Тег: avtobus


Bakıda 20 marşrut xəttinin istiqaməti dəyişdirildi - RƏSMİ

VuVu Uma - 7 месяцы тому назад
Mayın 2-3-də Bakının Moskva prospektindən 20 Yanvar dairəsinə şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, bu səbəbdən 20 marşrut xəttinin hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

2 nömrəli marşrut

İstiqamət: DİN hospital: Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. - 3-cü mikrorayon dairəsi – C.Səlimov küç. – Ak.H.Əliyev küç. – Tbilisi pr. - Ak.H.Əliyev küç. dairəsi daha sonra öz xətti üzrə.

7A nömrəli marşrut

İstiqamət: Əhmədli m.st: Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. - 3-cü mikrorayon dairəsi, daha sonra öz xətti üzrə.

7B nömrəli marşrut

İstiqamət: Yasamal yaş. mass.: 3-cü mikrorayon dairəsi - C.Səlimov küç. – Ə.Salamzadə küç. – H.Zərdabi küç. – İ.Talıblı küç. – A.M.Şərifzadə küç. – M.Xiyabani küç., daha sonra öz xətti üzrə.

13 nömrəli marşrut

İstiqamət: Koroğlu m.st: Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. - 3-cü mikrorayon dairəsi – C.Səlimov küç. – Ak.H.Əliyev küç. – Tbilisi pr. - Ak.H.Əliyev küç. dairəsi, daha sonra öz xətti üzrə.

14 nömrəli marşrut

İstiqamət: Son dayanacaq məntəqəsi M.Həsənov küçəsində olmaqla (20 Yanvar metro stansiyası) hərəkət sxemi – M.Həsənov küç. – H.Zərdabi küç. – A.M.Şərifzadə küç., daha sonra öz xətti üzrə təşkil edilib.

18 nömrəli marşrut

İstiqamət: Sahil m.st: A.Məhərrəmov küç. - 3-cü mikrorayon dairəsi – C.Səlimov küç. – Ə.Salamzadə küç. – H.Zərdabi küç. – İ.Talıblı küç. – A.M.Şərifzadə küç., daha sonra öz xətti üzrə təşkil edilib.

37 və 59 nömrəli marşrutlar

İstiqamət: Tbilisi prospekti: Moskva pr. – 2-ci Alatava küç. – M.Həsənov küç. – Tbilisi pr., daha sonra öz xətti üzrə təşkil edilib.

65 nömrəli marşrut

İstiqamət: Azneft dairəsi: A.Məhərrəmov küç. - 3-cü mikrorayon dairəsi - Ə.Salamzadə küç. – Qələbə dairəsi - Ə.Salamzadə küç. – Tbilisi pr., daha sonra öz xətti üzrə təşkil edilib.

79 nömrəli marşrut

İstiqamət: Mərkəzi bank: 3-cü mikrorayon dairəsi – C.Səlimov küç. – Ə.Salamzadə küç. (Qələbə dairəsi) - Tbilisi pr., daha sonra öz xətti üzrə.

119 nömrəli marşrut

İstiqamət: M.Əcəmi m.st: Moskva pr. – 2-ci Alatava küç. – M.Həsənov küç., daha sonra öz xətti üzrə təşkil edilib.

199 nömrəli marşrut

İstiqamət: Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. - 3-cü mikrorayon dairəsi dairəsi daha sonra öz xətti üzrə.

67 nömrəli marşrut

İstiqamət: N.Nərimanov m.st: Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. - 3-cü mikrorayon dairəsi, daha sonra öz xətti üzrə.

83 nömrəli marşrut

İstiqamət: Təbriz küç.: Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. - 3-cü mikrorayon dairəsi, daha sonra öz xətti üzrə

92 nömrəli marşrut

İstiqamət: M.Əcəmi m.st.: Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. - 3-cü mikrorayon dairəsi daha sonra öz xətti üzrə.

193 nömrəli marşrut

İstiqamət: Binə t/m: Moskva pr. – 2-ci Alatava küç. – M.Həsənov küç., daha sonra öz xətti üzrə təşkil edilib.

165 nömrəli marşrut

İstiqamət: A.M.Şərifzadə küç.: 3-cü mikrorayon dairəsi - Ə.Salamzadə küç. – Qələbə dairəsi – İ.Talıblı küç. – A.M.Şərifzadə küç., daha sonra öz xətti üzrə.

211 nömrəli marşrut

İstiqamət: Yasamal yaş. mas.: 3-cü mikrorayon dairəsi - C.Səlimov küç. – Ə.Salamzadə küç. – H.Zərdabi küç. – İ.Talıblı küç. – A.M.Şərifzadə küç. – M.Xiyabani küç., daha sonra öz xətti üzrə.

M4 nömrəli ekspress marşrut

İstiqamət: 20 Yanvar m.st: Tbilisi pr. – Ə.Salamzadə küç. – Qələbə dairəsi – Zərdabi küç.

Ekspress xətlər üzrə avtobusların dayanacaq məntəqələri təyin olundu

VuVu Uma - 9 месяцы тому назад
Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, M1 və M2 ekspress marşrut avtobusları 06:00-22:00 arası fəaliyyət göstərəcək. Ekspress xətlər üzrə avtobuslar yalnız metrostansiyaların çıxışlarında olan dayanacaq məntəqələrində dayanacaq.

Oxu.Az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta Agentliyi məlumat yayıb.

Bakıda metro stansiyaları arasında ekspress avtobusların marşrutları Nazirlər Kabineti yanında operativ qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında iki istiqamət üzrə xüsusi ekspress avtobus xətləri təşkil edilir. Məlumatda ekspress xətlər üzrə avtobusların dayanacaq məntəqələri qeyd olunub:M1 – xətti: H.Aslanov m/st. – Əhmədli m/st – Xalqlar Dostluğu m/st. – Neftçilər m/st. – Q.Qarayev m/st. – Koroğlu m/st. – N.Nərimanov m/st. – Gənclik m/st. – Azadlıq pr. m/st. – 3-cü mkr. dairəsi (M.Əcəmi m/st.) – 20 Yanvar m/st. (ümumilikdə 11 m/st.)

M2 – xətti: H.Aslanov m/st. – Əhmədli m/st – Xalqlar Dostluğu m/st. – Neftçilər m/st. – Q.Qarayev m/st. – Koroğlu m/st. – N.Nərimanov m/st. – Gənclik m/st. – 28 May m/st. – Sahil m/st. – İçərişəhər m/st. – Nizami m/st. – Elmlər Ak. m/st. – İnşaatçılar m/st. - 20 Yanvar m/st. (ümumilikdə 15 m/st.)

Ekspress xətlər üzrə avtobuslar 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək. Marşrutlar üzrə sərnişindaşımalar “BakuBus” MMC-nin istismarında olan 30 ədəd (M1- 13 ədəd; M2 – 17 ədəd) böyüktutumlu (12 m) avtobuslarla həyata keçiriləcək.

Zərurət yaranacağı halda böyüktutumlu (18 m) avtobusların istismarı nəzərdə tutulub. Hər iki xətt üzrə gediş haqqı 0.30 qəpik müəyyən edilib və ödəniş nağdsız formada “BakıKart”la olacaq.

Eyni zamanda, bildiririk ki, müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edəcək. Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənəcək.

Azərbaycan vətəndaşlarını daşıyan dörd avtobus Türkiyə-Gürcüstan sərhədində saxlanıldı, işə nazirlik qarışdı

VuVu Uma - 9 месяцы тому назад
Bir neçə saat əvvəl daxil olan məlumata əsasən, Bakı-İstanbul müntəzəm marşrut xətlərinə məxsus Azərbaycan Respublikası vətəndaşlarını daşıyan dörd avtobusun epidemiya ilə əlaqədar təxirəsalınmaz tədbirlər çərçivəsində Türkiyə-Gürcüstan sərhəd keçid məntəqəsində hərəkəti məhdudlaşdırılıb.

Oxu.Az-a verilən xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Gürcüstanın Yerüstü Nəqliyyat Agentliyi arasında aparılan danışıqlar nəticəsində “STAR OK” daşıyıcı şirkətinə məxsus 34 BPY 784 dövlət nömrə nişanlı avtobus artıq Bakıya doğru yola düşüb. “VARDAR”, “ALPAR” və “METRO” daşıyıcı şirkətlərinə məxsus 99 JH 866, 34 BRT 107 və 34 EK 7002 dövlət nömrə nişanlı avtobusların ölkəmizə girişinə razılıq verilib.

Ümumi prosedur qaydaları tamamlandıqdan sonra avtobuslar yola düşəcək. Məlumat üçün qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələblərinə müvafiq şəkildə təhlükəsizlik tədbirləri çərçivəsində ümumi prosedur qaydalarından sonra sərnişinlərimizin dövlət sərhəddindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения