Тег: ASAN


“ASAN Xidmət” rəsmisi: “Bəzi vətəndaşlara 3 kodundan istifadəyə məhdudiyyət qoyulub”

VuVu Uma - 10 месяцы тому назад
“Hər bir kod üzrə müvafiq icazə səbəbinə uyğun zaman müəyyən edilib. Verilən icazələr yalnız həmin müddət çərçivəsində qüvvədədir”.

Oxu.Az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “Real” TV-nin efirində deyib.

Onun sözlərinə görə, əgər vətəndaş 8103 qısa nömrəsinə 1 kodunu göndəribsə, ona müsbət cavab gəlibsə, bu icazə iki saat ərzində qüvvədədir:

“Bəzən şəxs həkimə müraciət edir. Lakin bu müddət 2 saatdan çox çəkir. Belə olan halda vətəndaş həkimdən mütləq şəkildə sənəd almalıdır. Çünki hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşdan bu sənədi tələb edə bilərlər.

Zərurət olduğu halda 2 kodu gün ərzində bir dəfə olmaqla 2 saat, 3 kodu isə 5 saat müddətinə müvafiq səbəblərdən küçəyə çıxmağa icazə almaq üçündür. Təəssüf ki, son 8 gün ərzində vətəndaşlar 3 kodundan həddən artıq çox istifadə ediblər. Bu, artıq sui-istifadə deməkdir. Həmin şəxslər barəsində tədbir görülüb və onlara 3 kodundan yenidən istifadəyə məhdudiyyət qoyulub”.

F.Cəfərov sistemi aldatmağa çalışan vətəndaşlara səslənib:

“Dövlətin birinci ismarıcı insanların mümkün qədər evdə qalmalarıdır. Təbii ki, mövcud vəziyyəti nəzərə alaraq, biz hər gün marketə gedib bazarlıq etməməliyik.

“ASAN Xidmət” hüquqi və fiziki şəxslərə növbəti dəfə xəbərdarlıq etdi

VuVu Uma - 10 месяцы тому назад
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi növbəti dəfə hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib.

Dövlət Agentliyindən Oxu.Az-a verilən məlumata görə, “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların növbəti dəfə təhlili zamanı müəyyən edilib ki, bəzi hüquqi və fiziki şəxslər 2020-ci il 8 aprel tarixində edilmiş xəbərdarlıqdan nəticə çıxararaq icaze.e-gov.az portalından əsassız və lüzumsuz olan 50 000-dək icazəni ləğv edib.

Bununla belə, bir sıra hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya xidmət müqaviləsi olmadan qeydə alınmış 100 000-dən çox icazənin icaze.e-gov.az portalında aktiv qalması müəyyən edilib.

Ötən müddət ərzində portal daha da təkmilləşdirilib, istifadəçilər üçün yeni funksional imkanlar yaradılıb, fiziki və hüquqi şəxslərə sistemə yerləşdirdikləri şəxslərlə olan hüquqi münasibətlərinin (əmək və xidmət müqaviləsi) konkret qeydiyyatını aparmağa şərait yaradılıb.

Hüquqi şəxslərin vəzifəli şəxslərindən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən tələb olunur ki, 2020-ci il 13 aprel tarixinədək portalın yeni funksional imkanlarından istifadə edərək əvvəllər sistemə daxil etdikləri şəxslər arasından xidmət müqavilələri bağladıqları şəxslərin qeydiyyatını aparsınlar.

“Asan İmza” sertifikatlarının etibarlılıq müddəti uzadılıb

VuVu Uma - 10 месяцы тому назад
“Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru olan B.EST Solutions İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti ilə birlikdə fiziki şəxslər, şirkət rəhbərləri olan hüquqi şəxslər və sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər, həmçinin rəhbər olan dövlət qulluqçuları üçün “Asan İmza” sertifikatlarının etibarlılıq müddətinin aprel ayının 1-dən mayın 31-dək ödənişsiz olaraq avtomatik uzadılması və yuxarıda qeyd olunan müddət ərzində abunə haqlarından azad olunması məqsədilə müvafiq dəyişikliklər həyata keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Oxu.Az-a verilən məlumata görə, “Asan İmza” biznes sertifikatlarının digər sahibləri öz sertifikatlarının müddətini onlayn qaydada asxm.gov.az portalı vasitəsilə uzada biləcəklər.

Müəyyən edilmiş müddət ərzində Vergi Xidməti tərəfindən bu istifadəçilərə sertifikatlarının müddətinin 31 may tarixinədək uzadılması ilə bağlı ismarıclar göndəriləcək.

Distant işə keçməklə “Asan İmza” evdən çıxmadan elektron hökumətin onlayn xidmətlərinə, onlayn bankinq xidmətlərinə təhlükəsiz və effektli əlyetərliyi, müqavilələrin onlayn şəkildə imzalanmasını təmin edəcək. Əgər xarici partnyorla müqavilə bağlamağınız vacibdirsə, ona Azərbaycanın m-Rezidenti olmağı təklif edin. Rəqəmsal Azərbaycan dünyadakı koronavirus pandemiyasının nəticələrini aradan qaldırmağa kömək etməli, sahibkarların və vətəndaşların zərər görməməsi üçün bütün imkanları səfərbər etməlidir.

“1847” Asan İmza Çağrı Mərkəzi adi rejimdə öz işini davam etdirir.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения