İmişlidə iki yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb- VİDEO

İmişli şəhərində iki yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb.

Regioninfo-nun məlumatına görə, hadisə 5 saylı orta məktəbin ərazisində baş verib.

Belə ki, təhsil ocağının ərazisində yerləşən birmərtəbəli binanın üstünə çıxarkən 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlunu və 2010-cu il təvəllüdlü Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vurub.

Hər iki yeniyetmə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
Yuxarı