Orduda hər şeyə görə pul tələb edirlər. Pul…
llandiyalı tarixçi professor Alexander de Groot…
Əl-Qaidənin ideoloqu Suriyada döyüşən…
“Monikanın bir aktrisa və bir qadın kimi ən gözəl…




Kolumbiya Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair qərar qəbul edib


Kolumbiya Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair qərar qəbul edib
Kolumbiya Konqresinin Nümayəndələr Palatasının Xarici işlər və milli müdafiə məsələləri üzrə II Komitəsi Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımına dair qərar qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən mlumata görə, iyulun 30-da Kolumbiya Konqresinin Nümayəndələr Palatasının sədri Hernan Penaqos Xiraldo tərəfindən irəli sürülən "Ermənistan-Azərbaycan münaqişəsi" adlı qərar layihəsi palatanın II Komitəsində səsverməyə qoyulub və yekdilliklə qəbul edilib.

Sözügedən sənəddə Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən işğal olunması, bu hərbi işğal nəticəsində Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər, o cümlədən dinc əhalinin öldürülməsi və əlil edilməsi, Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması, xüsusilə, Xocalıda baş vermiş soyqırım aktı və tərəflər arasında bərqərar edilmiş atəşkəs rejiminin pozulması qətiyyətlə pislənilir.

Qərarda, həmçinin Azərbaycan və Ermənistanın beynəlxalq miqyasda tanınmış sərhədlərinə hörmət prinsiplərini rəhbər tutaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsi barədə Ermənistan hökumətinə çağırış ifadə edilib.

Qeyd edək ki, Ermənistan-Azərbaycan münaqişəsinə dair Kolumbiya Konqresinin Nümayəndələr Palatasının sədri Hernan Penaqos Xiraldo tərəfindən Xarici işlər və milli müdafiə məsələləri üzrə II Komitənin üzvləri üçün hazırlanan altı səhifəlik icmalda bu münaqişə, eləcə də Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğal edilməsi və bu işğalın regionda sülhə və əmin-amanlığa təhdid olması, rəsmi Yerevanın təcavüzkar siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının öz yurdlarından qaçqın və məcburi köçkün düşməsi barədə ətraflı məlumat verilib və pislənilib.

İcmalda münaqişənin tarixinə nəzər salınır və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımın ağır nəticələri barədə məlumat verilir. İcmalın sonunda Hernan Penaqos Xiraldo Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf rayonlarının Ermənistan tərəfindən işğalının xronologiyasını verir və adıçəkilən işğalın qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə barədə faktları diqqətə çatdırır.



Xəbər oxunub 123 dəfə. 0

Mövzuya aid digər xəbərləri oxuyun:

Burada siz xəbərə fikir bildirə bilərsiniz

Sonuncu şərhlərə bax    
{AJAX}