Тег: ehali


On milyon əhalimiz var, amma onca günlük səbrimiz yoxdur

VuVu Uma - 6 месяцы тому назад
Dünyanın hər yerindən həkimlər çağırış etdi: “Mən sənə görə işdə qalıram, sən də bizə görə evdə qal!” Onların bu çağırışla fotosu sosial mediada gündəm yaratdı. Onlar bizə görə risk edirlər.

Amma insanların bir çoxu hələ də bu pandemiyanı ciddiyə almır və öz öhdəsinə düşəni etmir. Sosial məsuliyyətini anlamır. Özünü və yaxınlarını riskə atır. Anlamır ki, bu virus ən çox yaşlı adamlara təhlükə törədir.

Çin 60 milyonluq Hubeyi karantinə aldı və koronavirusa qalib gəldi. Bu gün “Bloomberg” Çin hökumətinin verdiyi məlumata əsasən bildirdi ki, bu ölkədə yeni daxili yoluxma halı yoxdur. Xəstələnənlər hamısı kənardan gəlmələrdir.

Biz isə bayram günlərində rayona gedə bilməyəcəyimizi ümummilli faciəyə çevirmişik. Regionlarda yaşayan soydaşlarımız da sosial şəbəkələrdə bundan giley edirlər.

Nazirlər Kabineti yanında operativ qərargah Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı qərar verib, Baş Dövlət Yol Polisi İdarəsi də onu yerinə yetirir. Amma bu gecə saat 00:00-dan sonra Bakı istiqamətində hərəkət edən 400-dən çox avtomobil geri qaytarılıb. Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. Məhdudiyyət martın 29-na kimi davam edəcək. Qadağanı pozmağa cəhd edənlər barəsində ciddi intizam tənbehi tədbirləri görüləcək.

Bu çətin günlərdə həmrəylik göstərmək əvəzinə yenə başlamışıq bir-birimizi söyməyə. Cəmi on milyon əhalimiz var, amma onca günlük səbrimiz yoxdur evimizdə oturmağa. Sabah baş verə biləcək faciəni bu gün özümüz yaradırıq. Məsuliyyətsiz, lağlağı münasibətlə.

Dövlətimiz öz üzərinə düşən vəzifəni yerinə yetirir və müvafiq işləri görməkdədir.

Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə, zamanında verilən qərarla Azərbaycana bir gecədə 200 süni tənəffüs aparatı gətirilib. Bir gecənin içərisində 200 süni tənəffüs aparatının ölkəyə əlavə olaraq gətirilməsi o deməkdir ki, əgər kimsə kritik vəziyyətə düşərsə, onu xilas edə biləcəklər. Qeyd edim ki, bu gün bu aparatlar dünyada çox çətin əldə olunan ləvazimatdır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva koronavirusla bağlı əhaliyə müraciət etdi. Bildirdi ki, ölkəmizdə bütün qüvvələr hadisələrin ən pis yöndə inkişafının qarşısının alınmasına səfərbər olunub. Bütün dövlət strukturları səfərbər edilib və birgə fəaliyyət göstərir. Bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırdı.

Dövlət bu gün hər bir vətəndaşının yanında olduğunu bir daha sübut edir. Xaricdə qalan və vətənə qayıtmaq istəyən bütün vətəndaşlarını dünyanın ən müxtəlif nöqtələrindən Azərbaycana qaytarır. Buna görə çarter reysləri təşkil edir. Son günlərdə soydaşlarımız İtaliyadan, Türkiyədən, Macarıstandan geri qaytarılıblar. Bu məqamda qəhrəman pilotlarımıza alqış düşür.

Həkimlərimiz gücləndirilmiş iş rejiminə keçib. Karantində saxlanılan insanların qeydinə qalır, xəstələnənləri müalicə edir. Özləri isə ən böyük risk qrupuna aiddirlər. Çünki virusla ən yaxın təmasdadılar. Tibb işçilərinin qarşısında baş əyirəm. Çünki onlar ailələrini, yaxınlarını qoyub, birbaşa virusla savaşırlar.

Polis və digər güc strukturları da bu günlər gücləndirilmiş iş rejimində çalışırlar. Onlar da bacardıqlarını ortaya qoyur.

Dövlət əhalinin qida, ərzaq və digər ehtiyaclarını təmin etmək üçün var gücü ilə çalışır. “WhatsApp səsləri”nin əksinə olaraq, biz marketlərdə qıtlıq, ərzaq çatışmazlığı görmürük. Çünki tədarük görülüb və görülür. Aclıq olmayacaq və tualet kağızları koronavirusdan qorumur.

Virusun yayılmaması üçün dövlət bütün kütləvi tədbirləri ləğv etdi. Orta və ali məktəblər dezinfeksiya üçün bağlandı. İnsanların kütləvi ünsiyyətinin qarşısı alındı.

Yaxşı, bəs sən nə edirsən? Bu barədə heç düşünmüsənmi? Sən bu çətin məqamda ailənə, yaxınlarına nə ilə dəstəksən? İlk növbədə, yaşlı valideynlərini xüsusi ehtiyac olmadığı halda küçəyə qoyma. Onların bütün ehtiyacını özün qarşıla. Öz immun sistemini gücləndir. Çünki onlara bir şey olsa, çətinlik sənin üstünə düşəcək. Bu gün valideynlərimizi bir vaxt onların bizi qoruduğu kimi qorumalıyıq. Bəli, uşaq kimi onların qeydinə qalmalıyıq. Çünki bu dəfə bilirik ki, qocalar ilk növbədə xəstələnirlər.

Bunu xalqa öz müraciətində Mehriban xanım da bildirdi. “Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın ən son məlumatına görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş daha dörd nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения