Тег: bascisi


Azərbaycanda bu icra başçısı cəzalandırıldı

VuVu Uma - 2 месяцы тому назад
Koronavirus infeksiyasına qarşı şəhərin mərkəzində və mərkəzə yaxın hissələrdə qarşıya qoyulan vəzifələr icra olunsa da, bir sıra ərazilərdə ciddi nöqsanların mövcud olduğu müəyyən edilib.

Oxu.Az xəbər verir ki, bu barədə bu gün Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhərdə aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirə zamanı məlumat verilib.

Müşavirə zamanı mart ayının 23-də şəhərin mərkəzi hissəsində və ətraf ərazilərdə dezinfeksiya işləri ilə bağlı monitorinqlərin aparıldığı bildirilib.

Belə ki, paytaxtın bir sıra rayonlarında təlimatlara riayət olunsa da, Qaradağ rayonu təmizlik sahəsində müstəqil maddi-texniki bazanın mövcud olduğu iki rayondan biri olmasına baxmayaraq, bu işlər Ələt və Lökbatan qəsəbələrində qeyri-qənaətbəxş şəkildə icra olunub. Qarşıya qoyulan vəzifələr lazımi səviyyədə təşkil olunmayıb.

Müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunub və ona xəbərdarlıqla töhmət elan edilib. Qeyd olunub ki, belə halların Qaradağda və ya başqa rayonlarda təkrar olunması xüsusi vəziyyət şəraitində işi təşkil etməyi bacarmamaq kimi qiymətləndiriləcək.

Tədbir zamanı Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və digər şəhər strukturlarına Qaradağ rayonunda aparılan dezinfeksiya işlərində yaxından kömək etmək tapşırılıb. Çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qısa zamanda bu sahədə mövcud olan nöqsanların aradan qaldırılacağına dair söz verib.

Müşavirədə qeyd olunan nöqsanlardan nəticə çıxarılmasının, verilən tapşırıqların icrasına kadrların məsuliyyətinin artırılmasının vacibliyi bildirilib və bu sahədə işlərin gücləndirilməsi üçün əlavə tədbirlər planı müzakirə edilib.

Müşavirə zamanı bildirilib ki, ölkə rəhbərliyinin tapşırığı və Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın təlimatlarına uyğun olaraq paytaxtda aparılan dezinfeksiya işləri gücləndirilib.

İcra başçısı eşşək südünü 80 manata satırmış

VuVu Uma - 3 месяцы тому назад
Fevralın 20-də Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev və onun kadrları haqda maraqlı məlumatlar yayılıb.

Moderator.az-a danışan Neftçala sakini adının çəkilməsini istəməyib.

O, icra başçısının və Neftçala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun ferması olduğunu qeyd edib:

“İsmayıl Vəliyevin rayonda bir çox obyektləri və o cümlədən, eşşək ferması mövcud idi. Burda saxlanılan eşşəyin südünü isə 80 manata satırdılar. İcra başçısının aylıq gəliri isə 2 milyon idi. Hər ay bütün məktəb direktorlarından 150, məktəb müəllimlərinin maaşından isə 10 manat tutularaq İ.Vəliyevə verilirdi. Təhsil şöbəsinin müdiri Əjdər Kərimov hər ay İ.Vəliyevə özü 2000 manat rüşvət verib”.

“Baş həkim Telman Zahidov hər ay İ.Vəliyevə 3000 manat rüşvət verirdi. Bunun üçün hər ay həkimlərin 20, tibb bacılarının maaşından isə 10 manat tutulub. Əməliyyat edən cərrahlar isə hər bir əməliyyata görə baş həkimə 100 manat pul veriblər. T.Zahidovun özünün həyətində ferması var idi. Orda təxminən 150 baş heyvan saxlayırdı. Heyvanlara isə Məşğulluq İdarəsinə cəlb edilən işçilər qulluq edirdi. Həmin işçilərə isə maaş kartı vasitəsilə 400 manat pul verilsə də, hər ay maaşlarından 200 manat tutulurdu
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения