Mədəniyyət

Təmsilçimiz “Eurovision-2017”-nin finalında çıxdı

Azərbaycanın “Eurovision-2017” mahnı müsabiqəsində təmsilçisi Diana Hacıyeva (Dihaj) Avropanın nüfuzlu yarışmasının finalına vəsiqə qazanıb.

Müsabiqədə ölkəmizin təmsilçisi Dihaj İsa Məlikovun və Sandra Byormanın müəllifi olduqları “Skeletons” mahnısını ifa edib. Azərbaycan təmsilçisi geyimindən tutmuş səhnə tərtibatına qədər mükəmməl performans nümayiş etdirib.

Həzin səsi, gözəl ifa tərzi ilə seçilən Dihaj “Eurovision-2017” mahnı müsabiqəsinin favoritlərindən hesab olunur.

Jurnalistlər və bu müsabiqəni izləmək üçün Avropanın müxtəlif ölkələrindən gəlmiş fanatlar təmsilçimizin finalda şansını yüksək qiymətləndirirlər.

Qeyd edək ki, ikinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.

Azərbaycan təmsilçisi Dijah “Skeletons” mahnısı ilə finalın birinci hissədə çıxış edəcək.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close