Region

Sarkisyan hökumətindən Avropa Məhkəməsinə şikayət edildi

İrəvanın Sari Tağ məhəlləsində baş verən etirazlarda iştirak etdiyinə görə tutulan Qaqik Mikayelyan və Hovannes Qazaryan Ermənistan hökumətindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinə şikayət edib.

Regioninfo erməni KİV-lərinə istinadən xəbər verir ki, şikayətləri siyasi məhbusların vəkili, Helsinki Vətəndaş Assambleyası (HVA) Vanadzor ofisinin hüquqşunası Ani Çadinyan təqdim edib.

Qeyd edək ki, Ermənistanda hakimiyyət əleyhinə keçirilən etirazlara Q. Mikayelyan və H. Qazaryan 2016-cı il iyul ayında polisə daşatma ittihamı ilə həbs edilib. Onların hüquqlarının müdafiəsini Helsinki Vətəndaş Asambleyası Vanadzor ofisi aparıb.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close