə çıxmasınlar”.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения