Тег: intihar


Azərbaycanda intihar edən dörduşaqlı qadının əri tutuldu - Arvadı ilə amansız rəftar edib...

VuVu Uma - 16 дней тому назад
Martın 10-da Ağcabədi rayonu Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Günay Şəmilovanın yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü iplə asaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumata görə, meyitin xarici müayinəsi zamanı alnında iki ədəd sıyrıq, döş qəfəsi və boynunun ön səthində qançırlar, sağ qolunda cızıq və hər iki baldırın ön səthində ləkələr aşkar edilib.Məhkəmə-tibb ekspertinin ilkin məlumatına görə, mərhumun bədənində aşkar edilmiş xəsarətlər onun ölümündən bir neçə gün əvvəl əmələ gəlməyə xarakterikdir.Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində Günay Şəmilovanın 2010-cu ildən rəsmi nikah münasibətinə girib evləndiyi Etibar Şəmilov tərəfindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı mütəmadi olaraq döyülüb amansız rəftar edilməklə ləyaqətinin alçaldılması nəticəsində özünü öldürmə dərəcəsinə çatdırılaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.Etibar Şəmilov cinayət işi üzrə martın 11-də şübhəli şəxs qismində tutulub.

Azərbaycanda dörd uşaq anası ata evinə gedib qayıtdı, intihar etdi - YENİLƏNİB

VuVu Uma - 17 дней тому назад
Ağcabədi rayonunda qadının intihar etməsi ilə bağlı ibtidai istintaq aparılır.

Oxu.Az-ın məlumatına görə, rayonun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Günay Quliyevanın martın 10-u saat 16 radələrində yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə yerinə və meyitə polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, orada maddi sübutlar götürülüb.

Qeyd edək ki, G.Quliyeva dörd uşaq anasıdır.

15:54

Ağcabədi rayonunda intihar hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Şahsevən kəndində qeydə alınıb.

Rayon sakini, 27 yaşlı Quliyeva Günay Sahib qızı özünü yaşadığı evdən asaraq intihar edib.

Qeyd edək ki, G.Quliyeva dörd uşaq anasıdır. Onun ən kiçik övladı yeddi ay əvvəl dünyaya gəlib.

G.Quliyevanın yaxınlarının sözlərinə görə, Günayın ailəsində tez-tez ailədaxili münaqişələr baş verib. Qadın intihardan əvvəl ata evində olub. Evinə qayıdan qadın özünü asaraq öldürüb.

Məhkəmə-Tibbi Ekspertizası intihar edən gənc qadının başında və bədənində çoxdan aldığı xəsarətlər də aşkarlayıb. Ailə üzvləri G.Quliyevanın həyat yoldaşı tərəfindən döyüldüyünü iddia edir.

Aysel Ələkbərzadənin intihar cəhdi barədə rəsmi AÇIQLAMA

VuVu Uma - 18 дней тому назад
Martın 10-da saat 05:42-də 24 yaşlı işsiz Ələkbərzadə Aysel Elşən qızı tanışı Yusif İsayevlə spirtli içki qəbul edərək, paytaxtın Yasamal rayonu ərazisindəki çoxmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən kirayədə yaşadığı mənzilin pəncərəsindən intihar məqsədi İlə özünü atıb.

Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub.

Bildirilir ki, A.Ələkbərzadə kəllə-beyin travması və bir ayağının sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyəti orta ağırdır, müalicəsi üçün zəruri tədbirlər görülür.

Yasamal rayon prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən A.Ələkbərzadənin yaşadığı evə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, hadisə yerindən iki ədəd 1 litrlik “Kuler” markalı pivənin boş plastmas qabları, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və müvafiq prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq zamanı Yusif İsayev ifadəsində həmin gün səhər saatlarında Aysel Ələkbərzadə ilə pivə qəbul etdikdən sonra içkinin qurtarması ilə əlaqədar əlavə spirtli içki almaq üçün mağazaya gedib geri qayıtdıqda A.Ələkbərzadənin mənzilin pəncərəsindən özünü atmaq istəməsini görsə də, etdiyi səylərə baxmayaraq, onun bu hərəkətinin qarşısını ala bilmədiyini deyib.

A.Ələkbərzadə hadisədən əvvəl özünə məxsus “Facebook” səhifəsində yaxın münasibətlərdə olduğu rəfiqəsi, onun həyat yoldaşı və digər tanışının adlarını çəkməklə onu özünü öldürmə həddinə çatdırmaları barədə martın 10-da saat 04:13-də məlumat paylaşıb.

İlkin istintaqla müəyyən edilib ki, A.Ələkbərzadə martın 8-də Bakı şəhərində bir qrup feminist tərəfindən təşkil olunan icazəsiz aksiyada fəal iştirak edib və aksiyada əlində tutduğu şüarda əks olunmuş fikirlərə görə, bəzi sosial şəbəkə istifadəçilərinin ciddi ictimai qınağına məruz qalıb.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения