Тег: gaz


“Azəriqaz”dan xəbərdarlıq - Ciddi tədbirlər görüləcək

VuVu Uma - 7 месяцы тому назад
“Azəriqaz”dan xəbərdarlıq - Ciddi tədbirlər görüləcək
10
apr
14:58
“Azəriqaz”dan xəbərdarlıq - Ciddi tədbirlər görüləcək
55
AA
“Azəriqaz” İstehsalat Birliyi mütəmadi olaraq qazdan qanunsuz istifadə halları ilə bağlı araşdırmalarını davam etdirir.

Birlikdən BAKU.WS-ə verilən məlumata görə, əksər hallarda da bu cür faktlar qazdan normal istifadə edib, qanunsuz iş görənlərin əməllərindən əziyyət çəkən abonentlərin müraciətləri əsasında aşkarlanır. Aprelin 9-da aparılan reyd zamanı sayğacı olmadan, abonent kimi qeydiyyata düşmədən qazdan istifadə edən iki fərdi yaşayış evi və bir istixana üzə çıxıb.

Belə ki, Sumqayıt şəhəri 52-ci məhəllədə vətəndaş qaz xəttinin dirəyinin içərisi ilə əlavə qoşma edərək uzaq məsafədə yerləşən evinə həyətlərin içərisi ilə qaz xətti aparıb və qanunsuz şəkildə ondan istifadə edib. Abşeron rayonunun Novxanı kəndində isə vətəndaş heç kimin ağlına gəlməyəcək üsula əl atıb. O, qaz xəttinin dirəyinin içərisindən götürdüyü əlavə qoşmanı kanalizasiya quyusunun içərisi həyətinə aparıb qazdan istifadə edib.

Acınacaqlı məqam odur ki, istixana sahibləri də qaz xətlərinə müdaxilə edib, onu talamaqdan çəkinmir. Xəzər rayonu Zirə qəsəbəsində sayğacı olmadan, abonent bazasında qeydiyyata düşmədən, müqavilə bağlamadan qaz oğurlayan istixana da üzə çıxıb. Qanunsuz qoşulmalar dərhal ləğv edilib. Birliyin əməkdaşları hər 3 fakt üzrə materialları toplayaraq ölçü götürülməsi üçün aidiyyatı strukturlara təqdim edəcək.

“Azəriqaz” İstehsalat Birliyi bir daha bəyan edir ki, təbii qazdan belə qanunsuz istifadə hallarına heç kim yol verməsin. Bu həm də digər normal şəkildə qazdan istifadə edən abonentlərə maneçilik törədir. Birliklə müqavilə bağlamaqla, sivil formada abonent statusu alıb, fərdi yaşayış evinə və ya sahibkarlıq obyektinə sayğac quraşdırıb daha sonra qazdan istifadə etmək lazımdır. Əks halda aşkarlanan belə faktlar üzrə daha ciddi tədbirlər görüləcək.

Xanım millət vəkilindən xeyirxah addım: “Bu marketlərdəki rəfləri boş qoymayaq...”

VuVu Uma - 7 месяцы тому назад
“Son günlər Azərbaycanın müxtəlif bölgələrində bəzi market sahibləri tərəfindən irəli sürülən humanist təşəbbüsün şahidi olduq. Biz də qısa zaman çərçivəsində “Deputat Qərargah”ında yaradılmış İşçi Qrupunun üzvləri ilə birgə operativ şəkildə ərazimizdə yerləşən kiçik və irimiqyaslı marketlərlə əlaqə quraraq, 10-dan çox market daxilində “Ehtiyacı olanlara öz payından pay ver” guşəsini yaratdıq”.

Oxu.Az xəbər verir ki, bu sözlər millət vəkili Könül Nurullayevanın seçicilərinə və bütövlükdə ölkə vətəndaşlarına növbəti müraciətindəndir.

Xeyirxah missiyaya dəstəyini ifadə edən xanım millət vəkili yaradılan həmin guşələri lazımi ərzaq məhsulları ilə təmin etdiklərini və bu estafetin davamını xeyirxah insanlara ötürdüklərini bildirib.

Onun sözlərinə görə, kampaniya ərzində yaxın ətrafda yaşayan sakinlərin həftədə bir dəfə olmaq şərtilə şəxsiyyət vəsiqəsini təqdim etməklə ehtiyacı olan ərzaq məhsullarını ödəniş etmədən götürmək imkanı olacaq:

“Bu çətin günlərdə ehtiyacı olan insanlara yardım etmək hər bir vətəndaşın mənəvi borcudur. İmkanı olan vətəndaşlarımızı həmin marketlərdəki rəfləri boş qoymamağa çağırıram. Xalqımız hər zaman xeyirxahlığı, mərhəməti ilə seçilib və bu yüksək keyfiyyətlərinə indiki ağır günlərdə də sadiq qalacağına inanıram”.

Daha sonra millət vəkili “Ehtiyacı olanlara öz payından pay ver” aksiyasında iştirak edən Nizami rayon ərazisindəki bütün marketlərə (aşağıda adları və ünvanları qeyd olunub) təşəkkürünü bildirib və digər marketləri də bu təşəbbüsə qoşulmağa dəvət edib.

Xeyriyyəçilik marafonuna qoşulan marketlərin siyahısını təqdim edirik. Xatırladaq ki, təşəbbüsə sonradan dəstək verən marketlərin də adları siyahıya əlavə olunacaq.

1. Rüstəmov küçəsi - 43, 47 saylı binaların həyəti - “Bəxtiyar” market

2. Şərifli küçəsi - 104a, 104b saylı binaların həyəti - “Həyat” market

3. Nəsimi küçəsi - 28 saylı binanın həyəti - “Həyat” market

4. M.Abbasov - 43 saylı binanın həyəti - “Nuray” market

5. E.Süleymanov küçəsi - 133 saylı binanın həyətindəki market

6. Q.Qarayev prospekti - 69 saylı binanın həyəti - “Qalib” market

7. Naxçıvanski küçəsi - 77 saylı binanın həyəti - “Bolluq” market

8. Məhsəti küçəsi - 5 saylı binanın həyəti - “Sərxan” market

Женщина пришла в магазин за туалетной бумагой и родила

VuVu Uma - 7 месяцы тому назад
В американском городе Спрингфилд, штат Миссури, женщина родила в супермаркете. Об этом сообщает издание New York Post.У беременной покупательницы отошли воды, когда она пришла в отдел туалетной бумаги в разгар ажиотажа, возникшего на фоне вспышки коронавирусной инфекции. Медсестра и пожарные, оказавшиеся в магазине, помогли принять роды, а менеджер магазина Джессика Хинкл (Jessica Hinkle) натянула простыню, чтобы защитить женщину от чужих взглядов.

Через 45 минут роженицу и новорожденного забрала скорая помощь. Покупатели проводили их одобрительными криками. Хинкл рассказала журналистам, что позвонила женщине на следующий день и узнала, что и с ней, и с ребенком все в порядке.

Ажиотажный спрос на туалетную бумагу и продукты первой необходимости наблюдается во многих странах мира, включая Россию. Паники добавляют сообщения в социальных сетях с фотографиями опустевших полок магазинов и перегруженных продуктовых тележек.

По последним данным, из-за новой коронавирусной инфекции погибли 11,4 тысячи человек, выявлено 275 тысяч случаев заражения, из них 88 тысяч закончились выздоровлением пациента. Известно о 306 случаях заражения, выявленных в России.

“Azəriqaz”dan xəbərdarlıq: Bu ərazilərdə xidmətlər məhdudlaşdırılacaq

VuVu Uma - 7 месяцы тому назад
Məlum olduğu kimi, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 2020-ci il 13 mart tarixli məlumatı, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti 2020-ci il martın 15-dən 20-dək məhdudlaşdırılır.

Dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 108 “Çağrı” mərkəzi vasitəsilə qəbul ediləcək.

Bu müddət ərzində “Azəriqaz” İstehsalat Birliyi də qeyd edilən məkanlarda martın 15-dən 20-dək xidmətlərin göstərilməsini məhdudlaşdıracaq.

Sabahdan etibarən 4 gün ərzində yalnız Heydər Əliyev prospektində yerləşən 5 saylı “ASAN xidmət” mərkəzində bir pəncərədə ən zəruri xidmətlər göstəriləcək. Bura yeni kartların verilməsi, itmiş kartların əvəzlənməsi, koda düşmüş kartların bərpası və s. daxildir.

Sadalanan xidmətlərlə bağlı vətəndaşların qarşıdakı 4 gün ərzində Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrinə də müraciət etmək imkanı olacaq. Martın 15-dən 20-dək bölgələrdə yerləşən “ASAN xidmət” mərkəzlərində də bir pəncərədə eyni xidmətlər göstəriləcək. Digər xidmətlərin göstərilməsi isə bayram günlərindən sonra bərpa olunacaq.

“Azəriqaz” İB-dən xəbərdarlıq: dələduzlara aldanmayın!

VuVu Uma - 8 месяцы тому назад
Son günlər üzərində “SOCAR” yazılmış xüsusi geyim formasında olan şəxslər mənzillərə daxil olaraq insanlardan pul yığır.

Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı paytaxtın Nizami rayonu ərazisində yaşayan sakinlər tərəfindən “Azəriqaz” İB-nə çoxsaylı müraciətlər daxil olub.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumatda əhalinin diqqətli olması, dələduzlara aldanmaması xahiş olunur:“Üzərində “SOCAR” sözü yazılmış xüsusi geyim formasında olan şəxs mənzilləri gəzərək qaz sayğaclarında sızmanın olması, sayğacın qüsurla işləməsi və s. səbəblər irəli sürməklə sayğacın dəyişdirilməsi adı ilə abonentlərdən pul yığır.

“Azəriqaz” İB-nin 104/185 Çağrı Mərkəzinə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski və B.Nuriyev küçələrində yaşayan bir neçə nəfər zəng edərək, bu şəxsin onlardan müxtəlif məbləğlərdə - 15, 30 və 50 manat - pul aldığını deyiblər. Məlumat verən vətəndaşlar həmin şəxsin orta boylu, dolu bədənli, gözlərinin çəp olduğunu, özünü “Azəriqaz” İB-nin əməkdaşı İlkin Əsgərov kimi təqdim etdiyini bildiriblər.

O, əlindəki kitabçaya vətəndaşlardan aldığı pulun məbləği barədə qeydlər aparıb. Bu gün isə həmin dələduz Səbail rayonu ərazisində görünüb. “Azəriqaz” İB-nin 104/185 Çağrı Mərkəzi haqqında danışılan dələduzun fotosunu əldə edə bilib. Məlum olub ki, fotoda görünən şəxs bir müddət əvvəl Gəncə şəhəri ərazisində də eyni əməlləri törədib. Gəncə Regional qaz istismarı İdarəsi onu yaxalayaraq polisə təqdim edib. Lakin bir qədər sonra o, yenə eyni əməlləri törətməyə başlayıb. Vətəndaşlara təqdim etdiyi mobil nömrələr isə dələduzluq etdiyi ərazidəki bərbərxana, ayaqqabı təmirxanaları, dərzi sexləri və digər yerlərin üzərində yazılan nömrələr olub.

“Azəriqaz” İB abonentlərə müraciət edərək belə şəxslərə inanmamağı tövsiyə edir.

“Azəriqaz” məşğulluğun artırılmasına böyük töhfə verir” - RƏY

VuVu Uma - 8 месяцы тому назад
Qaz təsərrüfatının inkişafı istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə üzrə qazlaşdırma səviyyəsi 90%-dən çoxdur.

Ümumiyyətlə, qazlaşdırma prosesi regionların sosial-iqtisadi inkişafı baxımından hansı effektə malikdir?Bu barədə açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Amal Həsənli qazlaşdırma prosesinin qeyri-neft sektorunda təsərrüfat subyektlərinin ortaya çıxması ilə işgüzar mühiti canlandırdığını deyib.

“Azərbaycanda qaz təsərrüfatı kifayət qədər yüksək inkişaf səviyyəsinə çatıb. Hər il minlərlə kilometr yeni qaz xətləri çəkilir və əsaslı təmir olunur, əhali və qeyri-əhali qruplarının sayğaclaşma prosesi iri templərlə davam edir. Nəticədə 2019-cu ildə Azərbaycan Prezidentinin “Azəriqaz” İstehsalat Birliyi qarşısında qoyduğu ölkə ərazisinin qazlaşdırılmasının 96 faizə çatdırılması ilə bağlı hədəfə nail olundu.

Ölkənin qazlaşdırılması yönündə “Azəriqaz” tərəfindən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilən işlər regionlarda müxtəlif müsbət impulsların formalaşmasını təmin edir. Bura bir tərəfdən yeni iş yerlərinin yaranması, bununla da məşğulluğun artırılması, qeyri-neft sektorunda fəaliyyət göstərəcək təsərrüfat subyektlərinin ortaya çıxması ilə işgüzar mühitin canlanması aiddir. Digər tərəfdən, "mavi yanacağ"ın başqa enerji daşıyıcılarına nisbətən daha ucuz olması əhaliyə istilik xərclərini əhəmiyyətli dərəcədə aşağı salaraq büdcələrinə qənaət etmək imkanı verir. Qazlaşdırma həm də odun yanacağının əldə olunması üçün meşələrin və yaşıllıqların qırılmasının qarşısını əhəmiyyətli dərəcədə almaqla ekoloji tarazlığın qorunmasını təmin edir".
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения