Тег: ermeni


Erməni mafiya başçısı: Qarabağda qanunsuz fəaliyyət, “çekistlərlə” əməkdaşlıq - FAKTLAR

VuVu Uma - 4 месяцы тому назад
ABŞ-ın Yuta ştatının Federal Bölgə Məhkəməsində erməni əsilli amerikalı biznesmen Levon Termencyanın məhkəmə prosesi keçirilib.

L.Termencyan Kaliforniyada fəaliyyət göstərən “Noil Energy Group” və digər bir neçə şirkətin rəhbəridir.

O, Yuta ştatında fəaliyyət göstərən “Washakie Renewable Energy” şirkətinin rəhbərləri Ceykob və Aysia Kinqston qardaşları ilə birgə maliyyə maxinasiyalarına imza atmaqda təqsirli bilinir.İttihama əsasən, onlar 2010-2016-cı illərdə 1 milyard dollar həcmində vergi saxtakarlığı ediblər. L.Termencyan həm də Lev Aslan Dermen adı ilə tanınır.

2018-ci ilin avqustunda Federal Təhqiqatlar Bürosu (Federal Bureau of İnvestigation - FBI) tərəfindən həbs edilən L.Termencyanın məhkəmə prosesi bu ilin yanvar ayında başlayıb.Yenə Qarabağ, yenə erməni

L.Termencyanın cinayətkar fəaliyyətində siyasi motivlər də mövcuddur. Bu motivlərin əsasında işğalçılıq siyasətinə haqq qazandırmaq, Azərbaycana qarşı təxribatlar dayanır. Düzdür, Termencyanın Azərbaycanın işğal altında olan torpaqlarındakı ambisiyaları, qeyri-qanuni fəaliyyəti istintaqda nəzərdən keçirilmir. Ancaq onun işğalçı Ermənistana dəstəyini ifadə edən faktlar mövcuddur.

Ermənistanda anadan olan L.Termencyan 14 yaşında ikən Los-Ancelesə köçüb.

L.Termencyan və qardaşı Qriqor Termencyan 2000-ci illərdə “Hayastan” Ümumerməni Fondu vasitəsilə Azərbaycanın işğal olunmuş Ağdərə rayonunda xəstəxana tikintisi və Ermənistan ərazisində internat evinin inşası layihələrinə dəstək verib.

Bəs vergi cinayətləri nədən ibarətdir?

L.Termencyan və Kinqston qardaşları bioyanacaq istehsal edən şirkətlərə istehsalın həcminə görə müəyyən məbləğin geri ödənməsini nəzərdə tutan vergi krediti proqramından sui-istifadə ediblər.

ABŞ hökuməti həmin vergi proqramını daha təmiz yanacağın istehsalını təşviq etmək məqsədilə yaradıb.

Termencyan və Kinqston qardaşları milyonlarla ton bioyanacağı ölkə daxilində müxtəlif limanlara nəql etməklə və xarici ölkələrə daşıyıb geri qaytarmaqla, habelə müvafiq sənədləri saxtalaşdırmaqla, həmin yanacağın istehsal və satışını həyata keçirdikləri ilə bağlı dövlətə yalan məlumatlar veriblər.

Bir sözlə, onlar sözügedən proqram vasitəsilə külli miqdarda vəsait mənimsəyiblər.

Kinqston qardaşları məhkəmə prosesində bu saxtakarlıqları L.Termencyanın göstərişi ilə həyata keçirdiklərini, onun başda Türkiyə olmaqla, bir sıra xarici ölkələrdəki şəxsi və ya digər hesablarına milyonlarla dollar vəsait köçürdüklərini etiraf ediblər.

L.Termencyan hüquq-mühafizə orqanlarında əlaqələrinə arxalanaraq, qanunsuz əməllərə görə narahatlığa əsas olmadığını bildirib. O, Kinqston qardaşlarını arxayın edib ki, onları qoruyacaq.

Qanunsuz əməllərin qazandırdığı pulun yaratdığı hərislik Kinqston qardaşlarını L.Termencyanın Türkiyə və Lüksemburqdakı hesablarına 134 milyon ABŞ dolları məbləğində “zəmanət” pulu köçürməyə təhrik edib.

L.Termencyan və Kinqston qardaşlarına yaxın gələcəkdə hökm oxunacağı gözlənilir.

L.Termencyanın Türkiyədəki əməkdaşlıqları barədə iddialar

L.Termencyanın 2018-ci ildə həbsindən sonra onun Türkiyədə fəaliyyət göstərən “Palmali” şirkəti ilə əməkdaşlığı barədə iddialar yayılıb.

DSX: Ermənistana qarşı diversiyanın keçirilməsi barədə məlumat yalandır

VuVu Uma - 6 месяцы тому назад
Son aylar ərzində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən əməliyyat şəraitinin kəskin gərginləşdirilməsi məqsədilə çoxsaylı təxribatlar törədilib.

Təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrimiz və kənd yollarında hərəkət edən mülki nəqliyyat vasitələri mütəmadi olaraq iri çaplı silahlardan və snayper tüfənglərindən davamlı surətdə atəşə tutulub.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən sərhəd-döyüş məntəqələrimizin dislokasiya yerlərinə basqın cəhdləri edilib, sərhədçilərin sayıqlığı nəticəsində düşmən təxribatlarının qarşısı alınıb və onlar itki verməklə geriyə qaçmaq məcburiyyətində qalıblar.

Ermənistan ilə dövlət sərhədində əməliyyat şəraitinin ciddi gərginləşləşməsi barədə tərəfimizdən mütəmadi olaraq məlumat verilib, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına qarşı düşmən tərəfinin bütün təxribatlarına adekvat cavabların veriləcəyi və nəticədə baş verəcək bütün fəsadlara görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsi xüsusi qeyd olunub.

Dünən erməni mətbuatında Ermənistanın Müdafiə Nazirliyinə istinad edilməklə yayılmış məlumatda guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozaraq, bu ölkənin Noyemberyan rayonunun Koti və Voskevan kəndlərini atəşə tutması nəticəsində 14 yaşlı mülki şəxsin, eyni zamanda, guya işğalçı ölkənin döyüş mövqelərinə qarşı diversiyanın keçirilməsi nəticəsində bir neçə hərbi qulluqçunun yaralanması qeyd olunub.

Bununla əlaqədar olaraq bildiririk ki, Ermənistan Silahlı Qüvvələrindən fərqli olaraq, sərhəd döyüş məntəqələrimiz tərəfindən müqabil ərazidə yerləşən yaşayış məntəqələri istiqamətində atəş açılmır, düşmənin atəşkəs rejiminin pozulduğu döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulur.

Həmçinin, düşmənin döyüş mövqelərinə qarşı sərhəd-döyüş məntəqələrimiz tərəfindən diversiyanın keçirilməsi barədə məlumat da həqiqətə uyğun deyildir

Ermənilərin dostları Mübariz Mənsimovun aktiv müdafiəsinə başlayıb

VuVu Uma - 6 месяцы тому назад
Özünü ermənilərin “düşməni” elan edən “Palmali Holding”in prezidenti Mübariz Mənsimovun həbsindən sonra ermənilərin və ya ermənipərəstlərin ona dəstəyi artmaqdadır. Bu spekulyasiya lideri illərdir ki, sosial şəbəkələrdə və mediada özü barədə bir imic formalaşdırmağa çalışırdı. İnsanlara ən çox inandırmaq istədiyi isə erməniləri “görən gözünün olmaması” ilə bağlı görüntü idi.

Hətta bu təbliğatları bəzən o qədər məcradan çıxırdı ki, onun danışdıqlarına qulaq asan insan qarşısındakının gerçək “Azərbaycan Rembo”su olduğunu düşünərdi.

Biz şişirdilmiş yalanlara maraqla qulaq asan insanlarıq. Bir az aldanmağa meyilli olanlar buna inanırlar. Amma az-çox təcrübəli və informasiyalı insanlar heç əvvəldən də Mübarizin goplarına inanmırdılar.

Vaxtilə Eldar Mahmudovdan ilham alan, sonradan ilham mənbəyini müxalifət liderlərinə dəyişən Mənsimov “erməni düşməni” obrazını yaratmaq üçün var-dövlətinin bir hissəsini mediaya səpələmişdi. Amma həbsindən sonra ilk olaraq gün işığına çıxan onun bu manipulyasiyası oldu.

“Palmali” şefinin şişirdilmiş nüfuzunun yerlə bir olmasına birinci addım onun müdafiəsinə qalxan qondarma “Talış-Muğan Respublikası”nın lideri Əlikram Hümbətovun bəyanatı oldu. O Əlikram ki separatçı əməllərinə görə üzün müddət həbs olunmuş, sonra prezident tərəfindən azad edilmiş, Azərbaycan vətəndaşlığına son verilmiş və ölkədən qovulmuşdu. Və bu Əlikram Hümbətov son bir neçə ildir ki, ermənilərin ən qatı müdafiəçisidir.

İstədiyi vaxt Yerevana səfər edir, orada ona ən yüksək səviyyədə diqqət və hörmət göstərilir. Əlikram isə Yerevanda oturub Azərbaycan əleyhinə heç erməninin də ağlına gəlməyən ittihamlar səsləndirir.

Qeyd etdiyimiz bütün bu “keyfiyyətlərə” malik olan Hümbətov M.Mənsimovun həbsinə ilk etiraz edən, onun müdafiəsinə qalxan şəxs olmaqla, bu saxta “erməni düşmənçiliyi”nin ilk pərdəsini qaldırmış oldu.

Bitdimi? Qətiyyən. Daha bir tanınmış şəxs, ermənilərin bir nömrəli müdafiəçilərindən biri də Mübariz üçün mübarizəyə başlayıb. Bu, jurnalist Amberin Zamandır. O, “Al-Monitor”da “Azərbaycanlı milyarderin həbsinin arxasında nə dayanır?” adlı bir yazı paylaşıb. Yazıdan bəzi qeydlər təqdim edəcəyik və əslində, bu müdafiə yazısında nə yazıldığından daha maraqlı olan məqam onun kim tərəfindən qələmə alınmasıdır. Amberin Zaman məqaləsində M.Mənsimov barədə ətraflı informasiya verir və təqdim etdiklərinin, demək olar ki, böyük əksəriyyəti dedi-qodulara və sosial şəbəkələrdə yayılan məlumatlara əsaslanıb.

Məsələn, hələ indiyə kimi ağlı başında olan heç kim M.Mənsimovun onun hakimiyyətə “bac-xərac” vermədiyi üçün həbs olunması versiyasını səsləndirməyib. Amma jurnalist xanım hesab edir ki, iş adamlarına FETÖ ittihamı ilə cinayət işi açmaq hakimiyyətin külli miqdarda pul əldə etmək yollarından biridir.

Bu məqalə ilə bağlı uzun-uzadı danışmağa ehtiyac yoxdur. Sadəcə, bir məqamı demək lazımdır ki, yazının əvvəlindən sonuna kimi oxuduqda hətta onu müdafiə edən yazıda belə Mənsimovun nə qədər sürüşkən mövqeli şəxs olduğu təəssüratı yaranır.

Bəs Amberin Zaman kimdir? Məncə, onun haqqında danışmağa dəyər.

Milliyyətini belə müəyyənləşdirmək çətin olan bir jurnalistdir. O, ata tərəfdən İran əsilli olan bir banqladeşli, ana tərəfindən isə gürcü, tatar və yörükdür. Nyu-Yorkda anadan olub.

Vaxtilə “Washington Post” və “The Daily Telegraph” qəzetlərinin Türkiyə müxbiri olub. 2007-ci ildən “Taraf” qəzetində, 2010-cu ildə “Habertürk”də köşə yazarı kimi çalışıb.

2016-cı ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri zamanı böyük qalmaqal yaratmışdı. O zaman Ərdoğan bu qadın barədə demişdi:

“Orada da gazeteci kılıklı bir militan çıkmış. Edepsiz bir kadın. “Müslüman ülkede bunu beklemek zor değil mi?” diyor. Haddini bil, haddini. Haddini bil! Eline vermişler bir kalem, gazete köşesinde yazıyorsun. Haddini bil, edepsiz kadın”.

Amberin Zaman uzun müddət Ermənistanın paytaxtı Yerevanda da yaşayıb.

Elə həmin vaxtdan da ermənilərin aktiv təbliğatçısına çevrilən bu jurnalist 2017-ci ildə “zirvəni fəth etdi” və ABŞ-da qoyulan qondarma “erməni soyqırımı” abidəsini ziyarət edərək, türklərin qəzəbinə səbəb oldu. Həmçinin, ermənilərin “100 saniyə” layihəsinə qatılan jurnalist bu barədə bəzi təqdimatlar da həyata keçirdi.

Amberin Zaman təkcə ermənipərəst deyil, həm də terror təşkilatı olan PKK-nın sözçüsü kimi tanınır. Türkiyə əleyhinə olan bütün layihələrdə önəmli rolları ifa edən jurnalist PKK-nın ən qaynar qərargahlarından reportajlar hazırlayıb. Və təbii ki, bu reportajlar birmənalı olaraq terrorçuların təbliğatına hesablanmışdı.

İndi görək, bu xanım müxbirin “Vikipediya” səhifəsində nə yazılır:

“Amberin Zaman, “Al-Monitor”un xüsusi müxbiri. Türkiyəli jurnalist. Türkiyədə jurnalist kimi fəaliyyətə başlayan Zaman dünyanın müxtəlif qəzetlərində yazılarla çıxış edib. Onun yazıları Türkiyədəki azlıqların hüquqları ilə əlaqədardır.

... O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıdır və mütəmadi olaraq öz köşələrində erməni soyqırımını müzakirə edir. 2014-cü ildə Hrant Dink Vəqfinin erməni-türk barışığına həsr olunmuş konfransında iştirak edib. “Erməni soyqırımı”nı həqiqət kimi tanıyan Zaman Türkiyə hökumətinin ermənilərlə əlaqəli tarixi ilə barışmalı olduğunu düşünür”.

O, Türkiyə hökumətinin 24 aprel 2014-cü ildə ermənilərə başsağlığı məktubuna belə reaksiya vermişdi:

“Türkiyənin “erməni soyqırımı”nı tanıyacağına, üzr istəyəcəyinə və qurbanlarına lazımi kompensasiya verəcəyinə inanan bir vətəndaş olaraq, bu gözləntilər baş verməsə də, dövlətin erməni qurbanlarına ilk yazılı məktubunu təqdir edirəm”.

Bu yazıda Amberin Zamanın erməniləri təbliğ edib, türkləri aşağılayan xeyli sayda sitatlar da təqdim edə bilərdik. Onun bir türk düşməni olduğunu oxucuların diqqətinə çatdırmaq yazının əsas qayəsi deyil.

Yuxarıda qeyd etdiyimiz kimi, Əlikramdan sonra beynəlxalq səviyyədə tanınan və ermənilərin əsas müdafiəçisi olan daha bir şəxsin Mübariz Mənsimova “sevgisidir”.

Təəssüf ki, hələ də sosial şəbəkələrdə bir sıra analiz qabiliyyəti aşağı olan soydaşlarımız bu “pul ovçusu”na səmimi olaraq inanır. İnanmaq bir yana qalsın, Mənsimovun mənfi cəhətlərini səsləndirənlər barədə ən ağır söyüşlər yazılır. Dilə gətirilən faktlara məntiqli arqumentlə cavab verə bilməyən “tərbiyəsizlər ordusu” üçün heç bir mənəvi meyarı olmadığı göz önündədir.

Buna inanmayanlar sadəcə sosial şəbəkəni izləsinlər. “Mübariz sevənlər”in bu qədər söyüşə və təhqirə meyilli olması, bütün sərhədləri aşan ifadələrlə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarının da lazımi addımları atması qaçılmaz hala gəlib.

Qanunvericilikdə sosial şəbəkələrdə təhqir və söyüşlərin məsuliyyət yaratdığını unudan bu idarəolunan qrupun qanun qarşısında cavab verməsi ehtiyacı yaranıb.

Dairəni gördünüzmü? Mənsimovu müdafiə edənlər kimlərdir? Türk xalqına daim düşmən mövqe sərgiləyənlər, ermənilərin aktiv tərəfdarları və yalnız söyüş söyməyi bacaran bir qrup

В Москве задержали армянского генерала за расстрел людей на митинге

VuVu Uma - 6 месяцы тому назад
В Москве задержали бывшего заместителя руководителя Следственного комитета Армении генерал-майора юстиции Ваагна Арутюняна, находившегося в розыске по уголовному делу об убийствах во время разгона митинга 1 марта 2008 года. Об этом ТАСС сообщил источник в правоохранительных органах.

По его словам, спецоперация прошла 14 марта в центре Москвы по запросу компетентных органов Армении. Сотрудники полиции на Тверской улице задержали гражданина, находящегося в федеральном розыске за совершение преступления, предусмотренного статьями 308 и 309 УК Республики Армения («Фальсификация доказательств, злоупотребление должностными полномочиями»), уточнил источник агентства «Москва». Мужчина доставлен в Тверскую межрайонную прокуратуру для решения вопроса об экстрадиции на родину.

В 2008 году сторонники первого президента страны Левона Тер-Петросяна организовали серию протестов после президентских выборов, на которых победил Серж Саргсян. В результате столкновений участников уличных акций с правоохранительными органами погибли восемь гражданских лиц и двое сотрудников полиции, еще 33 силовика попали в больницу. Всего за медпомощью в результате столкновений обратились 230 человек.

Специальная следственная служба Армении установила, что Ваагн Арутюнян, работавший заместителем главы Следственного комитета, и один из экспертов подменили отстрелянные патроны военных на патроны, используемые полицией. Своими действиями генерал с сообщником сокрыли факт участия в разгоне митинга подразделений Вооруженных сил Армении, которые применили оружие при разгоне протестующих.

Azərbaycan icması ermənilərin növbəti təxribatı ilə bağlı Moskva hökumətinə müraciət edib

VuVu Uma - 7 месяцы тому назад
Moskvanın Azərbaycan icması Rusiyadakı erməni diasporunun növbəti təxribatı ilə əlaqədar Moskva hökumətinə və Rusiya Kinematoqrafçılar İttifaqına müraciət edib.

APA-nın məlumatına görə, icma sədri Şamil Tağıyevin adından Moskva hökumətinin Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovskiyə və Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkova göndərilən müraciətdə ermənilərin Rusiya paytaxtında Dağlıq Qarabağda 90-cı illərdə gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın “Qayıdış” adlı sənədli filminin təqdimatının ləğv edilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, Martın 11-də Vasilyevskaya küçəsində yerləşən Kino Evində keçirilməsi nəzərdə tutulan sənədli filmdə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin tarixi təhrif olunub, Azərbaycan tərəfi aqresor xalq kimi təqdim olunub, hansı ki, bu, hadisələrin saxtalaşdırılmasıdır:

“Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi erməni silahlıları tərəfindən işğal olunub. Nəticədə çoxlu sayda dinc azərbaycanlı həlak olub, milyondan çox insan evsiz-eşiksiz qalıb. Moskvanın Azərbaycan icması adından sizdən xahiş edirik ki, Rusiyadakı erməni diasporunun çoxmillətli Rusiya cəmiyyətində qeyri-sabitliyə səbəb ola biləcək məlum təxribatının qarşısını almaq üçün tədbirlər görəsiniz”.Qeyd edək ki, Dağlıq Qarabağda 90-cı illərdə gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın hazırladığı “Qayıdış” adlı sənədli film Ermənistan Respublikasının maliyyə dəstəyi ilə çəkilib. Filmdə tarixi Azərbaycan əraziləri Şərqi Ermənistan adı altında göstərilir. Dağlıq Qarabağda ermənilərin 90-cı illərdə müharibə zamanı ordusuz, blokada şəraitində öz “müstəqilliyi” və “azadlığı” uğrunda mübarizə aparmasından bəhs edilir.
Xatırladaq ki, bu ilin yanvarın 26-da da Rusiyadakı erməni diasporu Moskvadakı “Pobeda” kinoteatrında Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan “Sehrli ölkə-Aran” adlı filmi nümayiş etdirməyə cəhd edib.

Azərbaycan İcması ermənilərin təxribatı ilə bağlı Moskva hökumətinə müraciət etdi

VuVu Uma - 7 месяцы тому назад
Moskvanın Azərbaycan İcması Rusiyadakı erməni diasporunun növbəti təxribatı ilə əlaqədar Moskva hökumətinə və Rusiya Kinematoqrafçılar İttifaqına müraciət edib.

APA-nın məlumatına görə, icma sədri Şamil Tağıyevin adından Moskva hökumətinin Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovskiyə və Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkova göndərilən müraciətdə ermənilərin Rusiya paytaxtında Dağlıq Qarabağda 90-cı illərdə gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın “Qayıdış” adlı sənədli filminin təqdimatının ləğv edilməsinin vacibliyi qeyd olunub.

Bildirilib ki, martın 11-də Vasilyevskaya küçəsində yerləşən kino evində keçirilməsi nəzərdə tutulan sənədli filmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi təhrif olunub, Azərbaycan tərəfi aqresor xalq kimi təqdim olunub, hansı ki, bu, hadisələrin saxtalaşdırılmasıdır:“Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi erməni silahlıları tərəfindən işğal olunub. Nəticədə çoxlu sayda dinc azərbaycanlı həlak olub, milyondan çox insan evsiz-eşiksiz qalıb. Moskvanın Azərbaycan İcması adından sizdən xahiş edirik ki, Rusiyadakı erməni diasporunun çoxmillətli Rusiya cəmiyyətində qeyri-sabitliyə səbəb ola biləcək məlum təxribatının qarşısını almaq üçün tədbirlər görəsiniz”.

Qeyd edək ki, Dağlıq Qarabağda 90-cı illərdə gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın hazırladığı “Qayıdış” adlı sənədli film Ermənistan Respublikasının maliyyə dəstəyi ilə çəkilib. Filmdə tarixi Azərbaycan əraziləri Şərqi Ermənistan adı altında göstərilir. Dağlıq Qarabağda ermənilərin 90-cı illərdə müharibə zamanı ordusuz, blokada şəraitində öz “müstəqilliyi” və “azadlığı” uğrunda mübarizə aparmasından bəhs edilir.

Ermənistanın “minimumlaşdırma” siyasəti hədəfə çatmayacaq: Azərbaycan ən müasir silahlar alacaq - ŞƏRH

VuVu Uma - 7 месяцы тому назад
Ermənistan hərbi sahədə Azərbaycanla arasında yaranmış böyük fərqi minimuma endirməyi hədəfləyir. Ancaq Ermənistan hökuməti buna nail ola bilməyəcək, çünki Azərbaycan ordusu da yerində saymır.

Erməni ekspertlər özləri də həmişə Azərbaycanın hərbi üstünlüyünü etiraf edib. Söhbət təkcə hərbi heyətin və hərbi texnikaların say fərqindən getmir, həm də silahların keyfiyyəti aktualdır.

Ermənistan ordusunda isə silahların keyfiyyətində də problemlər mövcuddur. Üstəlik, Azərbaycanla Ermənistanın hərbi büdcə göstəricilərindəki kəskin fərqlər Yerevanın əleyhinə işləyir.

Azərbaycanın 2020-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik sahəsinə 3 milyard 853 milyon 587 min 721 manat xərc nəzərdə tutulur. Bu isə 2019-cu illə müqayisədə çoxdur.

Ermənistanın isə 2020-ci il çün hərbi büdcəsi 634 milyon dollar təşkil edəcək.

Bu hal Bakının hərbi üstünlüyünün yüksəlməsini stimullaşdırır və Yerevanın buna qarşı çıxması isə getdikcə daha da çətinləşir.

Belə məqamda hərb sferasında yaranmış mənzərəni cüzi də olsa, dəyişdirməyə cəhd edən Ermənistan üzünü Hindistana tutub.

“The Times of İndia” yazır ki, Ermənistan Hindistandan dörd “Swathi” radiolokasiya stansiyası almaq barədə razılaşma əldə edib. Razılaşmanın dəyərinin 40 milyon dollar olduğu bildirilir.

Politoloq Qabil Hüseynli Oxu.Az-a açıqlamasında deyib ki, Ermənistanın hazırda bir çox sahədə ciddi silah çatışmazlığı var.

Onun sözlərinə görə, Ermənistan Rusiyadan aldığı silahların çeşidini də çoxaldıb.

“Ermənistan Azərbaycanla hərbi sahədə yaranmış fərqi aradan qaldırmaq üçün başqa ölkələrdən silah almağa meyillənib”, - deyə Qabil Hüseynli əlavə edib.

Ekspertin fikrincə, Azərbaycanın bütün sahələr üzrə potensialı Ermənistanla müqayisəyəgəlməz səviyyədə üstündür. O, Azərbaycanın hərbi-texniki sahədə tərəfdaşlarının çox olmasına da diqqət çəkib. Politoloq Azərbaycanın yeni silahlar almaq istiqamətində danışıqlar apardığını da xatırladıb.

“Azərbaycan Ermənistandan fərqli olaraq, bir çox ölkələrlə hərbi-texniki əməkdaşlıq edir. Azərbaycan ən müasir silahlar, xüsusilə raketlər alır və bu proses davam edəcək. İsraildən ən müasir dronlar almaqda davam edirik.

Uzaq məsafədə hədəfləri vura bilən raketlərin alınması istiqamətində isə Ukrayna və Belarusla danışıqları başa çatdırıb. Yaxın zamanlarda bu, praktiki məcrada həyata keçiriləcək.

Erməni təxribatı ilə bağlı cinayət işi başlandı

VuVu Uma - 7 месяцы тому назад
Erməni təxribatı ilə bağlı cinayət işi başlanıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən atəşkəs rejiminin mütəmadi və kobud şəkildə davamlı olaraq pozulması halları intensivləşib.

2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi döyüş itkiləri vermiş düşmən geri çəkilməyə məcbur olub.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cinayətin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir.

Hadisənin baş verdiyi sərhəd döyüş məntəqəsinin yaxınlığında düşmənin silahlı basqın zamanı istifadə etdiyi və geri qaçdığı zaman ərazidə atmaq məcburiyyətində qaldığı PK markalı pulemyot üçün 100 gülləlik lent, bir ədəd partlamamış RQ-42 əl qumbarası, 66 ədəd 7,62 mm-lik giliz, kəşfiyyat-diverisya qrupu üzvlərinin ərzaq çantası (içərisində konservlər, fərdi su ehtiyatı, çörək məmulatları) aşkar olunub.

Fakt üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq prosessual hərəkətlər həyata keçirilməklə düşmənin diversiya qrupunun hərbi qulluqçularımızı qəsdən öldürmək və döyüş postumuzu ələ keçirmək məqsədi ilə hücuma keçərək təxribat törətməsi müəyyən olunub və hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Düşmənin silahlı təxribatının qarşısını alarkən fərqlənmiş sərhədçilər Dövlət Sərhəd Xidməti rəisinin əmrləri ilə medal, qiymətli hədiyyə və fəxri fərmanlar ilə təltifləndiriliblər. Qəhrəmancasına həlak olmuş əsgər Vəliyev İbrahim Ələmşah oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınarkən və bu cəhdlər zamanı ciddi döyüş itkiləri verən Ermənistan Silahlı Qüvvələrinin bölmələri təmas xəttində təxribat xarakterli əməllərini davam etdirirlər. 1 mart tarixində DSX-nin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Xanlıqlar və Quşçu Ayrım kəndləri yaxınlığında yerləşən sərhəd döyüş məntəqələri iri çaplı silahlardan intensiv atəşə tutulub, cavab atəşi ilə düşmənin döyüş mövqeləri susdurulub.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения