Тег: cinayet

Qubada cinayətkar dəstənin üzvləri tutuldu

VuVu Uma - 6 месяцы тому назад
Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib.

Belə ki, şöbə əməkdaşları keçirilən tədbirlərlə rayon sakini Ümid Mirzəyev rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə Ü.Mirzəyevin üzərinə keçirilən şəxsi baxış zamanı ondan iki bükümdə çəkisi 0,439 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Ü.Mirzəyev ifadəsində narkotik maddəni rayon sakini, əvvəllər məhkum olunmuş Adil Nəsrullayevdən 20 manata aldığını bildirib.Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan A.Nəsrullayev də şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı bir bükümdə çəkisi 0,576 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Keçirilmiş tədbirlərlə A.Nəsrullayevin narkotik maddələri əldə etdiyi mənbə də müəyyənləşdirilib. Polis əməkdaşları tərəfindən ona satmaq üçün narkotik vasitəni verən rayon sakini, “Qara Zaur” kimi tanınan Zaur Ömərov da tutularaq istintaqa təqdim olunub.

Saxlanılan zaman onun üzərindən iki ədəd kağız bükümdə çəkisi 1,033 qram, yaşadığı evdən isə ümumi çəkisi 1.4 qram olan üç bükümdə və 240 qram olan sellofan torbada saxladığı qurudulmuş marixuana, eləcə də dibçəklərdə yetişdirdiyi 11 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Bundan əlavə, Z.Ömərov saxlanılan zaman onunla birlikdə narkotik maddə istifadə edən dostu Seymur Hacıyev də saxlanılıb.

Paytaxtda qəribə cinayət hadisəsinin üstü açıldı

VuVu Uma - 7 месяцы тому назад
İctimai təhlükəli hərəkətdən polisin diqqətini yayındırmaq üçün paytaxt sakinindən martın 14-də evindən 1150 manat pul və 1200 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı “102” Xidməti-Zəng Mərkəzinə müraciət daxil olub.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, daxil olan bütün müraciətlərin məzmunundan asılı olmayaraq, hər bir çağırışa həssas yanaşan polis müraciət üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlamaqla, oğurluq əməlində şübhəli bilinən şəxsləri müəyən edərək saxlayıb.

Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının fakt üzrə peşəkar əməliyyat tədbirləri nəticəsində şübhəli şəxslərdən - 1989-cü il təvəllüdlü, əvvəllər məhkum olunan K.Mustafayevdən 1,805 q heroin, 1,215 q xaşxaş, 0,286 q marixuana, 0,644 q həşiş, bir kapsula peraqabalin, R.Fətəliyevdən isə 8,352 q heroin aşkar olunaraq götürülüb.

Şübhəli şəxslər ətrafında aparılan araşdırmalar nəticəsində məlum olub ki, pul və qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı 1992-ci il təvəllüdlü Ə.Hüseynzadənin verdiyi məlumat yalandır. Müəyyən edilib ki, oğurluq faktı ilə şübhəli şəxs qismində saxlanılanlar aşkarlanan narkotik vasitələri Nəsimi rayonunda yaşayan Ə.Hüseynzadənin evindən oğurlayıblar. Ə.Hüseynzadə hərəkətində cinayət tərkibinin olduğu nəzərə alınaraq tutulub.

Sumqayıtda ağır cinayətlər törədən “Əmioğlu” ləqəbli şəxs tutuldu

VuVu Uma - 8 месяцы тому назад
Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində bir neçə ağır cinayət törədərək istintaqdan yayınan və barəsində axtarış elan edilən şəxs saxlanılıb.

Həyata keçirilən uğurlu əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 145.2, 226.1 (köhnə redaksiyada), 221.3, 228, 229.1, 120.1 234.1 və 182.2.4-cü maddələri ilə dəfələrlə məhkum olunmuş “Əmioğlu” ləqəbli Eldar Cabbarov tutulub. Saxlanılan zaman onun üzərindən narkotik vasitələr olan 10,480 qram heroin və 3,478 qram tiryək aşkar olunaraq götürülüb.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaq zamanı həmçinin müəyyən edilib ki, Eldar Cabbarov 2019-cu ilin sentyabrında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində tanışı Eldəniz Səmədovun “Mercedes” markalı avtomobilini və həmin nəqliyyat vasitəsinin yük yerində olan 4350 manat nağd pulu hədə-qorxu ilə tələb edərək ondan alıb.

Sumqayıt ŞPİ-də Eldar Cabbarovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun fevralın 22-dən Sumqayıt şəhəri ərazisindən idarə etdiyi “Mercedes” markalı avtomobillə birgə itkin düşmüş Zaur Mircəfərovu odlu silahla qətlə yetirdiyi də müəyyən edilib.Eldar Cabbarov həmin şəxsi qətlə yetirəndən sonra izi itirmək məqsədi ilə meyiti Abşeron rayonu Masazır qəsəbəsində tikilməkdə olan evlərin birinin zirzəmisində basdırıb. Sumqayıt ŞPİ əməkdaşları tərəfindən meyitin yeri müəyyən edilərək ekshumasiya edilib. Eldar Cabbarov qətli törədən zaman istifadə etdiyi “Makarov” markalı odlu silahı patronları ilə birgə polis əməkdaşlarına təhvil verib.

Qeyd edilən faktlarla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Eldar Cabbarov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения