Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunan rəsm sərgisi təşkil olunub

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinə həsr olunan rəsm sərgisi təşkil olunub.

Regioninfo xəbər verir ki, Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunan “20 Yanvar milli qürur günümüzdür” adlı sərgidə Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbi və Nihad Babayev adına Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinin şagirdlərinin əl işlərindən ibarət rəsmlər nümayiş olunur. Müəlliflər rəsmlərdə xalqımıza qarşı törədilən qanlı faciəni əks etdirməklə, həm də insanların azadlıq uğrunda mübarizə əzmini, bu yolda dönməzliyini təsvir etməyə çalışıblar.

20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan sərginin açılış mərasimində Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, rayon incəsənət məktəblərinin pedaqoji heyəti iştirak ediblər.

Paylaş:
Yuxarı