Тег: dil


Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı - RƏSMİ

VuVu Uma - 5 месяцы тому назад
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.

Operativ Qərargahdan daxil olan məlumata görə, eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib.

Məhdudiyyətlərin yumşaldılması mövcud sanitar-epidemioloji vəziyyət, xəstə sayı və yoluxma sürəti əsas götürülərək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçirilir.

Bununla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən:

dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olunur (fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən ediləcəkdır);

“DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;

xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;

bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;

bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən:

yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;

“DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;

dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa olunur;

restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);

bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülür;

qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur (ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla);

xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;

bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;

bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur;

Xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

Adil Əliyev: Ermənistanın beynəlxalq aləmdə növbəti fiaskosu

VuVu Uma - 6 месяцы тому назад
Bu gün bütün dünyada koronavirus (COVID-19) infeksiyası tüğyan edir və fövqəldövlətlər bu xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görmələrinə baxmayaraq, hələ də acizdirlər. Təəssüflər olsun ki, xəstəliyin yaratdığı fəsadlar ciddidir və nəticələrin aradan qaldırılması istiqamətində bütün dünya səfərbər olub. Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində xəstəliyin ölkəmizdə geniş yayılmasının qarşısı alınıb, habelə məsuliyyətli vətəndaşların müvafiq qurumların göstərişlərinə tabe olmasına görə xəstəliyə yoluxma halları digər ölkələrlə müqayisədə cüzidir.

Bu gün dünyada xəstəliyin yayılma vəziyyəti o qədər ciddidir ki, dünyada inanılması çətin olan proseslər gedir. Məsələn, aralarında uzun müddətdir “soyuq müharibə” davam edən Rusiya Federasiyası Amerika Birləşmiş Ştatlarına humanitar yardım göstərir, əvəzində ABŞ neftin qiymətinin balanslaşdırılması və hasilatın normallaşdırılması məqsədilə Səudiyyə Ərəbistana müraciət edir. Eyni zamanda, ayrı-ayrı ölkələrə göndərilən humanitar yardım sərhəd ölkələr tərəfindən ələ keçirilir, əvəzi ödənilmədən icazəsiz olaraq müsadirə edilir.

Bu xoşagəlməz hadisələrin fonunda daha mənfur bir addım yenə də Ermənistan hakimiyyəti tərəfindən atılır. Ermənistan hakimiyyəti ölkəsində geniş yayılmış pandemiyanı gizlətmək, habelə yarıtmaz vəziyyətdə olan səhiyyə sistemini diqqətdən yayındırmaq məqsədilə martın 31-də Dağlıq Qarabağda qondarma rejimin “seçki” keçirdiyini açıqladı.

Bu fikirləri AZƏRTAC-a Milli Məclis Sədrinin müavini Adil Əliyev söyləyib.

Adil Əliyev deyib ki, koronavirus infeksiyasının yayılması ilə əlaqədar Avro-2020, Eurovision, Formula 1 kimi bütün dünyanın diqqət mərkəzində olan idman və mədəni yarışların dayandırıldığı bir vaxtda, dünya ölkələri “gözəgörünməz” düşmənə qarşı mübarizə apararkən bizim düşmənimiz həmişəki kimi yaranmış vəziyyətdən sui-istifadə etdi. Qondarma rejim tərəfindən keçirilməsinə cəhd göstərilən “parlament və prezident seçkiləri” Ermənistan hökuməti istisna olmaqla heç bir ölkə tərəfindən tanınmadı. Bir çox nüfuzlu beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmamaqla yanaşı, “seçkilər” adı verilən bu hadisənin beynəlxalq hüquqa, insan haqlarına, dövlətlərin ərazi bütövlüyü prinsipinə kəskin şəkildə zidd olduğu bir daha ifadə edildi.

Ermənilərin zəbt olunmuş ərazilərdə analoji “seçki şouları” təşkil etməsi birinci dəfə deyil, hər dəfə Ermənistan hakimiyyəti çətinliyə düşəndə qondarma rejimdə özlərinə arxa tapmağa cəhd edir.

“Seçkilər”in keçirilməsi ərəfəsində “Nyu York Times” qəzeti kimi dünyanın ən qabaqcıl mətbuat orqanı Ermənistan hökuməti tərəfindən işğal edilmiş Azərbaycan ərazisində “seçkilər”in keçirilməsi barədə məlumat yaydı və Dağlıq Qarabağda yaradılmış qondarma rejimin bu günə qədər heç bir ölkə tərəfindən tanınmamasını oxucuların diqqətinə çatdırdı.

Vəziyyətin bu yerində, həmçinin İndoneziyadan Ermənistan rejiminə müraciət edildi ki, Azərbaycan Respublikasının ərazisi olan Dağlıq Qarabağda beynəlxalq hüququn ən ali prinsiplərini pozmaqla işğal edilmiş ərazidə “prezident və parlament seçkiləri”nin keçirilməsini dayandırın. Belə ki, İndoneziyanın ən nüfuzlu mətbuat orqanı olan “Jakarta Post” tanınmayan qurumda qondarma rejimin yaratdığı saxta seçkinin keçirilməsinin tam qanunsuz olduğunu bildirib.

İşğal edilmiş ərazilərdə keçirilən son qanunsuz “seçkilər”ə Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən verilən sərt açıqlamada “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsindəki görüşlərin keçirildiyi bir dövrdə işğal altındakı torpaqlarda saxta “seçkilər” təşkil edilməsinin sülh yolu ilə uzunmüddətli həllə yönəldilən cəhdlərə zərbə vuran bir təhrik olduğu vurğulanır.

“Seçkilər” adı altında keçirilən kütləvi tədbirlərlə əlaqəli bəyanatlardan biri də Avropa İttifaqı (Aİ) tərəfindən verilib. Avropa İttifaqı bir daha xatırladıb ki, bu “seçki”nin baş tutduğu hüquqi baza və konstitusiya tanınmır, Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticəsinə xələl gətirə bilməz.

NATO-nun Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”in NATO tərəfindən tanınmaması barədə yaydığı analoji məlumatda həmin hadisənin işğal edilmiş ərazilərin statusuna heç bir təsirinin olmamasını qeyd edib.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımadığını və Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində seçkilərin keçirilməsini BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrinə zidd hesab etdiyini bildirib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda qondarma “prezident və parlament seçkiləri”ni pisləyib.

Qoşulmama Hərəkatının üzv ölkələri də martın 31-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma "seçkilər”i tanımadıqlarını və qanunsuz hesab etdiklərini bildirib, bununla əlaqədar 120 ölkə tərəfindən birlikdə qətnamə qəbul ediblər.

GUAM ölkələri, Norveç, Böyük Britaniya, Rumıniya və bu gün xəstəliyin ən çox fəsad verdiyi bir ölkə olan İtaliya belə Azərbaycanın işğal edilmiş ərazilərində keçirilmiş qondarma “seçkilər”in tanınmaması barədə qəbul edilmiş bəyanatlarda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində martın 31-də keçirilmiş qondarma "prezident və parlament seçkiləri”nin qanunsuz olmasını bir daha təsdiq ediblər.

Hətta vəziyyət o yerdədir ki, Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi Maykl Seibert açıqlamasında seçkilərin Almaniya hökuməti tərəfindən birmənali olaraq tanınmamasını, atılan addımların yalnız münasibətlərin qəlizləşdirilməsinə yönəlməsini bildirib və Ermənistan hökumətini seçkilərin keçirilməsindən imtina etməyə çağırıb.

Aydındır ki, Nikol Paşinyan hazırda özünə müttəfiq tapmaq və ölkəsində itirilmiş nüfuzunu bərpa etmək üçün yenidən “seçki” şousunu gündəmə gətirir, lakin özü də başa düşmədən Ermənistanın terrorçu dövlət olduğunu beynəlxalq müstəvidə bir daha təsdiq edir. Anlayır ki, aprelin 14-nə təxirə salınmış seçkilərin ləğv edilməsindən və Azərbaycanın əzəli və əbədi torpaqlarının azad edilməsindən başqa yolu yoxdur.

Rayonlar Bakıya axışmaq istəyir: Minlərlə maşın geri qaytarılıb - RƏSMİ AÇIQLAMA

VuVu Uma - 6 месяцы тому назад
“Martın 19-dan bu günə qədər dörd mindən çox nəqliyyat vasitəsi, çox sayda insan geri qaytarılıb”.

Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin mövcud qərarına baxmayaraq, insanlar qaydalara riayət etmək istəmir:“Qaydalar qüvvəyə mindiyi gündən bu günə qədər dörd mindən çox nəqliyyat vasitəsi geri qaytarılıb. Təkcə ötən sutka ərzində Bakı-Ələt yolunda 814 avtomobil, Bakı-Şamaxı yolunda 182, Bakı-Quba yolunda isə 114 avtomobil geri qaytarılıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 19-da, saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunub.

Bununla bağlı dəfələrlə media vasitəsilə məlumat verilib. Lakin buna baxmayaraq, insanlar həm öz, həm də ətrafdakı insanların sağlamlıqlarını təhlükə qarşısında qoyacaq addımlar atırlar”.

K.Əliyev onu da bildirib ki, rayon qeydiyyatında olan şəxslərin çoxu yük maşınlarının içərisində paytaxta keçməyə cəhd ediblər:

“Yük maşınlarının (ərzaq məhsulları, kənd təsərrüfatı malları və digər yükləri daşıyan yük maşınları) sürücülərinin harada qeydiyyatda olmasından asılı olmayaraq, onların şəhərə giriş-çıxışına icazə verilir. Lakin onların Bakı, Sumqayıt, Abşeron qeydiyyatında olmayan hər hansı bir şəxsi maşında gətirməsinə icazə yoxdur.

Школьник вырвался из пасти крокодила благодаря находчивости

VuVu Uma - 6 месяцы тому назад
Находчивость и быстрая реакция помогли девятикласснику из бангладешского города Багерхат вырваться из пасти крокодила. Об этом сообщает местное издание The Daily Star.

Нападение произошло, когда 15-летний Шейх Ракиб (Sheikh Rakib) купался в пруду перед гробницей хана Джахана Али. В этом пруду живут по меньшей мере четыре болотных крокодила. «Откуда ни возьмись появляется крокодил, хватает меня за правую ногу и тащит в воду, — рассказывает он. — Я стал бить его кулаком по глазам и ноздрям, и в какой-то момент он меня отпустил. Я сразу же выбрался на берег».

Школьника доставили в больницу. Там медики обработали и перевязали полученные им раны. Его жизни ничего не угрожает.

Болотные крокодилы обитают на территории Индостана и прилегающих стран. Средняя длина самца — от 3,2 до 3,5 метра при весе до 200 килограммов, однако доминантные особи могут вырастать до 4,5 метра и весить до 450 килограммов

Azərbaycanın milli aviadaşıyıcısı bütün istiqamətlər üzrə biletləri dəyişməyə hazırdır

VuVu Uma - 6 месяцы тому назад
Koronavirus infeksiyası COVİD -19 ilə bağlı dünyadakı vəziyyət ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısının rəhbərliyi sərnişinlər istədikdə bütün ləğv edilmiş istiqamətlər üzrə biletlərin qaytarılması və dəyişdirilməsi, həmçinin, fəaliyyətdə olan istiqamətlər üzrə biletlərin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.

Beləliklə, “Azərbaycan Hava Yolları” aviaşirkəti və aşağıbüdcəli “Buta Airways” aviadaşıyıcısının bütün ləğv olunmuş (və yaxud gələcəkdə ləğv olunacaq) istiqamətləri üzrə istənilən tarif üzrə əldə olunmuş biletlərin qaytarılması və ya dəyişdirilməsinə icazə verilir.

Sərnişinlər cəriməsiz şəkildə biletin geri qaytarılmasını rəsmiləşdirə və həmin aviabiletin tam dəyərini geri ala, istiqaməti və uçuş tarixini dəyişdirə bilərlər.

Həmçinin, sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən yerinə yetirilən bütün reyslərə rəsmiləşdirilən aviabiletlərin sərnişinin 31 mart 2020-ci il tarixinədək müraciətinə əsasən aşağıdakı şərtlərə əməl olunaraq dəyişdirilməsinə icazə verilir:

- yeni aviabiletlərin uçuş tarixi 31 dekabr 2020-ci il tarixindən gec olmamalıdır;

- biletin dəyişdirilməsi zamanı tarifin maksimal etibarlılıq müddəti tətbiq olunur;

- hər aviabilet bronlaşdırma sistemində başqa tarixə eyni xidmət sinfi mövcud olduğu halda cəmi bir dəfə cərimə tətbiq olunmadan dəyişdirilə bilər;

- eyni bronlaşdırma sinfi mövcud olmadıqda siniflər arasındakı tarif fərqi sərnişin tərəfindən ödənilməlidir.

Bundan əlavə, Azərbaycanın Milli aviadaşıyıcısı cari ilin may ayının sonunadək bəzi tariflərin brendlərində aviabiletlərin geri qaytarılması və dəyişdirilməsi qaydalarına dəyişikliklər edir. Belə ki, 14 mart tarixindən 31 may tarixinədək əldə olunan aviabiletlər üçün aşağıdakı tariflərdə yenidən təxsisetmə və biletlərin geri qaytarılması ilə bağlı cərimələr üzrə bütün məhdudiyyətlər götürülür: “AZAL” aviaşirkətinin “Economy Flex” tarifi və “Buta Airways” aşağıbüdcəli aviaşirkətinin “SUPER” tarifi.

Bu halda, sərnişinlər aşağıdakı hüquqlara malikdirlər:

- əldə olunmuş aviabiletin geri qaytarılmasını rəsmiləşdirmək və həmin aviabiletin tam dəyərini geri almaq – uçuşdan həm əvvəl, həm də sonra;

- uçuş vaxtını ilkin yola düşmə və təyinat məntəqələrinin və xidmət sinfinin saxlanılması ilə yenidən təxsisetməyə görə cərimə tutulmadan daha münasib vaxta keçirilməsini uçuşdan həm əvvəl, həm də sonra rəsmiləşdirmək.

Hazırkı qaydalar “AZAL” və “Buta Airways” aviaşirkətlərinin “Economy Flex” və “SUPER” tariflərinin brendlərinin tətbiq olunduğu bütün istiqamətlərinə şamil olunur.

Aviaşirkətin rəsmi saytında onlayn rejimdə alınan aviabiletin geri qaytarılması üçün [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzi və yaxud saytımızdakı əks əlaqə forması: https://help.azal.az/hc/az/requests/new vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Aviabilet turizm şirkətindən və ya agentlikdən əldə olunduğu təqdirdə müvafiq turizm agentliyinin satış kassalarına müraciət etməyiniz xahiş olunur.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения