İraq Şam İslam Dövləti ələ keçirdiyi İraq…
Bu səhər erməni rəsmiləri Kəlbəcərdə itkin…
Prezident İlham Əliyevin qızı Arzu Əliyeva…
Rəsmi Təl-Əviv ölü və yaralıların çıxarılması…




TQDK biologiya fənni üzrə test tapşırıqları toplusunu çap edib


TQDK biologiya fənni üzrə test tapşırıqları toplusunu çap edib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Abituriyent" jurnalının xüsusi buraxılışı olan biologiya fənni (Azərbaycan dilində) üzrə test tapşırıqları toplusunu çap edib.
Komissiyadan verilən məlumata görə, topluya Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 1994-2013-cü illərdə keçirilən müxtəlif təyinatlı imtahanlarda - ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazalarında orta ixtisas məktəblərinə və hərbi liseylərə qəbul imtahanlarında, sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqları, habelə "Abituriyent" jurnalının ayrı-ayrı saylarında dərc edilmiş model testlər daxildir. Topluda test tapşırıqlarının 20-25 faizi heç bir imtahanda istifadə olunmamış yeni növ test tapşırıqlarıdır.
Toplu test bankında olan test tapşırıqlarının bütün modellərini əhatə edir, bu tapşırıqlar aktiv bankın bir hissəsidir və onların gələcəkdə imtahanlara düşməsi istisna olunmur.
Toplu nəşrə hazırlanarkən test tapşırıqları dərslik, tədris və qəbul proqramlarındakı dəyişiklik və yeniliklər nəzərə alınmaqla bir daha ekspertizadan keçirilmiş, həm məzmun, həm də formaca təkmilləşdirilib.
Biologiya fənni üzrə test toplusu yaxın günlərdə rus dilində də nəşr olunacaq



Xəbər oxunub 255 dəfə. 0

Mövzuya aid digər xəbərləri oxuyun:

Burada siz xəbərə fikir bildirə bilərsiniz

Sonuncu şərhlərə bax    
{AJAX}