Тег: hebs


“Kürd Elnur” həbs edildi - RƏSMİ

VuVu Uma - 3 месяцы тому назад
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik vasitələr saxlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Abbasov saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Onun üzərində şəxsi axtarış aparılan zaman bir ədəd tapança, dörd ədəd patron, bir ədəd daraq və yeddi qramdan artıq heroin aşkar edilərək götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı Elnur Abbasovun paytaxtın Suraxanı rayonunda tanışı olan bir nəfərin BMW markalı avtomobilini qəsdən dərəyə aşıraraq yararsız hala salması da müəyyən edilib. Araşdırma zamanı saxlanılan şəxsin cinayətkarlığı təbliğ edən, həmçinin karantin günlərində polis əməkdaşlarına tabesizlik göstərməsini özündə əks etdirən videolar hazırlayaraq müxtəlif sosial şəbəkələrdə yaydığı da məlum olub. Elnur Abbasovun hazırladığı videolarda gəncləri və yetkinlik yaşına çatmayanları cinayətkarlığa sövq edən motivlərin olduğu da müəyyən edilib. Saxlanılan şəxs istintaqa ifadəsində bütün qanunazidd hərəkətlərindən səmimi peşman olduğunu bildirib.

Həbsdə olan güneyli fəalın ailəsinə təzyiq edilir

VuVu Uma - 3 месяцы тому назад
On gündən artıqdır İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan güney azərbaycanlı milli-mədəni fəal və tanınmış idmançı Kərim İsmayılzadənin (Kərim Boksor) ailəsinə təzyiq göstərilir.

Bu barədə məlumatı Cebhe.info-ya GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlı verib. Onun sözlərinə görə, son aylarda dəfələrlə həbs edilən milli fəal aprel 27-də Təbriz şəhərində saxlanılıb. Fəalın hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə hələ də heç bir məlumat yoxdur.

Verilən xəbərə görə, bu günə qədər onun barəsində prokurorluğa heç bir məlumat göndərilməyib, lakin İran polisinin təhlükəsizlik idarəsinin İsmayılzadəyə qarşı saxta ittihamlarla cinayət işi qaldırmağa çalışdığı bildirilir.Həmçinin milli fəalı və ailəsini psixoloji təzyiq altında saxlamaq istəyən İranın hüquq-mühafizə orqanlarının əməkdaşları İsmayılzadənin evinə hücum edərək onun şəxsi avtomobilini müsadirə ediblər. Polis məmurlarının kobud davranışı nəticəsində milli fəalın kiçik qızı Tamayın psixoloji travma alıb.
Kərim İsmayılzadə daha öncə fevral 27-də Qərbi Azərbaycanın kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyarinin şikayəti əsasında ictimaiyyəti təşvişə salmaq ittihamı üzrə ETTELAAT İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb, bir neçə gün saxlandıqdan sonra müvəqqəti azadlığa buraxılmışdı.

Dövlət Vergi Xidmətinin əməkdaşları rüşvətə görə tutuldu

VuVu Uma - 3 месяцы тому назад
Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi mənfi amillərə, o cümlədən müxtəlif sahələrdə korrupsiya hüquqpozmalarına və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsinə müvafiq kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin mətbuat xidmətlərindən daxil olan birgə məlumatda bildirilir ki, dövlətimizin başçısı tərəfindən bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin icra edilməsi məqsədilə şəxsi maraqlarını güdməklə dövlət məmurunun peşəkar davranış qaydalarına və etik normalara riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Özlərini Vergilər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslərin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılıb.

Araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyevin və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək, cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6 000 manat məbləğində pul tələb etdiyi müəyyən olunub.

Zahid Oruc həbs olunan icra başçılarından DANIŞDI: “Nizaməddin kimi adamlar...”

VuVu Uma - 3 месяцы тому назад
“Azərbaycan 30 ildən çoxdur düşmənlə müharibə şəraitində yaşayır. Bir gün Prezident hərbi yolla torpaqlarımızın azad edilməsi qərarını verərsə, dövlətin və xalqın əmlakını mənimsəyənlərin əməllərinə son qoyacaqlarına zəmanət varmı? Son iki ayda icra başçılarının həbsi sübut etdi ki, buna zəmanət yoxdur”.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Biləsuvarın icra başçısı Mahir Quliyevin həbs edilməsindən danışarkən deyib.

O bildirib ki, məmurların qanunsuz əməllərinə yalnız korrupsiya hüquqpozmaları çərçivəsində deyil, eyni zamanda xalqın təhlükəsizliyinə vurulan zərbə kimi, “müharibə dövrünün qanunları” əsasında qiymət verilməlidir. “Burada kimsə səhra məhkəmələrinin yaradılmasını təklif etmir. Halbuki 75 illiyi qarşısında olduğumuz İkinci Dünya müharibəsində diversantlara, oğrulara və xalqa xəyanət edənlərə məhz “müharibə dövrünün qanunları” əsasında qiymət verilməsi hesabına qələbə qazanılmışdı. Bizdə hərbi və fövqəladə vəziyyət rejimi haqqında qanunlar olsa da, karantin vəziyyəti cinayət qanunvericiliyində əksini tapmayıb”, - deyə Z.Oruc əlavə edib.

Deputat qeyd edib ki, bütöv bir rayonu, torpaqlarımızı təhlükə qarşısında qoyanların siyasi və əqidə mənsubiyyəti yoxdur.

“Ona görə də sərhəd bölgələrinə xüsusi yanaşma olmalıdır. Son həbslər yalnız sosial, mənəvi məsələ yox, eləcə də milli təhlükəsizlik kontekstində nəzərdən keçirilməlidir. Sərhəd, yaxud cəbhə xəttinə yaxın bölgələrdə siyasi-hərbi rəhbərlik xüsusi seçilməlidir. Doğrudur, Biləsuvar cəbhə xətti deyil. Lakin Goranboydan Ağstafaya yerini dəyişən Nizaməddin Quliyev (həbsdə olan keçmiş icra başçısı) isti kabinetində mülki vətəndaşların - yoxsulluqda yaşadığı üçün dövlət yardımı nəzərdə tutulan ehtiyaclı insanların haqqını mənimsəyəndə, bir qədər ön cəbhədə əsgərlərimiz vətəni qoruyurdular. Məgər ordu səngərdə ona görə keşik çəkir ki, Nizaməddin kimi adamlar o cür cinayətlər törətsinlər? Səngərdə keşik çəkən oğullarımız o torpaqları ona görə qoruyurlar ki, icra başçısı Mahir Quliyev sadə vətəndaşın torpağını zorla əlindən alsın?

Daha üç rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı

VuVu Uma - 3 месяцы тому назад
Koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilmiş neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən şəhər və rayon icra hakimiyyətləri ilə əlaqəli şəkildə qanunamüvafiq tədbirlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Sabirabad, Ağcabədi və Tərtər rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə rayon icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılıb.

Araşdırmalarla Sabirabad rayon İcra Hakimiyyətindən rayonun Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Cəfərov və rayonun Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İqbal Əliyevin Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə göndərilmiş ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verərək ərzaq paylarını özlərinin yaxın qohumlarına, o cümlədən, kəndin imkanlı şəxslərinə paylamalarına, M.Cəfərov və İ.Əliyevin vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə əsaslı şübhələr müəyyən olunub.

Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Pərioğullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İmran Həsənov, Aran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məzahir Əmirahov və müavini Allahverdi Hüseynovun vəzifə saxtakarlığına yol verərək arayışlara bilə-bilə yalan məlumatlar daxil edib ayrı-ayrı şəxslərin xüsusi karantin rejimi qaydalarına zidd olaraq rayon ərazisini tərk etməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, Tərtər rayon İcra Hakimiyyəti Başçısının Mamırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid Məmmədov tərəfindən də eyni məzmunlu qanun pozuntusuna yol verilmişdir. Belə ki, Şahid Məmmədovun vəzifə saxtakarlığı edilməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verilməsinə əsaslı şübhələr müəyyən olunub.

Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad edilib.

Toplanmış materiallar üzrə Sabirabad, Ağcabədi və Tərtər rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb.

DİN: Dezinformasiya yayan üç nəfər həbs edilib

VuVu Uma - 4 месяцы тому назад
Ölkə ərazisində koronavirus infeksiyası ilə əlaqədar zəruri sosial izolyasiya tədbirlərinin tətbiqi davam etdirilir. Məlum olduğu kimi, həmin tədbirlər çərçivəsində iaşə müəssisələrinin iş rejimi saat 15:00-dək müəyyən edilib, böyük ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb, kütləvi tədbirlərin, toplantıların keçirilməsi isə təxirə salınıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, buna baxmayaraq, respublikanın bəzi şəhər və rayonlarında, o cümlədən paytaxt Bakıda ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozmaqla saat 15:00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilən nəzarət tədbirləri ilə həmin obyektlər və onların sahibləri müəyyən edilir, barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Belə ki, martın 26-dan 27-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 25, o cümlədən Bakı şəhərində 10 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Onların hər birinin sahibi inzibati qaydada cərimə edilib.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə və “Whatsapp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək dezinformasiya xarakterli məlumatlar yaydığına görə 15 nəfərin şəxsiyyəti müəyyən edilərək ərazi polis orqanlarına dəvət ediliblər. Müvafiq araşdırmalardan sonra onlardan yeddi nəfərə xəbərdarlıq, beş nəfərə cərimə tətbiq olunub, üç nəfərin barəsində inzibati həbs qərarı seçilib.

Respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin, onların sahiblərinin və sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna, eləcə də qeyd edilən ərazilərdə qeydiyyatda olanların respublikanın digər şəhər və rayonlarına buraxılmasının məhdudlaşdırılmasının icrası çərçivəsində xüsusi polis postlarından 1 590 avtomobil geri qaytarılıb ki, onlardan 742-si Bakıdan rayonlara, 848-i isə rayonlardan paytaxta keçməyə cəhd ediblər.

Təyin olunmuş xüsusi polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməklə rejim qaydalarını pozduqlarına görə bir nəfər barəsində cinayət işi başlanıb, 46 nəfər barəsində isə inzibati cərimə tətbiq edilib.

Koronavirusla bağlı yalan məlumatlar yayanlar həbs edildi - RƏSMİ

VuVu Uma - 5 месяцы тому назад
Koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, konkret olaraq kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb, restoran və kafelərdə iş rejimi saat 15:00-dək müəyyən edilib.

Tətbiq olunan məhdudiyyətlər vətəndaşlar tərəfindən bütövlükdə anlayışla qarşılanır, dövlətin həyata keçirdiyi tədbirlər dəstəklənir.Lakin respublikanın bəzi şəhər və rayonlarında ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozub saat 15.00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilmiş nəzarət tədbirləri ilə müəyyən edilmiş konkret vaxtdan sonra fəaliyyətini dayandırmayan respublika üzrə 411, o cümlədən Bakı şəhərində 154 obyekt müəyyən edilib. Göstərilən səbəbdən 347 obyekt sahibinə xəbərdarlıq olunmuş, 71 obyekt sahibi barəsində inzibati cərimə tətbiq edilib.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar əhali arasında dezinformasiya xarakterli məlumatlar yaydığına görə üç nəfər inzibati qaydada həbs olunub.

Xatırladaq ki, respublikanın şəhər və rayonalarında qeydiyyatda olan nəqliyyat vasitələrinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmasının dayandırılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarının icrası çərçivəsində Bakı-Qazax avtomobil yolunun 65-ci, Bakı-Şamaxı avtomobil yolunun 26-cı və Bakı-Quba avtomobil yolunun 45-ci kilometrliklərində sutkalıq fəaliyyət göstərən üç xüsusi polis postu yaradılıb.

Bugünədək müəyyən edilmiş məhdudiyyəti pozmaqla, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna daxil olmaq istəyən 4 000 avtomobil geri qaytarılıb.

Американские тюрьмы начали выпускать заключенных из-за коронавируса

VuVu Uma - 5 месяцы тому назад
Американские тюрьмы начали выпускать заключенных, чтобы не допустить вспышки коронавируса. Об этом сообщает The Wall Street Journal.

Уточняется, что на свободу отправляются только те заключенные, которые совершили преступления небольшой степени тяжести, а также несовершеннолетние, пожилые и больные. Так, преступников уже начали выпускать тюрьмы в Калифорнии, Нью-Йорке, Техасе и еще в не менее десяти штатах.

Судья в штате Огайо заявил, что учреждения не открывают двери и не разрешают заключенным уходить. Суды сами ищут неопасных преступников и рассматривают случаи в тюрьме с высоким риском для здоровья.

Газета также пишет, что сразу в нескольких штатах коронавирусом заразились сотрудники исправительных учреждений. Это привело к карантину среди заключенных.

Prezident bu qanunları imzaladı: Epidemiya əleyhinə rejimi pozanlar həbs olunacaq

VuVu Uma - 5 месяцы тому назад
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Oxu.Az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr nəzərdə tutulur.

Belə ki, fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Prezidentin imzaladığı qanunla 388-1-ci maddə üzrə də dəyişiklik olunub.

Maddənin adında və 388-1.1.1-ci maddənin dispozisiyasında “ehtiyatında” sözündən sonra “və ya informasiya-telekommunikasiya şəbəkəsində” sözləri əlavə edilib.

388-1.1-ci maddənin dispozisiyasında “sahibi” sözündən sonra “və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi” sözləri əlavə olunub.

388-1.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilib:

Fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Ölkə başçısı Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Məcəllənin 139-1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə cinayət məsuliyyətini nəzərdə tutur.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda, iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

10 yaşlı Nərmini qətlə yetirməkdə şübhəli bilinən İlkinin həbs müddəti artırıldı

VuVu Uma - 5 месяцы тому назад
Nəsimi Rayon Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun həbs-qətimkan müddətinin uzadılması ilə bağlı verilən vəsatətə baxılıb.

Bu barədə Oxu.Az-a İ.Süleymanovun vəkili Əlibaba Rzayev məlumat verib.

O deyib ki, məhkəmə istintaq orqanının vəsatətini təmin edib və İ.Süleymanov barəsində həbs-qətimkan tədbiri dörd ay müddətində artırılıb.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də, iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

В Москве задержали армянского генерала за расстрел людей на митинге

VuVu Uma - 5 месяцы тому назад
В Москве задержали бывшего заместителя руководителя Следственного комитета Армении генерал-майора юстиции Ваагна Арутюняна, находившегося в розыске по уголовному делу об убийствах во время разгона митинга 1 марта 2008 года. Об этом ТАСС сообщил источник в правоохранительных органах.

По его словам, спецоперация прошла 14 марта в центре Москвы по запросу компетентных органов Армении. Сотрудники полиции на Тверской улице задержали гражданина, находящегося в федеральном розыске за совершение преступления, предусмотренного статьями 308 и 309 УК Республики Армения («Фальсификация доказательств, злоупотребление должностными полномочиями»), уточнил источник агентства «Москва». Мужчина доставлен в Тверскую межрайонную прокуратуру для решения вопроса об экстрадиции на родину.

В 2008 году сторонники первого президента страны Левона Тер-Петросяна организовали серию протестов после президентских выборов, на которых победил Серж Саргсян. В результате столкновений участников уличных акций с правоохранительными органами погибли восемь гражданских лиц и двое сотрудников полиции, еще 33 силовика попали в больницу. Всего за медпомощью в результате столкновений обратились 230 человек.

Специальная следственная служба Армении установила, что Ваагн Арутюнян, работавший заместителем главы Следственного комитета, и один из экспертов подменили отстрелянные патроны военных на патроны, используемые полицией. Своими действиями генерал с сообщником сокрыли факт участия в разгоне митинга подразделений Вооруженных сил Армении, которые применили оружие при разгоне протестующих.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения