Тег: Baku


Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət etdi

VuVu Uma - 15 минут тому назад
Bu günlər koronavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir.

Bununla bağlı Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mədəniyyət naziri Əbülfəs Qarayev martın 23-də ölkə əhalisinə müraciətində bu istiqamətdə reallaşan və nəzərdə tutulan addımlar barədə ətraflı söz açıb:

“Yaranmış şəraitdə mədəniyyət və incəsənətimizin bütün zənginliyinin müasir informasiya texnologiyaları vasitəsilə, eləcə də, televiziya və radio efirindən əhaliyə dolğun şəkildə çatdırılması üçün tədbirlər görülür.

Bu istiqamətdə daha bir addım olaraq, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə martın 27-dən etibarən ölkəmizin bütün televiziya kanallarında “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bədii filmlərin nümayiş etdirilməsinə şərait yaradılıb.

Xatırladaq ki, kinofilmlərin telekanallar vasitəsilə nümayişi müvafiq icazəni nəzərdə tutan normativ qaydalarla tənzimlənir. Sözügedən təşəbbüslə telekanallara milli filmləri artıq sərbəst şəkildə nümayiş etdirmək imkanı verilir. Bütün televiziya kanalları “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyinə müraciət edərək, ödənişsiz olaraq filmləri yayımlama imkanı qazana bilərlər.

Mədəniyyətimiz hər zaman bizim ruh qaynağımız olub. Həqiqətən, bu günlər hər nə qədər çox zamanı evimizdə, ailəmizlə birlikdə keçirsək – özümüzü, yaxınlarımızı və bütövlükdə xalqımızı bəladan daha çox qorumuş olarıq.

Mədəniyyətimizin zəngin qolu olan Azərbaycan kinosunun müxtəlif janr və mövzularda çəkilmiş dəyərli nümunələri, hər zaman sevərək izlədiyimiz ekran əsərləri indi hər gün televiziya kanallarında evlərimizə qonaq gələcək.

SOCAR tender elan edib - SİYAHI

VuVu Uma - 26 минут тому назад
SOCAR öz fəaliyyətini təkmilləşdirmək üçün bir sıra sahələrdə tenderlər elan edir.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Qaz emalı zavodu tərəfindən “Qaz emalı zavodunun istehsalat sahələrində istismar olunan istilik avadanlıqlarına texniki xidmət və təmir işləri”nin satın alınması üzrə müsabiqə elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 02.04.2020-ci il (ən geci müsabiqə təkliflərinin təqdim olunmasının son tarixindən yeddi iş günü əvvəl), saat 16:30-dək Azərbaycan dilində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

SOCAR-ın “Azneft” İstehsalat Birliyi qazma baltalarına olan tələbatını təmin etmək məqsədilə 11036AM-20 saylı açıq satınalma müsabiqəsi elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 24.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, ingilis və ya rus dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

SOCAR-ın “Azneft” İstehsalat Birliyi nasos kompressor borusuna olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 16.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan və ya rus dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

SOCAR-ın “Neftqaztikinti” tresti polad abraziv materialına olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 14.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

SOCAR-ın “Kompleks qazma işləri” tresti muftalı qoruyucu borulara olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi üzrə zərflərin açılışı tarixinin uzaldıldığını elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 29.03.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

SOCAR-ın “Neftqaztikinti” tresti yanğınsöndürmə balonlarının təmiri, təkrar doldurulması və yanğınsöndürmə vasitələrinin alınmasına olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir.

Müsabiqədə iştirak haqqında müraciət iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 16.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

SOCAR-ın “Neftqaztikinti” tresti qaynaq aparatlarına olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 14.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

SOCAR-ın “Neftqaztikinti” tresti düztikişli elektrik qaynaqlı 530x12mm ölçülü polad boruya olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 14.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

SOCAR-ın “Qaz İxrac” İdarəsi odarant qurğularının ehtiyat hissələrinə olan tələbatı təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi üzrə müvafiq tarixlərin dəyişdirilməsini elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 03.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan və ya ingilis dillərində satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Bütün tenderlər üzrə göstərilmiş tarixdən gec edilmiş ödəniş və müraciətlərə baxılmayacaq.

Naxçıvandakı tələbələrdən etiraz: Onlar yayılan videoların təhrif olunduğunu bildirirlər

VuVu Uma - 40 минут тому назад
Koronavirus pandemiyası ilə əlaqədar Türkiyədən qayıdan tələbə və vətəndaşlarımızın bir qrupu Naxçıvanda tibbi nəzarətdə saxlanılırlar. Onlar Naxçıvanda yaşayış qeydiyyatında olanlar yox, Bakı şəhərində və ölkəmizin bir sıra digər bölgələrində yaşayan vətəndaşlarımızdır. Sayları 300 nəfərə yaxındır. Onlar üçün lazımi saxlanılma, müayinə və qidalanma şəraiti yaradılsa da, ötən gündən etibarən bir sıra sosial şəbəkə hesablarında, xüsusən, Duzdağ Fizioterapiya Mərkəzindəki vətəndaşlarımızın saxlanılma şəraiti ilə bağlı yanlış, məqsədli və təxribat xarakterli informasiyalar yayılıb. Bu gün Naxçıvandakı tələbələr sosial şəbəkələrdə yayılan saxta və təxribat xarakterli videolara cavab olaraq video paylaşım ediblər. Və bundan əvvəl paylaşılan videolarda səslərinin montaj olunduğunu və məqsədli şəkildə təhrif edildiyini vurğulayıblar.

NUHÇIXAN həmin videoları təqdim edir:

Qeyd edək ki, dünən agentliyimizin saytında bununla bağlı məqalədə yerləşdirilib.İctimaiyyətə artıq məlumdur ki, koronavirus pandemiyası ilə əlaqədar Türkiyədən qayıdan tələbə və vətəndaşlarımızın bir qrupu Naxçıvanda tibbi nəzarətdə saxlanılırlar. Onlar Naxçıvanda yaşayış qeydiyyatında olanlar yox, Bakı şəhərində və ölkəmizin bir sıra digər bölgələrində yaşayan vətəndaşlarımızdır. Sayları 300 nəfərə yaxındır. Onlar üçün lazımi saxlanılma, müayinə və qidalanma şəraiti yaradılsa da, ötən gündən etibarən bir sıra sosial şəbəkə hesablarında, xüsusən, Duzdağ Fizioterapiya Mərkəzindəki vətəndaşlarımızın saxlanılma şəraiti ilə bağlı yanlış, məqsədli və təxribat xarakterli informasiyalar yayılıb.

Qeyd etmək lazımdır ki, birincisi, Duzdağ ağ ciyər və onun iltihabi xəstəlikləri üçün dünya səviyyəli ən müasir təbii, dərmansız sanatoriyadı. Hər il 10 minlərlə turist və xəstə qəbul edir. Çoxu xarici ölkələrdən olan xəstələr burda müalicə üçün minlərlə manat vəsait ödəyirlər. Duz şaxtalarında hava təmiz və sterildir. Hətta cərrahiyyə əməliyyatxanalarının mikrob səviyyəsi belə Duzdağ şaxtalarının mühitində olandan yüksəkdir. Həm də duz mikrob əleyhinə ən yaxşı vasitədir.

Mərkəzin içərisində kafe, istirahət otaqları, xüsusi qadın, uşaq və kişi palataları, 400-dən artıq tibb çarpayısı var. Buranı adi mağara kimi qələmə verənlərin və bu videoları paylaşanların özü elə mağara təfəkkürlüdür. (Duzdağla bu linkdən tanış ola bilərsiniz). Görünür ki, onlar heç ölkəsini, onun təbii imkanlarını lazımi qədər tanımırlar. Və belə həssas bir məqamda insanların hissləri ilə oynayacaq qədər adidirlər.

İkincisi, mütəxəssislərin də dediyi kimi, gənclərin Duzdağda saxlanılmağı buranın mikroiqlimi və viruslara qarşı yüksək təsiri, eləcə də ağciyərin iltihabi xəstəliklərində ən yaxşı müalicəvi vasitə olmasındadır.

Hazırda tələbələri lazımı yoxlamadan keçirirlər və koronovirusla bağlı hər hansı narahatçılıqları olmadığı üçün onlar Duzdağda bir neçə gün nəzarətdə saxlanılacaqlar. Əgər narahatçılıq olsaydı, onların Naxçıvanın Yoluxucu Xəstəliklər Mərkəzində və başqa xəstəxanalarda müalicə olunması üçün ən müasir imkanlar yaradılıb və labaratoriya qurulub.

Fikirlərimi yazarkən, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzovla da söhbətləşmək imkanım oldu. Nazir bildirdi ki, Duzdağda saxlanılanlar müəyyən yoxlanılma və nəzarət prosedurlarından sonra öz yaşadıqları yerlərə yola salınacaqlar. “Şükür ki, Naxçıvanda koronavirusa yoluxma faktı yoxdur. Lazımi profilaktik və dezinfeksiya tədbirləri müntəzəm olaraq davam etdirilir. Muxtar respublikaya xarici ölkələrdən giriş dayandırılıb. Ahıl və xüsusi qayğıya ehtiyacı olanlara evlərində sosial xidmətlər göstərilir. Naxçıvanın xəstəxanaları da ən müasir səviyyədədir və lazımi imkanlara malikdir”- deyə səhiyyə naziri bildirdi.

Görünən odur ki, dəqiqləşdirilməmiş, yalan informasiyalar paylaşıb saxta vətənpərvərlik edənlər ölkəmizə və onun Naxçıvan Muxtar Respublikasına qarşı açıq-aşkar təxribatçılıq törədənlərdi və bu təxribatlara görə qanun qarşısında məsuliyyət daşıyırlar.

...Biz, tələbələri başa düşürük, narahatdırlar, neçə gün yollarda olublar, həssas dönəm keçirirlər... Sual olunur, bəs, sizə nə gəlib ay, feyzbuk “qəhrəmanları”, ay, “beşinci kalon” “pəhləvanları”?!

Yeri gəlmişkən, xüsusi vurğulamaq istərdim ki, srağagün Naxçıvan Ali Məclisində dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş müşavirə keçirilib və bununla bağlı lazımi tapşırıqlar verilib. Müşavirədən sonra Ali Məclis Sədrinin Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu” yaradılıb və fondun xəzinə hesabı açılıb. Təkcə dünən fonda muxtar respublikanın sakinləri, dövlət və özəl müəssisələrinin əməkdaşları tərəfindən 1 milyon manata yaxın vəsait köçürülüb.

Полезен ли чеснок в борьбе против коронавируса?

VuVu Uma - 15 часов тому назад
Специалист предполагает, что ежедневно употреблять чеснок нужно умеренно. Он не помогает от опасного вируса, а людям в возрасте со слабым сердцем может попросту навредить. Чеснок способен лишь укрепить иммунитет на фоне распространения инфекционных заболеваний. Но в противостоянии коронавирусу продукт бесполезен. А пожилым людям может серьезно навредить. Специалист отметил, что чеснок – не панацея. Традиционными способами вылечить коронавирус не получится. Люди пожилого возраста обычно скептически относятся к современным подходам к лечению, но здесь по-другому никак. При подозрении на коронавирус надо срочно идти в больницу. Врач уточнил, что чеснок поможет разве что в борьбе с сезонными вирусами. Но пожилым людям употреблять его следует малыми долями. Из-за его остроты граждане со слабым сердцем могут плохо его переносить и узнают об этом слишком поздно.

ГОРОСКОП НА 28 МАРТА 2020 ГОДА.

VuVu Uma - 16 часов тому назад
Ближайшее Полнолуние: 8 апреля 2020 года в 5:34. Ближайшее Новолуние: 23 апреля 2020 года в 5:25.

Фаза Луны 28 марта 2020 года - растущая Луна.
Лунный день 28 марта 2020 года - 5 лунный день.
В каком знаке Луна 28.03.2020 - Луна в Тельце.
Восход Луны 28 марта 2020 года - в 7:51.
Заход Луны 28.03.2020 - в 23:30.
Луна без курса - нет.
Восход Солнца 28 марта 2020 - в 6:10.
Заход Солнца 28 марта 2020 - в 19:00
Гороскоп на 28 марта 2020 Овен

День благоприятный для увеселительных мероприятий, а также для встреч, переговоров и ведения дел. Если вы решите пойти в гости со своей половинкой, то постарайтесь не обделить вниманием любимого человека. Иначе ваше поведение послужит источником обиды.

Гороскоп на 28 марта 2020 Телец

Период похож на экзамен, и от того, как вы его сдадите, будут развиваться дальнейшие события. У одиноких представителей появится шанс встретить интересного человека. Не давайте и не берите в долг, иначе у вас могут возникнуть финансовые трудности.

Гороскоп на 28 марта 2020 Близнецы

Возможна небольшая ссора с любимым человеком или старшим членом семьи. Эта размолвка будет порождена не принципиальными разногласиями, а простым нежеланием выслушать друг друга. Не скупитесь на теплые слова, подарки и знаки внимания.

Гороскоп на 28 марта 2020 Рак

Вам нужно устоять перед заманчивыми деловыми предложениями, даже если они покажутся перспективными. Если все же возникнут сомнения, то стоит проконсультироваться со специалистами. День будет удачным во всем, что касается любви, личной жизни и новых знакомств. Гороскоп на 28 марта 2020 Лев

Может возникнуть целый ряд преград, преодолеть которые окажется довольно трудно. Воздержитесь от любых проявлений злости и агрессии. Как только вы будете выходить из себя, то сразу же почувствуете вокруг атмосферу непонимания и противостояния.

Гороскоп на 28 марта 2020 Дева

В этот день можно начинать новые дела, заниматься важными вопросами. Это подходящее время, чтобы объясниться, помириться, обсудить планы на будущее. Постарайтесь не навязывать родным и близким правила игры, которые им не по душе. Лучше уступите, если возникнет такая необходимость.

Гороскоп на 28 марта 2020 Весы

Этот день в эмоциональном отношении может выдаться жарким. Если не хочется заглаживать вину перед близкими или окружающими, то постарайтесь свои слова и эмоции держать под контролем. Таким образом, удастся избежать конфликта, да и ваша репутация не пострадает.

Гороскоп на 28 марта 2020 Скорпион

День подходит для любых начинаний. Спорные вопросы старайтесь решать без крика и конфликтов. Не отказывайтесь от общения и встреч. В отношениях с дорогим вам человеком будет царить взаимопонимание. Сейчас идет удачное время для новых знакомств.

Гороскоп на 28 марта 2020 Стрелец

Важные дела лучше отложить. Сейчас вы можете оказаться во многих вопросах некомпетентными или попросту заблуждаться в своих убеждениях. Главное - не тратить время на отрицательные эмоции. Поддержка и разумные советы друзей и близких помогут почувствовать себя более уверенно.

Гороскоп на 28 марта 2020 Козерог

Конфликты с родственниками могут омрачить ваше настроение. Вы сможете во многих вопросах поставить точки над и, но при условии, что не будете опускаться до грубости и крика. Будьте аккуратными в финансовых вопросах и не спешите в принятии решений.

Гороскоп на 28 марта 2020 Водолей

В данный период вы будете сталкиваться в основном с приятными вопросами. Поступят новые интересные предложения, на которые стоит обратить внимание. Занимайтесь тем, что укрепляет ваши позиции, но оставляйте время для встреч и общения с друзьями.

Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu

VuVu Uma - 17 часов тому назад
Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə məlumat veriblər.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan altı nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 3485 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür. Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

Bundan başqa, ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır. İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.

Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq. Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.

Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda iki metrlik məsafə saxlamaq.

DİN: Dezinformasiya yayan üç nəfər həbs edilib

VuVu Uma - 17 часов тому назад
Ölkə ərazisində koronavirus infeksiyası ilə əlaqədar zəruri sosial izolyasiya tədbirlərinin tətbiqi davam etdirilir. Məlum olduğu kimi, həmin tədbirlər çərçivəsində iaşə müəssisələrinin iş rejimi saat 15:00-dək müəyyən edilib, böyük ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb, kütləvi tədbirlərin, toplantıların keçirilməsi isə təxirə salınıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, buna baxmayaraq, respublikanın bəzi şəhər və rayonlarında, o cümlədən paytaxt Bakıda ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozmaqla saat 15:00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilən nəzarət tədbirləri ilə həmin obyektlər və onların sahibləri müəyyən edilir, barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Belə ki, martın 26-dan 27-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 25, o cümlədən Bakı şəhərində 10 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Onların hər birinin sahibi inzibati qaydada cərimə edilib.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə və “Whatsapp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək dezinformasiya xarakterli məlumatlar yaydığına görə 15 nəfərin şəxsiyyəti müəyyən edilərək ərazi polis orqanlarına dəvət ediliblər. Müvafiq araşdırmalardan sonra onlardan yeddi nəfərə xəbərdarlıq, beş nəfərə cərimə tətbiq olunub, üç nəfərin barəsində inzibati həbs qərarı seçilib.

Respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin, onların sahiblərinin və sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna, eləcə də qeyd edilən ərazilərdə qeydiyyatda olanların respublikanın digər şəhər və rayonlarına buraxılmasının məhdudlaşdırılmasının icrası çərçivəsində xüsusi polis postlarından 1 590 avtomobil geri qaytarılıb ki, onlardan 742-si Bakıdan rayonlara, 848-i isə rayonlardan paytaxta keçməyə cəhd ediblər.

Təyin olunmuş xüsusi polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməklə rejim qaydalarını pozduqlarına görə bir nəfər barəsində cinayət işi başlanıb, 46 nəfər barəsində isə inzibati cərimə tətbiq edilib.

Nyu-Yorkda koronavirusa yoluxan azərbaycanlı gənc: “Sağaldığım üçün çox xoşbəxtəm” - MÜSAHİBƏ

VuVu Uma - 18 часов тому назад
Bu gün ABŞ koronavirus xəstələrinin sayına görə birinci yerdədir. Xəstəlik ABŞ-ın 50 ştatının hamısına yayılıb.

Yazının yazıldığı ərəfədə ABŞ-da xəstələrin sayı 85749 nəfər göstərilib. Bunlardan 1304 nəfəri ölüb, 1868-i isə sağalıb.

Media.Az ABŞ-da koronavirusa yoluxanların ən çox cəmləşdiyi Nyu-Yorkda (38977) yaşayan azərbaycanlı Tural Məmmədovla danışa bilib. Bu yaxınlarda, o, koronavirusu təsdiqlənənlər arasında idi. Xoşbəxtlikdən, Məmmədov xəstəliyi dəf edə bilib.

“Hər şey normal mövsümi qrip və ya soyuqdəymə kimi bəsit şəkildə başladı: Boğazda ağrı, quru öskürək yarandı, tədricən temperatur yüksəldi. Bununla yanaşı, bədənimdə zəiflik, əzginlik və şiddətli ağrı hiss etdim”, - deyə o bildirib.

T.Məmmədovun sözlərinə görə, xəstələndiyi ərəfədə Nyu-Yorkda yoluxmuş insanların sayında kəskin artım olub, xəstəxanalar yoluxan insanlarla dolub:

“Növbədə dayandım, həkim məni müayinə etdi, boğazımdan yaxma götürdü. Sonra virusun təsdiqləndiyini bildim. Temperaturumu salmaq üçün iynə vuruldu. Orqanizmimin susuzlaşmasının qarşısının alınması üçün müəyyən dərmanlar verildi və “C” vitamini inyeksiya edildi.

Etiraf edim ki, amerikalılar hadisələrin bu gedişatına hazır deyildilər. İlk əvvəllər hətta kifayət qədər testlər belə yox idi və yalnız ən ağır xəstələr xəstəxanaya yerləşdirilirdi”.

T.Məmmədov bildirib ki, ona sadəcə respirator-maska verilib, özünütəcrid tövsiyə edilərək, müalicə üçün evə göndərilib:

“Təsəvvür edin, mən bu virusa yoluxan iki filippinli ilə kirayədə qalırdım. Bizə qayğı göstərən, yemək verən yox idi. Biz, ümumiyyətlə ərzaqsız qalmışdıq. Heç kimə yoluxdurmamaq üçün isə ən azı iki həftə özünütəcrid lazımdır. Axı biz nə isə yeməli, nə formadasa müalicə almalı idik. İlk həftə bir dostumuz qapımızda yemək qoyurdu. İkinci həftədə isə maska və əlcək taxaraq özümüz evdən çıxmalı olduq. Ümumilikdə, bir həftə ərzində temperaturum 37.5 - 38.0 dərəcə oldu. İkinci həftə vəziyyət nisbətən düzəlir, artıq temperatur 37 dərəcədən yuxarı qalxmır: ancaq boğaz ağrısı və quru öskürək davam edir”.

Bu müddətdə T.Məmmədov daim zəncəfilli çay içib, “C” və “B” vitaminləri qəbul edib.

“Etiraf edim ki, mən heç vaxt belə ağrı hiss etməmişəm. Elə bil ki, bədənin bütün suyu çəkilir. Boğazda sanki şüşə qırıntıları olur, yaxud iynə batırırlar. Bədən çox ağrıyır. Ancaq əsas ilk həftəyə tab gətirməkdir, sonra vəziyyət yaxşılaşmağa doğru gedir. İndi yenidən yoluxmamaq üçün çox məcbur qalmadıqca evimi tərk etməməyə çalışıram. Deyilənə görə, ikinci dəfə yoluxma halları olub. Bu baş verərsə, yenidən necə tab gətirəcəyimi bilmirəm. Nyu-Yorkda virusa yoluxanlara yardım edənlər çatışmır, heç bir nəzarətin olmaması məni kədərləndirir... Dostlarımdan biri öldü. Həkimlər ona mənzildə özünütəcrid tövsiyə etmişdilər və sonra məlum oldu ki, elə orada dünyasını dəyişib”.

T.Məmmədovun sözlərinə görə, ABŞ-da tibb işçiləri virusun yayın sonuna qədər yayılacağını proqnozlaşdırırlar: “Həqiqi rəqəmlər gizlədilir, testlər, həmçinin xəstəxanalardakı yerlər kifayət etmir. Buna görə insanlara öz mənzillərində təcrid olunmaları tövsiyə edilir. Nyu-Yorkda insanların sayının çox olması vəziyyəti daha da pisləşdirir. Şəhər sözün həqiqi mənasında dolub-daşır”.

T.Məmmədov bildirib ki, indi ölkədə demək olar ki, hər yer bağlıdır. Yalnız böyük marketlər və apteklər işləyir: “Çoxları işlərini itirib və dolanışıq üçün heç bir gəlir yerləri yoxdur”.

Müsahibimin sözlərinə görə, əvvəlcə xəstələndiyi barədə kədərli xəbərlə qohumlarını qorxutmayıb:

“Anamın narahat olmasını istəmirdim. Ancaq sağalma mərhələsində ona söylədim. Bundan sonra, demək olar ki, hər saat mənə zəng etdi. Baş verənlərin fonunda sağalmağımdan ancaq xoşbəxt ola bilərəm”.

Azərbaycanda qadını üç günlük körpəsi ilə küçəyə atdılar: Ölümlə hədələnir

VuVu Uma - 19 часов тому назад
Bu günlərdə Azərbaycanın rayonlarından birində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzinə üç günlük körpəsi ilə birgə həyat yoldaşı və onun ailəsi tərəfindən evə buraxılmayan bir qadın müraciət edib.

Komitədən verilən məlumata görə, üzərində şəxsiyyətini təsdiq edən sənədi olmayan qadın sənədinin götürülməsi üçün evə dönəcəyi halda, ölümlə hədələndiyini, getməyə heç bir yeri olmadığını və valideynlərinin də onu qəbul etmədiyini bildirib.

Uşaq və Ailələrə Dəstək Mərkəzi həmin rayonun icra hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu” ilə birgə təcili toplanaraq, məsələnin həlli istiqamətində müzakirə aparıb. Qadının yaxın ailə üzvləri ilə aparılan söhbətlərə baxmayaraq, onun öz valideynlərinin evinə yerləşdirilməsi belə mümkün olmayıb.

Məişət zorakılığının xüsusiyyətini və bu zəmində indiyədək baş vermiş qətl hadisələrini əsas götürərək, analoji hallar baş verdiyi təqdirdə zərərçəkənin yaşadığı və hədələndiyi ailəyə hətta polisin göstərişi olduğu halda yenidən qaytarılmasının böyük risk olduğu bu hadisə zamanı da nəzərə alınıb.

Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsələ ilə bağlı tövsiyə və göstərişinə müvafiq olaraq, körpəsi ilə axşam saatlarında küçədə qalmaq məcburiyyətində olan qadın Uşaq və Ailələrə Dəstək Mərkəzində polisin iştirakı ilə müvəqqəti yerləşdirilib.

Ana və uşaq lazımi qida və yataq yeri ilə təmin edilib, hadisə ilə bağlı mövcud qaydalara uyğun qiymətləndirmə aparılıb, fərdi hal qovluğu açılaraq iş protokollaşdırılıb.

Növbəti gün ana və körpəsi Bakı şəhərində yerləşən “Təmiz Dünya” sığınacağına yerləşdirilib. Hazırda qadın və uşağın vəziyyəti normaldır və sığınacağın sosial işçiləri tərəfindən operativ dəstək proqramına cəlb ediliblər.

AZAL aviabiletlərin satışı ilə bağlı məlumat yaydı - YENİLƏNİB

VuVu Uma - 19 часов тому назад
AZAL aviaşirkəti Azərbaycan vətəndaşları üçün Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsi qaydalarını açıqlayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşları bu qaydalara qeyd-şərtsiz əməl etməlidirlər.

Bakıdan Naxçıvana uçmalı olan Azərbaycan vətəndaşları üçün qaydalar: - Bakıdan Naxçıvana yalnız Naxçıvan Muxtar Respublikasında daimi yaşayan sərnişinlər uça bilər;

- AZAL aviaşirkətinin müntəzəm reysləri həftədə bir dəfə, cümə axşamları yerinə yetiriləcək. Bakıdan uçuş vaxtı saat 13:10-da müəyyən edilib;

- reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalından həyata keçiriləcək. Yalnız adlarına aviabilet əldə edən sərnişinlərin aerovağzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən, müşayiət edən (qarşılayan/yola salan) şəxslərin aerovağzal binasına girişi qadağandır;

- insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə AZAL-ın şəhərdəki aviabilet satış ofisləri bağlıdır, Bakıdan Naxçıvan istiqaməti üzrə reysə aviabiletləri AZAL aviaşirkətinin saytından əldə edə bilərsiniz (www.azal.az);

- Aviaşirkətə məxsus satış ofislərindən əldə olunan aviabiletlər yalnız həftənin cümə axşamları günləri Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalının satış kassasında geri qaytarıla və dəyişdirilə bilər;

- AZAL aviaşirkətinin rəsmi saytından əldə olunan aviabiletlərin geri qaytarılması və ya dəyişdirilməsi ilə bağlı suallarınız üçün [email protected] elektron poçt vasitəsilə dəstək xidmətinə müraciət edə bilərsiniz;

Naxçıvandan Bakıya uçmalı olan Azərbaycan vətəndaşları üçün qaydalar:

- Naxçıvandan Bakıya yalnız Bakıda və ölkənin digər bölgələrində daimi yaşayan sərnişinlər uça bilər. Naxçıvandan uçuş vaxtı 15:30-da müəyyən edilib.

- Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan vətəndaşlarının Bakıya uçub gəlmələri qadağandır;

- xarici vətəndaşlar üçün Naxçıvandan Bakıya uçub getmək qadağandır;

- Bakıya gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilir.

AZAL aviaşirkəti bir daha vətəndaşları kəskin ehtiyac olmadan evlərindən çıxmamağa və hava yolu ilə səyahətlərdən çəkinməyə çağırır. Aviaşirkət dünyanın əksər ölkələrinin qarşılaşdığı hazırkı fövqəladə vəziyyətdə daha təmkinli olmağı və görülən tədbirlərə anlayışla yanaşmağı xahiş edir.

12:54

“Azərbaycan Hava Yolları” ASC aviabiletlərin satışını yalnız aviaşirkətin rəsmi saytından həyata keçirir.

Bununla bağlı AZAL məlumat yayıb.

“Hörmətli sərnişinlər, nəzərinizə çatdıraq ki, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə Bakıda yerləşən satış ofislərimiz bağlandığından aviabiletləri yalnız aviaşirkətin rəsmi saytından əldə etmək mümkündür: www.azal.az

Rəsmi saytımızdan əldə edilmiş aviabiletlərin qaytarılması / dəyişdirilməsi ilə bağlı müştəri xidmətlərinə [email protected] e-poçt ünvanı vasitəsilə müraciət etməniz xahiş olunur.

DYP-dən xəbərdarlıq: “Rayon qeydiyyatında olan nəqliyyat vasitələri...”

VuVu Uma - 19 часов тому назад
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, yol polisi ölkədə elan edilmiş karantin rejimini nəzərə alaraq, yayılma ehtimalı olan virusa qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə şəxsi avtomobillərdən az istifadə edilməsini tövsiyə edir:

“Bunu nəzərə alaraq, hər bir hərəkət iştirakçısını “Evdə qal!” kampaniyasına qoşulmağa dəvət edirik. Bununla siz özünüzün, yaxınlarınızın və ətrafda olanların sağlamlığının qeydinə qalmış olacaqsınız.

Eyni zamanda, şəxsi avtomobillərdən istifadə edilməməsi və “Evdə qal!” kampaniyasına qoşulmaq yol-nəqliyyat hadisələrinin, eləcə də, yol hərəkəti qaydalarının pozulmasının azalmasına zəmin yaradır.

Beləliklə, xüsusi təyinatlı və operativ nəqliyyat vasitələrinin, küçə və yollarda gigiyenik tələbləri yerinə yetirən şəxslərin rahat və təhlükəsiz hərəkəti təmin edilmiş olur”.

“Sürücülərdən, xüsusən də hazırda paytaxtda bölgə qeydiyyatında olan dövlət nömrə nişanlı nəqliyyat vasitələrini idarə edən şəxslərdən xahiş olunur ki, lüzumsuz olaraq yola çıxıb karantin qaydalarını pozmasınlar.

BNA-dan xəbərdarlıq: “Müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər”

VuVu Uma - 1 день тому назад
“Xüsusi karantin rejimində müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayı 60-70 faiz azalıb”.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, sərnişin sayının azalmasına baxmayaraq, gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb:

“Daşıyıcılara avtobuslararası intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı göstəriş verilib. Məqsəd ilk növbədə dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərdə, həmçinin digər vacib xidmət sahələrində çalışan vətəndaşlarımızın ictimai nəqliyyatla daşınmasını təmin etməkdir.

Lakin təəssüflə qeyd edirik ki, bəzi sərnişinlər xüsusi karantin rejimi qaydalarına və tövsiyələrinə əməl etməyərək, zərurət olmadığı halda belə evdən çıxırlar. Nəticədə səhər və axşam saatlarında bəzi istiqamətlər üzrə avtobuslarda sərnişin sıxlığı müşahidə olunur. Bu isə fəaliyyəti hər birimiz üçün vacib olan şəxslərin sağlamlığına təhlükə yaradır və virusa yoluxma riskini artırır”.

M.Ağayev onu da əlavə edib ki, mövcud vəziyyət müntəzəm marşrut xətləri ilə bağlı əlavə məhdudiyyətlərin tətbiq edilməsinə gətirib çıxara bilər:

“Belə olacağı halda müntəzəm marşrut xətlərinin fəaliyyəti tamami ilə dayandırılacaq və sərnişindaşımaları yalnız müəyyən istiqamətlər üzrə hərəkət edən ekspress xətt avtobusları ilə həyata keçiriləcək.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения