Тег: azerbydcan


Nazirlikdən koronavirusa görə veriləcək ödəmələrlə bağlı daha bir AÇIQLAMA

VuVu Uma - 4 месяцы тому назад
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlər üçün nəzərdə tutulan 190 manatla bağlı daha bir açıqlama yayıb.

Məlumatda bildirilir ki, son iki gündə 190 manat məbləğində birdəfəlik ödəməni almaq məqsədilə işsiz kimi qeydiyyata alınmaq üçün vətəndaşlar tərəfindən elektron sistemə daxil olan müraciətlərin təhlilinin nəticələrinə əsasən, bir çox hallarda bu müraciətlər qanunvericiliklə işsiz statusuna uyğun olmayanlar (hətta faktiki iş yeri, qazancı olanlar) tərəfindən edilir.

Bununla əlaqədar diqqətə çatdırılır ki, məşğulluq haqqında qanunvericiliyə əsasən, işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan əmək qabiliyyətli şəxs – işsiz şəxs hesab olunur.

Qanunla aşağıdakı şəxslər məşğul şəxslər hesab olunduğundan onlara işsizlik statusu verilmir:

Muzdla (əmək müqaviləsi ilə) işləyənlər;

Mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər;

Sahibkarlar (VÖEN-i olanlar);

Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar (müvafiq dövlət aktı və çıxarışı olanlar);

Əyani təhsil alan tələbələr;

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər və b.

Məşğulluq xidmətləri tam elektronlaşdırılıb və işsiz şəxslərin qeydiyyatı da elektron şəkildə aparılır. Eyni zamanda, hazırda pandemiya ilə əlaqədar karantin rejimi olduğundan Məşğulluq Mərkəzlərində də vətəndaş qəbulları dayandırılıb.

İşsiz şəxslərin qeydiyyatı elektron sistem - www.e-sosial.az portalındakı “e-xidmətlər” bölməsində “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” e-xidməti tərəfindən aparılır.

Birdəfəlik ödəmənin hazırda dövlətdən sosial ödəniş alanlar istisna olmaqla, ünvanlılıq prinsipi əsas götürülərək, pandemiya dövründə zərərçəkən işsizlər alacaq. Yəni birdəfəlik ödəmənin işsiz olan və məhz heç bir gəliri olmayan şəxslərə verilməsi nəzərdə tutulur.

7 aprel səhəri: 59 “Tomahavk” raketi Yaxın Şərqdə nələri dəyişdi?

VuVu Uma - 4 месяцы тому назад
Üç il əvvəl bu gün bütün dünya həyəcanla Suriya xəbərlərini izləyirdi. Bəzi ekspertlərin “Üçüncü Dünya müharibəsinin ayaq səsləri” adlandırdığı hadisə baş vermişdi: ABŞ Suriya ərazisini raket atəşinə tutmuşdu. Həmin vaxt Suriyada həm də Rusiya ordusu mövcud idi. Buna görə də, baş verənlərin böyük müharibəyə çevrilməsi riski yüksək idi.

ABŞ Hərbi-Dəniz Qüvvələri aprelin 7-də Suriya vaxtı ilə səhər saat 04:40-da Aralıq dənizinin şərqində yerləşən “USS Porter” və “USS Ross” adlı iki döyüş gəmisindən Suriya ordusuna məxsus “Əş-Şayrat” bazasına 59 “Tomahavk” raketi atdı. Suriya ordusuna məxsus “Əş-Şayrat” hərbi hava bazası Hums şəhəri yaxınlığında yerləşirdi.

Hums əyalətinin valisi yerli mediaya açıqlamasında hava zərbələri nəticəsində biri general olmaqla, yeddi hərbçinin öldüyünü, yeddi nəfərin isə yaralandığını bildirdi. Bazadakı anqarlarda doqquz hərbi təyyarə vurulmuşdu. Bu zərbələrdən dərhal sonra dünya bazarlarında neft iki faiz bahalaşdı.

Yayılan kadrlardan görünürdü ki, baza və anqarlar tamamilə dağıdılıb. Ancaq sonradan məlum oldu ki, itkilərin az olmasının daha obyektiv səbəbi varmış. KİV-də yer alan iddialarda qeyd olunurdu ki, həmin vaxt Suriyada antiterror əməliyyatlarını koordinasiya edən ABŞ və Rusiya ordusu arasında zərbələrdən əvvəl məlumatlandırma olub. Başqa sözlə, amerikalılar raket zərbələrindən ən azı yarım saat əvvəl rusları bundan agah etmişdilər. Ruslar isə Suriya tərəfinə bu barədə xəbər veriblər və nəticədə, yerli hökumət ordusu qısa müddət ərzində bazadakı istifadəyə yararlı silah və təyyarələrin azı bir qismini çıxarıb.

Lakin həmin təfərrüatlar dərhal açıqlanmadı. Hava zərbələrindən sonra ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı çıxışında bildirdi ki, Suriyaya hava zərbəsi əmrini o verib. ABŞ prezidenti hava zərbələrini bundan bir neçə gün öncə Suriya ordusunun Xan Şeyxun qəsəbəsində zarin qazından istifadə etməklə həyata keçirdiyi bombardmana cavab kimi əsaslandırmışdı. Xan Şeyxunu bombalayan Suriya təyyarələri məhz “Əş-Şayrat” aerodromundan havaya qalxmışdı.

Qərb bloku ölkələrinin əksəriyyəti, o cümlədən Böyük Britaniya, Fransa, Avstraliya, eyni zamanda Səudiyyə Ərəbistanı, Türkiyə və daha bir neçə region ölkəsi ABŞ-ın Suriyaya zərbələrini dəstəkləyən bəyanatlar verdilər. Rusiya, İran və bir sıra digər ölkələr isə bombardmanı qınayan açıqlamalar yayımladılar.

Bir çoxları bu hadisənin ABŞ-ın Suriyaya hərbi müdaxiləsinin, yəni böyük müharibənin başlanğıcı adlandırırdı. Lakin böyük müharibə olmadı, həmin vaxt prezident kimi vəzifələrinin icrasına başlamasından 80 gün ötən Donald Tramp “Əş-Şayrat” bazasına 59 “Tomahavk” atmaqla kifayətləndi.

Məsələ ondadır ki, Suriyada müharibənin başlaması, ümumiyyətlə, “ərəb baharı” Trampın sələfi Barak Obamanın prezidentliyi dövrünə təsadüf etmişdi. Ancaq Liviyada NATO çərçivəsində iştirakını və daha sonra İŞİD-ə qarşı 2014-cü ildə böyük koalisiya yaradılmasını çıxmaq şərtilə, ABŞ bu proseslərə müdaxilə etmədi. Hətta hakimiyyətinin son illərində Obama Liviyaya müdaxilənin yanlış olduğunu etiraf etmişdi.

Yalnız 2013-cü ildə Suriyada kimyəvi silahlardan istifadə iddiaları ortaya atılanda Vaşinqtonun hərbi müdaxiləsi məsələsi gündəmə gəlsə də, Obama Suriyaya müdaxilə əmri vermədi. Daha sonra isə Suriya rejiminə qarşı sanksiyalar istisna olmaqla, Vaşinqton Bəşər Əsədə qarşı aktiv cəbhədən çəkildi. 2013-cü ildən sonra ümumiyyətlə, müxaliflərə təlim keçən hərbi təlimatçılarını da geri çağırdı.

Lakin Tramp Obamanın tam əksi kimi çıxış edirdi və bu səbəbdən də, vəzifəsinin icrasına başlamasından iki ay sonra Suriya bazalarını vurması yeni prezidentin müharibəni başladacağına işarə kimi qəbul olunurdu. Xan Şeyxunda kimyəvi silahdan istifadə ilə bağlı iddialara cavab reaksiyası olaraq, Trampın “Əş-Şayrat” bazasını vurmaq əmrini verməsi Yaxın Şərqdə yeni müharibənin ilk addımı kimi göstərilsə də, zərbələrin davamı gəlmədi. Sonrakı mərhələdə isə Tramp özünü daha praqmatik, Amerikanın cari maraqlarını müdafiə edən siyasətçi kimi göstərdi.

Lakin bu zərbə Trampa həm ərəb müttəfiqlərini, həm İsrail lobbisini, həm də Vaşinqtondakı müharibə tərəfdarı siyasətçiləri sakitləşdirmək üçün kifayət etdi. Üstəlik, zərbələrdən dərhal sonra Trampın reytinqinin yüksəlməsi göstərdi ki, “Əş-Şayrat”ın vurulması düzgün hesablanmış taktiki gediş olub. Bununla, ABŞ prezidenti həm də lazım gələndə qətiyyətli qərar verə biləcəyini nümayiş etdirdi.

Sonrakı mərhələdə ABŞ prezidenti Suriyada kürdlərlə birlikdə İŞİD-ə qarşı əməliyyatlara dəstək verdi. May ayında isə İŞİD-in Suriyadakı paytaxtı Raqqa şəhərinə hücum əməliyyatına başladı.

Yalnız bir il sonra ABŞ ordusu yenidən Suriya silahlı qüvvələrinin mövqelərini bombaladı. 2018-ci il aprelin 14-də ABŞ ordusu Suriya silahlı qüvvələrinin Dəməşq yaxınlığındakı Quta rayonunda kimyəvi silahdan istifadə etməsini əsas gətirərək, Dəməşq və eləcə də Hums şəhəri yaxınlığında yerləşən Suriya ordusuna məxsus kimyəvi silah laboratoriyalarını vurdu. ABŞ ordusuna Böyük Britaniya və Fransa silahlı qüvvələri də hərbi aviasiya ilə dəstək verdi. Lakin bu zərbələr də Suriyada genişmiqyaslı hərbi müdaxiləyə çevrilmədi.

Nəticə etibarilə, ABŞ ordusunun hər iki əməliyyatı və daha sonra müxtəlif vaxtlarda Suriya ordusuna qarşı zərbələri daha çox yayındırmaq məqsədli olub. Vaşinqton Suriyada nəticəsiz müharibəyə qarışmaq istəməyib, yalnız daha ciddi beynəlxalq rezonans doğuran hadisələr zamanı məhdud müdaxilə etməklə mövqeyini nümayiş etdirib.

ABŞ ordusunun 7 aprel bombardmanı Vaşinqtonun Yaxın Şərqdə Əfqanıstan və İraqdan sonra növbəti genişmiqyaslı hərbi kampaniyasına çevrilmədi. Lakin bu zərbələr Trampın imicinə müsbət təsir etdi, həmçinin onun tərəfdarlarını məmnun etdi, tənqidçilərini isə susdurdu. Eyni zamanda, Obama zamanında ABŞ-ın Yaxın Şərqdəki proseslərə məsafəli yanaşmasını tərəfli siyasətə çevirdi. Tramp ərəb blokunu arxasına alaraq, İrana qarşı kəskin xətt müəyyən etdi.

Sirli qətl: İsmayıllıda yandırılmış və vəhşi heyvanların gəmirdiyi kişi meyiti tapılıb

VuVu Uma - 4 месяцы тому назад
İsmayıllı rayonu Tubikənd kəndinin ərazisində yandırılmış və vəhşi heyvanlar tərəfindən sümüyünə qədər gəmirilmiş kişi cəsədi tapılıb.

Bu barədə Oxu.Az-a rayonun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Martın 28-də yerli sakinlərdən biri kənd yolunun yaxınlığında yerləşən meşə zolağında insan cəsədi aşkar edib.

Ehtimal olunur ki, şəxsiyyəti hələlik məlum olmayan 30-40 yaşlarında olan kişi qəsdən qətlə yetirilib. Cinayət meyitin aşkar edilməsindən bir həftə əvvəl törədilib.

İstintaqın qənaətinə görə, qətlə yetirilən şəxs yerli sakin deyil. Cinayət başqa yerdə törədilib, daha sonra cəsəd Tubikənd kəndinin ərazisinə atılıb.

Qətlin hansı formada həyata keçirildiyi hələ təyin edilməyib.

Sözügedən bölgədə itkin düşmüş şəxslərin məlumat bazasının yoxlanılması da nəticə verməyib.

Qeyd edək ki, insan cəsədinin tapıldığı yerin yaxınlığında yanmış “Dolge Gabana” emblemli göy rəngdə cins şalvar, “Calvin Klein” markalı dəri kəmər, açıq mavi rəngli, içərisi açıq qəhvəyi rəngli xəzdən ibarət parça gödəkçə, qara rəngli “Kiton” firmasına məxsus toxunma zolaqları olan köynək olub.

Əməliyyatçılar ehtimal edir ki, geyim əşyaları qətlə yetirilən şəxsə məxsusdur.

Vəhşi heyvanların cəsədin üzünü gəmirməsi öldürülən insanın şəxsiyyətini müəyyənləşdirməyə mane olur. Öldürülən şəxsin xüsusi əlaməti kimi qoyulma üç qabaq dişlərini qeyd etmək olar.

Öldürülən şəxsin boyu 165-180 sm arasındadır, qan qrupu üç müsbətdir.

Qeyd edək ki, qətlin istintaqı İsmayıllı Rayon Prokurorluğunda aparılıb.

Иран временно отпустил из тюрем примерно сто тысяч заключенных

VuVu Uma - 4 месяцы тому назад
ТЕГЕРАН, 29 мар – РИА Новости. Иран временно отпустил из тюрем порядка 100 тысяч заключенных из-за коронавируса, сообщил представитель судебной власти страны Голямхосейн Эсмаили.
Президент Ирана Хасан Роухани 24 марта сообщал о принятом решении продлить срок освобождения из тюрем до 20 апреля, однако на тот момент было известно о 85 тысячах временно отпущенных узников."К настоящему моменту освобождены около 100 тысяч заключенных", - сказал Эсмаили иранскому телевидению.
На фоне заявлений чиновников о "второй волне" распространения коронавируса в Иране представитель судебной власти сообщил о начале "второй волны" освобождений.
На данный момент в Иране с 19 февраля, когда власти впервые сообщили о коронавирусе, выявлены более 38,3 тысячи случаев заражения, из которых 2640 – со смертельным исходом.

ГОРОСКОП НА 29 МАРТА 2020 ГОДА.

VuVu Uma - 4 месяцы тому назад
ГОРОСКОП НА 29 МАРТА 2020 ГОДА. ЛУНА СЕГОДНЯ 29.03.2020
Ближайшее Полнолуние: 8 апреля 2020 года в 5:34. Ближайшее Новолуние: 23 апреля 2020 года в 5:25.

Фаза Луны 29 марта 2020 года - растущая Луна.
Лунный день 29 марта 2020 года - 6 лунный день.
В каком знаке Луна 29.03.2020 - Луна в Близнецах.
Восход Луны 29 марта 2020 года - в 7:51.
Заход Луны 29.03.2020 - в 23:30.
Луна без курса - с 29 марта 2:05 – 29 марта 4:38.
Восход Солнца 29 марта 2020 - в 6:10.
Заход Солнца 29 марта 2020 - в 19:00. Гороскоп на 29 марта 2020 Овен
Этот день может оказаться благоприятным для всего, что связано с любовью и личной жизнью. Одиноким представителям знака нужно больше времени проводить вне стен дома, так как есть вероятность встретить свою судьбу. Избегайте долговых обязательств.

Гороскоп на 29 марта 2020 Телец

Постарайтесь доставлять себе как можно больше приятных эмоций. Если вы любите ходить по магазинам, то купите то, что захочется. Любителям пообщаться - не стоит себя ограничивать. А если хотите просто расслабиться и отдохнуть, то не заставляйте себя делать что-то через силу.

Гороскоп на 29 марта 2020 Близнецы

День благоприятный для осуществления новых планов. В отношениях с любимым человеком никаких отрицательных изменений не предвидится. Не принимайте участия в интригах, воздержитесь от крупных трат.

Гороскоп на 29 марта 2020 Рак

Не принимайте судьбоносных решений. В любовных отношениях может наблюдаться некоторый спад. Вы не сможете быть объективными по отношению к близкому человеку. Друзья и союзники готовы поддержать вас, благодаря их помощи вы добьетесь блестящих результатов. Гороскоп на 29 марта 2020 Лев

День может оказаться вполне удачным, но только в том случае, если вы, прежде чем что-либо сказать, подумаете о последствиях. Сейчас вы можете проявить нетактичность, незаслуженно обидеть человека. Однако имейте в виду: восстановить отношения потом будем очень сложно.

Гороскоп на 29 марта 2020 Дева

Все ваши стремления сейчас направлены на достижение успеха. Главным залогом отличного результата будет ваша дисциплинированность и ответственность. Это относится и к любовной сфере, поэтому в отношениях с близким человеком проявите больше заботы и внимания.

Гороскоп на 29 марта 2020 Весы

Обстоятельства позволят спокойно собраться с мыслями и решить накопившиеся вопросы. В этот день могут возникнуть конфликты с окружающими. Остерегайтесь коварства и обмана, особенно со стороны малознакомых людей. А со своей стороны не допускайте никакого насилия - оно обернется против вас.

Гороскоп на 29 марта 2020 Скорпион

Со всеми задуманными делами вам легко удастся справиться. Споров и слишком эмоционального общения избегайте. Полезна физическая активность, особенно пешие прогулки. Возможны новые романтические увлечения. Не исключено, что получится возобновить старые связи.

Гороскоп на 29 марта 2020 Стрелец

Сейчас вокруг вас будут разворачиваться интересные события. Но вам пока лучше оставаться пассивным наблюдателем и ни в чем не участвовать. В противном случае вы можете совершить опрометчивые поступки, которые хоть и не принесут осложнений, но доставят хлопоты.

Гороскоп на 29 марта 2020 Козерог

В это время нужно проявить активность, особенно в вопросах, касающихся встреч, контактов и связей. Если возникнут разногласия с любимым человеком, постарайтесь не усугублять положение выяснением отношений. В скором времени все утрясется само собой.

Гороскоп на 29 марта 2020 Водолей

Данный день благоприятен практически во всех отношениях. Только постарайтесь никому не давать обещаний. Обстоятельства могут сложиться таким образом, что вам сложно будет их выполнить, причем по не зависящим от вас причинам. Избегайте решения финансовых вопросов.

Американские тюрьмы начали выпускать заключенных из-за коронавируса

VuVu Uma - 5 месяцы тому назад
Американские тюрьмы начали выпускать заключенных, чтобы не допустить вспышки коронавируса. Об этом сообщает The Wall Street Journal.

Уточняется, что на свободу отправляются только те заключенные, которые совершили преступления небольшой степени тяжести, а также несовершеннолетние, пожилые и больные. Так, преступников уже начали выпускать тюрьмы в Калифорнии, Нью-Йорке, Техасе и еще в не менее десяти штатах.

Судья в штате Огайо заявил, что учреждения не открывают двери и не разрешают заключенным уходить. Суды сами ищут неопасных преступников и рассматривают случаи в тюрьме с высоким риском для здоровья.

Газета также пишет, что сразу в нескольких штатах коронавирусом заразились сотрудники исправительных учреждений. Это привело к карантину среди заключенных.

Röyadan gözlənilməz etiraf: “Onsuz yaşaya bilmərəm”

VuVu Uma - 5 месяцы тому назад
“Sevgi gözəl hiss və gəşəng sözdür. Sevginin içində belə amansızlıq var. Birinə qıyırsan, icazə verirsən ki, səni sevsin! Sonra onun bütün ruhu sınır, dağılır. Ancaq daha çox yadda qalan amansızlıqlar olur. Buna görə də uşaq dünyaya gətirmək lazımdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan AzTV-də yayımlanan “Ağ-Qara” proqramında qonaq olarkən deyib.

Məşhur müğənni verilişdə şəxsi həyatı, dostları, ailə üzvləri haqqında danışıb.

“Sevgi əmanətim oğlum Hüseynin atasında (Anar Cəlilov - red.) qalıb. Çünki ondan övladım var. Özüm çox insanları yandırmışam, sevgini az hallarda başa düşmüşəm. Çox aşiq olanın yanından yavaşca çıxıb getmişəm.

Ona görə də münasibətdəki dəyəri sonra anlamışam. İndi insanı pis vəziyyətdə qoyub getmək istəmirəm. Çünki özüm də bu vəziyyəti yaşamışam”, - deyə R.Ayxan deyib.

Daha sonra Röya kinli insan olduğunu etiraf edib:

“Mahnılarımı ürəkdən oxumuşam, çünki yaşamışam. Yaşananlar yaşanır. Həyatımda olan insanları belə unutmuşam. Çox əziyyət çəkmişəm. Hətta üz-üzə gəlmişəm, öz-özümə demişəm ki, bu kimdir ki, mənə belə baxır? Sonra yadıma salıblar, gülmüşəm. İnsanın üz cizgilərini unutmuşam. Kin yaxşı şeydir. Kinin içində yaxşılıq da, pislik də var. Bunları unutmuram. Münasibətdə isə heç kəsi yadda saxlamıram. Mən güclü insanları yadımda saxlaya bilərəm”.

Sənətçi həyatda hər şeyə tez nail olduğunu vurğulayıb:

“Biz dəyişirik, zaman yox. Zamanın içində dəyişirik. 37 yaşımda Xalq artisti oldum. Hər şeyə tez nail oldum. 10 yaşımdan işləmişəm. Küçədə oğlanla əl-ələ getməmişəm, uşaqlıq sevgisi yaşamamışam. Daha sonra evləndim, tez ana oldum. Daxilimdə rahat bir qadın var. Yaşamadıqlarımı nə vaxtsa yaşamağı düşünürəm”.

Xalq artisti hazırda sevgilisinin olduğunu etiraf edib:

“Gözlərim gülür, o gün, bu gündür. Qadın xoşbəxt olmalıdır. Rahat qadınam! Kimin belə sevgilisi var? Sevgi vacibdir, onsuz yaşaya bilmərəm. Mən bir nəfərlə danışıb-gülməliyəm, yemək yeməliyəm. Mənə hər səhər “bu gün nə edəcəksən?” deyən biri olmalıdır.

Fikirləşirəm ki, biri yanımda olanda rahat oluram, məsləhət alıram. Arada qadın olmaq istəyirəm. Kişilərdən məsləhət almaq rahatdır. Sadəcə, möhkəm oluram. Sevməyi sevmək xoşuma gəlir. Sevəndə qadınlar yumşaq olur, paxıl olmur. Hərdən münasibətdə olduğum adamla dava edirəm ki, gedib studiyada mahnını kədərli oxuyum. Daha sonra gəlib barışıram”.

Pop ulduz proqramda söyləyib ki, yalan danışmağı gözəl bacarır:

“Mən gəşəng yalan danışa bilərəm. Qarşımdakı insanın istədiyini ona deyərəm. Bu, psixoloji bir tələdir. Özüm haqqımda olmayan bir şeyi də qarşımdakına deyirəm. Çünki həmin şəxs istədiyi cavabı almaq istəyir. İnsanları gözəl tanıyıram. Bunu mənə həyat öyrədib. Özümdən asılı olan bir şey deyil”.

Röya səhv edən dostlarını bağışlamadığını qeyd edib:

“Əvvəlki kimi yumşaq insan deyiləm. Kəsib atmağı bacarıram.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения