Region

ŞOK İDDİA: Suriyalı azyaşlı qızlar türkiyəli kişilərə satılır

Britaniyada fəaliyyət göstərən “Times” qəzeti Türkiyənin Qaziantep bölgəsi haqqında yazdığı xəbərdə şok iddialara yer verib.
Xəbərdə Suriyadakı müharibədən qaçıb Türkiyəyə sığınan kiçik yaşlı qızların türkiyəli kişilərə satılması iddia edilib.
Qəzet azyaşlı qızların 5000-6000, gözəl qızların isə 10 000 lirə qarşılığında ikinci arvad kimi özlərindən yaşca qat-qat böyük kişilərə satıldığını yazıb. “Alıcılar” hətta “satıcılar”a “17 yaşdan kiçik, yaşıl gözlü, uzunboy olsun” kimi sifarişlər də veriblər.
Xəbəri hazırlayan jurnalist qızları satan adamlarla şəxsən görüşdüyünü iddia edib. “Satıcılar”ın bildirdiklərinə görə, bu vaxta qədər satılan ən gənc “gəlin” 13 yaşında olub. Onlar, kişilərin evləndikdən bir neçə ay sonra kiçik yaşlı qızlardan bezdiyini və onlara fiziki şiddət göstərdiyini bildiriblər.
Şiddətə məruz qalan qızların utandıqlarından öz evlərinə geri dönməyib böyük şəhərlərə üz tutduğu və gecə klublarında işləməyə başladıqları deyilir.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close