Тег: elan


Azərbaycanda karantin elan olundu

VuVu Uma - 10 месяцы тому назад
Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.

Oxu.Az xəbər verir ki, iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı məlumatında deyilir:

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.
Bu müddət ərzində:

1. 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin.

2. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırısın.

3. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılsın.

4. Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilsin.

5. Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq etsin. Sərnişinlərə tövsiyə edilsin ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.

6. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.

7. İnsanlararası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilsin.

8. İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunsun: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin;

9. Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılsın;

10. Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin edilsin.

11. Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə edilsin.

Daha beş ölkədə fövqəladə vəziyyət elan olundu

VuVu Uma - 11 месяцы тому назад
Serbiya Prezidenti Aleksandr Vuçiç koronavirusun yayılması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

Bu barədə RTC telekanalı məlumat yayıb.

Beləliklə, ölkədə uşaq bağçaları, məktəblər, ali təhsil müəssisələri, kafe və restoranlar, idman və konsert zalları bağlanacaq. Məktəb proqramı televiziya ilə göstəriləcək.Serbiya lideri, həmçinin, yaşı 65-dən yuxarı olan insanları evdən çıxmamağa çağırıb.

Martın 16-dan etibarən Serbiya ordusu tibbi müəssisələrin mühafizəsi ilə məşğul olacaq, polis isə karantin qaydalarının qorunmasına nəzarət edəcək.

Son məlumata görə, Serbiyada koronavirusa 46 yoluxma halı qeydə alınıb. Ölən yoxdur.

Bu gündən etibarən Qazaxıstanda da fövqəladə vəziyyət elan olunub. Yeni məhdudiyyət aprelin 15-nə qədər davam edəcək. Hazırda Qazaxıstanda səkkiz yoluxma halı qeydə alınıb.

Çex Respublikasının baş naziri Andrey Babiş martın 24-nə qədər ölkədə karantin rejiminin tətbiq olunacağını bəyan edib. Beləliklə, vətəndaşlar evlərini ancaq işə və həkimə getmək, həmçinin ərzaq, təmizlik vasitələri və dərman almaq üçün tərk edə biləcəklər. Hökumət başçısının sözlərinə görə, ölkədə 239 yoluxma halı qeydə alınıb, xəstələrdən ikisinin vəziyyəti ağırdır.

Livan hökuməti martın 29-na qədər ölkədə fövqəladə vəziyyət elan edib. Qeyd edək ki, ölkədə ölümcül virusa qarşı tədbirlər çərçivəsində 10 gün əvvəl əyləncə mərkəzləri, bir neçə gün əvvəl isə kafe və kiçik restoranlar bağlanıb. COVID-19 virusunun yayılmasının qarşısını almaq məqsədilə zərurət olmadıqca vətəndaşların evdən çıxmaması tövsiyə olunub. Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə COVID-19-a yoluxanların sayı 99 nəfər olub, onlardan üçü ölüb.

Peruda 15 gün müddətinə Milli Fövqəladə Hal elan olunub. Bu ölkədə də vətəndaşlar ancaq zəruri ehtiyaclarını ödəmək üçün ictimai məkanlardan istifadə edə biləcəklər.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения