Тег: Eli


45-летняя обладательница самой большой семьи Великобритании родила 22-го ребенка

VuVu Uma - 13 часов тому назад
Обладательница самой большой семьи Великобритании Сью Рэдфорд (Sue Radford) родила 22-го ребенка. Об этом сообщает издание Daily Mail.

45-летняя Рэдфорд родила в государственной больнице английского города Ланкастер. При рождении младенец весил 3,2 килограмма. Теперь вместе с 49-летним мужем Ноэлем (Neil) многодетной матери предстоит выбрать имя для новорожденной девочки, которая стала 11-й дочерью в семье. «В любом случае пока мы не можем оформить свидетельство о ее рождении из-за ситуации с коронавирусом», — объяснила она.В разговоре с журналистами Рэдфорд призналась, что ей было страшно рожать во время пандемии COVID-19. «Я боялась, что Ноэля не пустят ко мне в палату, — отметила она. — Это были мои самые странные роды, но по итогу могу сказать, что это уникальнейший опыт».

Многодетная семья живет в английском городе Моркам в доме с десятью спальнями. Их старшему сыну Кристоферу 30 лет. Он, как и его 26-летняя сестра Софи, живет отдельно от родителей. У Софи уже есть свои дети — две дочери и сын.

Habil Əliyevin qızı koronavirusa yoluxdu

VuVu Uma - 8 дней тому назад
Mərhum Xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyeva koronavirusa tutulub.

Kulis.az xəbər verir ki, Vəfa Əliyeva xəstəxanada karantin rejimində olduğunu bildirib:

“Hazırda xəstəxanadayam. Məndə heç nə yox idi. Dördüncü gün səhər yuxudan oyananda qızdırmam olduğunu gördüm və artıq evdən çıxmadım. Mən özüm həkiməm, ona görə də belə halları başa düşürəm. Çünki xəstəlik, ümumiyyətlə, qızdırma periodunda yoluxdurur.

Qızdırmam əsasən 37.1, 37.2, 37.3 olurdu. Sizə deyim ki, elə yüksək hərarət yox idi. Həmin gün iki saatdan bir qızdırmamı ölçdüm. Üç gün dalbadal qızdırmam qalxıb düşdü. Qızdırma ilə yanaşı, tək-tək öskürək də vardı. Ondan sonra özüm “Referans” laboratoriyaya zəng vurdum.

Analizləri götürdülər, nəticələr müsbət çıxdı. Özüm gəldim Tədris Terapiya Mərkəzinə, dedim, istəyirəm, gedib müalicəmi alım, həkimlərin əlinin altında olum, qorxuram”.

Vəfa Əliyeva daha sonra əlavə edib:

“Evdə ailə üzvlərimi də karantinə alıblar, onlardan analizlər götürülüb. Üç-dörd günə cavab gələcək. Bu gün ciyərlərim rentgen olundu. Qan analizim təmiz çıxdı. Hər şey təmiz çıxdı, amma virusa yoluxmuşam. İmmunitetim, görünür, davamlı imiş ki, belə ağır keçirmədim. İndi sistem köçürülür.

Mən iyirmi beş min adama cavabdeh olan poliklinikada işləyirəm. Sonuncu günləri gücləndirilmiş iş rejimi ilə işlədim. Heç evə getmədik. Sutkalarla işdə qalırdım. İmmunitetim aşağı düşdü. Görünür, kimdəsə olub, kontaktda olmuşam, düşüb. Dünən bura 25 nəfər adam gətirilib. Əksəriyyəti də həkimdir.

Hazırda mən bir xanımla iki nəfərlik otaqda sistemin altındayam. Deyirlər ki, yoluxan həkimlər çoxdur. Həkimlərin yoluxması normaldır. Özümü psixoloji cəhətdən möhkəm saxlamağa çalışıram. Allaha şükür, dövlətimiz hər cəhətdən kömək edir.

Bakıda fahişəliklə məşğul olan qadınlar və cinsi azlıq nümayəndələri tutuldu

VuVu Uma - 12 дней тому назад
İctimai qaydanın və təhlükəsizliyin kobud pozuntuları ilə müşahidə olunan, sosial şəbəkələrdə yayılmış videogörüntülərin xüsusatları araşdırılmaqla qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) Mətbuat Xidmətindən verilən məlumata görə, “Facebook” sosial şəbəkəsində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “əxlaqsız qadınların və cinsi azlıqların” yığışmasını əks etdirən videoda göstərilən xüsusatlar araşdırılıb.

Sözügedən ərazidə fahişəliklə məşğul olan iki qadın saxlanılaraq, barələrində İnzibati Xətalar Məcəlləsinin (İXM) 524.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə, hər biri 100 manat məbləğində cərimə olunub.

Həmçinin, eyni əməllə məşğul olan dörd qadın və cinsi azlığın iki nümayəndəsi də saxlanılaraq, tibbi müayinəyə cəlb ediliblər. Onların narkotik vasitələrin təsiri altında olmaları müəyyən edildiyindən, barələrində İXM-nin 206-cı maddəsilə tərtib edilmiş inzibati xəta haqqında protokollar Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Bundan başqa, martın 22-də Sabunçu rayonunun Maştağa qəsəbəsində “VAZ 2106” markalı avtomobili idarə edən sürücünün yol hərəkət qaydalarını davamlı şəkildə pozaraq, avtoxuliqanlıq etməsini əks etdirən sosial şəbəkələrdə yerləşdirilmiş videogörüntülər də Bakı şəhər BPİ-də araşdırılıb.

Müəyyən edilib ki, həmin gün saat 23 radələrində qəsəbə sakini Faiq Əliyev sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2106” markalı avtomobillə avtoxuliqanlıq etdiyinə görə, Sabunçu RPİ DYPŞ əməkdaşları tərəfindən saxlanılarkən, o və sərnişini - qəsəbə sakini Cəbiyev Ceyhun polisin qanuni tələblərinə tabe olmayıblar. Onlar saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-yə gətiriliblər.

Əli Əsədovdan epidemiya və karantin halları ilə bağlı VACİB QƏRAR

VuVu Uma - 13 дней тому назад
Nazirlər Kabineti “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda dəyişiklik edib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Publik hüquqi şəxs nizamnaməsinə müvafiq olaraq həyata keçirdiyi işlər, layihələr, xidmətlər, proqramlar həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsinin xərclərinin funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin (bundan sonra – məqsədli vəsait) icrası məqsədilə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində (1 nömrəli əlavə) göstərilən tədbirlər üçün Qaydaya uyğun olaraq Orqan və ya Nazirliklə müqavilə bağlayır.

Publik hüquqi şəxs bu dövlət sifarişinin icrasını və ondan irəli gələn digər öhdəlikləri qəbul edir.

Vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir.

Vəsaitlərin ödənilməsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla aparılır.

Bu Müqavilə üzrə maliyyələşmə Publik hüquqi şəxs və ya onun tabe olduğu dövlət orqanının (qurumun) təqdim etdiyi sifariş sənədləri əsasında rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla, Nazirlik tərəfindən aparılır və maliyyələşdirilmiş vəsait bu Müqavilə əsasında Publik hüquqi şəxsin bank hesabına köçürülür.

Bu Müqavilə əsasında Publik hüquqi şəxsin həyata keçirəcəyi tədbirlər üzrə xərclər bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən çox olmamalıdır. Bu xərclərin büdcədən artıq olan hissəsinə Nazirlik təminat vermir və çatışmayan vəsait cəlb olunan digər mənbələrdən əldə edilə bilər.

Qərarda edilən dəyişikliyə əsasən tərəflərin yeni hüquq və öhdəlikləri müəyyənləşib.

Belə ki, publik hüquqi şəxsin hüquqları aşağıdakılardır:

- Müqavilənin icrası ilə bağlı əlavə məlumatlara ehtiyac yarandıqda, Orqana və ya Nazirliyə sorğular vermək;

- Orqandan və ya Nazirlikdən Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək.

Eyni zamanda, dəyişikliklə publik hüquqi şəxsin öhdəlikləri aşağıdakı kimi müəyyənləşib:

- Bu Müqavilənin 1 nömrəli əlavəsində nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək;

- vəsaitlərin təyinatı üzrə istifadə edilməsini təmin etmək;

- vəsaitlərdən istifadə barədə hesabatları bu Müqavilənin 5-ci hissəsi ilə müəyyən olunmuş qaydada tərtib və təqdim etmək;

- bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı forsmajor hallar olduqda, dərhal Nazirliyə və ya Orqana məlumat vermək.

Qərarda edikən növbəti dəyişikliklə Orqan və ya Nazirliyin hüquqları da aşağıdakl kimi müəyyən olunub:

- publik hüquqi şəxsdən bu Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək;

- publik hüquqi şəxs dövlət sifarişinin icrasını və ondan irəli gələn öhdəlikləri yerinə yetirmədikdə, bu Müqavilə əsasında vəsaitlərin ödənilməsini müvəqqəti olaraq dayandırmaq.

Dəyişikliklə müəyyən olunmuş Orqanın və ya Nazirliyin öhdəlikləri aşağıdakılardır:

- Müqavilənin sənədləşməsinin düzgün aparılmasına nəzarət etmək;

- vəsaitlərin istifadəsi barədə publik hüquqi şəxsin hesabatları əsasında vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək.

Qərarda qeyd olunub ki, Müqavilənin icrasına fors-major hallar təsir göstərərsə, Tərəflər bu Müqavilə üzrə öhdəliklərinin icra edilməməsi üçün məsuliyyət daşımırlar.

Fors-major hallara Tərəflər tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, əvvəlcədən nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir.

Baş nazirdən bu xidmətlərlə bağlı MÜHÜM QƏRAR

VuVu Uma - 13 дней тому назад
Nazirlər Kabineti “Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə”nin Nümunəvi forması”nın təsdiq edib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Müqavilə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi məqsədilə tibb müəssisəsi ilə İcbari tibbi sığorta üzrə dövlət agentliyi arasında münasibətləri tənzimləyir.

Müqaviləyə əsasən, tibb müəssisəsi Qanunun və Müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərməyi, Agentlik isə Qanunla müəyyən olunmuş qaydada sığorta ödənişini həyata keçirməyi öz öhdəsinə götürür.

Agentliyin hüquqları aşağıdakılardır:

- Müqavilənin sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin (bundan sonra - tibbi xidmətlər) göstərilməsi şərtlərinə riayət edilməsinə nəzarət etmək məqsədilə tibb müəssisəsində göstərilən tibbi xidmətlərin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri barədə məlumatları almaq, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlarla bağlı həkim sirri təşkil edən məlumatların qorunmasını tələb etmək;

- Qanunda və Müqavilədə nəzərdə tutulmuş qaydada vəzifələrin tibb müəssisəsi tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi təqdirdə, göstərilmiş tibbi xidmətlərin dəyərini ödəməmək, qismən ödəmək və ya tibb müəssisəsindən ödənilmiş vəsaitlərin geri qaytarılmasını tələb etmək;

- tibb müəssisəsinin təqsiri üzündən sığortaolunana vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək;

- Qanunda nəzərdə tutulmuş qaydada və müddətdə tibb müəssisəsində göstərilən tibbi xidmətlər barədə hesabatı tələb etmək.

Agentliyin vəzifələri aşağıdakılardır:

- tibbi xidmətlərə görə tibb müəssisəsinə Müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə sığorta ödənişini həyata keçirmək;

- sığortaolunanların səhhətinə dair məlumatların, həmçinin həkim sirri təşkil edən məlumatların mühafizəsini və məxfiliyini təmin etmək;

- sığortaolunanların icbari tibbi sığorta ilə bağlı hüquq və mənafelərini qorumaq;

- tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarət etmək.

Tibb müəssisəsinin aşağıdakı hüquqları vardır:

- göstərilmiş tibbi xidmətə görə Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə sığorta ödənişini Agentlikdən tələb etmək;

- Agentliyin Qanunda nəzərdə tutulmuş qaydada apardığı ekspertizanın nəticələrini mübahisələndirmək;

- kütləvi informasiya vasitələrinə qanunvericiliklə qadağan olunmayan məlumatları təqdim etmək.

Tibb müəssisəsinin aşağıdakı vəzifələri vardır:

- Qanunun və Müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara tibbi xidmətlər göstərmək;

- bu Müqavilənin şərtlərinə uyğun olaraq göstərilən tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə təminat vermək;

- sığortaolunanlara göstərilən tibbi xidmətlərin uçotunu aparmaq;

- sığortaolunanlara göstərilmiş tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarətin həyata keçirilməsi məqsədilə sığortaolunanlar, onlara göstərilən tibbi xidmətlərin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri barədə məlumatları, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlarla bağlı həkim sirri təşkil edən məlumatları Agentliyə vermək;

- sığortaolunanlara göstərilən tibbi xidmətlər barədə hesabatları Qanunda nəzərdə tutulmuş qaydada və müddətdə Agentliyə təqdim etmək;

- ixtisaslaşdırılmış tibbi yardım xidmətinin göstərilməsi mümkün olmadıqda, təcili və təxirəsalınmaz hallarda sığortaolunanı bu xidməti göstərən digər tibb müəssisəsinə göndərmək;

- həyata keçirilmiş sığorta əməliyyatlarına dair sənədləri, habelə belə əməliyyatlar üzrə elektron daşıyıcılarda olan məlumatları müvafiq hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı 5 (beş) il müddətində saxlamaq.

Qərarda qeyd olunub ki, tibb müəssisəsi tərəfindən göstərilən tibbi xidmətlərə görə sığorta ödənişləri Qanunun tələblərinə uyğun olaraq həyata keçirilir.

Xidmətlər zərfində nəzərdə tutulmuş ilkin səhiyyə xidməti üzrə sığorta ödənişi Qanunun 15-15.2-ci maddəsinə əsasən ilkin səhiyyə xidməti göstərən tibb müəssisəsinə təhkim olunmuş şəxslərin sayına uyğun ödənilir.

Təcili və təxirəsalınmaz tibbi xidmət göstərən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə sığorta ödənişinin verilməsi qaydası Müqaviləyə əlavələr edilmək yolu ilə Tərəflər arasında razılaşdırılır. Şəxsə təcili və təxirəsalınmaz hallarda tibb müəssisəsi tərəfindən göstərilən tibbi yardım “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən həyata keçirilir.

Tibb müəssisələri Agentlik tərəfindən sığorta ödənişinin həyata keçirilməsi üzrə göstərilmiş tibbi xidmətlər barədə bu Müqavilənin 4.6-cı bəndində nəzərdə tutulmuş qaydada Agentliyə elektron hesabat təqdim edirlər.

Elektron hesabat tibb müəssisəsi rəhbərinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.

Elektron hesabat Agentliyə təqdim edildikdən sonra 20 (iyirmi) gün müddətində Agentlik tərəfindən Qanunun 15-26-cı maddələrinə uyğun olaraq tibbi xidmətin tibbi-iqtisadi ekspertizası aparılır.

Ekspertiza nəticəsində aşkar olunmuş uyğunsuzluqlar və nöqsanlar aradan qaldırıldıqdan sonra tibb müəssisəsi tərəfindən yekun hesabat hazırlanır və tibb müəssisəsi rəhbərinin gücləndirilmiş elektron imzası ilə yenidən təsdiq olunur. Yekun elektron hesabat üzrə tibb müəssisəsi tərəfindən sığorta ödənişinin həyata keçirilməsi üçün akt hazırlanaraq Agentliyə təqdim edilir.

Aktın Agentliyə təqdim edildiyi gündən etibarən 5 (beş) iş günü müddətində sığorta ödənişi Agentlik tərəfindən həyata keçirilir.

Elektron hesabatın və aktın forması və təqdim edilməsi müddətləri Müqaviləyə əlavələr edilməsi yolu ilə Tərəflər arasında razılaşdırılır.

İlkin səhiyyə xidmətləri göstərən tibb müəssisəsi tərəfindən göstərilən tibbi xidmətlərə görə sığorta ödənişi tibb müəssisəsinə təhkim olunmuş əhali sayına əsasən hər ayın ilk 5 (beş) iş günü müddətində bank hesabına köçürülməklə həyata keçirilir.

Müqavilə hər iki Tərəf tərəfindən imzalandığı gündən qüvvəyə minir.

Müqaviləyə aşağıdakı hallarda xitam verilir:

Agentliyin Müqavilənin pozulmasına səbəb ola biləcək çatışmazlıqlar haqqında yazılı bildirişinə baxmayaraq, tibb müəssisəsinin təqdim edilmiş sənəd əsasında 30 (otuz) gün müddətində tədbir görməməsi;

- Tərəflərdən biri ləğv edildikdə;

- Tərəflərdən birinin təşəbbüsü ilə 1 (bir) ay əvvəl yazılı şəkildə məlumatlandırmaq şərtilə;

- tibb müəssisəsi tərəfindən öhdəliklərin Müqavilə üzrə 1 (bir) il ərzində beş dəfə tam və ya lazımi qaydada icra etmədikdə.

Bu halda Tərəflər ləğv edilməyə qədər yaranan bütün öhdəlikləri lazımi qaydada yerinə yetirir və göstərilmiş xidmətlər üzrə ödəniş tibb müəssisəsinin göstərdiyi xidmətə dair təqdim etdiyi təhviltəslim aktlarına uyğun surətdə həyata keçirilir. Müqavilənin müddəti Tərəflər arasında razılaşdırılır.

Tərəflər bu Müqavilə üzrə öhdəliklərinin tam və ya lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar.

Tibb müəssisəsinin təqsiri nəticəsində sığortaolunanın səhhətinə ziyan dəydikdə və ya ölümünə səbəb olduqda, Agentlik Qanuna müvafiq olaraq öz təşəbbüsü ilə və ya subroqasiya hüququna əsaslanaraq Agentliyə dəyən maddi ziyanın kompеnsasiyası iddiası ilə məhkəməyə müraciət edə bilər.

Müqavilə üzrə öhdəliklərin tam və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tibb müəssisəsinə tətbiq olunan dəbbə pulunun məbləği dəymiş zərərdən az olduqda, dəbbə pulundan artıq zərər tam məbləğdə ödənilir.

Müqaviləyə xitam verilməsi Tərəfləri Müqavilənin şərtlərinin pozulması ilə bağlı məsuliyyətdən azad etmir.

Müqavilənin müddəalarının şərhi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq aparılmalıdır.

Müqavilə üzrə aparılan tədqiqatların nəticələri, hesabatlar və tibb müəssisəsi tərəfindən hazırlanan digər sənədlər Agentliyin mülkiyyəti hesab olunur və onun sərəncamında qalır. Tibb müəssisəsi bu sənədlərin surətini özündə saxlaya bilər.

Tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olaraq bütün vergilərin, rüsumların və qanunvericiliklə müəyyən edilmiş digər ödənişlərin aparılmasına məsuliyyət daşıyırlar.

Müqavilə Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur.

Bu Müqavilə eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edilməklə, 1 (bir) nüsxəsi tibb müəssisəsində, digər nüsxəsi isə Agentlikdə saxlanılır.

Bu Müqavilə ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr danışıqlar yolu ilə həll edilir. Mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, onlar məhkəmə qaydasında həll edilir.

İlham Əliyev və Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında

VuVu Uma - 14 дней тому назад
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına və birinci xanıma Suraxanı rayonunun Hövsan qəsəbəsində salınan bu kompleks, həmçinin Yasamal yaşayış kompleksinin ikinci mərhələsi, Gəncə və Sumqayıt şəhərlərində reallaşdırılan layihələr barədə məlumat verdi.

Bu layihənin icrası üçün 2017-ci ilin fevralında Agentliyə Hövsan qəsəbəsində 20 hektar ərazi ayrılıb. Həmin il dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə kompleksdə ilk yeddimərtəbəli binanın təməli qoyulub. Layihələndirmə zamanı kompleksdə həyətyanı sahələrin, uşaq meydançalarının salınması üçün geniş ərazi ayrılıb, yaşıllaşdırma və abadlaşdırma işlərinə xüsusilə diqqət yetirilib. Burada, ümumilikdə, 11 yaşayış binası inşa olunub ki, onlardan 4-ü birgirişli olmaqla 10 mərtəbəli, 7-si 18 girişli olmaqla 7 mərtəbəlidir. Yaşayış kompleksində mənzillərin sayı 2962-dir. Onlardan 280-i birotaqlı, 1401-i ikiotaqlı, 980-i üçotaqlı, 301-i isə dördotaqlıdır. Mənzillər tam təmirli, mətbəx mebeli, fərdi kombi sistemi ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif edilir. Kompleksin tikintisində və mənzillərin təmirində istifadə olunan inşaat materiallarının 95 faizi yerli istehsaldır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanı ilə yaradılan komissiyanın müraciəti əsasında hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə kompleksdə tam təmirli 436 mənzil ayrılıb.

Burada 1920 şagird yerlik məktəb binası da inşa olunub. Tam orta məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün şərait var. Sinif otaqları zəruri tədris avadanlığı ilə təchiz edilib. Bu təhsil ocağında yaradılan şərait son illərdə ölkədə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlərin ardıcıl xarakter aldığını göstərir. Bütün bunlar isə Azərbaycanda təhsil sahəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib.

Kompleksdə hər biri 90 yerlik olmaqla iki uşaq bağçası da inşa olunub. Burada balacaların istirahətinin və asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanlar var.

Hövsan yaşayış kompleksi Agentliyin ikinci layihəsidir. İlk layihə olan Yasamal yaşayış kompleksində mənzillərin satışı tam başa çatdırılıb. Beləliklə də, ümumilikdə, 1654 ailə güzəştli mənzilə sahib olmaqla yaşayış şəraitini yaxşılaşdırıb.

Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib:

“Cənab Prezident, xoş gördük Sizi”.

“Sağ ol, xoş gördük”.

“Cənab Prezident, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, Sizin rəhbərliyiniz və təşəbbüsünüzlə Azərbaycanda bütün irimiqyaslı sosial layihələr uğurla icra olunur və bu möhtəşəm Hövsan layihəsinin icrası da buna əyani misaldır. İstərdik ölkədə bu istiqamətdə görülən işlər haqqında məlumat verəsiniz”.

“Bəli, Azərbaycan öz sosial siyasətini uğurla davam etdirir. Mən bildirmişəm və bir daha demək istəyirəm ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu il və bundan sonrakı illərdə bütün sosial öhdəliklər yerinə yetiriləcək. Bütün sosial infrastruktur layihələri icra ediləcək və bu sahədə heç bir narahatlığa əsas yoxdur. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə inşa edilmiş bu böyük yaşayış kompleksi bunu bir daha göstərir.

Bu kompleksin təməli 2 il bundan əvvəl qoyulmuşdur. Ötən müddət ərzində işlər uğurla aparılaraq bu kompleks indi təhvil verilir. Burada 3 minə yaxın mənzil var, 2 min şagird yerlik böyük məktəb binası, 2 uşaq bağçası, poliklinika, yəni yaşamaq üçün bütün şərait var və bu, bir şəhərcik halına gətirilib. Burada təqribən, 12-15 min insan yaşayacaqdır. Bu, bir daha göstərir ki, Azərbaycanda sosial infrastruktur layihələri yüksək səviyyədə və yüksək keyfiyyətlə icra edilir.

O ki qaldı, bütövlükdə bizim sosial siyasətimizə, mən dəfələrlə bildirmişəm, güclü iqtisadiyyatımız imkan verir ki, sosial sahədə bəyan etdiyimiz bütün layihələr və proqramlar icra edilsin. Hesab edirəm ki, keçən il bu baxımdan çox yadda qalan il olmuşdur. Bildiyiniz kimi, keçən il minimum əməkhaqqının, minimum pensiyaların artırılması nəticəsində 4,2 milyon insan, o cümlədən dövlətdən müavinət alan insanlar maddi vəziyyətlərini böyük dərəcədə yaxşılaşdırmışlar. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya isə 70 faiz artmışdır. Bu gün Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyətinə görə MDB məkanında birinci yerdədir. Əlbəttə ki, indiki səviyyə bizi hələ də qane etmir. Əminəm ki, görüləcək tədbirlər nəticəsində gələcəkdə bu sahəyə daha da böyük vəsait ayrılacaq.

Bununla paralel olaraq, bu il sosial infrastruktur layihələri icra edilir. Bu böyük şəhərcik onlardan biridir. Eyni zamanda, bu il məcburi köçkünlər üçün rekord sayda mənzillərin təqdim edilməsi nəzərdə tutulur - 7 min mənzil veriləcəkdir, keçən il 5 min mənzil tikilmişdir. Şəhid ailələri üçün 1500 mənzil təqdim ediləcək. Hesab edirəm ki, bu gün növbədə duran şəhid ailələri yaxın bir neçə il ərzində evləri alacaqlar və bu proqram da başa çatacaq.

Ölkəmizdə sosialyönümlü digər layihələr icra edilir, eyni zamanda, sosial təminatı yaxşılaşdırmaq, bu sahədə şəffaflığı təmin etmək üçün bildiyiniz kimi DOST mərkəzləri açılmaqdadır. Artıq 2 mərkəz fəaliyyət göstərir və vətəndaşların bəyənmə əmsalı kifayət qədər yüksəkdir. Bütövlükdə 30-dan çox belə mərkəzin yaradılması bu sahədə institusional baxımdan böyük bir irəliləyişə gətirib çıxaracaq. Yəni, sosial sektor böyük sahə olduğu üçün bunun hər bir istiqaməti üzrə praktiki addımlar atılır, bəyan edilmiş proqramlar icra edilir və verilmiş bir dənə də vəd icra edilməmiş qalmır. Bütün vədlər icra edilir və əminəm ki, həm bu il, həm bundan sonrakı illərdə bu istiqamətdə daha böyük işlər görüləcəkdir”.

“Növbəti sualımız dünyanı bürümüş koronavirus pandemiyası haqqındadır. Azərbaycanda pandemiyanın qarşısının alınması istiqamətində tədbirlər görülür. Bu tədbirlər daim Sizin nəzarətinizdədir və ictimaiyyətə mütəmadi olaraq ətraflı məlumat verilir. Dünən də bir məlumat yayıldı. Cənab Prezident istərdik bu günədək görülən işlər haqqında məlumat verəsiniz”.

“Bilirsiniz, mən bu barədə öz fikrimi açıq bildirmişəm. Bir daha demək istəyirəm ki, biz qabaqlayıcı tədbirlərin görülməsi sayəsində bu günə qədər vəziyyəti nəzarətdə saxlayırıq. Halbuki dünyada gedən proseslər hər birimizə bəllidir və hətta inkişaf etmiş ölkələrin böyük şəhərlərində bu pandemiya çox faciəvi nəticələrə gətirib çıxarıb. Bəzi ölkələrdə gündə yüzlərlə - 500-600 insan vəfat edir. Yəni, bu, onu göstərir ki, hətta ən inkişaf etmiş ölkələr bu vəziyyətlə bağlı özlərini tam sığortalanmış hesab edə bilmirlər. Ona görə bizim tərəfdən qəbul edilmiş çox konkret qərarlar və yol xəritəsi hesab edirəm ki, bu gün vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır. Biz bəri başdan bu məsələyə çox ciddi fikir verməyə başlamışdıq. Hətta bu xəstəlik bizdən uzaqlarda yayılanda da artıq hazırlıq işlərinə başlamışdıq. Bildiyiniz kimi, dərhal Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bu qərargah 24 saat fəaliyyət göstərir və bütün görülmüş tədbirlər haqqında vətəndaşlara mənim göstərişimlə müntəzəm olaraq məlumatlar verilir. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə bilavasitə təmasdayıq. Bizim dəvətimizlə bu təşkilatın nümayəndələri Azərbaycana səfərə gələrək vəziyyətlə tanış olmuşlar. Onlar Azərbaycan hökuməti tərəfindən görülmüş işlərə yüksək qiymət vermişlər. Əlbəttə, onların tövsiyələri bizim üçün vacibdir. Bizim qəbul etdiyimiz qərarların bir çoxu onların tövsiyələrinə, təcrübəsinə və bu gün pandemiyanın geniş yayıldığı ölkələrin mənfi təcrübəsinə əsaslanır. Yəni, biz o səhvləri təkrarlamamalıyıq və təkrarlamırıq. Bizim bütün quru sərhədlərimiz dərhal bağlandı, eyni zamanda, xaricdə qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün əməli addımlar atıldı. Bu günə qədər on min Azərbaycan vətəndaşı vətənə qaytarıldı. Aviareyslərin sayı kəskin aşağı düşdü və demək olar ki, indi çox aşağı səviyyədə aviareyslər icra edilir və bu da önləyici tədbirlərin bir hissəsidir.

Biz yeni laboratoriyalar almışıq. Yəqin, hər kəs bilir ki, tibbi ləvazimat və avadanlıq almaq da problemə çevrilib. Çünki bütün ölkələr bunu almaq istəyirlər. İstehsalçıların sayı o qədər də böyük deyil. Ona görə biz bu laboratoriyaları vaxtında almaqla, testləri gətirməklə daha böyük imkanlara nail olduq. Ondan çox xəstəxana həm karantin rejimi, həm bu xəstəliyə yoluxmuş insanların müalicəsi üçün ayrıldı. Bu xəstəxanalar həm Bakı şəhərində, həm də ölkəmizin müxtəlif bölgələrində yerləşir. Artıq uzun müddətdir ki, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıbdır. İctimai iaşə obyektlərinin iş qrafiki məhdudlaşdırılıbdır. Bütün bu tədbirlər haqqında danışmaq çox vaxt aparar, hər halda, müntəzəm olaraq bu barədə məlumat verilir.

Xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Onlar maaşın 3-5 mislini alacaqlar və artıq göstərişlər verilib, vəsait də ayrılıb. Fürsətdən istifadə edərək, Azərbaycan həkimlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Onlar doğrudan da böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər. Mən bütün vətəndaşları həkimlərə dəstək olmağa çağırıram. O cümlədən bu xəstəliyə yoluxmuş insanlara da, - biz, əlbəttə, başa düşürük ki, onların həm fiziki, həm də psixoloji vəziyyəti bu xəstəliyin təsiri altındadır, - müraciət edərək, həkimlərə qarşı diqqətli olmalarını tövsiyə edərdim.

Yəni, bütün tədbirlər görüldü. Hesab edirəm ki, martın 14-də və dünən elan edilmiş əlavə məhdudlaşdırıcı tədbirlər vaxtında atılmış addımlardır. Çünki biz addımlarımızı yaranmış vəziyyətə uyğun atırıq. Eyni zamanda, biz vəziyyətin mənfi istiqamətdə inkişafının qarşısının alınması üçün də bu qabaqlayıcı tədbirləri görməklə özümüzü qoruyuruq. Biz dövlətimizi, xalqımızı, insanlarımızı, xüsusilə yaşlı insanları qorumalıyıq. Onların da hərəkətlərinə müəyyən məhdudiyyət qoyulubdur. Hesab edirəm ki, bu da anlaşılan məsələdir. Çünki ən riskli qrup yaşlı insanlardır.

Yaşlı tənha insanların təminatını təchiz etmək üçün mənim göstərişimlə sosial işçilərin səfərbərliyi nəzərdə tutulur və onlar bu işi görəcəklər. Eyni zamanda, fürsətdən istifadə edərək çoxminli könüllülər ordusuna da müraciət etmək istəyirəm. Hesab edirəm ki, bizim könüllülərimiz də bu işlərə qoşulmalıdırlar, Operativ Qərargahla təmas saxlamalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqədə olmalıdırlar. Hər halda, nazirliyə də göstəriş verilib ki, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilsin, - istər dərman preparatları olsun, istərsə də ərzaq, - biz tənha vəziyyətdə yaşayan yaşlı insanları qoruyaq.

Hesab edirəm ki, xalqımızın adət-ənənələri, milli dəyərləri, bizə bu virusla mübarizədə kömək edəcək. Çünki yaşlı insanlara həmişə böyük hörmət göstərilir. Yaşlı insanlar nadir hallarda tənha yaşayırlar. Azərbaycanda belə insanların sayı çox deyil, təqribən bir neçə min nəfərdir. Ancaq onların da təminatı nəzərdə tutulacaqdır.

Bir sözlə, hesab edirəm ki, bu günə qədər görülmüş bütün işlər vaxtında və düzgün istiqamətdə atılmış addımlardır. Dövlət əlindən gələni edir və edəcək. Ancaq bu faciəvi xəstəliyə qarşı mübarizədə vətəndaşlardan da çox şey asılıdır. Mən vətəndaşları bir daha məsuliyyətə çağırıram ki, onlar yeni qaydalara, xüsusi karantin rejiminə riayət etsinlər, bu məsələni çox ciddi qəbul etsinlər. Bilsinlər ki, həm özlərinin, həm də yaxınlarının sağlamlığı onların əlindədir. Dövlət nə mümkündürsə edir. Ancaq vətəndaşların məsuliyyəti, nizam-intizamı bu məsələ ilə bağlı mübarizəmizi daha da məqsədyönlü və uğurlu edəcəkdir”.

“Cənab Prezident, Sizin Fərmanınızla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Siz və birinci xanım Mehriban Əliyeva bir illik əməkhaqqınızı həmin fonda ianə etdiniz. Bu, çox gözəl bir nümunədir. Artıq ayrı-ayrı şəxslər və digər qurumlar da həmin fonda pul vəsaiti köçürürlər. Bunu necə qiymətləndirirsiniz?”

“Bilirsiniz, Azərbaycan bu sahədə də birincilik göstərdi. Mənə bu gün səhər verilən məlumata görə, bəzi başqa ölkələrdə də buna oxşar fondlar yaradılır. Biz buna ancaq sevinə bilərik. Çünki bu, birinci dəfə deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər sonra başqa ölkələr tərəfindən də əsas götürülərək eyni addımların atılmasına gətirib çıxarır.

Fondun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir. Sirr deyil ki, bu gün Azərbaycan dövləti güclü dövlətdir və bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Bax, bu gözəl şəhərsalma layihəsi bunun əyani təzahürüdür. Böyük vəsait tələb edən bir çox işlər görülür. Fondun yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, hər bir vətəndaş imkan daxilində öz vətəndaş mövqeyini göstərsin, həmrəylik göstərsin, cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət bir daha özünü büruzə versin. Biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, biz böyük xalqıq.

Şadam ki, qısa müddət ərzində bu fonda verilən ianələr artıq böyük rəqəmlərə gəlib çatıbdır. Fond yarandıqda Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrılıb. Fond bir neçə gündür ki, artıq o ianələri qəbul etməyə başlamışdır. Ancaq dünən axşam mənə verilən məlumata görə, Fondda artıq 60 milyon manat vəsait yığılıbdır. Bu, xalqımızın nə qədər böyük və yüksək keyfiyyətlərə malik olduğunu bir daha göstərir.

Mənim göstərişimlə “koronavirusinfo.az” saytında bütün vətəndaşların və şirkətlərin adları, onların ianələrinin məbləği göstərilir, özü də əlifba sırası ilə. Biz hamımız bərabərik və vəsaitdən asılı olmayaraq, bütün insanların, bütün şirkətlərin adları əlifba sırası ilə dərc edilir.

Fürsətdən istifadə edərək bu günə qədər Fonda ianə vermiş bütün insanlara, bütün şirkətlərə dərin minnətdarlığımı bildirirəm. Bu, bir daha bizim birliyimizi, gücümüzü göstərir və onu göstərir ki, biz birgə səylərlə bu xəstəliyə qalib gələcəyik.

“Cənab Prezident, Sizin Sərəncamınızla Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı. Bu vəsait iqtisadiyyatın stimullaşdırılmasına nə dərəcədə töhfə verəcək?”

“Əlbəttə ki, biz bu haqda da düşünürük. Görülmüş tədbirlər arasında, ilk növbədə, məşğulluq problemləri ön plandadır. Çünki sirr deyil ki, indi ölkələr özlərini təcrid vəziyyətinə salırlar və iqtisadi əlaqələr kəsilir, pozulur. Baxmayaraq, hələ ki, yükdaşımalarda normal vəziyyət müşahidə olunur, ancaq iqtisadi əlaqələrin, iqtisadi fəallığın zəifləməsi, əlbəttə, ilk növbədə, məşğulluğa mənfi təsir göstərə bilər. Ona görə bir milyard manatın ayrılmasının əsas məqsədi ondan ibarətdir ki, sahibkarlığa dəstək verilsin, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərsin.

Eyni zamanda, biz artıq çox ciddi çağırışlar etmişik. Fürsətdən istifadə edərək mən bu çağırışı bu gün bir daha da etmək istəyirəm bütün sahibkarlara ki, onlar işçiləri ixtisar etməsinlər. Çünki indiki şəraitdə bunu etmək bizim həmrəylik təşəbbüsümüzə zidd ola bilər. Ancaq təbii ki, əgər sahibkarın da fəaliyyəti məhdudlaşıbsa, o, itkilərə məruz qalır və burada dövlət öz dəstəyini verməlidir. Dövlət bunu edəcək. Bu xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək, digər imtiyazlar da veriləcək. Ancaq bizim əsas tələbimiz və tövsiyəmiz ondan ibarətdir ki, sahibkarlar işçiləri ixtisar etməsinlər. Ona görə bu bir milyard manat məbləğində vəsaitin necə xərclənəcəyi haqda vətəndaşlara müntəzəm olaraq məlumat veriləcək. Çünki burada məşğulluq məsələləri ön plandadır, makroiqtisadi sabitlik təmin edilməlidir.

Biz bu ili çox yaxşı nəticələrlə, yaxşı göstəricilərlə başlamışıq. İnflyasiya cəmi 2,8 faizdir, əhalinin gəlirləri isə 9 faizdir. İqtisadiyyat 2,8 faiz artıb, amma qeyri-neft sektorunda 6,7 faiz. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artıb. Yəni, ilə çox yaxşı göstəricilərlə başlamışıq. Vergi və gömrük orqanları proqnozdan əlavə 250 milyon manat vəsait toplayıblar. Ancaq biz yaxşı başa düşürük ki, bu tendensiyaya sanki məhdudiyyət qoyulur. Çünki biz indi bu templərlə arta bilmərik. Ona görə makroiqtisadi vəziyyətin sabit saxlanması üçün həmin vəsaitdən istifadə olunacaq. Eyni zamanda, dediyim kimi, sahibkarlığın inkişafı, sahibkarlara dəstəyin verilməsi, bizim ümumi maliyyə vəziyyətimizin sabit saxlanması üçün bu vəsaitdən istifadə olunacaq. Bu sahədə də Azərbaycan bu böyük addımı atmaqla yerləşdiyi regionda birincilik göstərib.

Bir daha demək istəyirəm ki, dövlət tərəfindən görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxaq. Ancaq, eyni zamanda, hər bir vətəndaş bilməlidir və Avropanın aparıcı ölkələrinin təcrübəsi göstərir ki, əgər burada hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq. Biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq. Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz xalq tərəfindən həmişə dəstəklənib və bu dəstəyi biz bu gün də görürük. Vətəndaşlardan yalnız və yalnız məsuliyyət tələb edirik. Xahiş edirik, məsuliyyətli olun, öz yaxınlarınıza arxa olun, dayaq olun, yaşlı nəslin nümayəndələrinə arxa olun, onları qoruyun, özünüzü qoruyun, uşaqlarınızı qoruyun. Dünən xüsusi karantin rejimi tətbiq edilib, buna əməl edin. Mən əminəm ki, həm milli həmrəylik, həm məsuliyyət, həm də milli birliyimiz bizə imkan verəcək ki, bu xəstəliyə qalib gələk. Biz birlikdə güclüyük”.

“Çox sağ olun cənab Prezident. Suallarımızı ətraflı cavablandırdığınıza görə minnətdarıq”.

“Sağ olun”.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə bütün sahələrdə sürətli inkişaf əldə edilib, ölkəmizin hərtərəfli tərəqqisi təmin olunub. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, sosial layihələrin uğurlu icrasını təmin edir və bu proses ardıcıl xarakter alıb. Bütün bunlar dövlətimizin başçısının səyləri nəticəsində mümkün olub. Prezident İlham Əliyev əhalinin sosial rifah halının daha da yüksəldilməsinə xüsusi qayğı göstərir, bu istiqamətdə görülən işləri diqqət mərkəzində saxlayır. Ölkədə sosial sahədə həyata keçirilən tədbirlər əhəmiyyəti və miqyası ilə seçilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların ardıcıllığını təmin etmək üçün dövlət tərəfindən bütün zəruri işlər görülüb və hazırda da davam etdirilir. Bu baxımdan, Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin istifadəyə verilməsi xüsusi əhəmiyyətə malikdir. Bu layihənin icrası Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial məsələlərinin həllinə yüksək diqqət və qayğı ilə yanaşmasının növbəti təzahürüdür. Vətəndaşların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək baxımından da bu layihə əhəmiyyəti seçilir.

13:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi – Hövsan yaşayış kompleksinin açılışında iştirak ediblər.

Baş nazirin bahalı kreditlərlə bağlı qoyduğu vaxt başa çatır

VuVu Uma - 14 дней тому назад
Baş nazir Əli Əsədovun bəzi dövlət qurumları qarşısında iqtisadi vəziyyətin təhlil edilməsi ilə bağlı qoyduğu vaxt martın sonunda başa çatır.

Oxu.Az-ın məlumatına görə, Maliyyə və İqtisadiyyat nazirlikləri 2020-ci ilin aprelinə qədər xarici borcun tərkibini təhlil etməlidir.

Buraya xarici borcun səviyyəsinin azaldılması, restrukturizasiyası, o cümlədən, bahalı kreditlərin nisbətən aşağı faizli kreditlərlə əvəz edilməsi daxildir.

Həmçinin, Dövlət Neft Fondu, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank 2020-ci ilin aprelinədək “Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın və investisiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin təqdim edilməsini tamamlamalıdır.

Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi 2020-ci ilin sonunadək bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlər görməlidir.

İqtisadiyyat Nazirliyi 2020-ci ilin aprelinə qədər dövlət investisiya proqramı çərçivəsində həyata keçirilən layihələrin, o cümlədən, infrastruktur layihələrinin real sektora olan təsirinin qiymətləndirilməsinin nəticələrini təqdim etməlidir.

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilin aprel ayınadək mal sənayesinin inkişafı, o cümlədən, kənd təsərrüfatı məhsullarının emalı istiqamətində təklifləri təqdim etməlidir.

Dövlət Turizm Agentliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AZAL turizmin inkişafı sahəsində mövcud vəziyyətin hərtərəfli təhlil olunması və turist axınının artırılması üçün kompleks tədbirlərin görülməsinə dair təklifləri hazırlamalıdır.

Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti gömrük sərhəd-keçid məntəqələri üzrə infrastrukturun yaxşılaşdırılmasına dair təkliflər verməlidir.

Qeyd edək ki, yanvarın 16-da “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı” təsdiqlənib.

Əli Əsədov koronavirusla bağlı yaradılan işçi qrupların tərkibini təsdiqlədi

VuVu Uma - 17 дней тому назад
Baş nazir Əli Əsədov koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı yaradılmış İşçi qrupların tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə:

1. Koronavirus pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilsin:

İşçi Qrupun üzvləri

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Energetika nazirinin müavini

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri

“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti.

2. Azərbaycan Respublikasında fəaliyyət göstərən koronavirus pandemiyasından zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlanması məqsədilə Azərbaycan Respublikası Maliyyə nazirinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilsin:

İşçi Qrupun rəhbərinin müavini

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

İşçi Qrupun üzvləri

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Təhsil nazirinin müavini

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini

BP Eksploreyşn (Kaspian Si) Ltd şirkətinin nümayəndəsi.

3. Koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilsin:

İşçi Qrupun üzvləri

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri.

4. Koronavirus pandemiyası şəraitində Azərbaycan Respublikasında makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlər görülməsinə dair təkliflərin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilsin:

İşçi Qrupun üzvləri

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini

Azərbaycan Banklar Assosiasiyasınnı sədri.

Prezidentdən əlavə dəyər vergisi ilə bağlı MÜHÜM FƏRMAN

VuVu Uma - 17 дней тому назад
Prezident İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Sənədi AZƏRTAC dərc edib.

Fərmana əsasən, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” təsdiq edilir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi on beş gün müddətində:

- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bu Fərmanla təsdiq edilmiş Qaydanın 2.0.7-ci yarımbəndində nəzərdə tutulan operatoru seçməlidir;

- bu Fərmanla təsdiq edilmiş Qaydanın 2.1.4-cü yarımbəndində nəzərdə tutulan müvəkkil bankı (bankları) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən etməlidir;

- fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı maarifləndirmə (təbliğat) işi aparılmasını təmin etməlidir;

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

- istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin, bu Fərmanla təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etməlidir;

- bu Fərmanla təsdiq edilmiş Qaydanın 5.9-cu bəndində nəzərdə tutulan rəyin formasını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməlidir.

Əli Əsədov QƏRAR VERDİ: Qeydiyyatsız avtomobillərin ölkədə qalma müddəti dəyişdirildi

VuVu Uma - 17 дней тому назад
“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qaydalar Gömrük Məcəlləsinin 299.1-ci maddəsinə əsasən hazırlanıb və fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir.Dəyişikliyə əsasən, xarici dövlətlərdə daimi qeydiyyatda olan xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə hər təqvim ili ərzində ümumilikdə 90 (doxsan) gün müddətinədək, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmamaq şərtilə həmin şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə veriləcək.

Cəlilabad xəstəxanasında karantin: Rahat otaqlar, ləzzətli yemək və qayğıkeş personal

VuVu Uma - 18 дней тому назад
Koronavirusun yayılması təhlükəsi səbəbindən COVID-19-un geniş yayıldığı ölkələrdən Azərbaycana gələn şəxslərin hamısı karantindədir. Əsas karantin xəstəxanaları Astara, Cəlilabad və Qobustandadır.<br><br>Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında karantində olan həmvətənimiz Aleksandra Yeqorova Media.Az-a müsahibə verib.<br><br>İtaliyanın Sapienza Universitetinin tələbəsi olan A.Yeqorova martın 12-dən 13-nə keçən gecə Roma-Kiyev-Bakı reysi ilə vətənə uçduğunu deyib. A.Yeqorova 16 tələbənin də onunla birlikdə İtaliyadan gəldiyini bildirib.<br><br>“Uçuş zamanı karantinə alınacağımızı başa düşdük. Pasport nəzarəti zamanı Romadan gəldiyimizi bildirdik. Sonra pasportlarımızı yığıb, bizi kiçik bir otağa yerləşdirdilər. Xəstəxanaya aparılacağımızı bildirdilər. Hərarətimiz ölçüldükdən sonra bizi aparacaq şəxsləri gözləməyimizi söylədilər. Bu gözləmə dörd saat çəkdi. Bu müddət ərzində bizi niyə bu qədər saxladıqlarını bilmədik. Bizə isə heç bir məlumat verilmədi. Nə vaxt və hara gedəcəyimizdən tamamilə xəbərsiz idik. Bizimlə anlayışla davranan mühafizəçiyə minnətdarıq. Yorğun və ac olduğumuzu görüb bizə su və yemək gətirdi. Yalnız səhər saat altıda bildirdilər ki, bizim üçün bir avtobus gəlib və əşyalarımızı götürüb çıxa bilərik”, - deyə Yeqorova qeyd edib.O, xəstəxanada vəziyyətin çox yaxşı olduğunu söyləyib:<br><br>“Bizi dərhal qeydiyyata alaraq palatalara yerləşdirməyə başladılar. Palatalar rahat, isti, təmizdir və xüsusi vanna otağı ilə təmin olunub. Hər otaqda maksimum iki nəfər yerləşdirilir. Bizim mərtəbədə 16 nəfər var, hamımız birlikdə İtaliyadan gəlmişik. Əvvəlcə kiçik təşkilati problemlər var idi, lakin heyət onları tez bir zamanda həll etdi. Bu günə qədər tibb işçiləri rahatlığımız üçün əllərindən gələni edirlər”.Yeqorova deyib ki, onlardan ilk gün koronavirusla bağlı analiz götürülüb:<br><br>“Ağzımızdan və burnumuzdan yaxma götürdülər. Nəticələrin 5-6 saatdan sonra bilinəcəyinə görə, bizə ertəsi gün cavabların deyiləcəyi bildirildi. Bizim mərtəbədə qalan şəxslərin heç birində virus aşkar edilmədi. İndi təkrar analizlərin cavablarını gözləyirik. Nəticə yaxşı olarsa, bizi evimizə buraxacaqlar. Olduğumuz xəstəxanada koronavirusa yoluxma halı hələ qeydə alınmayıb”.Həmyerlimiz karantində olduqları xəstəxanada ilk gün onlara lazım olan hər şeyin - şampun, dəsmal, diş pastası, fırça, sabun, pijama, tənəffüs maskaları, əlcəklər, termometr, antiseptiklər, spirt, yod, bintin verildiyini deyib:<br><br>“Hər gün həkimlər əhvalımızla maraqlanırlar. Gündə üç dəfə ləzzətli yeməklərlə qidalanırıq. Boş vaxtlarımız çox olur və hər kəs bu zamandan özünə uyğun formada istifadə edir. Kimsə onlayn imtahan verir, kimsə sadəcə, istirahət edir. Axşamlar “mafiya” oynamaq və çay içmək üçün toplaşırıq. İlaxır çərşənbədə xəstəxana işçiləri bizi şirniyyatlara qonaq etdilər və biz əhvalımızı yüksəltmək üçün birgə çay süfrəsi təşkil etdik”.<br><br>Sonda Yeqorova xəstəxananın kollektivinə minnətdarlığını da bildirib:

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

VuVu Uma - 19 дней тому назад
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:

“Əziz həmvətənlər, mən sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram. Novruz bayramı bizim milli bayramımızdır, milli sərvətimizdir. Əsrlərboyu Azərbaycan xalqı bu gözəl bayramı qeyd edir.

Bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi mümkün deyil. Əminəm ki, Azərbaycan xalqı bu vəziyyəti yaxşı anlayır. Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Yaşlı nəslin nümayəndələrinə Azərbaycan cəmiyyətində həmişə böyük hörmət göstərilir. Mən bu mövzu ilə bağlı fikirlərimi kifayət qədər geniş şəkildə bildirmişdim və bir daha demək istəyirəm ki, bu, bizim cəmiyyətimizin əsas sütunlarından biridir. Bizim ənənələrimiz, milli dəyərlərimiz, yaşlı nəslin nümayəndələrinə hörmət və diqqət milli xüsusiyyətimizdir və biz bu dəyərləri bundan sonra da qorumalıyıq. Ancaq indiki şəraitdə yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Onlara hörmət dildə, sözdə yox, əməldə göstərilməlidir. Çünki bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz yaşlı nəslin nümayəndələrində müşahidə olunur. Əminəm ki, biz dünyanı bürümüş, pandemiya halına çevrilmiş bu xəstəliyə qarşı birlikdə mübarizə aparacağıq və bu mübarizə öz nəticəsini verəcəkdir.

İlin əvvəlindən görülmüş işlər ölkəmizin uğurlu inkişafını bir daha təsdiqləyir, Azərbaycan müasirləşir, yeniləşir. Azərbaycanda aparılan islahatlar demək olar ki, bütün sahələri əhatə edir. 2019-cu ildə aparılan islahatlar iqtisadi sahədə böyük dəyişikliklərə səbəb oldu. Məhz şəffaflıq prinsiplərinin tətbiqi nəticəsində dövlət büdcəsinə 1 milyard manatdan çox vəsait daxil edildi və bu vəsait son qəpiyinə qədər insanların sosial problemlərinin həllinə istiqamətləndirildi. Bildiyiniz kimi, keçən il Azərbaycanın 4,2 milyon vətəndaşı dövlət tərəfindən görülmüş tədbirlər nəticəsində öz maddi vəziyyətini yaxşılaşdırdı, maaşlar, pensiyalar, sosial müavinətlər əhəmiyyətli dərəcədə artırıldı. Bu, bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir və bizim bütün iqtisadi imkanlarımızın əsas istiqaməti vətəndaşların sosial təminatıdır. Bu istiqamətdə bundan sonra da işlər aparılacaq. 2020-ci ilin ilk iki ayı onu göstərir ki, bu istiqamətdə əlavə tədbirlərin görülməsi mümkün olacaqdır.

İlin əvvəlindən ölkəmizdə proseslər müsbət istiqamətdə gedir, Azərbaycanda sabitlik, təhlükəsizlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir, vəhdətidir. Bu birlik özünü bir daha parlament seçkilərində göstərmişdir. Fevralın 9-da keçirilmiş parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisədir. Parlament seçkiləri ölkəmizdə aparılan siyasətin xalq tərəfindən yüksək qiymətləndirildiyini bir daha ifadə etdi. Parlament seçkilərində Azərbaycan xalqının iradəsi öz əksini tapdı və Azərbaycan cəmiyyəti bu seçkilərin nəticələrindən məmnun qaldı.

Yeni parlamentin qarşısında duran vəzifələr haqqında mən parlamentin ilk iclasında öz sözlərimi demişəm. Əlavə etmək istərdim ki, parlamentin tərkibi yenidən formalaşdı və ilk dəfə olaraq parlamentin rəhbərliyində müxalifət nümayəndələri də yer aldı. Eyni zamanda, parlament komitələrinin rəhbərliyində də müxalifət nümayəndələri təmsil olunur. Bu, ölkəmizin tarixində ilk dəfə baş verən hadisədir və bir daha onu göstərir ki, bizim niyyətimiz çoxpartiyalı sistemin təkmilləşdirilməsidir. Sirr deyil ki, parlamentdə səslərin çoxluğu Yeni Azərbaycan Partiyasına məxsusdur. Əlbəttə, Yeni Azərbaycan Partiyasının razılığı olmadan bu islahatlar aparıla bilməzdi. Bu, onu göstərir ki, bu istiqamətdə atılan addımlar ölkəmizin gələcək uğurlu inkişafına müsbət təsir edəcək və ölkəmizdə siyasi sistemin yeni konfiqurasiyası formalaşır.

Eyni zamanda, Prezident Administrasiyası bütün siyasi partiyalara dialoq təklifi etmişdir. Bu da çox ciddi addımdır. Sirr deyil ki, bu gün Azərbaycan iqtidarı tarixdə olmadığı qədər güclüdür. Biz hesab edirik ki, güclü ilk addımı atmalıdır, ilk təklifi verməlidir və belə demək mümkündürsə, yolunu azmışlara da yol göstərməlidir. Yəni, biz bunu etdik və şadam ki, siyasi spektrin mütləq əksəriyyəti bu təşəbbüsə müsbət reaksiya vermişdir, faktiki olaraq siyasi dialoq artıq başlamışdır. Əminəm ki, bunun nəticələri də xalqımız üçün və ölkəmizin gələcək inkişafı üçün müsbət olacaqdır. O ki qaldı, bu dialoqdan imtina edən qruplaşmalara, onlar özləri bilərlər. Hər halda mən demişəm, bir daha demək istəyirəm, uduzan tərəf biz olmayacağıq və yeni siyasi konfiqurasiyada satqın, xain beşinci kolonun nümayəndələrinə yer olmayacaq. Azərbaycan təmizlənir, o cümlədən satqınlardan, xainlərdən, beşinci kolonun nümayəndələrindən təmizlənir və təmizlənməlidir. Eyni zamanda, Azərbaycan xalqı yaxşı görür ki, xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparılır, korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da mübarizə aparılacaqdır. Son hadisələr, bu istiqamətdə atılan addımlar bunu bir daha göstərir.

İlin əvvəlindən bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Mənim xarici tərəfdaşlarımla ikitərəfli formatda keçirilmiş görüşlər bir daha onu göstərdi ki, Azərbaycanın dünyada çox böyük hörməti var və bizim siyasətimizə böyük rəğbət var. Eyni zamanda, beynəlxalq tədbirlərdə mənim iştirakım ölkəmizin mövqelərini daha da gücləndirdi. Bildiyiniz kimi, Davos Ümumdünya İqtisadi Forumu dünyanın bir nömrəli siyasi və iqtisadi forumudur. Dünyanın siyasi və biznes elitası bu forumda iştirak edir. Mən bu forumda ardıcıl olaraq uzun illərdir ki, iştirak edirəm və hər bir iştirak ölkəmizə yeni dividendlər gətirir, həm siyasi, həm iqtisadi. Bu dəfə bir daha əmin oldum ki, Azərbaycanda gedən proseslərə böyük maraq var. Bütün tərəfmüqabillərim demək olar bir məsələni qeyd edirdilər ki, Azərbaycan sabit ölkədir və bu gün qeyri-sabit bölgədə, qeyri-sabit dünyada sabitliyi qorumaq böyük məharət və siyasi səriştə tələb edir. Sabitliyin mövcudluğuna görə Azərbaycana sərmayə qoyuluşu da təmin edilir. Keçən il 13,5 milyard dollar xarici sərmayə qoyulubdur, bu ilin yanvar ayında bərpaolunan enerji növlərinin yaradılmasına yönəlmiş 440 milyon dollar xarici sərmayənin qoyuluşu ilə əlaqədar müvafiq sənədlər imzalanmışdır. Ümumiyyətlə, Davos İqtisadi Forumunda bizim iştirakımız çox uğurlu olub. Davos Ümumdünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzi məhz Azərbaycanda yaradılacaq. Bu mərkəz Qafqaz-Orta Asiya məkanını əhatə edəcəkdir və müvafiq sənəd də imzalanmışdır. Bu, bir daha bizim güclü mövqelərimizi ifadə edir.

Eyni zamanda, hesab edirəm ki, dünyada təhlükəsizlik sahəsində digər bir nömrəli konfrans Münhen Təhlükəsizlik Konfransıdır. Bu konfransda da mən müntəzəm olaraq iştirak edirəm və hər dəfə Azərbaycan həqiqətlərini geniş auditoriyaya çatdırıram. O cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, haqlı olduğunu və tarixi aspektləri çatdırıram. Bu dəfə isə daha gözəl fürsət yaranmışdır, Azərbaycan xalqının və dünyanın gözü qarşısında Azərbaycan öz üstünlüyünü bir daha ifadə etmişdir. Tarixi həqiqət, beynəlxalq hüququn normaları bizim tərəfimizdədir. Münhen Təhlükəsizlik Konfransında Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurulmuşdur. Demək olar ki, onların təbliğatı sübutlar, tarixi faktlar, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr və qərarlar əsasında darmadağın edilmişdir. Hesab edirəm ki, bu sarsıdıcı zərbə erməni təbliğatının sonudur. Münhen Təhlükəsizlik Konfransının auditoriyası kifayət qədər genişdir. Azərbaycan və Ermənistan rəhbərlərinin canlı debatının ilk dəfə keçirildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, bu debatlara çox böyük maraq var idi və milyonlarla insan bu debatları həm canlı formatda, həm də ondan sonra izləyə bilmişdir. Ona görə bizim haqq işimiz bir daha öz təsdiqini tapdı və bütün dünya bir daha gördü ki, - mən bunu Valday Forumunda da canlı efirdə demişdim, - Qarabağ Azərbaycandır və nida işarəsi.

Bu il iqtisadi sahədə əldə edilmiş uğurlar əlbəttə ki, bizi çox sevindirir. İki ayda ümumi daxili məhsul 2,8 faiz artmışdır. Qeyri-neft sektorunda iqtisadiyyat 6,7 faiz artmışdır. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artmışdır. Əhalinin pul gəlirləri 9 faiz artmışdır, inflyasiya isə cəmi 2,8 faizdir.

Yenə də islahatlar hesabına və şəffaflıq tədbirlərinin görülməsi nəticəsində iki ayda dövlət büdcəsinə proqnozdan əlavə 252 milyon manat daxil edilmişdir. Bu, bir daha onu göstərir ki, şəffaflıqla bağlı görülən tədbirlər, kölgə iqtisadiyyatına qarşı aparılan siyasət öz nəticəsini verməkdədir. Əminəm ki, bu müsbət meyil ilin sonuna qədər davam edəcək və Azərbaycan iqtisadiyyatının hazırda kölgədə olan hissəsi kölgədən çıxacaq. Burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməlidirlər, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar və dövlətin vergisini son qəpiyinə qədər ödəməlidirlər. Çünki bilməlidirlər ki, bu vergilər insanların maaşlarının, pensiyalarının artırılmasına istiqamətləndirilir.

Bu il sosial sahədə böyük işlərin görülməsi nəzərdə tutulur. İlin əvvəlindən üç böyük xəstəxana mənim iştirakımla açılmışdır - Goranboy, Şəmkir və Qazax şəhərlərində. Yenə də xəstəxanaların açılması nəzərdə tutulur və sosial infrastrukturun yaradılması istiqamətində işlər aparılacaqdır. Baxmayaraq ki, dünya bazarlarında neftin qiyməti kəskin aşağı düşdü, bizim bütün sosial öhdəliklərimiz təmin ediləcək. Baxmayaraq ki, keçən il görülmüş tədbirlər və qəbul edilmiş qərarlar nəticəsində bizim sosial sahəyə nəzərdə tutulan büdcə xərclərimiz kifayət qədər artmışdır, ancaq bütün sosial öhdəliklər yerinə yetiriləcək və bütün sosial infrastruktur layihələri tam icra ediləcək.

Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş yeddi min mənzil tikilib istifadəyə veriləcək. Şəhid ailələri üçün nəzərdə tutulan 1500 mənzil tikilib istifadəyə veriləcəkdir. Bu məsələ ilə bağlı heç bir şübhə olmamalıdır. Əminəm ki, biz 2020-ci ili də uğurla başa vuracağıq. Halbuki bu gün bir çox ölkələr böyük çətinliklərlə üzləşiblər. Bu ölkələrdə həm siyasi sabitlik pozulur, həm iqtisadi böhran yaşanır və o cümlədən neft hasil edən ölkələrin bəziləri artıq neftin qiymətinin düşməsindən əziyyət çəkməyə başlayıblar. Koronavirus xəstəliyi əlbəttə ki, vəziyyəti çətinləşdirir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq. Buna nail olmaq üçün biz hamımız həmrəylik göstərməliyik, məsuliyyət göstərməliyik, birlik göstərməliyik. Dünya üçün bu çətin dövrdə həm xalqımızı, həm dövlətimizi qorumaq üçün xalqımızın ən ülvi xüsusiyyətlərini bir daha göstərməliyik və bunu dünyaya təqdim etməliyik.

Bildiyiniz kimi, koronavirus xəstəliyi dünya gündəliyinin bir nömrəli məsələsidir. Artıq Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan edibdir və bəyan edibdir ki, pandemiyanın mərkəzi Avropa məkanıdır. Bu xəstəliyin geniş yayılması onu göstərir ki, hətta inkişaf etmiş ölkələr onun qarşısını ala bilmirlər. Bu xəstəliyə qarşı heç bir dərman, vaksin yoxdur və nə vaxt olacaq, heç kim bilmir. Ona görə bu xəstəliyin məhdudlaşdırılması və yayılmaması üçün biz bəri başdan, ən ilk günlərdən praktik addımlar atmağa başlamışıq. Mənim göstərişimlə yanvarın 24-dən Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Bu qərargah 24 saat işləyir, bütün dövlət qurumlarının fəaliyyətinə rəhbərlik edir, xəstəliklə bağlı bütün işləri nəzarətdə saxlayır və bu işləri əlaqələndirir. Ciddi tədbirlər görülmüşdür. Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə yanvarın 24-dən yeni əməkdaşlıq formatı çərçivəsində işləməyə başlamışıq. Onları ölkəmizə dəvət etmişik. Onların tövsiyələrinə riayət edərək ölkəmizdə çox ciddi tədbirlər görmüşük. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri mart ayında Azərbaycana gələrək, vəziyyətlə tanış olaraq bildirdilər ki, Azərbaycan rəhbərliyi koronavirusun yayılmaması üçün çox önəmli və təsirli tədbirlər görür. Bu, həqiqətən də belədir.

Bildiyiniz kimi, bütün uşaq bağçaları, məktəblər, ali məktəblər bağlandı. Kütləvi tədbirlərin keçirilməsi qadağan edildi. Martın 14-dən xüsusi davranış qaydaları tətbiq edildi və ictimaiyyətə bu məsələ ilə bağlı kifayət qədər məlumat verilir. Xəstəliklə, onun yayılması və nəticələri ilə bağlı mənim göstərişimlə vətəndaşlara müntəzəm olaraq bütün məlumatlar verilir. Karantin tədbirləri görülür, yeni laboratoriyalar alınıbdır. Qısa müddət ərzində ən müasir dörd laboratoriya alınıb gətirilib və hazırda bizim laboratoriyalarımızın sayı 10-a çatıb. Lazım olarsa, əlavə laboratoriyalar alınacaqdır. On xəstəxana xüsusi rejimdə işləyir. Bu xəstəxanalar ölkəmizin müxtəlif bölgələrində yerləşir, o cümlədən Bakı şəhərində. Bu xəstəxanalarda həm xəstələrin müalicəsi aparılır və həm də karantin tədbirləri görülür.

Bir çox ölkələrlə gediş-gəliş artıq məhdudlaşdırıldı, demək olar ki, tamamilə aradan qaldırıldı. Bir çox aviareyslər ləğv edildi, sərhədlərimizin bağlanması istiqamətində əməli addımlar atıldı, elektron vizaların verilməsi dayandırıldı və xəstəliyin geniş yayıldığı ölkələrdən Azərbaycana insanların gəlməsi qadağan edildi. Bütün bu tədbirlər əminəm ki, öz müsbət təsirini göstərəcək. Bizim əsas məqsədimiz bu xəstəliyin Azərbaycanda yayılmamasıdır. Buna nail olmaq üçün təkcə dövlət tərəfindən görülən tədbirlər kifayət deyil. Dövlət nə lazımsa edir, vəsait ayırır. Martın əvvəlində bu xəstəliklə mübarizə üçün 10 milyon manat vəsait ayrıldı. Bu gün bəyan edirəm, Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat ayrılacaq ki, həm bu xəstəliyə qarşı mübarizə daha təsirli olsun, eyni zamanda, koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da yüksək olsun. Biz bunu da nəzərə alırıq. Mən bir daha Azərbaycan həkimlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onlar bu xəstəliyə qarşı fədakarcasına mübarizə aparırlar, öz sağlamlıqlarını risk altına atırlar. Ancaq yüksək məsuliyyət, içdikləri and əlbəttə ki, onları bu işlərə sövq edir. Xəstələr də həkimlərə böyük diqqətlə yanaşmalıdırlar. Bu, indiyədək dünyada görünməmiş xəstəlikdir və bu xəstəliyin yayılması templəri də bizə bəlli deyil. İnkişaf etmiş bir neçə ölkədə artıq bu xəstəlik bir-iki gün ərzində geniş vüsət alır. Bu, onu göstərir ki, xəstəliyin sanki akkumulyasiya dövrü vardır, ondan sonra bu xəstəlik geniş yayılır. Bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan hərəkətlər etsinlər. Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək.

Təəssüflər ki, məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur. Eyni zamanda, biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər. Hər kəs bunu bilsin. Bizim siyasətimiz birmənalıdır, bizim iradəmiz qətidir. Biz hər zaman olduğu kimi, Azərbaycan xalqının problemlərini həll edirik və həll edəcəyik. İndiki vəziyyətdə, koronavirus dövründə Azərbaycan dövlətinin addımları bir daha onu göstərir ki, bizim üçün Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür və buna nail olmaq üçün biz istənilən addıma gedəcəyik. Heç kimin bu məsələ ilə bağlı şübhəsi olmasın.

Əziz həmvətənlər, bacılar və qardaşlar, dünya yeni dövrə qədəm qoyur. Bu dövrün xüsusiyyəti ondan ibarətdir ki, bilinmir bu xəstəliyin sonu nə vaxt olacaq və bu xəstəlik hansı fəsadlara gətirib çıxaracaq. Ona görə bir daha bütün Azərbaycan xalqını həmrəyliyə, məsuliyyətə dəvət edirəm. Əminəm ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq.

Azərbaycanda 1,2 milyon dollarlıq narkotik əməliyyatı

VuVu Uma - 20 дней тому назад
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Baş İdarəyə İrandan Azərbaycana narkotik vasitələrin keçirildiyi və narkotiklərin Arzuman adlı şəxs tərəfindən götürülərək realizə olunması məqsədi ilə respublikanın müxtəlif bölgələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşları tərəfindən dərhal həmin şəxsin tutulması istiqamətində zəruri əməliyyat tədbirləri həyata keçirilib.

Peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs - Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Arzuman Qocayev Bərdə-Ağcabədi yolunda hərəkətdə olan zaman polislər tərəfindən idarə etdiyi “BMW” markalı avtomobillə saxlanılıb. Nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı ümumi çəkisi 43 kiloqram 195,396 qram heroin, 500 qram tiryək, 1 kiloqram 600 qram marixuana və 2 kiloqram 001,386 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Qeyd edək ki, həmin narkotik vasitə və psixotrop maddələrin “qara bazar”da qiyməti 1 milyon 200 min ABŞ dollarıdır.

Araşdırma zamanı müəyyən edilib ki, Arzuman Qocayev İran vətəndaşları - şəxsiyyətləri istintaqa məlum olmayan “Əsgər” və “Hüseyn” adlı şəxslərlə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələrin Azərbaycana gətirilməsini təmin edib. Həmin şəxslərlə “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayan Arzuman Qocayev narkotik vasitələri əldə edəndən sonra İran vətəndaşlarının qeyd etdiyi yerlərə aparmalı imiş.

Qeyd edək ki, Arzuman Qocayev bir neçə dəfə həmin şəxslərin vasitəsi ilə bu yolla narkotik vasitələrin Azərbaycana gətirilməsində iştirak edib. O, şübhə oyatmamaq üçün hər dəfə narkotik vasitələri kirayə götürdüyü müxtəlif markalı avtomobillərlə razılaşdırılan ərazilərdən götürüb. Sonuncu dəfə isə Arzuman Qocayev şəxsi avtomobili ilə külli miqdarda narkotik vasitələri əldə edən zaman saxlanılıb.

Mehriban Əliyevadan koronavirusla bağlı xalqa MÜRACİƏT

VuVu Uma - 20 дней тому назад
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva koronavirusla bağlı əhaliyə müraciət edib.

Oxu.Az həmin müraciəti təqdim edir:

“Dünya qlobal çağırışla üz-üzədir. Hələ bir il bundan əvvəl bizim əksəriyyətimiz sadəlövhcəsinə güman edirdik ki, pandemiya, bugünədək bəlli olmayan və insan həyatına son qoyan təhlükəli xəstəliklər dövrü keçmişdə qalıb.

İnanırdıq ki, biologiya elminin, tibbin, əczaçılığın və texnologiyaların müasir inkişaf səviyyəsi, o cümlədən bəşəriyyətin kollektiv intellekt səviyyəsi bizi müəyyən “sürprizlərdən” sığortalayıb. Reallıq isə fərqli oldu. Nassem Talebin müzakirələrə səbəb olan “Qara qu quşu” dünyada hökm sürür.

Müəllif öz məşhur kitabında yazır: “Hamı özünü təhlükədən qorumaq istəyir. Üsullardan biri – riskləri qiymətləndirmək və onları idarə etməkdir... Bizim nə qədər səy göstərməyimiz vacib deyil. Hər hansı bir riski dəqiqliklə proqnozlaşdırmaq qeyri-mümkündür”.

“COVID-19” barədə kifayət qədər məlumat var. Yeni virus və ona yoluxmanın bütün fəsadları real zaman rejimində əsas dünya informasiya trendidir. Paradoksaldır, amma informasiya bolluğuna baxmayaraq, suallar cavablardan daha çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasına görə, dünyada virusa yoluxanların sayı 198 737 nəfər, həlak olanların sayı 7989 nəfər, sağalanların sayı 82 779 nəfərdir. Pandemiya elan olunan epidemiya 167 ölkədə yayılıb.

Təkzibolunmaz faktdır ki, dünya belə riskə hazır deyildi. Hətta səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi-intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr belə epidemiyanın yayılmasının qarşısını ala bilmədilər.

Misilsiz tədbirlər görülür, sərhədlər bağlanır, dövlətlər təcrid olunur.

İnanıram və ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək. Həmçinin ümid edirəm ki, biz sadə həqiqətlər barədə düşünüb onları yenidən dərk etməyə çalışacayıq. Biz biri-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır.

Virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq. Biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır.

Əziz həmvətənlər!

Ölkəmizdə bütün qüvvələr hadisələrin ən pis yöndə inkişafının qarşısının alınmasına səfərbər olunub. Bütün dövlət strukturları mobilizasiya olunub və birgə fəaliyyət göstərir. Biz ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir və bu qurumun tövsiyələrinə çox ciddi yanaşırıq.

Epidemiyanın sürətlə yayılması, onun pandemiyaya çevrilməsi bu xəstəliklə mübarizədə vahid strategiya və taktikanın hazırlanmasını çətinləşdirir. Virusun və xəstəliyin tədqiqatı onlara qarşı mübarizə ilə eyni vaxtda aparılır.

Buna görə də bir çox tövsiyələr situativ xarakter daşıyır və məlumat bazası genişləndikcə dəyişir. Aydın olan odur ki, təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, şəxsi məsuliyyət və intizamlılıq özünüzü və ətrafınızdakıları qorumağın əsas şərtləridir.

Koronavirus epidemiyası ilə mübarizədə Azərbaycan dövləti ilə sıx əməkdaşlığa görə Ümumdünya Səhiyyə Təşkilatına minnətdarlığımı bildirirəm.

Bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram.

Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir.

Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir.

Bu gün infeksiya ilə mübarizədə ön cəbhədə olanların, Azərbaycan vətəndaşlarının sağlamlığını və həyatını qorumaq üçün bütün lazımi tədbirləri görənlərin hər birinə – həkimlərə, tibbi personala, müxtəlif dövlət qurumlarının əməkdaşlarına xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Əziz dostlar!

Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram!

Bakıda DTX və Baş Prokurorluqdan birgə əməliyyat: Qanunsuz valyuta mübadiləsi aparanlar ələ keçdi

VuVu Uma - 24 дней тому назад
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən davamlı iqtisadi inkişaf siyasəti nəticəsində, son günlər dünya ölkələrində yayılmaqda olan koronavirus təhlükəsi ilə əlaqədar qlobal maliyyə və enerji bazarlarında baş verən dəyişikliklərə baxmayaraq ölkə həyatının bütün sahələrində makroiqtisadi və maliyyə sabitliyi etibarlı şəkildə qorunub saxlanılmaqdadır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, bununla belə, dünyada cərəyan edən məlum hadisələr fonunda ölkə əhalisi arasında yaranmış əsassız narahatlıqdan sui-istifadə edən kölgə iqtisadiyyatı subyektlərinə, o cümlədən qara mühasibatlıqdan istifadə edərək dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən möhtəkirlərə qarşı effektiv mübarizə tədbirləri aparılmaqdadır.

Belə ki, daxil olmuş əməliyyat məlumatları əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 13 mart 2020-ci il tarixdə həyata keçirilmiş birgə operativ əməliyyat-axtarış tədbirləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “Amrahbank” ASC-nin paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Azadlıq” filialının inzibati binasında icarəyə götürdükləri otaqda qanunsuz olaraq valyuta mübadilə əməliyyatlarının aparıldığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq filial rəhbərinin razılığı ilə qeyd edilən ünvana keçirilmiş baxış zamanı bankın kassasından kənar şəkildə qanunsuz mübadilə fəaliyyətində istifadə olunan ümumilikdə 697 min ABŞ dolları, 345 min manat, 85 min avro, 280 funt sterlinq, 10 milyon Rus rublu, 19 min Türk lirəsi, yeddi min BƏƏ dirhəmi, üç min Səudiyyə Ərəbistanı realı və digər xarici ölkə valyutası, eləcə də qara mühasibatlıqda istifadə olunmaqla dövriyyə ilə əlaqədar əlyazma qeydlərinin aparıldığı kitabça aşkar edilərək maddi sübut kimi götürülüb.

İlkin araşdırmalarla həmin bankın işçiləri olmayan Mahir İbrahimov, Vüqar Qədirov və Ənvər İdayətzadənin qabaqcadan əlbir olub qrup şəklində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq (lisenziya) almadan qanunsuz olaraq valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olmalarına və bununla da vətəndaşlara, təşkilatlara və dövlətə külli miqdarda ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı ilə əlaqədar Mahir İbrahimov, Vüqar Qədirov və Ənvər İdayətzadə Cinayət Məcəlləsinin 192.2.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan külli miqdarda gəlir əldə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olma) maddəsi ilə şübhəli şəxs qismində tutulublar.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin, istintaqın gedişində “Amrahbank” ASC-nin “Azadlıq” filialının əməkdaşlarının qeyd edilən qanunsuz hərəkətlərin törədilməsində iştirak edib-etməmələrinin Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəssisləri tərəfindən araşdırılması təmin ediləcək.

Belə qanunazidd hallarla üzləşən ölkə vətəndaşlarından Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur.

Bakıda tikinti evi qəzalı vəziyyətə salıb, “yaşayış təhlükəlidir” rəyi verilib

VuVu Uma - 24 дней тому назад
Paytaxtın Binəqədi rayonu ərazisində məktəb binasının tikintisi bir sıra problemlərə yol açıb. Belə ki, ərazidə aparılan tikinti işləri zamanı yaxınlıqda yerləşən yaşayış evinə ciddi ziyan dəyib.

Bu barədə Oxu.Az-a Binəqədi rayonu, 2-ci Mədən, korpus 93, 61 ünvanında yerləşən ziyan dəymiş evin sakini bildirib.

Sözügedən ünvanda yerləşən ev Kamilə Kərimovaya məxsusdur. Tikinti şirkətindən şikayətçi isə onun oğludur.Şikayətçinin sözlərinə görə, bu ünvanın yaxınlığında əvvəl məktəb binası olub:

“Həmin ərazidə köhnə məktəb binası var idi. Məktəb binası söküldü və yerində çuxur qazıldı. Bizim evdən təxminən bir metrə qədər olan məsafədə torpağa basdırılan borular bir müddət sonra əyildi. Bunun nəticəsində evin altının torpağı çöküb. Aşınan torpaq evimizin bir tərəfinin çökməsinə və divarların çatlamasına səbəb olub. Evimiz qəzalı vəziyyətə düşüb. Artıq yeddi aya yaxındır ki, evdə yaşayış yoxdur. Heç kim maraqlanmır ki, biz harada yaşayırıq.

Tikinti “Mahal” Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən aparılır. Şikayət etsək də, şirkətin nümayəndələri evin təmir olunmasında bizə yalnız kosmetik işlərdə yardımçı ola biləcəklərini deyiblər. Onlar bildiriblər ki, divarlarda olan çatları təmir etmək üçün suvaq çəkib, divar kağızı vura bilərlər. Bu isə çıxış yolu deyil”.

Şikayətçi bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara - Binəqədi Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə, eləcə də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edib:

“Müraciət etdiyim qurumların nümayəndələri tərəfindən evimizə baxış keçirilib. FHN-nin Komissiyası tərəfindən verilən rəyə əsasən ev qəzalı vəziyyətdədir və yaşayış üçün təhlükəlidir. Evin hazırkı ərazidən sökülməsi, başqa yerdə inşa edilməsi və ya bünövrədən başlayaraq yenidən bərpa edilməsinə dair rəy verilib.

Amma “Mahal” MTK-nın nümayəndələri, sahə rəisi Fövqəladə Hallar Nazirliyinin verdiyi rəy ilə razı deyil. Onların tərtib etdiyi aktı qəbul etmirlər. Əraziyə başqa ekspertlərin baxmasını və rəy verməsini istəyirlər. Açıqlama tələb etdiyimizdə isə “Mahal” MTK-nın Çingiz adlı nümayəndəsi “Hara istəyirsinizsə, şikayət edə bilərsiniz” deyir. Etdiyimiz şikayətlərlə heç bir nəticə əldə edə bilməyəcəyimizi deyərək, səbrimizi sınayırlar”.

Məsələ ilə bağlı “Mahal” MTK ilə əlaqə saxladıq. Zənglərimizə cavab verən “Mahal” MTK-nın Qəhrəman adlı nümayəndəsi öncə sualları cavablandırmayacağını dedi. Sonra isə məsələyə münasibət bildirməyə razılıq verdi. O, şikayətçinin Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməli olduğunu deyib:

“Həmin ərazidə Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə məktəb binası tikilir. Məsələ ilə bağlı sizə müraciət edən K.Kərimova bir çox qurumlara şikayət edib. Biz ev sahibləri ilə söhbət etmişik. Onlara məsələni izah edərək, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməli olduqlarını demişik. Dəfələrlə bildirmişik ki, biz podratçı şirkətik, evə ziyan dəyibsə, bərpası bizim səlahiyyətimizdə deyil.

Əli Əsədovdan dollarla bağlı əhaliyə ÇAĞIRIŞ

VuVu Uma - 26 дней тому назад
“Son günlər dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ilə bağlı olaraq maliyyə-bank sektorunda və əhali arasında narahatlıq artıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair keçirilən müşavirədə Baş nazir Əli Əsədov deyib.

Hökumətin dünya iqtisadiyyatında gedən prosesləri daim diqqət mərkəzində saxladığını və qabaqlayıcı rejimdə tədbirlər həyata keçirdiyini vurğulayan Baş nazir deyib:

“Prezident İlham Əliyev martın 10-da Milli Məclisdə Azərbaycan iqtisadiyyatının inkişafı barədə ətraflı çıxış etdi. Nazirlər Kabineti tərəfindən də ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması barədə həmin gün biznes dairələrinə və əhaliyə yönəlmiş məlumat verildi. Təbii ki, ilin əvvəlindən dünyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata, eləcə də neft bazarlarına mənfi təsirləri vardır.

Lakin bu gün ölkəmizin iqtisadiyyatı görülmüş tədbirlər nəticəsində 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. Qeyd etmək istəyirəm ki, dünyada baş verən mənfi iqtisadi meyillərə baxmayaraq, iqtisadiyyatımız inkişaf edir, ölkənin maliyyə imkanları genişlənir.

Dövlətimizin başçısının vurğuladığı kimi, ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. Azərbaycanın müsbət beynəlxalq investisiya mövqeyi onun beynəlxalq kreditor rolunda çıxış etdiyini göstərir”.

Əli Əsədov qeyd edib ki, cari ildə də ölkədə müsbət inkişaf dinamikası davam edir. Belə ki, 2020-ci ilin yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz, qeyri-neft ümumi daxili məhsulu isə 6,7 faiz artıb. İnflyasiya 2,8 faiz təşkil edir. Bu gün dünya enerji bazarında neftin qiyməti 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan 55 dollardan təxminən 18 dollar aşağıdır.

Baş nazir Əli Əsədov yaranmış qlobal iqtisadi vəziyyətin mürəkkəb olduğunu bildirərək deyib:

“Lakin biz vəziyyətə gündəlik əsasda nəzarət edirik və iqtisadiyyatımızda mövcud situasiya idarəolunandır. Hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkə iqtisadiyyatına mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə ediləcək.

Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkənin kifayət həcmdə maliyyə resursları vardır. Artıq qeyd olunduğu kimi, strateji valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini ötür və xarici dövlət borcunu altı dəfə üstələyir.

Bu baxımdan, yaranmış vəziyyətdə biznes ictimaiyyətini və əhalini təmkinli davranış nümayiş etdirməyə çağırıram.

Yeni çağırış Milli Məclisin ilk iclası başa çatdı

VuVu Uma - 28 дней тому назад
Milli Məclisin Sədri Sahibə Qafarova komitə sədrliyinə namizədlikləri irəli sürülən deputatların adlarını oxunub.

Məsələ səsə qoyularaq qəbul edilib.

Deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin, Qənirə Paşayeva Mədəniyyət komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, Adil Əliyev Gənclər və idman komitəsinin sədrləri təsdiq ediliblər.

İclasda komitə sədrlərinin müavinləri də təsdiq olunub.

Bununla da altıncı çağırış Milli Məclisin birinci iclası başa çatıb.

13:14

Milli Məclisin Sədri Sahibə Qafarova İntizam Komissiyasının və Hesablayıcı Komissiyanın tərkibinə namizədlərin adlarını elan edib.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən namizədlər bütövlükdə səsə qoyularaq təsdiq ediliblər.

11:30

Altıncı çağırış Milli Məclisin iclasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında nitq söyləyib.

11:15

İclasa sədrlik edən Ziyad Səmədzadə altıncı çağırış Milli Məclisin ilk iclasını açıq elan edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sonra Z.Səmədzadə altıncı çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub.

11:09

Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.

10:58

Altıncı çağırış Milli Məclisin ilk iclası başlayıb.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения