Тег: derman


Koronavirusun müalicəsində bu dərman ölümə səbəb ola bilər

VuVu Uma - 6 месяцы тому назад
“Xloroxin” (Chloroquinum) dərman preparatı yeni tip koronavirusun müalicəsində ölümcül təhlükəlidir.

Lenta.ru xəbər verir ki, bu barədə “Banner Health” qeyri-kommersiya səhiyyə təşkilatının saytında dərc olunan press-relizdə məlumat verilib.

Məlumatda vurğulanıb ki, koronavirusa yoluxma zamanı malyariyanın müalicəsi və qarşısının alınması üçün nəzərdə tutulan “xloroxin”i qəbul etmək yolverilməzdir.

“İnsanların infeksiyanın qarşısını almaq və ya müalicə etmək üçün yeni yollar axtarmağa çalışdıqlarını başa düşürük, ancaq özünümüalicə bu problemi həll etmir”, - deyə ABŞ-ın Arizona ştatının Feniks şəhərindəki tibb mərkəzinin direktoru Daniel Bruks bildirib.

Xəbərdarlıq 60 yaşlı cütlüyün tərkibində “xloroxin” olan dərmanı qəbul etməsindən sonra dərc olunub. Onlar Donald Trampın iştirak etdiyi mətbuat konfransında bu dərmanın faydası barədə eşidiblər. Bu vaxt yadlarına düşüb ki, akvariumu təmizlədikləri vasitənin tərkibində “xloroxin” var. Cütlük ibtidai tədbir kimi bu preparatdan az miqdarda qəbul edib.

“Biz koronavirusa yoluxmaqdan çox qorxurduq”, - deyə qadın etiraf edib. Onun sözlərinə görə, dərman qəbul etdikdən 20 dəqiqə sonra halları pisləşib.

“Mən qusmağa başladım, yoldaşımın isə nəfəs almasında problem yarandı”, - deyə qadın bildirib.

Yarım saat ərzində onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Kişinin həyatını xilas etmək mümkün olmayıb. Ağır vəziyyətdə olan qadın isə həkimlərin nəzarəti altındadır.

Həkimlər vətəndaşlara özbaşına dərman müalicəsini qəti şəkildə qadağan edir və koronavirus əlamətləri görünərsə, dərhal təcili yardımla əlaqə saxlamağı məsləhət görürlər.

Bu apteklərdə dərman vasitələri, tibbi spirt və maskaların satışında nöqsanlar aşkarlandı - SİYAHI

VuVu Uma - 7 месяцы тому назад
Dərman vasitələrinin, habelə tibbi spirt və maskaların qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən intensiv monitorinq və yoxlamalar davam etdirilir.

Oxu.Az xəbər verir ki, aparılmış yoxlamalar zamanı bir sıra apteklərdə dərman vasitələrinin satışında qiymət intizamına əməl olunmadığı aşkar edilib, müvafiq protokollar tərtib edilərək, toplanmış sənədlər məhkəmə orqanlarına göndərilib.

Nöqsanlar aşkarlanan apteklər aşağıdakılardır:

- “Buta Farm” MMC-nin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 30A və Nəsimi rayonu, S.Vurğun küçəsi, 112 ünvanlarında yerləşən apteklərində,

- “Zeytun Pharmaceuticals” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, 69, Yasamal rayonu, H.Zərdabi prospekti, 89 və N.Hikmət küçəsi, 26/27 ünvanlarında yerləşən apteklərində,

- “Vita Aptekləri” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 18A ünvanındakı aptekində,

- “İntermed Plyus” MMC-yə məxsus Sumqayıt şəhəri, məhəllə 40 ünvanındakı aptekdə;

- “Dokta” MMC-nin Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, 78B ünvanında, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 62 və Şəki şəhəri, M.Rəsulzadə küçəsində yerləşən apteklərində.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения