Тег: bakida


Bakıda mühafizə polisi qadına qarşı soyğunçuluq edən şəxsi yerindəcə zərərsizləşdirib

VuVu Uma - 8 месяцы тому назад
İctimai asayişin qorunması, şahidi olduğu cinayət xarakterli hadisələrə dərhal reaksiya və bu tipli hüquqazidd əməllər törədən şəxsin yerindəcə zərərsizləşdirilməsi hər bir polis əməkdaşının öndə gələn vəzifələrindən biridir.

Vətəndaşların təhlükəsizliyinin polis əməkdaşları tərəfindən etibarlı şəkildə qorunduğunu sübut edən hadisələrdən biri paytaxtın Nizami rayonu ərazisində baş verib. Belə ki, rayonun R.Rüstəmov küçəsi, 24 ünvanında naməlum şəxs Bakı şəhər sakini T.Gərayevaya zor tətbiq edərək, onun içərisində 104 manat, mobil telefon, sənədlər və digər şəxsi əşyaları olan çantasını əlindən alaraq hadisə yerindən qaçıb.

Yaranan səs-küyə xidmətdən kənar vaxtda həmin yerin yaxınlığından keçən Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Əziz Qurbanov dərhal reaksiya verərək, qadının çantasını soyğunçuluq yolu ilə alıb qaçan şəxsi təqib etməyə başlayıb. Polis əməkdaşı çevikliyi sayəsində cinayəti törədən şəxsi yaxalayaraq, soyğunçuluq yolu ilə ələ keçirdiyi maddi sübutla birlikdə ərazi üzrə 24-cü Polis Şöbəsinə təhvil verib.

Bölmədə araşdırma aparılan zaman həmin cinayəti törədən şəxsin Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Şaiq Həsənov olduğu məlum olub və o, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində araşdırmalar davam etdirilir. Soyğunçuluq etməkdə şübhəli bilinən şəxsin digər analoji cinayətlərdə iştirak etdiyi istisna edilmir.

Bakıda alış-veriş mərkəzləri bu qaydalarla işləyəcək - RƏSMİ

VuVu Uma - 8 месяцы тому назад
Koronavirus infeksiyası (COVID-19) ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair qaydalar açıqlanıb.

Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat yayıb.

Qeyd olunub ki, bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb və 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi nəzərdə tutulub.

Həmin tədbirlərdə ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq qaydalara riayət olunaraq həyata keçiriləcəyi qeyd edilir. Bu istiqamətdə müvafiq dövlət strukturları arasında aparılmış müzakirələr əsasında koronavirus infeksiyası ilə mübarizə çərçivəsində alış-veriş mərkəzlərinin fəaliyyətini tənzimləyən aşağıdakı qaydalar müəyyən olunur:

1. Əyləncə məkanlarının, xüsusilə uşaq əyləncə məkanlarının fəaliyyətinin dayandırılması;

2. Alış-veriş mərkəzlərində yerləşən ictimai iaşə obyektlərində (kafe və restoranlarda) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən olunmuş profilaktik metodiki göstərişlərə (http://afsa.gov.az/uploads/info/warning/son_pdf158... riayət edilməsi;

3. Girişlərdə hərarət ölçmə qurğularının istifadəsilə girişdə bütün daxil olanların hərarətinin yoxlanılması (parklanma girişləri daxil olmaqla);

4. Xidmət göstərən personalın xüsusi geyim vasitələri ilə təmin edilməsi;

5. Havalandırma sistemlərinin işlək olması;

6. Sabun və su əl yuma stansiyaları mövcud olmayan yerlərdə alkoqol əsaslı dezinfeksiya dispenserlərinin quraşdırılması və saxlanması;

7. İş saatlarında dezifeksiya tədbirlərinin mütəmadi həyata keçirilməsi (əsasən işlək sahələrdə giriş-çıxış, lift, kassa və s.);

8. Qeyri-iş saatlarında tam dezinfeksiya tədbirlərinin görülməsi;

9. Alış-veriş mərkəzlərində mütəmadi gigiyena qaydaları ilə bağlı səsli anonsların verilməsi;

10. Mütəmadi olaraq maarifləndirici video çarxların nümayiş etdirilməsi, giriş və çıxışlarda WHO Covid-19 üzrə məsləhətləri ilə bağlı panoların vurulması;

11. Evlərə ərzaqların çatdırılması xidmətlərinin işə salınması;

12. Kassa qarşısında və ya digər yerlərdə növbələrin vətəndaşlar arasında iki metrlik məsafə saxlanılmaqla təşkil edilməsi;

13. Vətəndaşlara sms vasitəsilə atılacaq addımlar və mövcud məhdudiyyətlər barədə əvvəlcədən xəbər verilməsi;

14. Yerli səhiyyə şöbələri ilə mütəmadi əlaqələrin yaradılması və yerli ictimai göstərişlərə əməl edilməsi;

15. Atılacaq addımlarla bağlı alış-veriş mərkəzlərinin bütün əməkdaşlarının təlimatlandırılması (məlumat bürosu və təchizat əməkdaşları, xadimələr və s.);

16. Xəstə olan əməkdaşların əmək fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması;

Bakıda fahişələr ərəb turistləri tələyə saldı

VuVu Uma - 8 месяцы тому назад
Bakının Səbail rayonunda fahişələrin iştirakı ilə soyğunçuluq hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Badamdar qəsəbəsində yerləşən evdə kirayədə yaşayan 5 ərəb turist soyğunun qurbanı olub.Belə ki, martın 11-i gecə saatlarında Əlsayori Musallam Ömər (1996-cı il təvəllüdlü), Əlsayori Saleh Ömər (1995-ci il təvəllüdlü), Əlsayori Məhəmməd Rəis (1996-cı il təvəllüdlü), Əlsayori Yaslan Avna (1994-cü il təvəllüdlü) və Əlhadi Türki Mesfer (1997-ci il təvəllüdlü) Əhməd Rəcəbli küçəsində yerləşən “Ekstra” gecə klubuna gəliblər və orada üç fahişə ilə görüşüblər. Sonra turistlər onları qaldıqları mənzilə aparıblar.

Əyləncə zamanı qadınlardan biri səssizcə evdən çıxıb və dörd kişi ilə qayıdıb. Kişilərdən biri bıçaq çıxararaq, Əlsayori Yaslanı ayağından və kürəyindən yaralayıb, digərlərinə isə hədə-qorxu gəlib. Qadınlar ərəblərin ciblərindən 400 ABŞ dolları (680 AZN) oğurlayaraq yoldaşları ilə hadisə yerindən qaçıblar.

Zərərçəkənlər bu barədə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Şöbəsinin əməkdaşlarına məlumat veriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları soyğunçuluqda şübhəli bilinən şəxsləri - Bakı şəhər sakini Elşən Ələsgərovu (1991-ci il təvəllüdlü), Ağdam rayon sakini Ə.Nağıyevi (1995-ci il təvəllüdlü), Göyçay rayon sakinləri Pünhan Sadıqlını (1994-cü il təvəllüdlü), İsmayıl Qədirovu (1999-cu il təvəllüdlü) və Məhəmməd Mikayılovu (1998-ci il təvəllüdlü) saxlayıblar.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения