Тег: heber


ГОРОСКОП НА 1 МАЯ 2020 ГОДА.

VuVu Uma - 7 месяцы тому назад
Ближайшее Полнолуние: 7 мая 2020 года в 13:45. Ближайшее Новолуние: 22 мая 2020 года в 20:38.

Фаза Луны 1 мая 2020 года - растущая Луна.
Лунный день 1 мая 2020 года - 10 лунный день.
В каком знаке Луна 1.05.2020 - Луна во Льве.
Восход Луны 1 мая 2020 года - в 11:14.
Заход Луны 1.05.2020 - в 3:08.
Луна без курса - с 1 мая 19:04 до 2 мая 8:35.
Восход Солнца 1 мая 2020 - в 4:46.
Заход Солнца 1 мая 2020 - в 20:08. Гороскоп на 1 мая 2020 Овен

Если будете оглядываться по сторонам в поисках одобрения и поддержки, то потеряете время. Наилучший результат дадут решительные действия, проявится ваша изобретательность. Используйте этот день для усердной работы на благо своих интересов.

Гороскоп на 1 мая 2020 Телец

Данный день не принесет разочарований. Можно смело планировать переговоры с вышестоящими лицами. Вполне вероятно, что вы сможете провести их на высоком уровне и с выгодой для себя. И не обращайте внимания, если кто-то попытается задеть вас обидными словами.

Гороскоп на 1 мая 2020 Близнецы

Этот день для вас может оказаться очень плодотворным. Хотя сами вы будете чувствовать неудовлетворенность собой или тем, что вас окружает. Постарайтесь не брать повышенных обязательств и не загружайте себя чрезмерно. Сейчас обратите внимание на состояние своего здоровья.

Гороскоп на 1 мая 2020 Рак

Для вас идет благоприятная пора в сфере любви. Тем, кто еще не нашел свою половинку, нужно активизироваться. А те, чье сердце уже занято, могут прекрасно провести время в обществе любимого человека. Постарайтесь на ближайший день составить обширную программу для совместного отдыха и развлечений. Гороскоп на 1 мая 2020 Лев

В течение этого дня могут усилиться противоречия в коллективе. Новости и внезапные события заставят организоваться и войти в режим быстрого реагирования. Вы обнаружите, что многое находится в беспорядке и кажется неуправляемым. Строго отбирайте самые важные дела и осуществляйте их поочередно.

Гороскоп на 1 мая 2020 Дева

Вы не имеете права на ошибку. Любые поступки и слова должны проходить тщательный контроль. Будьте осторожнее с новыми знакомыми. Сейчас стоит изменить график нагрузок и откорректировать свое меню. Это поможет быть более работоспособными и энергичными.

Гороскоп на 1 мая 2020 Весы

Нужно запланировать на этот день определенное количество дел и оставить достаточно времени для отдыха. Действия или, наоборот, бездействие деловых партнеров может вызывать у вас досаду. Но не пытайтесь что-либо выяснять или доказывать. Если нет срочных рабочих вопросов, уделите это время личной жизни.

Гороскоп на 1 мая 2020 Скорпион

Постарайтесь не принимать все близко к сердцу. Хотя именно сейчас вам сложно будет реагировать на происходящее спокойно. Постарайтесь находить для себя приятные занятия, которые позволят расслабиться. Проводите свободное время активно и избегайте одиночества.

Azərbaycanda 10 milyon manatlıq narkotik ələ keçirildi

VuVu Uma - 8 месяцы тому назад
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş İdarə əməkdaşları əldə etdikləri məlumat əsasında İmişli rayonu Bəhramtəpə-Biləsuvar magistral yolunda həyata keçirdikləri əməliyyat zamanı Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Etibar İsmayılov və İran vətəndaşı Əli Şəhriyari saxlanılıblar.

Baxış zamanı onların üzərlərində olan bağlamalardan 94 kiloqram 673 qram narkotik vasitə heroin, 646,401 qram tiryək. 950 qram həşiş qətranı, 10 kiloqram 100 qram qurudulmuş marixuana, 7 kiloqram 153 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Tədbir zamanı İran vətəndaşından, həmçinin, bir ədəd üzərində “Sur-2608” sözləri yazılmış tapança, həmin silaha aid sandıqça, 10 ədəd patron, eləcə də 1 ədəd uzaqgörmə cihazı aşkar olunaraq götürülüb.

Əməliyyat zamanı ümumilikdə 113 kiloqram 523 qram çəkidə narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Qeyd edək ki, aşkar edilən həmin narkotik vasitə və psixotrop maddələrin qara bazarda qiyməti təxminən 10 milyon manatdır.

Araşdırma zamanı müəyyən olunub ki, bu şəxslər şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə külli miqdarda narkotik vasitəni Araz çayı üzərindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçiriblər. Əli Şəhriyarı və Etibar İsmayılov İran vətəndaşının İmişli rayonunda qeyd etdiyi yerdə narkotik vasitələri gizlədəndən sonra isə geri qayıtmalı imişlər.

Azyaşlı uşaqlarını otlamağa məcbur edən valideynlərlə bağlı AÇIQLAMA

VuVu Uma - 8 месяцы тому назад
Azyaşlı uşaqlarını otlamağa məcbur edən valideynlərlə bağlı AÇIQLAMA
13
apr
17:55
Azyaşlı uşaqlarını otlamağa məcbur edən valideynlərlə bağlı AÇIQLAMA
535
AA
Azyaşlı uşaqları həyətyanı sahədə otlamağa məcbur edən və bunu videoya çəkərək paylaşan şəxslər aşkarlanıb, barələrində aidiyyəti tədbirlər görülür.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yayıb.

Bildirilib ki, bu cür hallara yol verən şəxslərə qarşı ölkə qanunvericiliyinə əsasən müvafiq cəza tədbirləri nəzərdə tutulub:

“Son günlərdə uşaqlara qarşı alçaldıcı hərəkətlər edilərək və sosial şəbəkələrdə paylaşılması ilə bağlı yayılan məlumatlar haqlı olaraq cəmiyyətdə böyük təəssüf və qəzəb hissi ilə qarşılanıb. Valideynlərin diqqətinə çatdırırıq ki, uşaqların şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərən, onların mənəviyyatını aşağılayan bu kimi halların baş verməsi və sosial şəbəkələrdə paylaşılması məktəbdə, cəmiyyətdə həmin uşaqların psixoloji basqı ilə üzləşməsinə gətirib çıxardaraq daha ciddi mənfi nəticələrə səbəb olur və ictimaiyyət arasında xüsusi narahatlıq doğurur.

Qeyd olunan faktla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara müraciət edilib. Müvafiq qaydada faktın araşdırılması, günahkar şəxslərin ölkəmizin qanunlarına müvafiq qaydada cəzalandırılması istiqamətində addımlar atılacaq. Hazırda pandemiya ilə mübarizə şəraitində dövlətin həssas ailələrin yanında olaraq onların sosial vəziyyətinə mənfi təsirlərin azaldılması istiqamətində həyata keçirdiyi tədbirlərə rəğmən, bəzi vətəndaşların sosial məsuliyyətsizliyi, görülən işlərə kölgə salmaq mövqeyindən çıxış edərək cəmiyyətdə pozuculuq fəaliyyəti xalqımızın həmrəylik prinsiplərinə ziddir və hər bir vətəndaşı bu çətin günlərdə birgə olmağa, qarşılıqlı olaraq dövlətimizə və bir-birimizə dəstək olmağa səsləyirik.

Azərbaycanda koronavirusla bağlı şayiə yayanlara sərt xəbərdarlıq - RƏSMİ

VuVu Uma - 9 месяцы тому назад
“Koronavirusla əlaqədar şayiə yayanlar barəsində hüquqi məsuliyyət tədbirləri görüləcək”.

Bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov “ASAN Radio”ya müsahibəsində bildirib.

E.Sultanov qeyd edib ki, bu məsələ miqyasına görə nəinki ölkə vətəndaşlarını, bütövlükdə dünya ictimaiyyətini narahat edir:“Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən aidiyyəti dövlət orqanları, o cümlədən TƏBİB tərəfindən Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə koronavirusun yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı və profilaktik tədbirlər barədə, eləcə də virusa yoluxmuş və karantinə alınmış şəxslərin sayı, onların müalicəsi və görülmüş digər tədbirlər barədə mütəmadi olaraq ictimaiyyətə məlumat verilməsinə baxmayaraq, bəzi Kütləvi İnformasiya Vasitələri (KİV) və ayrı-ayrı sosial şəbəkə istifadəçiləri tərəfindən Daxili İşlər Nazirliyi və Baş Prokrorluğun xəbərdarlıqlarından nəticə çıxarmayaraq, həqiqəti əks etdirməyən və cəmiyyətdə süni ajiotaj yaratmağa hesablanmış şayiələr yayılır”.Baş Prokurorluğun rəsmisi bildirib ki, ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən və qəsdən bu kateqoriyadan olan informasiyaların yayılmasını həyata keçirən KİV-ləri, o cümlədən sosial şəbəkə istifadəçilərini bir daha xəbərdar edirik ki, gələcəkdə bu qəbildən olan qanunazidd hərəkətlərini davam etdirəcəkləri təqdirdə, barələrində cinayət məsuliyyəti də daxil olmaqla, ən ciddi qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq:

“Bəzi KİV-lər və sosial şəbəkələrdə cəmiyyətdə süni ajiotaj yaradılmasında maraqlı olan şəxslər tərəfindən bir neçə gün əvvəl guya koronavirusa yoluxmuş şəxsin xəstəxanada vəfat etməsi ilə bağlı səs yazısı yayılıb. İctimaiyyətdə yanlış fikrin formalaşmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən dərhal təkzib olunub.

Eyni zamanda, aparılmış araşdırmalarla həmin şəxsin xəstəxanada ağciyərlərin pnevmoniyası səbəbindən vəfat etməsi müəyyən olunub. Bu barədə ictimaiyyətə məlumat verilməklə həmin məlumatı yayan KİV-lərə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, rəsmi xəbərdarlıq edilib.

Sabahdan Azərbaycanda xüsusi rejim tətbiq edilir

VuVu Uma - 9 месяцы тому назад
Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini diqqətə çatdırır:

ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir;

ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır;

ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla);

dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur;

restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir;

restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir;

saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır;

ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir;

aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaqdır;

ictimai nəqliyyatın fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara uyğun həyata keçiriləcəkdir;

tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir;

dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər;

dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq edilməlidir;

özəl tibb müəssisələri Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə (TƏBİB) koordinasiya şəraitində çalışmalı, yarana biləcək hər-hansı hallar üçün yüksək hazırlıq səviyyəsi təmin edilməlidir;

qeyd olunan müddətdə dövlət strukturlarının, özəl qurumların, bank və iaşə obyektlərinin və digər qurumların fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, daxili görüş və iclasların təşkili üçün xüsusi qaydalar işlənib hazırlanmalıdır;

Koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslər barəsində cəza tədbirləri tətbiq olunacaqdır.

Eyni zamanda, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir.

Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunur.

Belə ki, hazırda koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir.

Akif Çovdarov yenidən hakim qarşısına çıxarılacaq

VuVu Uma - 9 месяцы тому назад
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov yenidən Ali Məhkəməyə müraciət edib.

Oxu.Az xəbər verir ki, Akif Çovdarovun kasasiya şikayəti araşdırılması üçün hakim Əziz Seyidovun icraatına verilib. Məhkəmə baxışı aprelin 30-na təyin olunub.

Qeyd edək ki, Aki Çovdarov Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov ilə birlikdə mühakimə olunublar. Akif Çovdarov kasasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Həmçinin Akif Çovdarov müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının ona geri qaytarılmasını da xahiş edib. Bundan başqa, onun ailə üzvləri də şikayətçi olub. Akif Çovdarovun oğlu Ruslan Çovdarov, qızları Aidə Qasımova, Günay Əmircanova və həyat yoldaşı İbadət Çovdarova kasasiya şikayəti veriblər. Onlar əmlaklarının üzərindən həbsin götürülməsini istəyiblər. Bundan başqa, cinayət işi üzrə bir neçə zərərçəkmiş də Ali Məhkəməyə müraciət edib. Bütün şikayətlər araşdırılması üçün bir icraatda birləşdirilib.

Qeyd edək ki, Akif Çovdarov, Səlim Məmmədov, Orxan Osmanov, həmçinin onların vəkilləri tərəfindən kasasiya şikayəti verilib. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum ediliblər. Məhkəmə Akif Çovdarov və digərlərinin rütbəsinin alınması barədə xüsusi qərar da çıxarıb. Həmçinin Akif Çovdarov və digərlərinə məxsus, üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunması barədə qərar qəbul edilib.

Dövlət Təhlükəsizlik Xidmətinin üç milyon manatlıq mülki iddiası, eləcə də cinayət işi üzrə tanınmış 60 nəfər zərərçəkmişin mülki iddiası təmin olunub. Məhkəmənin daha bir qərarı ilə “8-ci kilometr bazarı” kimi tanınan ticarət müəssisəsi dövlət nəfinə müsadirə olunacaq. “Karvansaray” epizodu üzrə iş adamı Qədir Ədilova qarşı cinayətin törədilməsi sübuta yetirilməyib. Həmin epizodlar üzrə cinayət işinə xitam verilib. Akif Çovdarovun ailə üzvlərinin qaldığı evlər və onların adlarına olan mülklər müsadirə olunmayıb, həmin mülklərin üzərinə qoyulan həbs götürülüb.

Səlim Məmmədovun da ailə üzlərinin yaşadıqları evlərin üzərindən həbs götürülüb, təqaüd kartına qoyulmuş həbs qərarı ləğv edilib. İş üzrə 16 nəfər mənəvi zərərçəkmişin, eləcə də cinayət işində zərərçəkmiş qismində tanınan Metropoliteninin sabiq rəsi və Yeni Azərbaycan Partiyasının Yasamal rayon şöbəsinin rəisi Tağı Əhmədovun 3 milyon manatlıq mülki iddiası da təmin edilməyib. Hökmə əsasən Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova qarşı istintaq orqanı tərəfindən ittiham irəli sürülən Cinayət Məcəlləsinin 181.3.1-ci (quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ittihamdan xaric edilib. Hökmdə həmin maddələr üzrə Akif Çovdarov və digər şəxslərə həmin maddələr üzrə bəraət verilməsi və yaxud cinayət işinə xitam verilməsi qeyd edilməyib. Sadəcə, hökm elan olunan zaman bu maddələr üzrə cəza təyin edilməyib.

Akif Çovdarov və onunla birlikdə mühakimə olunanlar Bakı Hərbi Məhkəməsinin hökmündən apellyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Bundan başqa, Akif Çovdarovun ailə üzvləri və cinayət işi üzrə zərərçəkmişlər də apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə tərəflərin apelyasiya şikayətləri təmin edilməyib, Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkmiş var.

Qeyd edək ki, bu cinayət işində adı keçən sabiq idarə rəisi, mayor Akif Əliyevin kasasiya şikayətinə ayrıca icraatda baxılıb. Onun şikayəti təmin olunub və həbsdən azadlığa buraxılıb.

Hollivud ulduzu zorlamada ittiham olunan prodüserlə yaşadığı şokdan danışdı

VuVu Uma - 9 месяцы тому назад
Dünən Nyu-York Məhkəməsi 67 yaşlı kinoprodüser Harvi Vaynşteyni cinsi cinayətlərdə və zorlamada təqsirli bilərək, 23 il müddətinə azadlıqdan məhrum edib. Xəbərə artıq Vaynşteynin qurbanlarından olan aktrisalar, o cümlədən Eşli Cadd, Rozanna Arkett, Rouz Makhouen reaksiya verib.

46 yaşlı Hollivud ulduzu Keyt Bekinseyl də onların sırasına qoşularaq, bu xəbərdən rahatlandığını etiraf edib və 2000-ci illərin əvvəlində baş verən hadisədən danışıb.

Həmin vaxt prodüser aktrisadan “Serendipity” filminin təqdimatına gəlməsini tələb edib. Tədbir 2001-ci ilin 11 sentyabr hadisəsindən cəmi bir neçə həftə sonra keçirilirdi. Bu səbəbdən ölən insanların doğmalarına ehtiram əlaməti kimi Bekinseyl qırmızı xalıya ağ rəngli sadə kostyum geyinib.

“Səhəri gün Harvi mənə zəng edərək evinə qonaq çağırdı. O, öz qızı ilə oynaması üçün məni qızımla birlikdə dəvət etmişdi. Biz evə girəndə o, dərhal dayəni çağıraraq uşaqları başqa otağa yolladı. Qapılar bağlanan kimi isə mənim üstümə qışqırmağa başladı: “Sən axmaq... Mənim bütün tədbirimi pozdun! Əgər mən təqdimat keçirirəmsə, sən dar paltar geyinməli və... Yoxsa ki, axmaq lesbiyanlar kimi tədbirə gəlmək lazım deyildi”, - deyə aktrisa olanları xatırlayıb.

Onun sözlərinə görə, prodüserin bu hücumları qarşısında ağlamağa başlayıb və ölkə üçün belə həssas dövrdə açıq-saçıq geyimdə tədbirə qatılmağın düzgün olmadığını anlatmağa çalışıb. Vaynşteyn isə bu məsələnin onun üçün önəmli olmadığını deyib.

İlham Əliyev Əbülfəs Qarayevə yeni vəzifə verdi

VuVu Uma - 9 месяцы тому назад
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESKO) İcraiyyə Şurasının 2020-ci il 29-30 yanvar tarixində Əbu-Dabi şəhərində keçirilmiş 40-cı sessiyasında təşkilatın adının dəyişdirilərək İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) olması ilə əlaqədar qərara alıram:

1. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Komissiyanın sədri

Azərbaycan Respublikasının Mədəniyyət naziri - Əbülfəs Qarayev

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası Təhsil nazirinin müavini

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) sədrinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru

ICESCO İcraiyyə Şurasının üzvü, Milli Komissiyanın Baş katibi.

2. “İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESKO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar tarixli 1685 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 94) 1-ci hissəsi ləğv edilsin.

Azərbaycanın milli aviadaşıyıcısı bütün istiqamətlər üzrə biletləri dəyişməyə hazırdır

VuVu Uma - 9 месяцы тому назад
Koronavirus infeksiyası COVİD -19 ilə bağlı dünyadakı vəziyyət ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısının rəhbərliyi sərnişinlər istədikdə bütün ləğv edilmiş istiqamətlər üzrə biletlərin qaytarılması və dəyişdirilməsi, həmçinin, fəaliyyətdə olan istiqamətlər üzrə biletlərin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.

Beləliklə, “Azərbaycan Hava Yolları” aviaşirkəti və aşağıbüdcəli “Buta Airways” aviadaşıyıcısının bütün ləğv olunmuş (və yaxud gələcəkdə ləğv olunacaq) istiqamətləri üzrə istənilən tarif üzrə əldə olunmuş biletlərin qaytarılması və ya dəyişdirilməsinə icazə verilir.

Sərnişinlər cəriməsiz şəkildə biletin geri qaytarılmasını rəsmiləşdirə və həmin aviabiletin tam dəyərini geri ala, istiqaməti və uçuş tarixini dəyişdirə bilərlər.

Həmçinin, sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən yerinə yetirilən bütün reyslərə rəsmiləşdirilən aviabiletlərin sərnişinin 31 mart 2020-ci il tarixinədək müraciətinə əsasən aşağıdakı şərtlərə əməl olunaraq dəyişdirilməsinə icazə verilir:

- yeni aviabiletlərin uçuş tarixi 31 dekabr 2020-ci il tarixindən gec olmamalıdır;

- biletin dəyişdirilməsi zamanı tarifin maksimal etibarlılıq müddəti tətbiq olunur;

- hər aviabilet bronlaşdırma sistemində başqa tarixə eyni xidmət sinfi mövcud olduğu halda cəmi bir dəfə cərimə tətbiq olunmadan dəyişdirilə bilər;

- eyni bronlaşdırma sinfi mövcud olmadıqda siniflər arasındakı tarif fərqi sərnişin tərəfindən ödənilməlidir.

Bundan əlavə, Azərbaycanın Milli aviadaşıyıcısı cari ilin may ayının sonunadək bəzi tariflərin brendlərində aviabiletlərin geri qaytarılması və dəyişdirilməsi qaydalarına dəyişikliklər edir. Belə ki, 14 mart tarixindən 31 may tarixinədək əldə olunan aviabiletlər üçün aşağıdakı tariflərdə yenidən təxsisetmə və biletlərin geri qaytarılması ilə bağlı cərimələr üzrə bütün məhdudiyyətlər götürülür: “AZAL” aviaşirkətinin “Economy Flex” tarifi və “Buta Airways” aşağıbüdcəli aviaşirkətinin “SUPER” tarifi.

Bu halda, sərnişinlər aşağıdakı hüquqlara malikdirlər:

- əldə olunmuş aviabiletin geri qaytarılmasını rəsmiləşdirmək və həmin aviabiletin tam dəyərini geri almaq – uçuşdan həm əvvəl, həm də sonra;

- uçuş vaxtını ilkin yola düşmə və təyinat məntəqələrinin və xidmət sinfinin saxlanılması ilə yenidən təxsisetməyə görə cərimə tutulmadan daha münasib vaxta keçirilməsini uçuşdan həm əvvəl, həm də sonra rəsmiləşdirmək.

Hazırkı qaydalar “AZAL” və “Buta Airways” aviaşirkətlərinin “Economy Flex” və “SUPER” tariflərinin brendlərinin tətbiq olunduğu bütün istiqamətlərinə şamil olunur.

Aviaşirkətin rəsmi saytında onlayn rejimdə alınan aviabiletin geri qaytarılması üçün [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzi və yaxud saytımızdakı əks əlaqə forması: https://help.azal.az/hc/az/requests/new vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Aviabilet turizm şirkətindən və ya agentlikdən əldə olunduğu təqdirdə müvafiq turizm agentliyinin satış kassalarına müraciət etməyiniz xahiş olunur.

“Azəriqaz” İB-dən xəbərdarlıq: dələduzlara aldanmayın!

VuVu Uma - 9 месяцы тому назад
Son günlər üzərində “SOCAR” yazılmış xüsusi geyim formasında olan şəxslər mənzillərə daxil olaraq insanlardan pul yığır.

Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı paytaxtın Nizami rayonu ərazisində yaşayan sakinlər tərəfindən “Azəriqaz” İB-nə çoxsaylı müraciətlər daxil olub.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumatda əhalinin diqqətli olması, dələduzlara aldanmaması xahiş olunur:“Üzərində “SOCAR” sözü yazılmış xüsusi geyim formasında olan şəxs mənzilləri gəzərək qaz sayğaclarında sızmanın olması, sayğacın qüsurla işləməsi və s. səbəblər irəli sürməklə sayğacın dəyişdirilməsi adı ilə abonentlərdən pul yığır.

“Azəriqaz” İB-nin 104/185 Çağrı Mərkəzinə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski və B.Nuriyev küçələrində yaşayan bir neçə nəfər zəng edərək, bu şəxsin onlardan müxtəlif məbləğlərdə - 15, 30 və 50 manat - pul aldığını deyiblər. Məlumat verən vətəndaşlar həmin şəxsin orta boylu, dolu bədənli, gözlərinin çəp olduğunu, özünü “Azəriqaz” İB-nin əməkdaşı İlkin Əsgərov kimi təqdim etdiyini bildiriblər.

O, əlindəki kitabçaya vətəndaşlardan aldığı pulun məbləği barədə qeydlər aparıb. Bu gün isə həmin dələduz Səbail rayonu ərazisində görünüb. “Azəriqaz” İB-nin 104/185 Çağrı Mərkəzi haqqında danışılan dələduzun fotosunu əldə edə bilib. Məlum olub ki, fotoda görünən şəxs bir müddət əvvəl Gəncə şəhəri ərazisində də eyni əməlləri törədib. Gəncə Regional qaz istismarı İdarəsi onu yaxalayaraq polisə təqdim edib. Lakin bir qədər sonra o, yenə eyni əməlləri törətməyə başlayıb. Vətəndaşlara təqdim etdiyi mobil nömrələr isə dələduzluq etdiyi ərazidəki bərbərxana, ayaqqabı təmirxanaları, dərzi sexləri və digər yerlərin üzərində yazılan nömrələr olub.

“Azəriqaz” İB abonentlərə müraciət edərək belə şəxslərə inanmamağı tövsiyə edir.

Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

VuVu Uma - 9 месяцы тому назад
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Departamentdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitindən sonra martın 16-sı gündüzdən 17-si gündüzədək şimal-qərb küləyi əsəcək.

Küləyin sürətinin 18-23, arabir 25-30 m/s, martın 16-da axşama doğru yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, martın 16-ı axşam və 19-dək fasilələrlə yağıntılı olacağı gözlənilir. Havanın temperaturu bu dövr ərzində 5-8 dərəcə enərək 7-10 dərəcə isti olacaq.

Martın 14-də isə nisbətən yüksək temperatur fonunda Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-20 m/s olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 14-dən əsasən şimal və qərb rayonlarından başlayaraq, hava şəraitinin qeyri-sabit keçəcəyi, martın 16-dan isə bir qədər də kəskinləşəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyinin sürəti arabir 15-20 m/s, martın 16-dan 17-si gündüzədək ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Bakı Metropoliteni COVID-19-la bağlı sərnişinlərə müraciət etdi - FOTO

VuVu Uma - 9 месяцы тому назад
Yeni koronavirusla (COVİD-19) əlaqədar fevral ayının 21-dən stansiya və qatarlarda, həmçinin inzibati və iaşə obyektlərində profilaktiki tədbirləri davam etdirən “Bakı Metropoliteni” QSC geniş spektrli dezinfeksiya tədbirlərinin intensivliyini artırıb.

Qurumun Mətbuat Xidmətindən verilən məlumata görə, buna qədər koronavirusla əlaqədar profilaktiki dezinfeksiya işləri ay ərzində iki dəfə nəzərdə tutulmuşdusa, həmin tədbirlərin hər həftə yerinə yetirilməsi qərara alınıb.

Qatarlarda və stansiyalarda, həmçinin digər metropoliten obyektlərində dezinfeksiya işlərini xüsusi lisenziya ilə uzun illərdir fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış müəssisə həyata keçirir. Yeniliklə əlaqədar tədbirlər planına qrafik üzrə müvafiq dəyişikliklər edilib. Hazırda Bakı metropolitenində koronavirusla bağlı tədbirlərin ikinci mərhələsi başa çatmaq üzrədir.

Qatarların ikinci mərhələ çərçivəsində dezinfeksiyası başa çatmaqdadır. Planlı cari təmir işləri aparılan 3 qatar (15 vaqon) istisna olmaqla, digər qatarların vaqonları dezinfeksiya işlərinə cəlb olunub. Artıq "Bakı Metropoliteni" QSC-nin sanitariya və gigiyena üzrə həkiminin və aidiyyəti strukturların nəzarəti altında 47 qatarda (235 vaqon) geniş spektrli dezinfeksiya işləri növbəti dəfə aparılıb. Proses həftəsonu yekunlaşdırılacaq.

Stansiyalarda gecə saatlarında, sərnişinlər stansiyaları tərk etdikdən və elektrik xətlərindən yüksək gərginlik çıxarıldıqdan sonra geniş spektrli dezinfeksiya işlərinə başlanılır. Giriş sahələri, keçid, vestibül, platforma və stansiya yollarının planlaşdırılmış profilaktik tədbirləri mütəxəssislərin və məsul şəxslərin nəzarəti şəraitində davam etdirilir. Stansiyalarda işlərin ikinci mərhələsi həftə sonu başa çatdırılacaq.

Bununla yanaşı, gündəlik iş rejimi şəraitində profilaktik tədbirlər davam etdirilir. Hər gün ən azı 3 dəfə olmaqla, stansiyaların əllə təmas olan bütün səthləri dezinfektantlarla silinərək təmizlənir və işlər daimi nəzarət altında saxlanılır. Onu da əlavə edək ki, istifadə olunan dezinfektantlar insan səhhəti üçün zərərsizdir.

“Bakı Metropoliteni” QSC koronavirusla əlaqədar qaynar xətt yaradaraq, sutka ərzində 24 saatlıq fəaliyyətini təmin edib. 964 və (012) 490 00 00 telefon nömrələrinə zəng etməklə, Bakı metropolitenində koronavirusla əlaqədar görülən işlər barədə ətraflı məlumat almaq olar. Müraciət edənlərə bütün məlumatlar operativ və obyektiv şəkildə təqdim olunur.

“Bakı Metropoliteni” QSC koronavirusla əlaqədar fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahla əlaqəli qurur, tapşırıq və tövsiyələrə əməl olunmasına diqqət yetirir, metropolitenlə bağlı aktual məsələlərin operativ həllini təmin edir.

“Bakı Metropoliteni” QSC bir daha sərnişinlərindən öz sağlamlıqları naminə sanitar-gigiyenik normaların tələblərinə ciddi riayət etməyə və bu məsələlərdə metropoliten işçiləri ilə fəal əməkdaşlığa, həmfikir və həmrəy olmağa çağırır. Stansiya və qatarların zibillənməməsi, təmizliyə riayət olunması hər kəsin sağlamlığının təməlidir.

Bakıda fahişələr ərəb turistləri tələyə saldı

VuVu Uma - 9 месяцы тому назад
Bakının Səbail rayonunda fahişələrin iştirakı ilə soyğunçuluq hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Badamdar qəsəbəsində yerləşən evdə kirayədə yaşayan 5 ərəb turist soyğunun qurbanı olub.Belə ki, martın 11-i gecə saatlarında Əlsayori Musallam Ömər (1996-cı il təvəllüdlü), Əlsayori Saleh Ömər (1995-ci il təvəllüdlü), Əlsayori Məhəmməd Rəis (1996-cı il təvəllüdlü), Əlsayori Yaslan Avna (1994-cü il təvəllüdlü) və Əlhadi Türki Mesfer (1997-ci il təvəllüdlü) Əhməd Rəcəbli küçəsində yerləşən “Ekstra” gecə klubuna gəliblər və orada üç fahişə ilə görüşüblər. Sonra turistlər onları qaldıqları mənzilə aparıblar.

Əyləncə zamanı qadınlardan biri səssizcə evdən çıxıb və dörd kişi ilə qayıdıb. Kişilərdən biri bıçaq çıxararaq, Əlsayori Yaslanı ayağından və kürəyindən yaralayıb, digərlərinə isə hədə-qorxu gəlib. Qadınlar ərəblərin ciblərindən 400 ABŞ dolları (680 AZN) oğurlayaraq yoldaşları ilə hadisə yerindən qaçıblar.

Zərərçəkənlər bu barədə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Şöbəsinin əməkdaşlarına məlumat veriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları soyğunçuluqda şübhəli bilinən şəxsləri - Bakı şəhər sakini Elşən Ələsgərovu (1991-ci il təvəllüdlü), Ağdam rayon sakini Ə.Nağıyevi (1995-ci il təvəllüdlü), Göyçay rayon sakinləri Pünhan Sadıqlını (1994-cü il təvəllüdlü), İsmayıl Qədirovu (1999-cu il təvəllüdlü) və Məhəmməd Mikayılovu (1998-ci il təvəllüdlü) saxlayıblar.

Notariusun evindən 374 min manat oğurlayanlarla bağlı yeni qərar verildi

VuVu Uma - 9 месяцы тому назад
Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Aslan Qasımov, Elnur Aslanov, İmamverdi Həsənov, Sahib Həsənbəyli və Familə Vəliyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, həmin şəxslərin şikayətləri təmin edilməyib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aslan Qasımov, Elnur Aslanov və İmamverdi Həsənova 7 il, Familə Vəliyevaya 5 il, Sahib Həsənbəyliyə 2 il həbs cəzası verilib.

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında baş verib. Xətai Rayon Polis İdarəsinə müraciət edən şəxs fərdi yaşayış evindən içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib. Cinayəti törətməkdə təqsirləndirilən Bakı şəhər sakinləri İmamverdi Həsənov, Sahib Həsənbəyli, həmçinin əvvəllər məhkum olunanlar - Elnur Aslanov və Aslan Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər. Daha sonra dəstənin digər üzvü olan F.Vəliyeva saxlanılıb.

Zərərçəkmiş Ş.Hüseynova məhkəmədə bildirib ki, evindən 374 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb. O deyib ki, təqsirləndirilən Familə Vəliyeva vaxtilə onun evində işləyib, etibarını qazanıb, sonra da belə bir iş görüb.

Cinayət işinin materiallarında da iddia olunur ki, Familə digər dörd nəfərə Ş.Hüseynovanın evinin harada yerləşməsi, mənzildəki pul və qızıllar barədə məlumat verib, onları yönləndirib.

Təqsirləndirilən F.Vəliyeva ittihamı qəbul etməyib. O bildirib ki, Ş.Hüseynova ilə şərikli obyekti var və qadın onu həbs etdirmək istəyir.

Təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda oğurluqda təqsirli biliniblər.

Gömrük Komitəsinin sədrindən yeni QƏRAR – Bu şəxslər risk kateqoriyasından çıxarıldı

VuVu Uma - 9 месяцы тому назад
“Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi Qaydaları”nda dəyişiklik edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qərar imzalayıb.

Qərarla sənədin 1.2.4-cü yarımbəndindən “mal sahibləri” sözlərindən sonra “daşıyıcılar” sözü əlavə edilib.Həmin yarımbənd elektron məlumat mübadiləsi ilə əlaqədardır.

Bildirilir ki, elektron məlumat mübadiləsinə İqtisadiyyat Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasında xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi daxildir.

Yeni qərarla isə mal sahibləri ilə yanaşı, daşıyıcılar da məlumat mübadiləsinə daxil edilib.

Qərarda sənədin 3-cü hissəsində də dəyişiklik olub.

Sənədin müvafiq hissəsi faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyənləşdirilməsi ilə bağlıdır.

3.1.5-ci yarımbəndə görə, şəxsin yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda həmin adam faktiki olaraq üçüncü tərəf üçün malları idxal və ya ixrac edənlər kateqoriyasına aid edilir.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения