Тег: icra


İcra Hakimiyyətindən vətəndaşın döyülmə xəbəri ilə bağlı AÇIQLAMA

VuVu Uma - 9 дней тому назад
Sosial şəbəkələrdə Goranboy rayon Qızılhacılı qəsəbə sakini Verdiyev Arzu Vəli oğlunun icra başçısının birinci müavini Ceyhun Həsənov tərəfindən döyülməsi ilə bağlı xəbərlər yer alıb. İddiala görə, Verdiyev Arzunun döyüldükdən sonra qurumun binasının pəncərəsindən yerə atılıb və o, müxtəlif bədən xəsarəti alıb.

Goranboy Rayon İcra Hakimiyyəti sözügedən iddia ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir:

“13.05.2020-ci il tarixdə Goranboy RİH-də, müəyyən edilmiş qrafikə əsasən keçirilən və çoxsaylı insanın iştirak etdiyi RİH Başçısının qəbulu zamanı, Qızılhacılı qəsəbə sakinləri Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu inzibati binanın həyətinə gələrək, özlərinin haqsız tələblərini təmin etmək məqsədi ilə, yəni başqa şəxslərə məxsus, rayonun Aşağı Ballıqaya kənd sakinləri Əskərov Etiram Akif oğlunun, Pirimov Əli İsaq oğlunun və Qızılhacılı qəsəbə sakinləri Hüseynova Aygün Rafiq qızının, Qəhramanov Yunis İslam oğlunun torpaqlarını öz zəbtlərində saxlamaq üçün bu məsələ ilə bağlı daxil olan müraciətlərin RİH tərəfindən araşdırılmasına qəti etiraz ediblər. Onlara “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən daxil olan müraciətlərin araşdırılmasının RİH-nin səlahiyyətinə aid olduğu izah edilib. Lakin, onlar bununla razılaşmayıb, qəbulda iştirak edən RİH-nin Başçısının Aparatının məsul işçiləri və digər rəhbər vəzifəli şəxslər haqqında təhqiramiz ifadələr işlətmiş, nalayiq hərəkətlər ediblər, qəbulun keçirilməsinə maneçilik törətməklə RİH qanuni iş rejimini pozmaga cəhd ediblər. Məsələ ilə əlaqədar dərhal rayonun hüquq mühafizə orqanlarına məlumat verilib və hazırda faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.Məlumat üçün bildiririk ki, Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu dəfələrlə sosial şəbəkələrdə yerləşdirdikləri video çəkilişlərdə Qızılhacılı bələdiyyəsinin torpaq sahələrindən istifadədə qanunsuzluqlara yol verildiyini bildiriblər. Qeyd edirik ki, 2019-cu və 2020-ci ilin ötən dövrü ərzində, müxtəlif məsələrlə bağlı həmin vətəndaşların RİH-nə daxil olmuş 10 sayda müraciətlərinə baxılıb və hər birinə qanunamüvafiq qaydada müfəssəl cavab verilib.

Hər iki vətəndaş 04 may 2020-ci il tarixdə RİH-nin inzibati binasında İcra başçısı və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri tərəfindən qəbul edilib, müraciətləri ilə bağlı onlara bir daha qanunamüvafiq izahat verilib, məsələnin aidiyyəti dövlət orqanları tərəfindən yerində araşdırılacağı bildiriib. Onların müraciətinin təkrar qaydada araşdırılması üçün RİH tərəfindən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 05 may 2020-ci il tarixdə 127 nömrəli, ƏMDK yanında Torpaqların Dövlət idarəetməsinin təşkil üzrə Dövlət Agentliyinə 05 may 2020-ci il tarixli 128 nömrəli məktubla müraciət olunub.

Qızılhacılı qəsəbə sakinlərinin RİH-ə daxil olmuş müraciətləri əsasında RİH tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Arzu Verdiyev qəsəbə sakini Qəhrəmanov Yunis İslam oğlunun icarəsində olan torpaq sahəsinin 5,0 hektarını, onu təhdid edərək əlindən alıb və həmin sahədə arpa əkib, digər qəsəbə sakini Pirimov Əli İsa oğlunun icarəsindəki Dövlət Ehtiyat Fonduna aid olan örüş sahəsinin daxilində qanunsuz arxlar çəkib, həmin sahənin bir hissəsini isə şumlayaraq pambıq əkin. Bundan başqa, sahibkar Hüseynova Aygün Rafiq qızının istifadəsindəki torpaq sahəsindən onun məcburi çıxmasını tələb edib və əhalinin pay torpaqlarına gedən yolu, həmçinin ərazidə mövcud olan hərbi məqsədli ehtiyat yolu zəbt edərək əkib. Arzu Verdiyevin bu qanunsuz hərəkətləri barədə vətəndaşlar tərəfindən RİH-ə daxil olmuş müraciətlər əsasında aidiyyəti üzrə Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır”.

Azərbaycanda bu icra başçısı cəzalandırıldı

VuVu Uma - 2 месяцы тому назад
Koronavirus infeksiyasına qarşı şəhərin mərkəzində və mərkəzə yaxın hissələrdə qarşıya qoyulan vəzifələr icra olunsa da, bir sıra ərazilərdə ciddi nöqsanların mövcud olduğu müəyyən edilib.

Oxu.Az xəbər verir ki, bu barədə bu gün Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhərdə aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirə zamanı məlumat verilib.

Müşavirə zamanı mart ayının 23-də şəhərin mərkəzi hissəsində və ətraf ərazilərdə dezinfeksiya işləri ilə bağlı monitorinqlərin aparıldığı bildirilib.

Belə ki, paytaxtın bir sıra rayonlarında təlimatlara riayət olunsa da, Qaradağ rayonu təmizlik sahəsində müstəqil maddi-texniki bazanın mövcud olduğu iki rayondan biri olmasına baxmayaraq, bu işlər Ələt və Lökbatan qəsəbələrində qeyri-qənaətbəxş şəkildə icra olunub. Qarşıya qoyulan vəzifələr lazımi səviyyədə təşkil olunmayıb.

Müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunub və ona xəbərdarlıqla töhmət elan edilib. Qeyd olunub ki, belə halların Qaradağda və ya başqa rayonlarda təkrar olunması xüsusi vəziyyət şəraitində işi təşkil etməyi bacarmamaq kimi qiymətləndiriləcək.

Tədbir zamanı Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və digər şəhər strukturlarına Qaradağ rayonunda aparılan dezinfeksiya işlərində yaxından kömək etmək tapşırılıb. Çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qısa zamanda bu sahədə mövcud olan nöqsanların aradan qaldırılacağına dair söz verib.

Müşavirədə qeyd olunan nöqsanlardan nəticə çıxarılmasının, verilən tapşırıqların icrasına kadrların məsuliyyətinin artırılmasının vacibliyi bildirilib və bu sahədə işlərin gücləndirilməsi üçün əlavə tədbirlər planı müzakirə edilib.

Müşavirə zamanı bildirilib ki, ölkə rəhbərliyinin tapşırığı və Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın təlimatlarına uyğun olaraq paytaxtda aparılan dezinfeksiya işləri gücləndirilib.

İsmayıllının yeni icra başçısı kimdir? - DOSYE

VuVu Uma - 3 месяцы тому назад
Prezident İlham Əliyevin sərəncamı ilə Nahid Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Oxu.Az-ın məlumatına görə, N.Bağırov 1979-cu ilin aprelin 4-də Bakı şəhərində anadan olub.

Orta təhsili 242 və 151 saylı məktəblərdə alıb.

1998-2000-ci illərdə Sabunçu Rayon Məhkəməsində katib vəzifəsində çalışıb. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. 2000-2001-ci illərdə N saylı hərbi hissədə hərbi xidmətdə olub. 2001-2005-ci illərdə “Sir” hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb. 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib.2009-cu ildən Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri olub. 2011-2013-cü, 2013-2015-ci və 2015-2017-ci illərdə Birləşmiş Millətlər Təşkilatı nəzdində Ümumdünya Turizm Təşkilatının (UNWTO) Qoşulan üzvlər şurasının Avropa üzrə vitse-prezidenti seçilib.

2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində fərqləndiyinə görə “Fəxri Turizm İşçisi”, 2018-ci ildə Mülki Aviasiya Administrasiyası tərəfindən “Fəxri Aviasiya İşçisi” adına layiq görülüb. 2018-ci ildə Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyasının (ASK) İdarə Heyətinin üzvü seçilib.2018-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai Şuranın sədr müavini təyin edilib.

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul etdi - YENİLƏNİB

VuVu Uma - 3 месяцы тому назад
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:“Mən sizi - birinizi Neftçala, birinizi də İsmayıllı rayonuna icra başçısı vəzifəsinə təyin edirəm. Əminəm ki, siz bu yüksək etimadımı doğruldacaqsınız və elə işləyəcəksiniz ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də mən sizin işinizdən razı olum. Buna nail olmaq üçün, sadəcə olaraq, mənim tapşırıqlarımı yerinə yetirmək lazımdır. Bu tapşırıqlar da çox sadədir - vətəndaşlarla bir yerdə olmaq, daim xalq arasında olmaq, xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, rayonların sosial-iqtisadi inkişafına töhfə vermək. Əgər siz bu tapşırıqlarımı layiqincə yerinə yetirsəniz, həm dövlət sizin işinizdən razı olacaq, həm də vətəndaşlar.

İsmayıllı və Neftçala rayonlarının sosial-iqtisadi inkişafı üçün bir çox layihələr icra edilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmışdır. Hazırda dördüncü proqram icra olunmaqdadır və əminəm ki, 2023-cü ilə qədər rayonların infrastruktur və sosial problemləri tamamilə öz həllini tapacaq. Həm qazlaşdırma, həm elektrik enerjisinin təchizatı, həm də kənd yollarının çəkilişi, içməli su layihələrinin həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir və bir çox layihələr icra edilib. Bildiyiniz kimi, bu layihələr mərkəzi icra orqanları tərəfindən dövlət investisiya proqramı çərçivəsində icra edilir. Eyni zamanda, sosial obyektlərin tikintisi, təmiri də mərkəzi icra orqanları tərəfindən həyata keçirilən layihələrdir.

Sizin isə işiniz əsasən rayonda mövcud olan potensialı səfərbər edib, həm iqtisadi artımı təmin etmək, iş yerlərinin yaradılması ilə bağlı əməli addımlar atmaq və rəhbərlik edəcəyiniz rayonlara sərmayənin gətirilməsinə nail olmaqdır. Həm xarici investorları, həm də yerli investorları cəlb etmək üçün hər bir rayonun başçısı fəal işləməlidir. Bu tapşırıqları mən əvvəllər də vermişəm. Bəzi rayonlarda bu sahədə yaxşı nəticələr var, bəzi rayonlarda investisiya qoyuluşu zəifdir. Bunun obyektiv səbəbləri də ola bilər. Rayonların potensialı eyni deyil, amma buna baxmayaraq, hesab edirəm ki, Azərbaycanın müasir infrastruktur potensialını nəzərə alaraq hər bir rayon investorlar üçün cəlbedici ola bilər. Sadəcə olaraq, yerli icra orqanlarının rəhbərləri oturub bu investisiyaları gözləməməlidirlər. Özləri fəal olmalıdırlar, özləri investorları tapmalıdırlar, onları inandırmalıdırlar və cəlb etməlidirlər. Bəzi hallarda bəzi rayonlarda investor vəsait qoymaq istəyir, amma əfsuslar olsun ki, onun qarşısında süni əngəllər törədilir. Yaxud da ki, yerli icra orqanları ona qarşı əsassız və qanunsuz tələblər irəli sürürlər. Ona görə bu hallara qarşı çox ciddi mübarizə aparılmalıdır. Rayonlarda həm ictimai-siyasi ab-hava sağlam olmalıdır, ictimai münasibətlər sağlam zəmində qurulmalıdır və həm də xalqı narahat edən problemlər həll edilməlidir. O problemləri ki, müəyyən səbəblərə görə siz özünüz həll edə bilmirsiniz, gərək mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq nazirliklərə təkliflər verəsiniz və fəal olasınız.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır. Bu siyasət şüurlu siyasətdir və bundan sonra da davam etdiriləcək. Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır. Bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır.

Əfsuslar olsun ki, hələ də bunu dərk etməyən insanlar var. Neftçala rayonunda aparılmış xüsusi əməliyyat onu bir daha göstərdi. Xalqın gözü önündə bu biabırçı mənzərə bir daha göstərdi ki, əfsuslar olsun, bizim bəzi yüksək ranqlı məmurlar nəinki xalqın, dövlətin etimadını doğru, sadəcə olaraq, bəzi məqamları işıqlandırır. Ancaq Neftçala rayonunda rüşvətxorluq və korrupsiya sistem xarakter daşıyırdı, sistemli əsasda həll olunurdu və demək olar ki, rüşvətxorluq və korrupsiya bütün qurumları sarsıtmışdı.

Təsəvvür edin, rayonun ən zəngin insanlarından biri Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir. Onun varidatı haqqında indi hüquq mühafizə orqanları məlumat əldə ediblər. Bu adam nəyin hesabına varlanıb? Bu, biznesmendir? Yox. Bu, ixtiraçıdır? Yox. Buna böyük miras qalıb? Yox. Nəyin hesabına? Xəstələrin boğazından kəsilən pullar hesabına. Yazıq xəstələr məcbur olub bu tamahkar insanlara pul veriblər ki, öz sağlamlıqlarını təmin etsinlər. Ona görə bu yolla gedən hər bir adam bilməlidir ki, bunun axırı olacaq.

Korrupsiyaya və rüşvətxorluğa qarşı dözümlülük sıfır səviyyəsində olmalıdır. Neftçalanın keçmiş icra başçısının biabırçı hərəkətləri xalqda nifrət hissi oyadır. Kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir. Bir də ki, o adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər? Rəhbər iş otağında bu geyimdə hansı nümunə göstərir bütün məmurlara? Ona görə bu biabırçı kadrlar, əlbəttə, onu göstərir ki, bu insanın və buna oxşar insanların mənəvi deqradasiyası nə dərəcədədir. İndi operativ məlumat toplanılıb və toplanılır. Əlbəttə ki, mən istintaqa qarışmaq istəmirəm, istintaq hər şeyi özü göstərəcək. Son sözü məhkəmə deyəcək. Ancaq artıq aşkar olunan faktlar onu göstərir ki, Mərkəzi Rayon Xəstəxanasında bütün şöbələr baş həkimə aylıq haqq ödəyir. Məktəblərdə rüşvətxorluq kütləvi xarakter alır. Məktəb direktorlarından haqq tələb olunur, bələdiyyələrdən rüşvət tələb olunur, ictimai əsaslarla ödənişli iş yerlərinə insanlar cəlb edilmir, onların ödəniş kartları götürülür və icra başçısı tərəfindən o pullar çəkilir. Eyni zamanda, dövlətdən maaş alan və ödənişli ictimai yerlərdə işləməli olan həmin vətəndaşlar icra başçısına aid bir çox kommersiya obyektlərində və təsərrüfatlarda qul kimi işlədilir.

Yəni, bir daha demək istəyirəm ki, bu, mənəvi deqradasiyanın pik həddidir və bu, hər kəsə dərs olmalıdır. İstisna olunmur ki, onun kimi icra başçıları və digər mərkəzi və yerli icra orqanlarının rəhbərləri ona oxşar hərəkətlər edir. Onların hər biri araşdırılacaq. Heç kim toxunulmaz deyil və bu hadisələr bir daha onu göstərir.

Siz gənc kadrlarsınız, sizin tərcümeyi-halınız mənə təqdim olunub. Siz bu günə qədər heç bir qanunazidd əmələ əl atmamısınız, gəncsiniz, birinizin 40 yaşı, digərinizin 30 yaşı var, gənc nəslin nümayəndələrisiniz. Sizin təyinatınız bizim kadr siyasətimizi göstərir. Onu göstərir ki, bəyan etdiyimiz prinsiplər həyatda öz əksini tapır. Biz gənclərə yol açmalıyıq, meydan verməliyik, yeni təfəkkürlü insanlar önəmli vəzifələrə təyin edilməlidirlər. Biz köhnə psixologiyanı bu yollarla qıra bilərik. Cəmiyyətimizi sarsıdan xoşagəlməz hallara ancaq bu yollarla son qoya bilərik. Ona görə rəhbərlik edəcəyiniz rayonlarda işlər sizin fəaliyyətinizdən asılı olacaq. Əgər sizə göstərilən böyük etimadı bütövlükdə doğrultmasanız bu, eyni zamanda, cəmiyyətdə də məyusluq yaradacaq. Deyəcəklər ki, yeni insanlar gəldi, gənclərdir, yeni təfəkkürlə, yeni yanaşma ilə, amma eyni yolla gedirlər. Ona görə bir daha sizə ciddi tapşırıram ki, əsas vəzifəniz bütün işləri düzgün qurmaq və xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaqdır.

Eyni zamanda, ilk növbədə, rayonlarda vəziyyət təhlil edilməlidir. İnsanları narahat edən məsələlər ciddi araşdırılmalıdır və onların həlli yolları ilə bağlı təkliflər hazırlanmalıdır, yaxud da ki, bu məsələlər yerində öz həllini tapmalıdır.

Əgər işlər düzgün qurularsa, rayonların potensialı kifayət qədər böyük ola bilər. Neftçala rayonunda sənaye zonası yaradılıb. Deyə bilərəm ki, rayonların arasında birinci sənaye zonası Sumqayıtdan sonra Neftçala şəhərində yaradılıb və artıq fəaliyyətə başlayıb. Azərbaycanda avtomobillər Neftçalada istehsal olunur və bu sənaye zonasının gələcək inkişafı ilə bağlı konkret təkliflər verilməlidir. Hesab edirəm ki, Neftçalada balıqçılıq sənayesinin çox böyük perspektivləri var. Baxmayaraq biz Xəzər dənizinin sahillərində yerləşirik, əfsuslar olsun ki, özümüzü balıqla təmin edə bilmirik, idxaldan asılıyıq. Eyni zamanda, balıqçılıq təsərrüfatlarının yaradılması geniş vüsət almayıb. Mövcud olan təsərrüfatların böyük hissəsi çox primitiv səviyyədədir. Ona görə balıqçılıq həm bizim qeyri-neft sektorumuzun önəmli sahəsi ola bilər, eyni zamanda, ixracyönümlü sahə ola bilər və olmalıdır. Ona görə investorları bu sahəyə cəlb etmək üçün mütləq işlər aparılmalıdır.

Eyni zamanda, hesab edirəm ki, Neftçala rayonunun turizm potensialı da çox perspektivli ola bilər. Bu günə qədər rayonda turizmlə bağlı demək olar ki, heç bir iş görülməyib. Halbuki Bakıya o qədər də uzaq deyil, yaxşı yollar da çəkilir. Hesab edirəm ki, orada da turizm infrastrukturunun yaradılmasına ehtiyac var. Əlbəttə ki, kənd təsərrüfatı Azərbaycanın hər bir rayonunun önəmli sahəsidir, əməktutumlu sahədir. Bu sahəyə də diqqət yetirilməlidir.

O ki qaldı, İsmayıllı rayonuna, hesab edirəm ki, İsmayıllı rayonunun əsas inkişaf potensialı turizm və kənd təsərrüfatı ilə bağlıdır. İsmayıllı rayonunun çox mənzərəli, səfalı yerləri, zəngin təbiəti vardır. Ona görə bu imkanlardan tam şəkildə istifadə olunmalıdır. Dövlət isə öz tərəfindən bundan sonra da infrastruktur layihələrinin icrası ilə bağlı önəmli addımlar atacaq. Necə ki, bu yaxınlarda Lahıc qəsəbəsinə yeni yolun çəkilişi təmin edilib. Bu da əvvəlki yola nisbətən xeyli təhlükəsiz yoldur və məsafə baxımından Bakıdan daha qısa yoldur və Şamaxı rayonundan düz Lahıc kəndinə gəlir. Yolun açılışını mən şəxsən etmişəm. Özüm sükan arxasında bu yolu getmişəm və artıq turistlər üçün Lahıca gəlmək imkanı daha da genişdir. Eyni zamanda, Lahıc qəsəbəsinin qazlaşdırılması, yeni məktəbin tikintisi həll olunub. Bizim digər tarixi kəndimiz olan Basqalın tarixi irsinin qorunması ilə bağlı mənim tərəfimdən müvafiq Sərəncam imzalanıb. Bu da bu kəndin tarixinə, keçmişinə və zəngin mədəni irsinə Prezident tərəfindən verilən yüksək qiymətdir. Çünki çox nadir hallarda Prezident tərəfindən hansısa kəndin inkişafı ilə bağlı Sərəncam imzalanır. Düzdür, bu məsələlər daim diqqət mərkəzindədir. Hər bir kənd mənim üçün doğmadır və əzizdir, amma Azərbaycanın müxtəlif bölgələrində tarixi yaşayış yerləri vardır ki, onlara dövlət tərəfindən xüsusi qayğı göstərilməlidir. Basqal kəndinin gələcək inkişafı ilə bağlı əsas amillər tarixi keçmişimizi qorumaq və turizm imkanlarımızı genişləndirməkdir.

Bir sözlə, hesab edirəm ki, kənd təsərrüfatı və emal sənayesi sahəsində böyük imkanlar var və siz çalışmalısınız ki, bu rayonlarda gedən işlər yaxın zamanlarda öz nəticəsini versin. Sizin fəaliyyətinizdə bax, bu amillər əsas rol oynayacaq - vətəndaşların məmnunluğu, rayonların inkişafı, iqtisadi-sosial göstəricilər və investisiyaların cəlb edilməsi.

Bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız”.

15:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

İcra başçısı eşşək südünü 80 manata satırmış

VuVu Uma - 3 месяцы тому назад
Fevralın 20-də Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev və onun kadrları haqda maraqlı məlumatlar yayılıb.

Moderator.az-a danışan Neftçala sakini adının çəkilməsini istəməyib.

O, icra başçısının və Neftçala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun ferması olduğunu qeyd edib:

“İsmayıl Vəliyevin rayonda bir çox obyektləri və o cümlədən, eşşək ferması mövcud idi. Burda saxlanılan eşşəyin südünü isə 80 manata satırdılar. İcra başçısının aylıq gəliri isə 2 milyon idi. Hər ay bütün məktəb direktorlarından 150, məktəb müəllimlərinin maaşından isə 10 manat tutularaq İ.Vəliyevə verilirdi. Təhsil şöbəsinin müdiri Əjdər Kərimov hər ay İ.Vəliyevə özü 2000 manat rüşvət verib”.

“Baş həkim Telman Zahidov hər ay İ.Vəliyevə 3000 manat rüşvət verirdi. Bunun üçün hər ay həkimlərin 20, tibb bacılarının maaşından isə 10 manat tutulub. Əməliyyat edən cərrahlar isə hər bir əməliyyata görə baş həkimə 100 manat pul veriblər. T.Zahidovun özünün həyətində ferması var idi. Orda təxminən 150 baş heyvan saxlayırdı. Heyvanlara isə Məşğulluq İdarəsinə cəlb edilən işçilər qulluq edirdi. Həmin işçilərə isə maaş kartı vasitəsilə 400 manat pul verilsə də, hər ay maaşlarından 200 manat tutulurdu

Tutulan icra başçısını hansı cəza gözləyir?

VuVu Uma - 3 месяцы тому назад
İrəli sürülən ittihamlar öz təsdiqini taparsa, Neftçalanın vəzifəsindən azad edilən icra başçısı İsmayıl Vəliyevi ağır cəza gözləyir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında qeyd olunur ki, İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə şübhəli bilinir.

Oxu.Az-ın məlumatına görə, vəzifə səlahiyyətlərindən sui-istifadə korrupsiya və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər kateqoriyasına aiddir.

Cinayət Məcəlləsinin 308-ci maddəsi vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cəzaları müəyyənləşdirir.

Vəzifə səlahiyyətlərindən sui-istifadə fiziki, hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda iki min manatdan dörd min manatadək miqdarda cərimə nəzərdə tutulur.

Bundan başqa, həmin şəxslər üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilirlər.

Həmçinin, iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla, üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər.

Bu əməllər ağır nəticələrə səbəb olduqda isə cəzalar daha da ağırlaşır.

Belə ki, ağır nəticələrə səbəb olduqda, əmlakı müsadirə edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İsmayıl Vəliyev həm də külli miqdarda rüşvət almaqda təqsirli bilinir. Qeyd edək ki, külli miqdarda rüşvət dedikdə beş min manatdan artıq olan məbləğ başa düşülür.

Cinayət Məcəlləsinə əsasən, külli miqdarda rüşvət alan şəxs səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məcəllənin 179-cu maddəsi isə mənimsəmə ilə bağlıdır. Mənimsəmə və ya israf etmə təqsirkara etibar edilmiş özgə əmlakını talama deməkdir.

Buna görə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.

Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə isə cəzalar daha da sərtləşir.

Əgər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda törədildikdə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.

DTX-nin yaydığı məlumatda bildirilib ki, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ

VuVu Uma - 3 месяцы тому назад
Azərbaycanda icra başçılarının maaşları onların rəhbərlik etdiyi ərazidən asılı olaraq dəyişir.

Oxu.Az-ın məlumatına görə, icra başçılarının maaşları Prezident İlham Əliyevin 2018-ci ilin 13 martında imzaladığı sərəncamla müəyyənləşir.

Həmin sərəncamla Prezidentin “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli, 348 nömrəli sərəncamı dəyişdirilib.

Sərəncama əsasən, icra başçısının Bakı şəhəri üzrə maaşı 1925 manat məbləğində müəyyən olunub.

Gəncə və Sumqayıt şəhərləri üzrə isə bu rəqəm 1280 manat təşkil edir.

Şəhər, rayon və şəhər rayonu üzrə icra başçılarının maaşı əhali sayına uyğun olaraq müəyyənləşir.

Belə ki, əgər icra başçısı əhalisi 100 min nəfərdən çox olan əraziyə rəhbərlik edirsə, onun maaşı 1045 manatdır.

Əhalisi 50 min-100 min nəfər olan ərazinin icra başçısı isə 990 manat maaş alır.

Əhalisi 50 min nəfərdən az olan ərazilərin icra başçıları isə daha az əməkhaqqı alırlar. Onların məvacibi 880 manatdır.

Qeyd edək ki, fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin saxlanılması barədə məlumat yayılıb.

İcra başçısı və müavini istintaqa çağırıldı - 300 plastik kart işində ŞOK GƏLİŞMƏ

VuVu Uma - 4 месяцы тому назад
Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfati İdarəsinin rəisi Aqil Vəliyevin həbs edilməsi ilə bağlı yeni iddialar ortaya çıxıb. Zərdab rayon icra başçısı Mərdan Camalovun da istintaqa çağırılıb izahat alınması gündəmə bomba kmi düşüb.


Məlum hadisədən zərərçəkən, Şirvanda böyük nüfuz sahibi sayılan, hələlik adının çəkilməyin istəməyən şəxs bu barədə məlumat verib. Bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfində, Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfati İdarəsinin rəisi Aqil Vəliyev həbs olunarkən onun iş otağında 300-dən artıq plastik kart və küllü miqdarda pul istintaq materalı olaraq götürülüb.
Aparılan araşdırmalarda məlum olub ki, Aqil Vəliyev törətdiyi əməldə tək deyil. O, Şirvanın keçmiş icra başçısı Mərdan Camalov və müavin Sabit Abıyevin göstərişlərin həyata keçirdiyini deyib. Beləki, Aqil Vəliyyev bildirib ki, işəgötürmə və texniki avadanlıqların alınması və silinmsi, birbaşa Mərdan Camalovun əmri ilə Samit Abıyevin nəzarəti altında olub. 300 dən çox plastik kardan ona 20-30-u qalıb ki, oda dolanışıq pulu olub. 2015-ci ildən bu günə qədər başlayan məlum əməliyyatdan 900 min manat, Samitin əlilə Mərdan Camalova ötürüb. Bir neçə yüz mində manat da Samit Abıyevə verib. (hadisə istintaq sirri olduğundan geniş məlumat vermirik-red)
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения