Aleksandr Əliyevdə koronavirus simptomları müşahidə olunur
VuVu Uma -
10 месяцы тому назад
Ukrayna millisinin, Kiyev “Dinamo”sunun və Moskva “Lokomotiv”inin sabiq futbolçusu Aleksandr Əliyev koronavirus simptomları ilə üzləşib.
Oxu.Az xəbər verir ki, A.Əliyev “Instagram”ın “Story” bölməsinə yerləşdirdiyi videosunda 37,4 - 37,5 dərəcə temperaturunun olduğunu bildirib.
Hazırda həvəskarlar liqasında çıxış edən 35 yaşlı futbolçu yalnız öskürdüyünü və özünü yaxşı hiss etdiyini, ancaq məsləhətə ehtiyacı olduğunu deyib.
O, həmin gün qızı ilə gəzintiyə çıxdığını da vurğulayıb.