Abbasəli Xankişiyev – Dağlar kimi məğrur saxla başını

Gəl ağlama, sil gözünün yaşını

Dağlar kimi məğrur saxla başını

Hünərinlə qandırginan naşını
Sən bizimsən, biz də sənin, Qarabağ!
Ürəyisən sən Vətənin, Qarabağ!
Əcdadımız at oynadıb o yerdə
Qazan asıb, mağar qurub o yerdə
Məhəbbətlə şeir yazıb o yerdə
Sən bizimsən, biz də sənin, Qarabağ!
Ürəyisən sən Vətənin, Qarabağ!
Göz dikmədik biz kimsənin varına
Daş atmadıq, bağçasına, barına
And içmişik, yetəcəyik karına
Sən bizimsən, biz də sənin, Qarabağ!
Ürəyisən sən Vətənin, Qarabağ!
Çox doğma, yad bu yerlərə gəlibdi
Yurdumuzu müqəddəs yer bilibdi
Bütün dünya “Azərbaycan” deyibdi
Sən bizimsən, biz də sənin, Qarabağ!
Ürəyisən sən Vətənin, Qarabağ!
Abbasəli Xankişiyev, Biləsuvar rayonu
Paylaş:
Yuxarı