Hərbi Qənimətlər Parkında bizi nələr gözləyir? - Polkovnik-leytenantdan AÇIQLAMA
VuVu Uma -
5 часов тому назад
Yeddi hektara yaxın dənizkənarı ərazidə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü və sərəncamı ilə bu park artıq dekabrın əvvəllərindən yaradılmağa başlanıb. Bizə tapşırılan işləri yüksək səviyyədə yerinə yetirmək üçün, demək olar ki, bütün xidmət növlərindən mütəxəssislər ayrılıb, işçi heyəti cəlb edilib. Dövlət başçısının göstərişinə əsasən elə bir park yaradılmalıdır ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və qazandığı möhtəşəm tarixi Zəfər barədə dolğun təsəvvür yaransın.