Sosial

Təcavüzdən hamilə qalan 12 yaşlı qızla bağlı qərar… – Konsilium

Sabah Balakəndə atalığı tərəfindən zorlanan və nəticədə hamilə qalan 12 yaşlı qızın abort olunub-olunmaması barədə qərar veriləcək.

Bunu Teleqraf.com-a açıqlamasında Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, 12 yaşlı qız hamiləliyin 26-ci həftəlisindədir:

“Qız hazırda həkimlərin nəzarəti altındadır. Onunla bağlı Səhiyyə Nazirliyinə konsilium təşkil edilməsi barədə müraciət edilib. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda mütəxəssislərdən ibarət konsilium ilk təşkil edilib. Qiymətləndirmə üçün bir həftə dinamik müşahidə lazımdır. Sabah ikinci dəfə təşkil olunacaq konsiliumda müzakirə ediləcək. Birinci və ikinci konsiliumların müayinələrinin əsasında qərar veriləcək”.

Sevinc Məmmədova qeyd edib ki, sabah Balakəndə atalığı tərəfindən zorlanan və nəticədə hamilə qalan 12 yaşlı qızın abort olunub-olunmaması məsələsi dəqiqləşəcək.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, rəsmi məktub əsasında 12 yaşlı uşağın anası ilə görüşub: “Ana bildirdi ki, 12 yaşlı qız çox narahatdır. Uşaq anasından “mən bu hamiləlikdən nə vaxt qurtaracağam? – deyə soruşub. Azyaşlı normal həyatına davam etmək istəyir”.

Kəmalə Ağzadə qeyd edib ki, azyaşlı ilə bağlı qərarın gecikməsi tibbi qaydalarla bağlıdır:

“Hamiləlik 22 həftəni keçdikdən sonra onu pozmaq olmur. Bu azyaşlıda da vəziyyət elədir ki, onun hamiləliyi 22 həftəni keçib”.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close