ANS Müstəqil Yayım və Media Şirkəti İranda…
Türkiyədə məşhur dindar Adnan Oktarla bağlı…
“Ermənistan vətəndaşlarına Rusiya pasportlarının…
"Qalatasaray"ın "Kasımpaşa"ya məğlub olduğu…




İnam Kərimov: Azərbaycanda elektron xidmətlərin inkişafı vətəndaşlar və dövlət orqanları arasında münasibətləri keyfiyyətcə dəyişdirib


İnam Kərimov: Azərbaycanda elektron xidmətlərin inkişafı vətəndaşlar və dövlət orqanları arasında münasibətləri keyfiyyətcə dəyişdirib
Azərbaycanda elektron xidmətlərin inkişafı vətəndaşlar və dövlət orqanları arasında münasibətləri keyfiyyətcə dəyişdirib. Regioninfo-nun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib.
İ.Kərimov "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı" layihəsi üzrə ictimai dinləmələrdə bildirib: "Əgər əvvəl vətəndaşlar bu və ya digər xidmətlərin və ya sənədlərin onlara verilməsi ilə bağlı müxtəlif strukturlara müraciət edirdilərsə, indi dövlət özü müasir və sadə imkanlar təklif edir ki, bununla da vətəndaşlar özlərinə lazım olan xidməti əldə edə bilərlər".
Kərimovun sözlərinə görə, son illər bu sahənin inkişafına yönəldilən mütərəqqi tədbirlər keçirilir: "Belə əhəmiyyətli tədbirlərdən biri Azərbaycan Prezidenti İlham Əliyevin "ASAN xidmət"in yaradılması haqqında imzaladığı sərəncam oldu. "ASAN xidmət"in fəaliyyəti şəffaflığı əhəmiyyətli dərəcədə artırmağa, xüsusilə də korrupsiya daxil olmaqla digər neqativ halları azaltmağa imkan verir. Məlum olduğu kimi, korrupsiyaya qarşı ən yaxşı mübarizə onun yarandığı mühiti aradan qaldırmaqdır".



Xəbər oxunub 171 dəfə. 0

Mövzuya aid digər xəbərləri oxuyun:

Burada siz xəbərə fikir bildirə bilərsiniz

Sonuncu şərhlərə bax    
{AJAX}