Kriminal

Samuxdakı RƏZALƏTİN ŞOK TƏFƏRRÜATI (YENİLƏNDİ)

Qayınanası və əri tərəfindən döyülüb, saçı qırxıldığı, daha sonra atası tərəfindən döyüldüyü iddia edilən Samux rayonu Ziyadlı kənd sakini 1988-ci il təvəllüdlü P.İ. ilə bağlı cinayət işi açılıb.
Bu barədə Samux rayon Prokurorluğundan Publika.az-a məlumat verilib.
Prokurorluqdan bildirilib ki, hazırda şübhəli şəxs kimi onun atası saxlanılıb. Atasının ifadəsi alınacaq, daha sonra qadının həyat yoldaşı və hadisəni törətməkdə şübhəli hesab edilən digər şəxslər də dindiriləcək.
Prokurorluqdan bildirilib ki, P.İ. hazırda xəstəxanada reanimasiya şöbəsində olduğundan o, ifadə verməyib.
Gülxar
***
Samux rayonu Ziyadlı kənd sakini 1988-ci il təvəllüdlü P.İ.-nin qaynanası və yoldaşı tərəfindən döyülməsi və intihara cəhd etməsinin təfərrüatı məlum olub.
Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, hadisə ilə bağlı müxtəlif şayiələr var:
“Onun saçının qaynanası tərəfindən kəsilməsi yanlış məlumatdır. Normal ailədirlər, bu vaxta qədər heç bir münaqişə, problemlərini eşitməmişik. Gənc ailədir, sevib evləniblər, iki azyaşlı uşaqları var. Özü evdar qadındır, yoldaşı Gəncədə işləyir. Deyilənə görə, bir neçə gün əvvəl aralarında münaqişə olub. Qayınatası rəhmətə gedib, qayınanası onlarla birlikdə yaşayır. Yəqin ki, işə o da qarışıb. Sonra qadın uşaqlarını qoyub, atası evinə gedib”.
Sakinlər deyir ki, elə hadisə də atası evində baş verib: “O, intihar etməyib. Deyilənə görə, ərinə xəyanət edib, buna görə də atası vurub. Ərinin, qayınanasının ifadəsini almaq üçün rayon mərkəzinə apardılar”.
Hazırda qadın Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxananın baş həkimi Azad Quliyev Publika.az-a açıqlamasında qadının vəziyyətinin orta ağır olduğunu deyib: “Qadın dediyinə görə, esense içib, intihara cəhd edib. Lakin aparılmış toksikoloji müayinələr nəticəsində qanında və sidiyində zəhərlənmə əlaməti aşkar edilməyib. Onun başında, boğazında travmalar, sol əlində kəsiklər var. Dediyinə görə, özü intihara cəhd edib, qolunu kəsib. O bildirib ki, ailə münaqişəsi zəminində mübahisə olub, yaralanmaları də bu hadisə nəticəsində olub”.
***
Samux rayonunda qayınanası və əri tərəfindən döyülərək təhqir olunan gəlin intihara cəhd edib.
Publika.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində baş verib.
Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü P.İ. qayınanası və əri tərəfindən döyülüb, daha sonra saçı qırxılıb. Əsəbi halda olan gəlin siçan dərmanı içərək intihara cəhd edib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadın hazırda reanimasiya şöbəsində müalicə olunur.
Faktla bağlı araşdırma aparılır.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close