Dünya

Şiə məscidinə hücum: 50 ölü, 60 yaralı

Əfqanıstanın Herat əyalətində ən böyük şiə məscidə hücum olub. Regioninfo  “Reuters”ə istinadən xəbər verir ki, hücum nəticəsində təxminən 50 nəfər həlak olub, 60-dan çox insan isə yaralanıb.

Yaralılardan onunun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata əsasən silahlı şəxslər mühafizəçini güllələyərək məscidə soxulub və axşam namazına toplaşan insanlara atəş açıb, sonra terrorçulardan biri partlayıcı qurğunu işə salıb. Hadisə baş verən vaxt məsciddə 300-ə qədər insan olub.

Polisin məlumatına görə məscidə hücumu iki silahlı şəxs həyata keçirib. Onların hər ikisi təhlükəsizlik qüvvələri ilə atışmada öldürülüb.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close