Тег: cerime


Avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verildi - ŞAD XƏBƏR

VuVu Uma - 9 месяцы тому назад
Mayın 1-dən avtomobillərin arxa yan şüşələrinə jalüz pərdələrin vurulmasına icazə verilir.

Oxu.Az-ın məlumatına görə, icazə avtomobillərdə yalnız standart pərdə və jalüzlərə şamil edilir. Qəbul edilmiş standartlar üzrə bu gündən etibarən minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, avtomobillərin arxa qapılarının şüşələrinə) sənaye üsulu ilə hazırlanmış jalüzlər (pərdələr) çəkilməsinə icazə veriləcək.

Qeyd edək ki, ötən il isə ölkədə avtomobilə plyonka vuran sürücülər cərimələnmədi. Bu il də avtomobillərin şüşələrində istifadə olunan plyonkaların istifadəsi yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə avtomobillərinə plyonka vuracaq sürücülərin cərimələnib, cərimələnməməsi ilə bağlı müzakirələr gedir. Daxili işlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərə plyonka vurulması ilə bağlı məsələyə münasibət bildirib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, plyonkaların yan şüşələrə vurulmasına nə keçən il, nə də bu il heç bir icazə verilməyib:

“Sadəcə jalüzlərin istifadəsinin mövsümi xarakter daşımaması ilə əlaqədar məsələ Milli Məclisdə baxılmaq ərəfəsində olduğuna görə sürücülər məsuliyyətə cəlb edilmir”.

Əgər Milli Məclis şüşələrə dair tələblərlə bağlı qanunvericilikdə hər hansı dəyişiklik etməsə, o halda sürücülərə əvvəlcədən xəbərdarlıq ediləcək. Xəbərdarlığa məhəl qoymayanlar isə inzibati məsuliyyətə cəlb ediləcəklər. Bu icazə noyabrın 15-nə qədər qüvvədə olacaq.

Qurumlara cərimələrdən gedən pulun məbləği azaldılır - YENİLİK

VuVu Uma - 9 месяцы тому назад
“İşsizlikdən sığorta haqqında” qanunun pozulmasına görə tətbiq edilən cərimələrin məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi quruma ayrılan hissəsi azaldılacaq.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı qanunun 23-cü maddəsinə dəyişiklik təklif edilir.

Qanunun 23-cü maddəsi “Müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən ayırmalar” adlanır.

Layihəyə görə, maddənin adının “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən ayırmalar” olması təklif olunur.

Bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür.

Qanun layihəsində isə göstərilir ki, toplanan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (yalnız bir qurumdan söhbət gedir) hesabına, yeddi faizi isə dövlət büdcəsinə köçürülsün.

“Məşğulluq haqqında” qanuna da analoji dəyişiklik təklif edilir. 33.2-ci maddəyə təklif olunan dəyişikliyə əsasən, qanunun pozulmasına görə tətbiq edilən cərimələrdən toplanılan vəsaitin 18 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcək.

Qanunun hazırkı mətninə əsasən, bu rəqəm 25 faizdir, üstəgəl bu vəsaitin bir yox, bir neçə qurumun hesablarına köçürülməsi qeyd olunub.

Karantin rejimini pozan 12 nəfər həbs olundu

VuVu Uma - 10 месяцы тому назад
Gün ərzində postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə, 12 nəfər inzibati qaydada həbs olunub.

Bu barədə Oxu.Az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 1-2 aprel tarixləri ərzində Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 24-ü rayon, 190-ı paytaxt istiqamətinə olmaqla, 214 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan isə 14-ü rayon, 63-ü paytaxt istiqamətinə olmaqla, 77 nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən geri qaytarılıb.

Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postunda da vəziyyət dəyişməz olaraq qalıb. Belə ki, 68-i rayon, 88-i paytaxt istiqamətinə olmaqla 156 nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən geri qaytarılıb.

Eyni zamanda, Sumqayıt şəhərinin çıxışında yerləşən keçid postundan 395 nəqliyyat vasitəsinin, Abşeron rayonunun çıxışında yerləşən keçid postundan isə 796 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Gün ərzində 1638 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb. Zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə, 12 nəfər inzibati qaydada həbs olunub, 1243 nəfər isə cərimə olunub.

19 mart - 2 aprel tarixləri ərzində 8685 nəqliyyat vasitəsinin rayon, 24 mart- 2 aprel tarixləri ərzində isə 6380 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.

Bu avtomobil sahibləri 600 manat cərimələnəcək

VuVu Uma - 10 месяцы тому назад
“Ümumi istifadədə olan avtomobil yollarında iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkəti yolların dağılmasına, tez sıradan çıxmasına səbəb olur”.

Bunu Oxu.Az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, nəqliyyat vasitələrində artıq yük daşınması istifadəsi 30 illiyə hesablanmış yolların qısa müddətdə yararsız hala düşməsinə gətirib çıxarır:

“Məsələn, Bakı-Rusiya sərhədində avtomobil və digər yollarda bu kimi hallar baş verdi. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yollarda normadan artıq yüklə hərəkət edən avtomobillərin qarşısını almaq üçün birlikdə çalışmalıdır.

Yeni tərəzi nəzarət məntəqələri yaradılmalıdır. Bununla da yük avtomobillərinin hərəkətinə nəzarət etmək mümkün olacaq. Bu zaman üstü bağlı və nəzərdə tutulmuş tonnajı göstərilməklə artıq çəkidə yük olmayacaq”.

Ekspert bildirib ki, yük daşıyan avtomobil sahibləri qaydalara əməl etməsələr, onlar 600 manat məbləğində cərimələnəcəklər:

“Yükdaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər maşını yükləyən zaman normanı müəyyənləşdirməlidirlər. Bütün stasionar postlarda yolların tərəzi məntəqələrində ciddi nəzarət olmalıdır. Qanun qarşısında hamı bərabər olmalıdır. Hansısa məmurun şirkətinin maşınları artıq yük vuraraq yolları yararsız hala salmamalıdır”.

“Gələcəkdə yükdaşımaların həcmini digər nəqliyyat sektorlarına yönləndirmək lazımdır. Dəmiryol nəqliyyatı hazırda genişlənməkdədir. Ölkə ərazisində yükdaşımaların 80-90 faizi avtomobil nəqliyyatı sektorunun üzərinə düşür, tədricən yükdaşımaları dəmiryol vasitəsilə də aparılsa, yollar yararsız vəziyyətə düşməz”.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения