Тег: dtx


Rəhim Qazıyev DTX tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb - RƏSMİ

VuVu Uma - 2 месяцы тому назад
Məlum olduğu kimi, 2020-ci il iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından mövqelərimizi atəşə tutublar. Görülən adekvat tədbirlər nəticəsində düşmənə ağır zərbə endirilib və o, ciddi itkilər verərək geri oturdulub. Düşmən təxribatlarının qarşısı alınarkən Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçularının ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tez bir zamanda sağalmaları üçün şəfa diləyirik.

Oxu.Az DTX-nin saytına istinadla xəbər verir ki, cəbhədə baş vermiş döyüşlər zamanı xalqımızın hər zaman olduğu kimi nümayiş etdirdiyi milli həmrəylik və birliyindən, vətəndaş-dövlət vəhdətindən narahat olan düşmən dairələr və antimilli qüvvələrin respublikada ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmağa, dövlətin, onun ordusunun və digər strukturlarının sistemli fəaliyyətinə zərbə vurmağa uğursuz cəhdləri müşahidə edilməkdədir. Bir qrup şəxs öz çirkin niyyətlərini yerinə yetirmək üçün dövlət sərhədində baş vermiş düşmən təxribatlarından sui-istifadə edərək Silahlı Qüvvələrimizi, Azərbaycan əsgərini, həmçinin hakimiyyət və hüquq mühafizə orqanlarını gözdən salmaq, onlara inamsızlıq yaratmaq, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə xələl gətirmək məqsədilə sosial media səhifələrində əhali arasında çaşqınlıq, ölkədə qarışıqlıq yaratmağa yönələn məlumatlar yaymağa başlamış və dövlət əleyhinə açıq çağırışlar ediblər.

İyulun 12 və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin tərtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.

DTX Elçin Quliyevin müavini və yüksək vəzifəlilərin həbsi ilə bağlı məlumat yaydı - RƏSMİ

VuVu Uma - 4 месяцы тому назад
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.

Oxu.Az-a daxil olan məlumatda bildirilir:

Azərbaycan Respublikasının Prezidenti lham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən inkişaf siyasətinin mərkəzində aşkarlıq və şəffaflığın təmin olunması, vətəndaşa layiqli xidmət missiyası dayanmaqla dövlət idarəçiliyinin əsas prioritetini vətəndaş məmnuniyyətinin təmin edilməsi, onları narazı salan halların aradan qaldırılması təşkil edir.

Təəssüf ki, ölkə başçısının müəyyən etdiyi siyasi kursun əksinə olaraq, son dövrlərdə bəzi məmurların timsalında vəzifə səlahiyyətlərindən öz şəxsi və maddi maraqları naminə sui-istifadə halları müşahidə olunur. Cəmiyyətimiz tərəfindən ikrahla qarşılanan bu kimi əməllər qətiyyətlə ifşa edilir və belə hərəkətlərə yol verən məmurlar qanun qarşısında cavab verirlər. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin və toxunulmazlığının, o cümlədən sərhəd sularında rejimə əməl olunmasının təmin edilməsində bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Son dövrlər Azərbaycan Respublikası vətəndaşlarının Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları, müqabil tərəfdən silah tətbiqi nəticəsində insan tələfatı və onların tutulub saxlanılmaları ilə bağlı baş vermiş hadisələr həmin tədbirlər çərçivəsində araşdırılıb.

Keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə alıblar. İstintaq zamanı müəyyən edilib ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilib, Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarıb.

Məhkəmə qərarları əsasında DSX-nin adıçəkilən vəzifəli şəxslərinin xidməti otaqlarına və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı onların qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

DTX-nin saxladığı general kimdir?

VuVu Uma - 4 месяцы тому назад
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Əfqan Nağıyev barəsində dövrü mətbuatda yetərli məlumat olmasa da, onun uzun illərdir Sahil Mühafizəsinə nəzarət etdiyi dəqiqdir.

O, bu sahədə polkovnik-leytenant rütbəsindən general-leytanant rütbəsinə qədər yüksəlib. Ə. Nağıyev 2004-cü ildə polkovnik-leytenant ikən Sərhəd Qoşunlarının yaradılmasının 85-ci ildönümü münasibətilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Əfqan Nağıyev növbəti dəfə 2008-ci ildə təltif edilib. Həmin vaxt polkovnik olan Nağıyev, Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Ə.Nağıyev 1 il sonra isə Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü mü­na­sibətilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

2012-ci ildə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi Əfqan Vəli oğlu Nağıyevə general-mayor rütbəsi verilib. 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.

DTX-nin tutduğu nazir müavini və xidmət rəisini gözləyən cəzalar - HÜQUQİ İZAH

VuVu Uma - 4 месяцы тому назад
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mayın 8-də keçirdiyi əməliyyatla Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanılıblar.

Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmədə təqsirləndirilir.

Məhkəmənin qərarı ilə onlar barələrində Cinayət Məcəlləsinin müvafiq maddələri həbs-qətimkan tədbiri seçilib.

Bəs həmin məmurları hansı cəza gözləyir?

Oxu.Az mövzunu araşdırmağa çalışıb.

Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək əməllərinə görə məsuliyyət Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə müəyyən edilir.

Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə üç ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Şəxs tərəfindən eyni əməllər külli miqdarda törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum edilir.

Burada “Xeyli miqdar” dedikdə əlli min manatdan iki yüz əlli min manatadək olan məbləğ, “külli miqdar” dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.

Cinayət Məcəlləsinin 179-cu maddəsi isə mənimsəmə ilə bağlıdır.

Mənimsəmə üçün ən ağır cəza 10 il azadlıqdan məhrum edilməkdir.

Cinayət Məcəlləsinin 313-cü maddəsi vəzifə saxtakarlığına görə cəzaları müəyyən edir.

Deputat məmurları DTX-nin əməliyyatlarından ibrət götürməyə çağırdı

VuVu Uma - 4 месяцы тому назад
Milli Məclisin deputatı Rüfət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yüksək vəzifəli məmurlara qarşı keçirdiyi anti-korrupsiya əməliyyatlarına münasibət bildirib.

R.Quliyev Oxu.Az-a açıqlamasında deyib ki, bir çox ölkədə dəyişikliklər gedir və bu, dialektik bir prosesdir.

“Proses tələb edir ki, iqtisadiyyatda, qanunvericilik sahəsində islahatlar aparılırsa, bu, kadr siyasətində, idarəetmədə də həyata keçirilməlidir. Kəmiyyətin keyfiyyətə keçidi üçün islahatların kompleks xarakter alması vacibdir”, - deyə R.Quliyev əlavə edib.Millət vəkili bildirib ki, Azərbaycanda genişmiqyaslı islahatlar həyata keçirilir:

“Bu islahatların tərkib hissəsi kadr təyinatları ilə bağlıdır. 2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən sonra kadr islahatları daha da geniş vüsət aldı. Prezident İlham Əliyev dəfələrlə məmurlara tapşırıq verib ki, vətəndaşlarla ünsiyyət qursunlar, onların maraqlarına xidmət etsinlər”.

R.Quliyevin sözlərinə görə, bəzi məmurlar vətəndaşların problemləri ilə maraqlanmır və şəxsi mənafelərini ön plana çıxarırlar.

Parlament üzvünün fikrincə, DTX-nin korrupsioner məmurlara qarşı əməliyyatlar keçirməsi normal prosesdir.

“Bu proses davam edəcək, daha da genişmiqyaslı olacaq”, - deyən R.Quliyev əlavə edib ki, DTX-nin əməliyyatları digər məmurlara da dərsdir.Deputat məmurlara çağırış da edib:

“Digər məmurlar da bu dərsdən ibrət almalıdır. Onlar bilməlidirlər ki, bu proses davam edir, dayanmır. Məmurlar başa düşməlidirlər ki, artıq geriyə yol yoxdur. Onlara çağırışım budur ki, vətəndaşlara daha çox qayğı göstərsinlər, onların problemlərinin həllinə çalışsınlar. Məmurlar gələcəyi düşünməlidirlər ki, bir neçə il sonra insanlar onları yaxşı xatırlasınlar”.

Qeyd edək ki, son bir neçə gündə DTX-nin əməliyyatları ilə Biləsuvar və İmişlinin icra başçıları (Mahir Quliyev və Vilyam Hacıyev) saxlanılıblar.

Prezident İlham Əliyevin sərəncamları ilə M.Quliyev və V.Hacıyev vəzifələrindən azad olunublar.

DTX Mədəniyyət Nazirliyindəki əməliyyatla bağlı məlumat yaydı - RƏSMİ

VuVu Uma - 4 месяцы тому назад
Azərbaycan xalqının mədəni-tarixi irsi hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bununla bağlı DTX məlumat yayıb.

Bildirilib ki, aparılan araşdırmalarla, Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.Davam edən cinayət işi üzrə, mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılır.

Həmçinin, araşdırmalar nəticəsində, Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib.

Azərbaycanda daha bir vəzifəli şəxs tutuldu

VuVu Uma - 5 месяцы тому назад
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılıb, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, ünvanlılığın və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlər əldə edilib.

Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək mənfi amillərə, geniş əhali kateqoriyasına görə sosial-müdafiə sferasının mühüm komponentlərindən olan əmək və pensiya təminatı sistemində baş verə biləcək sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb olunması istiqamətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətlərinin daxil olan birgə məlumatında bildirilir ki, həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Cəlilabad rayon şöbəsində vətəndaşlardan dövlət sosial yardım və pensiya təyin olunması müqabilində rüşvət tələb edilməsi barədə daxil olmuş əməliyyat məlumatı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi Pərviz İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.

DTX icra başçısının həbsi ilə bağlı məlumat yaydı

VuVu Uma - 5 месяцы тому назад
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatla bağlı məlumat yayıb.

Bildirilib ki, toplanılmış materiallar üzrə, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də, ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin, Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, Vilyam Hacıyevin tabeliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də, rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

Vilyam Hacıyevin həbsi: “DTX işini vicdanla yerinə yetirir” - MÖVQE

VuVu Uma - 5 месяцы тому назад
Milli Məclisin deputatı Fazil Mustafa İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin həbsinə münasibət bildirib.

F.Mustafa Oxu.Az-a açıqlamasında deyib ki, həbs olunan icra başçıları, o cümlədən Vilyam Hacıyev uzun müddət rəhbərlik etdikləri rayonlarda özlərini nəzarətsiz hiss ediblər.

Deputatın fikrincə, həmin icra başçıları rayonlarda dövlət strukturlarını özlərinə tabe etdirərək, özbaşınalıqla məşğul olublar.

Millət vəkili Ağstafanın, Yevlaxın, Neftçalanın, Biləsuvarın, İmişlinin icra başçılarının həbsinin cəmiyyətdə müsbət impulslar yaratdığını bildirib:

“Hamı bunun ədalətli olduğunu dilə gətirir. Çünki rayonlarda həmin icra başçıları insan faktoruna diqqət yetirməyiblər. Onlar yerlərdəki məmurları da öz qanunsuz əməllərinə qoşublar. Bu icra başçıları rəhbərlik etdikləri rayonlara istirahət yeri kimi baxıblar. “Burda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə fəaliyyət göstəriblər”.

F.Mustafanın fikrincə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) özbaşınalıq edən icra başçılarını saxlamaqla öz funksional fəaliyyətini daha operativ və işini vicdanla yerinə yetirir.

Onun sözlərinə görə, DTX-də kadr dəyişikliklərindən sonra korrupsiyanın qarşısının alınması istiqamətində fəaliyyət intensivləşdi.

F.Mustafa Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizədə açıq iradə ortaya qoyduğuna da diqqət çəkib:

“Prezident korrupsiyaya qarşı qətiyyətli mübarizə kursunu seçib. Dövlət başçısı bu iradəni açıq şəkildə vətəndaşa elan edir ki, vətəndaşların da bu prosesdə fəallığı, dəstəyi olsun. Prezident yeni təyin olunan hansısa icra başçısını qəbul edəndə televiziyadan birbaşa verir, bunları vətəndaşlara da eşitdirir”.

Məhkəmə DTX-nin həbs etdiyi məmurla bağlı qərar verdi

VuVu Uma - 5 месяцы тому назад
Rüşvətdə ittiham olunan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov barəsində olan məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Oxu.Az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, M. Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə şikayət təmin olunmayıb.

Qeyd edəki, aprelin 28-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə Məhərrəm Əhmədov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Baş prokuror yanında Korrupsiya İdarəsi tərəfindən Məhərrəm Əhmədovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.

Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumat yayıb. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında DTX və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış tədbirlərlə Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyənləşib.

Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkarlanıb və müəyyənləşib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12 400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimib.

Bununla yanaşı, baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb.

Fakta görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb, Məhərrəm Əhmədov şübhəli şəxs qismində tutulub.

DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi

VuVu Uma - 5 месяцы тому назад
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana külli miqdarda narkotik vasitə və psixotrop maddənin Azərbaycanın gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

DTX-dən verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Azərbaycan vətəndaşı İsmayılov İsrafil Yuri oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, daşınmasında və qaçaqmalçılığında şübhəli şəxs qismində saxlanılıb, sonuncunun idarə etdiyi motosikletə və üzərinə keçirilmiş baxış zamanı külli miqdarda narkotik vasitə - 15 kiloqram 346 qramdan artıq heroin və psixotrop maddə olan 962,1 qram metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işi başlanılıb, İsrafil İsmayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Yurddaş” rəhbəri Biləsuvarın həbs olunan icra başçısı barədə: “Layiqli cəzasını alacaq”

VuVu Uma - 5 месяцы тому назад
Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyasına qarşı Azərbaycan dövləti qəti tədbirlər həyata keçirir. Bu istiqamətdə görülmüş işlər, qəbul edilmiş təxirəsalınmaz qərarlar ölkəmizin həmin bəladan minimum itkilərlə çıxmasına zəmin yaradır.

Ancaq dövlət aparatında çalışan, nəinki iqtidara, eyni zamanda, dövlətçiliyə, xalqa əks mövqedə duran insanlar var.

Onlar ölkəmizdə pandemiya dövründə aparılan sosial dəstək siyasətinə qarşı hüquqa və mənəviyyata sığmayan hərəkətlər ediblər.Çoxsaylı şikayətlər, korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakını talama ittihamları ilə həbs olunmuş Ağstafa, Yevlax, Neftçala rayon icra hakimiyyətlərinin başçılarının taleyindən nəticə çıxarmayan növbəti şəxs Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısıdır.

Prezident İlham Əliyev dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqlar verib.

Buna baxmayaraq, Biləsuvarın icra başçısı dövlətin mənafeyinə ciddi zərbə vurub, pandemiya dövründə ehtiyacı olan şəxslərə dövlət tərəfindən ayrılmış maddi dəstəyi qanunsuz olaraq mənimsəyib.

Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılacaqlar.

Mövzu barədə Oxu.Az-a danışan “Yurddaş” Partiyasının sədri Mais Səfərli deyib ki, bəzi məmurlar ən həssas dönəmdə belə özlərinin çirkin əməllərindən əl çəkmirlər:“Belə şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər. Onlar xalqa qanunların diktə etdiyi şəkildə xidmət etmirlər, öz maraqlarını hər şeydən üstün tuturlar. Biləsuvarın icra başçısı Mahir Quliyev karantin rejimi ilə əlaqədar yardıma ehtiyacı olan insanlara sosial dəstək çərçivəsində ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsini mənimsəyib. O, həm də icra hakimiyyətinin sərəncamında olan vəsaitlərdən öz mənafeyi naminə istifadə edib”.Partiya sədrinin sözlərinə görə, Mahir Quliyevin əməlləri dövlətin sərt münasibəti ilə qarşılaşdı.

“Onu qandallayıb məhkəmə qarşısına çıxardılar. Barəsində həbs-qətimkan tədbiri seçildi. Əminəm ki, o, layiqli cəzasını alacaq”, - deyə M.Səfərli əlavə edib.

Partiya sədri düşünür ki, bütün bunlar Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparıldığının göstəricisidir:

“Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə həyata keçirilən islahatların, kadr dəyişikliklərinin mühüm göstəricilərindən biridir. Dövlət başçısı dəfələrlə deyib ki, xalqa xidmət etməyən məmurlar bizə lazım deyil”.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) aprelin 29-da keçirdiyi əməliyyatla Biləsuvarın icra başçısı Mahir Quliyev saxlanılıb.

Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Partiya sədri: “Xalq arasında Mahir Quliyev kimilərə dərin nifrət var”

VuVu Uma - 5 месяцы тому назад
“Azərbaycanda hələ də yerli icra hakimiyyəti orqanlarında mafioz qruplar “at oynatmaq” istəyirlər”.

Bunu Oxu.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Biləsuvarın icra başçısı Mahir Quliyevin həbsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bəzi icra başçıları dövlətin apardığı islahatlara kölgə salırlar.“Cənab Prezident İlham Əliyev dəfələrlə deyib ki, məmur xalqın xidmətçisi olmalıdır. Amma Mahir Quliyev və onun kimi digər həbs olunan icra başçıları xalqın xidmətçisi yox, qənimi olublar”, - deyə H.Hacıyev bildirib.Partiya sədri qeyd edib ki, Ağstafanın, Yevlaxın, Neftçalanın icra başçıları (Nizaməddin Quliyev, Qoca Səmədov və İsmayıl Vəliyev - red.) həbs edildikdən sonra digərləri bundan ibrət götürmədilər:

“Biləsuvarın icra başçısı Mahir Quliyevin tutulması yerində atılan addım idi. Görün, nə qədər vicdansız insandır ki, xalqın haqqı olan pulu mənimsəyir. Xalq arasında Mahir Quliyev və onun kimi icra başçılarına dərin nifrət var”.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mahir Quliyevin saxlanılması ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, Biləsuvarın icra başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq bir hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Eyni zamanda, Mahir Quliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə, vətəndaşlardan müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla, ümumilikdə, təkrarən rüşvət tələb edilərək alınmasına əsaslı şübhələr müəyyənləşib.

Bu məqsədlə aprelin 29-da DTX Biləsuvar rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilmiş baxış zamanı həmin pul vəsaitləri, müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb.

DTX Azərbaycanda icra başçısının tutulması ilə bağlı məlumat yaydı

VuVu Uma - 5 месяцы тому назад
Azərbaycan ərazisində xüsusi karantin rejiminin tətbiq edildiyi, dövlət strukturlarının fəaliyyətinin əhalinin sağlamlığının qorunması istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırma tədbirləri həyata keçirilməkdədir.

Toplanılmış materiallar üzrə, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunmuşdur.

Bundan başqa, Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Eyni zamanda, Mahir Quliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə, vətəndaşlardan müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə təkrarən rüşvət tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilmiş baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения