Тег: isi


Əməkdar artist: “Toy müğənnisi deyiləm”

VuVu Uma - 3 месяцы тому назад
“Koronavirus gözlə görünməyən düşməndir. Güllə atmır, amma ailələrə soxulur. Şükür edirəm ki, salamatıq. İranda və Türkiyədə pandemiya nə qədər insana qıydı. Hələ də koronavirusdan ölüm halları davam edir. Bizdə isə vəziyyət onlara baxanda daha yaxşıdır”.

Bu sözləri Əməkdar artist Lalə Məmmədova Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Karantin günlərindən danışan sənətçi qızları Nərgiz, Çinarə və yaşlı valideynləri haqqında söz açıb:“Yaradıcı insan üçün evdə oturmaq çox çətindir. Övladlarımla küçəyə çıxa, gəzməyə gedə bilmirik. Uşaqlar bu mövzuda bizdən daha çox qəhrəmandırlar. Valideynlərim karantin dövründə tətbiq edilən qaydaları pozmadılar”.

“Karantin həqiqətən də həyatımı dəyişdi” söyləyən L.Məmmədova bu mövzuda fikirlərini belə davam etdirib:

“Anladıq ki, hər an əzizlərimizi itirə bilərik. Səhər tezdən gedib, gecə qayıdan insan ailəsindən o qədər də xəbərdar olmur. Amma karantin müddətində ailəmlə, uşaqlarımla daha çox zaman keçirdim. Onların qayğısına daha çox qaldım. Bunun məsuliyyətini hiss etdim”.

“Karantin bitəndən sonra nə edəcəksiniz?” sualı sənətçini çaş-baş qoyub. Müğənni bu barədə düşünmədiyini bildirib:

“Karantin bitəndən sonra yenidən əvvəlki həyatımıza dönəcəyik. Lakin bilmirəm, bizi nələr gözləyəcək? Sərhədlər açılandan sonra nələrin olacağını da heç kim bilmir”.

Əməkdar artist karantin dövründə efirə çıxmamasının səbəbini belə izah edib:

“Karantin müddətində heç bir verilişə qatılmadım. Yaşlı valideynlərimin evində qalıram. Onları təhlükəyə atıb, efirə gedə bilməzdim. Yalnız Mədəniyyət Nazirliyinin keçirdiyi layihədə iştirak etdim. Məhəllələrin birində konsert proqramı ilə çıxış etdim. Bu, mənim bir sənətçi kimi borcum idi”.

Deputat elektrik enerjisinin aylıq istehlak limitinin artırılmasını şərh etdi

VuVu Uma - 4 месяцы тому назад
“Elektrik enerjisinin aylıq istehlak limitinin artırılması dövlət tərəfindən hər bir vətəndaşa göstərilən dəstəyin tərkib hissəsidir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, koronavirusla əlaqədar tətbiq edilən xüsusi karantin rejimində insanların bir qismi gündəlik gəlirindən məhrum olub və elektrik enerjisinin sərfiyyatı artır.“Buna görə də dövlət xüsusi karantin rejimi dövründə elektrik enerjisinin aylıq limitinin artırılması barədə qərar qəbul etdi”, - deyə A.Mirzəzadə söyləyib.

Deputat qeyd edib ki, bütün bunlar dövlətin sosial siyasətinin axırıncı addımları deyil:

“Dövlətin növbəti dəstək proqramları ilə bağlı yeni qərarlar qəbul edəcəyi gözləniləndir”.

Xatırladaq ki, aprelin 13-də Baş nazir Əli Əsədov əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi ilə bağlı tədbirlər haqqında qərar imzalayıb.

Qərara əsasən, əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən ardıcıl iki hesabat ayı müddətində 100 kilovat-saat artırılaraq, 400 kilovat-saat müəyyən edilib.

Bu qərar bütün əhali istehlakçılarının aprel ayında sayğac oxunduğu gündən sonrakı iki hesabat ayı üçün istehlak etdikləri elektrik enerjisinə şamil edilir.

“Bakcell” abunəçiləri “Azərişığ”ın “Elektron bildiriş” xidmətindən istifadə edə bilmir?

VuVu Uma - 4 месяцы тому назад
“Qarşıdakı günlərdə “Bakcell” mobil nömrəsi olan “Azərişıq” ASC-nin istehlakçıları da qurumun istifadəyə verdiyi “Elektron bildiriş” xidmətindən istifadə edə biləcəklər”.

Oxu.Az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi Qalib Həmidov adıçəkilən mobil operatorun abunəçilərinin yeni yaradılan xidmətdən istifadə edə bilməməsi ilə bağlı yaranan suallara aydınlıq gətirərkən deyib.

Q.Həmidov bildirib ki, hazırda bu istiqamətdə təmsil etdiyi qurum tərəfindən müvafiq işlər aparılır:

“Elektron bildiriş” sistemindən istifadə etmək üçün mobil nömrəni qeyd etmək lazımdır. Hazırda yalnız “Azercell” və “Nar” abunəçiləri bu xidmətdən yararlana bilir. Tezliklə “Bakcell” abunəçiləri də sistemə qoşula biləcək. İstehlakçılarımızın əksəriyyətinin hər üç və ya minimum iki mobil operatora məxsus nömrəsi olduğu üçün bu onlara elə də böyük problem yaratmır”.

Xatırladaq ki, Azərbaycan Prezidentinin "Dövlət orqanlarının Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" fərmanına əsasən, bu ayın əvvəlindən istifadə edilən elektrik enerjisi ilə bağlı "Azərişıq" ASC tərəfindən istehlakçılara verilən bildirişlər və ödənişlər elektron formada həyata keçirilir.

İstehlakçılar pandemiya dövründə bildirişləri sistem vasitəsilə risksiz əldə ediblər. Habelə, ödənişləri onlayn qaydada, evdən çıxmadan bir toxunuşla həyata keçirmək imkanı qazanıblar. Elektron bildirişlər və enerji sərfiyyatına görə, yaranan borclar elektron poçt və SMS vasitəsilə göndəriləcək. Sistem göndərdiyi məlumatları və bütün digər əməliyyatları insan amili olmadan avtomatik həyata keçirəcək.

İstifadə olunan elektrik enerjisi sərfiyyatı və mövcud enerji borcu barədə bildirişi alaraq elektron ödəniş edə bilməyiniz üçün "Azərişıq" ASC-nin veb-saytında “Bildiriş” bölməsinə daxil olaraq 15 rəqəmli abunəçi kodunuzu yazmağınız kifayətdir.

Açılan pəncərədə şəxsi məlumatlarınız, cari sərfiyyatınız və borcunuz barədə məlumatları görə bilərsiniz.

Bundan sonra mobil operatorunuzu, mobil nömrənizi və elektron poçt ünvanınızı daxil edərək “Yadda saxla” düyməsini seçib, elektron bildiriş profilinizi yaratmış olursunuz. “Elektron bildiriş al” düyməsini seçərək, "Azərişıq" ASC-dən enerji borcunuz barədə bildiriş alaraq, enerji borcunuzu “Azərişıq” ASC-nin mobil tətbiqi vasitəsilə elektron qaydada həyata keçirə bilərsiniz. Bununla yanaşı, hər ayın enerji sərfiyyatı haqqında məlumat mobil nömrənizə SMS ilə göndəriləcək. SMS-in sonunda qeyd olunan linkin üzərinə basaraq ödənişinizi asanlıqla həyata keçirə bilərsiniz.

Eyni zamanda, azerishiq.az saytında istənilən şəxs qeydiyyatdan keçmədən bildiriş alaraq elektron ödəniş etmək imkanına malikdir.

Saxta icazə arayışı satanlar tutuldu

VuVu Uma - 4 месяцы тому назад
Paytaxt sakinləri Anar İsgəndərov və Aslan Bayramov “Sağlam Həyat Naminə”, eləcə də “Siyasət və Gerçək Uğur” jurnallarının möhürü ilə təsdiqlənmiş saxta arayışları satarkən saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Araşdırma zamanı müəyyən olunub ki, A.İsgəndərov və A.Bayramov xüsusi karantin rejimi dövründə kütləvi informasiya vasitələrinin əməkdaşlarının fəaliyyətlərini sərbəst şəkildə davam etdirməsinə müvafiq icazənin verilməsi qaydasından sui-istifadə edərək, sərbəst hərəkətləri məhdudlaşdırılan şəxslərə guya qeyd edilən jurnalların əməkdaşları olmaları barədə saxta arayışlar satıblar.

Bununla da A.İsgəndərov və A.Bayramov saxta sənəd satdıqları şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq, sərbəst hərəkət etmələrinə şərait yaradıblar.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi başlanılıb.

Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən A.İsgəndərov və A.Bayramov tutularaq istintaqa cəlb olunublar.

Onlardan xeyli sayda saxta arayışlar, boş blanklar və möhür aşkar olunaraq götürülüb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Baş Prokurorluq və DİN bir daha vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə əməl etməyi tələb edir. Əks halda qaydaları pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi cəza tədbirləri görüləcək.

Кошка 40 дней просидела одна в пустой квартире, родила котят и съела всех рыбок

VuVu Uma - 4 месяцы тому назад
В китайском городе Ухань кошка 40 дней просидела дома одна, родила котят и съела всех рыбок в аквариуме после того, как ее хозяина госпитализировали с коронавирусной инфекцией. Об этом сообщает Daily Mail.

Хозяин британской короткошерстной кошки по кличке Лэ-Лэ рассказал, что вся его семья, состоящая из семи человек, заразилась коронавирусом в преддверии Китайского Нового года — до 25 января. К тому моменту питомица была на последнем сроке беременности. Когда всех членов семьи госпитализировали, хозяин Лэ-Лэ не стал просить окружающих присмотреть за кошкой, поскольку в его квартире можно было заразиться смертельно опасной инфекцией.В результате Лэ-Лэ осталась одна в пустой квартире. Кошке удалось выжить благодаря двум открытым мешкам корма, которые ее владелец оставил перед отъездом в больницу. «Я держал на застекленном балконе черепах и рыб в аквариуме. Также там была фильтрованная вода, которую кошка могла пить», — пояснил хозяин. Вместе с женой он закрыл все окна и двери, помимо балконной, прежде чем уехать на лечение. «После этого мы понятия не имели, что происходило в квартире», — признался он.

“Azərişığ”ın əməkdaşı yaşlı sakinin kommunal xərcini ödədi

VuVu Uma - 4 месяцы тому назад
“Azərişıq” ASC ölkə başçısının və Operativ Qərargahın tapşırıq və qərarlarını rəhbər tutaraq sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır”.

Bunu Oxu.Az-a açıqlamasında son günlər “Azərişıq” əməkdaşlarının vətəndaşlara yardım etməsi ilə bağlı sosial mediada yayılan görüntüləri şərh edən qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, bu günlər təmsil etdiyi qurum gücləndirilmiş iş rejimində çalışır:“Bildiyiniz kimi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan olunub. Bu səbəbdən də müxtəlif qurumlar həmin yaş qrupundan olan vətəndaşlarımız üçün sosial xidmətlər həyata keçirir. Vətəndaşlarımızın sağlamlığına önəm verən “Azərişıq” olaraq biz də bu təşəbbüsdən kənarda qala bilməzdik. Ona görə də hazırda gücləndirilmiş iş rejimində çalışırıq ki, insanlarımızın artan tələbatını qarşılayaq”.

“Azərişıq” rəsmisi son günlər edilən müraciətlərin bir çoxunun qurumun fəaliyyəti ilə bağlı olmadığını da açıqlayıb:

“Son günlər vətəndaşlarımızın müraciətləri artıb. Bəzən də bu bizim fəaliyyətimizə aid olmayan məsələlərlə bağlı olur. Son günlər yayılan görüntülərdə də bunun şahidi olmaq mümkündür. Bəzi müraciətlər vətəndaşların mənzildaxili elektrik enerjisi təchizatı ilə bağlıdır ki, bunlar da “Azərişığ”ın görməli olduğu işlərə aid olmasa da biz insanlarımızı anlayıb onlara dəstək oluruq. Biz onların evdə qalması üçün çalışırıq. Ona görə də istehlakçılarımıza tövsiyyə edirik ki, sağlıqlarını qorumaq üçün aidiyyəti qurumların #evdəqal tələbinə əməl etsinlər və zərurət olmadıqda çölə çıxmasınlar”.

Azərbaycanda bu icra başçısı cəzalandırıldı

VuVu Uma - 4 месяцы тому назад
Koronavirus infeksiyasına qarşı şəhərin mərkəzində və mərkəzə yaxın hissələrdə qarşıya qoyulan vəzifələr icra olunsa da, bir sıra ərazilərdə ciddi nöqsanların mövcud olduğu müəyyən edilib.

Oxu.Az xəbər verir ki, bu barədə bu gün Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhərdə aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirə zamanı məlumat verilib.

Müşavirə zamanı mart ayının 23-də şəhərin mərkəzi hissəsində və ətraf ərazilərdə dezinfeksiya işləri ilə bağlı monitorinqlərin aparıldığı bildirilib.

Belə ki, paytaxtın bir sıra rayonlarında təlimatlara riayət olunsa da, Qaradağ rayonu təmizlik sahəsində müstəqil maddi-texniki bazanın mövcud olduğu iki rayondan biri olmasına baxmayaraq, bu işlər Ələt və Lökbatan qəsəbələrində qeyri-qənaətbəxş şəkildə icra olunub. Qarşıya qoyulan vəzifələr lazımi səviyyədə təşkil olunmayıb.

Müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunub və ona xəbərdarlıqla töhmət elan edilib. Qeyd olunub ki, belə halların Qaradağda və ya başqa rayonlarda təkrar olunması xüsusi vəziyyət şəraitində işi təşkil etməyi bacarmamaq kimi qiymətləndiriləcək.

Tədbir zamanı Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və digər şəhər strukturlarına Qaradağ rayonunda aparılan dezinfeksiya işlərində yaxından kömək etmək tapşırılıb. Çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qısa zamanda bu sahədə mövcud olan nöqsanların aradan qaldırılacağına dair söz verib.

Müşavirədə qeyd olunan nöqsanlardan nəticə çıxarılmasının, verilən tapşırıqların icrasına kadrların məsuliyyətinin artırılmasının vacibliyi bildirilib və bu sahədə işlərin gücləndirilməsi üçün əlavə tədbirlər planı müzakirə edilib.

Müşavirə zamanı bildirilib ki, ölkə rəhbərliyinin tapşırığı və Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın təlimatlarına uyğun olaraq paytaxtda aparılan dezinfeksiya işləri gücləndirilib.

Prezidentdən əlavə dəyər vergisi ilə bağlı MÜHÜM FƏRMAN

VuVu Uma - 5 месяцы тому назад
Prezident İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Sənədi AZƏRTAC dərc edib.

Fərmana əsasən, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” təsdiq edilir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi on beş gün müddətində:

- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bu Fərmanla təsdiq edilmiş Qaydanın 2.0.7-ci yarımbəndində nəzərdə tutulan operatoru seçməlidir;

- bu Fərmanla təsdiq edilmiş Qaydanın 2.1.4-cü yarımbəndində nəzərdə tutulan müvəkkil bankı (bankları) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən etməlidir;

- fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı maarifləndirmə (təbliğat) işi aparılmasını təmin etməlidir;

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

- istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin, bu Fərmanla təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etməlidir;

- bu Fərmanla təsdiq edilmiş Qaydanın 5.9-cu bəndində nəzərdə tutulan rəyin formasını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməlidir.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения