İraq Şam İslam Dövləti ələ keçirdiyi İraq…
Bu səhər erməni rəsmiləri Kəlbəcərdə itkin…
Prezident İlham Əliyevin qızı Arzu Əliyeva…
Rəsmi Təl-Əviv ölü və yaralıların çıxarılması…




Sabah yağmursuz hava olacaq - Hava Haqqında


Sabah yağmursuz hava olacaq - Hava Haqqında
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur.

Temperatur gecə 0-4° isti, gündüz 6-11° isti, Bakıda gecə 1-3° isti, gündüz 9-11° olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə və səhər bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Temperaturun gecə 13-18° şaxta, gündüz 4-9° şaxta olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək.

Temperatur gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.

Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi ehtimal olunur.

Temperaturun gecə 0-5° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 3-8° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 8-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 0-4° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.

Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq.

Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti,
dağlarda gecə 4-9° şaxta, gündüz 1-6° isti olacaq.



Xəbər oxunub 189 dəfə. 0

Mövzuya aid digər xəbərləri oxuyun:

Burada siz xəbərə fikir bildirə bilərsiniz

Sonuncu şərhlərə bax    
{AJAX}